|
Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir?dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf89. Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir?
A) Sanatoriya
B) Hərbi Hospital
C) Klinika
D) Poliklinika
E) Xəstəxana
Ambulatoriya tipli müalicə müəssisələrində müraciət edən xəstələr müalicə olunur,
bu baxımdan poliklinika ambulator tipli müalicə müəssisələrinə aiddir. Poliklinikada
müvafiq : cərrahlıq, terapiya, nevrologiya, urologiya, endokrinologiya və s. həkim
kabinetləri olur
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 19 . “ Təhsil ” Bakı
1998.
90. Müalicə müəssisələrinin ümumi rejiminə nə aiddir?
A) Xəstələrin və tibbi heyətin şəxsi gigiyenası
B) Sanitariya rejimi
C) Göstərilənlərin hamısı
D) Daxili intizam qaydaları
E) Xəstənin fərdi rejimi
Sadalanan amillərin hamısı xəstəxananın ümumi rejiminə aiddir. Bu rejimin məqsədi
xəstələri müalicə etmək, vaxtında və düzgün qidalandırmaqla yanaşı, onlar üçün
lazımi sanitariya-gigiyenik şərait yaratmaqdır.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 21. “ Təhsil ” Bakı
1998.
91. Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
A) Qadın məsləhətxanası
B) Poliklinika
C) Təcili yardım stansiyası
D) Xəstəxana
E) Həkim məntəqəsi
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə həmin müəssisədə yatdıqda
aparılır, bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edilir.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ”
Bakı 1998.
92. Xəstəxanada palatanın havası neçə saatdan bir dəyişdirilməlidir?
27
A) Hər 3 saatdan
B) Yalnız səhər
C) Hər bir saatdan
D) Səhər,axşam
E) Gündə 3 dəfə
Palatada havanın miqdarının gigiyenik normasına riayət olunmalıdır. Palatada bir
xəstəyə düşən hava norması 25.m
3
olmalı və hər bir saatdan bu hava
dəyişdirilməlidir. Palatada havanı nəfəsliyi açmaqla və ya kondisioner vasitəsilə
təmizləyirlər.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 23 . “ Təhsil ” Bakı
1998.
Dostları ilə paylaş: |
|
|