107
P.Məmmədov
məruzələrinə və tövsiyələrinə istinad etmişdir. Bir çox qərarlarlında
Strasburq
Məhkəməsi CPT-nin standartlarından birbaşa istifadə etmiş və bununla da özü-özlüyündə
tövsiyə xarakteri daşıyan bu standartlara faktik olaraq məcburi hüquqi qüvvə vermişdir.
Ədəbiyyat
1. Birk M. Torture prevention in the EU: many actors, few outcomes? //European
yearbook on human rights, vol. 1, 2015, pp. 175-188.
2. Kicker R. The Council of Europe Committee for the Prevention of Torture
(CPT) //European Yearbook on Human Rights (Eds. W. Benedek, W. Karl, A. Mihr and
M. Nowak), Berlin: Berliner Wissenschaftts-Verlag, 2009, pp. 199-209.
3. Mutua M. Standard-setting in human rights: critique and prognosis //Human
Rights
Quarterly, 2007, vol. 29, No. 3, pp. 547-630.
4. Standard Minimum Rules for the Treatment of Prisoners (adopted by the First
United Nations Congress on the Prevention of Crime and the Treatment of Offenders,
held at Geneva in 1955, and approved by the Economic and Social Council by its
resolutions 663 C (XXIV) of 31 July 1957 and 2076 (LXII) of 13 May 1977);
http://www.ohchr.org/Documents/ProfessionalInterest/ treatmentprisoners.pdf
5. Murdoch J. The impact of the Council of Europe’s “Torture Committee” and
the evolution of standard-setting in relation to places of detention //European human
rights law review, issue 2 (2006), pp. 158-179.
6. CPT Standards,
Strasbourg, January 2015;
http://www.cpt.coe.int/en/documents/eng-standards.pdf
7. 24
th
General Report of the CPT, 1 August 2013 – 31 December 2014;
http://www.cpt.coe.int/en/annual/CPT-Report-2013-2014.pdf
СТАНДАРТЫ ЕВРОПЕЙСКОГО КОМИТЕТА
ПО ПРЕДУПРЕЖДЕНИЮ ПЫТОК
Маммадов Парвиз
РЕЗЮМЕ
В статье анализируются природа и особенности стандартов, разработанных
Европейским комитетом по предупреждению пыток – одним из важнейших
мониторинговых механизмов, функционирующих в рамках Совета Европы.
Отмечается, что эти стандарты можно было бы охарактеризовать как своего рода
«прецедентное право» в области предупреждения пыток и бесчеловечного или
унижающего достоинство обращения или наказания. Подчеркивается значимость
указанных стандартов как для разработки соответствующих международных норм,
так и для развития национального законодательства и практики.
109
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
QAÇAQ YENİ DÖVRÜN QƏHRƏMAN TİPİ KİMİ
R.S.Səfərəliyeva
Azərbaycan Milli Elmlər Akademiyası
Bakı, H.Cavid. pr. 115
e-mail:safaraliyeva@mail.ru
Açar sözlər: epos, motiv, qəhrəman, qaçaq, Koroğlu
Key words: epos, motive, hero, qachaq, Koroglu
Ключевые слова: эпос, мотив, герой, гачаг, Короглу
Azərbaycan dastançılıq ənənəsini tarixi ardıcıllıq baxımından izləsək ən yeni
dastan mərhələsi XIX – XX əsrlərdə yaranmış qaçaq dastanlarını qəbul etmək olar.
Buraya “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və b. dastanları şamil edilir. Amma bu dastanlar
ənənəvi qəhrəmanlıq- bahadırlıq dastanlarından fərqlənirlər.
“Hər bir ayrıca tədqiqat mövzusu olan və XIX əsrin əvvəllərindən Azərbaycanın
Rusiya tərəfindən işğalından sonra yaranan “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Dəli Alı”,
“Qaçaq Tanrıverdi” kimi qəhrəmanlıq dastanlarının da baş igidləri tarixi şəxsiyyətlərdir.
Bu dastanlar da xalqın tarixi,azadlığı, vətən uğrundakı mübarizələri ilə formalaşmışdır”
(1, 22)
Tədqiqatçıların
da qeyd etdiyi kimi, bu tipli dastanlarda tarixi hadisələrin
konkretliyi və tarixi şəxslərin gerçəkliyi daha çox gözlənilir. “XIX əsrdə meydana gələn
ictimai- siyasi şəraitlə əlaqədar olaraq, Azərbaycan xalq qəhrəmanları haqqında bir sıra
nəğmə, mahnı, dastan və el havaları yaranmağa başlayır. Xalq ədəbiyyatının bu
nümunələrinin qəhrəmanları o zaman Azərbaycanda fəaliyyət göstərən kəndli
hərəkatının fəal iştirakçıları idi. XIX əsrdə Azərbaycan xalqı həm yerli zülmkarlar, həm
də rus çarizminin nümayəndələri tərəfindən istismar olunurdu.
Xüsusilə kəndli
kütlələrinin vəziyyəti ağır idi. Həddindən artıq vergilər, özbaşnalıq, zorakılıq, ehtiyac
onları təngə gətirmişdi. Ona görə də kəndlilərin çar məmurları ilə birləşən yerli bəylər
əleyhinə kütləvi çıxış və üsyanları çoxalırdı.
Bütün XIX əsr boyu ölkədə, onun
xaricində də ad çıxaran məşhur qəhrəmanlar fəaliyyət göstərmişlər. Həmin üsyan
başçılarından Molla Nur, Yarəli, Hacı Məhəmməd, Şəkili Məhəmməd Cavad oğlu,
Adıgözəl, Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Tanrıverdi, Qandal Nağı,
Qaçaq Nəbi və
başqalarının adlarını çəkə bilərik. Qaçaqlar xalqın içərisindən çıxmış, xalqı müdafiə
etmiş, ona kömək əlini uzatmışlar. Bütün bu xalq qəhrəmanları haqqında saysız-
hesabsız folklor nümunələri yaranmış və yaşamaqdadır. Həmin nümunələrdə bu igidlər
qorxmaz, cəsur, mərd, ədalət sevən, humanist, düşmənə qarşı amansız, yoxsulların
tərəfdarı kimi təsvir olunmuşlar. Bu nümunələr folklorumuza “qaçaq nəğmələri” adı ilə
daxil olmuşdur” (2, 365)
Qaçaqlar xalq düşüncəsində yeni dövrün qəhrəmanları kimi meydana çıxırlar.
Alplıq- ərənlik arxetipi bu qəhrəmanların həyatını, davranışını və savaşını epik süjet
səviyyəsində qurmağa imkan verir.
Bu dastaların, rəvayət və nəğmələrin baş qəhrəmanları gerçək tarixi şəxsiyyətlər,
dövrün igid adamları olması “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qaçaq Süleyman”,
“Qaçaq Tanrıverdi”, “Qara Söyün”, “Qandal Nağı” kimi dastanların epik xronotopunu.
Üslubunu və ideyasını müəyyənləşdirmişdir.
Şübhəsiz, qaçaq dastanlarının yaranmasında və təşəkkülündə aşıqların igid,
cəsur insanların şərəfinə düzüb qoşduğu şeirlərin və rəvayətlərin böyük rolu olmuşdur.