|
![](/i/favi32.png) Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə Ilitr mayeni 10 saat ərzində damara yeritmək lazımdir.Tibb bacısı 12019-04-23 11-51-27120. 5 litr mayeni 10 saat ərzində damara yeritmək lazımdir.Tibb bacısı 1
saatda damara neçə litr maye yeritməlidir?
A) 100 ml
B) 500 ml
C) 1000 ml
D) 50 ml
E) 150 ml
Tibb bacısı yeridiləcək mayenin miqdarını tənasüb yolu ilə hesablayıb tapa bilər.
10 saatda- 5 litr
1 saatda- X litr X = 5 l x 1saat : 10saat = 0,5 l , yəni 500 ml
Ədəbiyyat: C.N Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulliuq . Səh. 156 “ Təhsil” Bakı
1980
.
121. Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?
A) 39-40
0
B) 37-38
0
C) 36-36,5
0
D) 38-39
0
E) 41
0
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38
dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək
qızdırma – 41 dərəcədən yüksək. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə
qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.
122. Venepunksiya apararkən tibb bacısı aşağıda göstərilənlərdən nəyi düz
etmir?
A) İynə venaya düşən kimi turnanı açır
B) Xəstənin dirsəyi altına kiçik yastıq qoyur
C) İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir
D) Xəstəyə əlini açıb-yummağı təklif edir
E) Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına
mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq
venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil
arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa
deməli turna çox sıxılmışdır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının
məlumat kitabı ”. Səh. 25“ Çıraq” 2008.
Dostları ilə paylaş: |
|
|