üstündə köklənmiş lirik janrlarla məhdudlaşmayıb, epik janrları da əhatə
edir» (4, 86).
Müəllifin «nəsr-folklor» müstəvisində əldə etdiyi və əslində, onu filo -
loq statusundan folklorşünas-filoloq ampluasına doğru neçə illər boyunca
getməyə sövq edəcək, sonrakı tədqiqatlarının yaranmasına birbaşa təkan
olacaq ideya-tezisi isə bundan ibarət idi: «Şəkil və forma yamsılama -
larında mahiyyətcə folklora yaxınlaşma olmadığı kimi, özünütəhlil ele-
mentləri ilə xalq lirikası və eposunun sadə həsb-hal məqamları arasında
da birbaşa əlaqə yoxdur. Daha doğrusu, əlaqə üzdə yox, dərindədir, folk-
loru yamsılamada yox, folklorun ruhunu, ondakı arxaik təsəvvür və təfək -
kür tərzini özünəməxsus istedadla əks etdirməsindədir» (4, 86).
Məhz «folklorun ruhu», «ondakı arxaik təsəvvür və təfəkkür tərzi»
M.Ka zımoğlunu filoloqdan filoloq-folklorşünasa çevirdi. Çünki yalnız
folklor ruhunun ədəbiyatdan fərqli təsəvvür və təfəkkür tərzinə malik ol -
duğunu anlayanlar filoloqdan folklorşünasa çevrilə bilirlər. Əslində, folk-
lorun «tərzini» – yə`ni gerçəkliyi modelləşdirmə üsulunu, inikas modeli-
ni, folklor materiyasının kəmiyyət-qavrama ölçüsünü, keyfiyyət-dəyər-
ləndirmə kriteriyasını, qiymətləndirmə əyarını dərk etmək təkcə milli in -
tel lektual düşüncənin filoloji məkanı ilə folklorşünaslıq məkanının ara -
sındakı keçid, hüdud məqamını (körpünü) təşkil etmir, eyni zamanda
Azər baycan humanitar düşüncə məkanında folklor materiyasını hansı
key fiyyət və kəmiyyət meyarında dərk etmək baxımından da açıq-örtülü
mübahisələrin predmetinə çevrilir.
Bu gün Azərbaycan folklorşünaslığında «filoloji-tarixi», «filoloji» və
«folklorşünaslıq» yanaşmaları kimi üç tədqiqat üslubu (və metodu) var.
Bu üslublardan hansınınsa yersiz olaraq mütləqləşdirilib, digərlərinə qarşı
qoyulması gündəlik rast gəlinən praktikadır. Əslində, bu üç fərqli
tədqiqat-təhlil paradiqması bir-birindən ayrılmaz olub, folklor materiyası-
na yanaşmanıın obyektiv görüm səviyyələrini işarələndirir. Folklor mətni
poetik yaradıcılıq materiyasının tərkib hissəsi olub, öz strukturunda ədəbi
düşüncə tərzini də, tarixi düşüncə tərzini də, folklor düşüncə tərzini də
qovuşdurur. Bədii söz folklorun gerçəkləşmə materialıdır. Söz yoxdursa –
folklor da yoxdur. Sözün bədii ifadə imkanları folklorun «tərzinin» üzvi
tərkib hadisəsidir. Bu cəhətdən M.Kazımoğlunun bədii söz məkanında
ədəbiyyat-folklor müstəvisində apardığı bütün araşdırmalar (5; 6) folklor-
ədəbiyyat münasibətlər dialektikasının diaxron (tarixi, şaquli) təkamül və
sinxron (üfüqi) böyümə məntiqinə əsaslanır. Onun «Gülüşün arxaik kök-
2011/
IV
76
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
ləri» monoqrafiyasının ilk bölməsi «Terminlərdən irəli gələn çətinliklər»
adlanır. Buna qədər folklorşünaslıqda termin problemi ümumnəzəri ideya
kimi və daha çox mifologiya aspektində qoyulsa da (7, 14; 8, 3; 9, 5),
M.Kazımoğlunun kitabının bu fəsli folklor materiyasının onun yazılı
ədəbiyyat materiyasından fərqli olan öz poetik modelində konkret folklor
mətnləri əsasında araşdırılması istiqamətində Azərbaycan folklor şü -
naslığında reallaşdırılmış ilk sanballı addımdır (5, 7-15).
«Folklorda obrazın ikiləşməsi» folklor materiyasının struktur
modelləşdirmə aktı kimi
Materiya fəlsəfədə varlığın istisnasız olaraq bütün təzahür forma və
şəkillərini birləşdirən anlayışdır: materialist fəlsəfədə maddi olanları
nəzərdə tutur. Lakin varlıq maddi olduğu kimi, eyni zamanda mənəvidir
(ideyadır). İdeya istər maddəyə qədər (ilahi yaradılış), istərsə də mad-
didən sonra (insani yaradılış) bütün hallarda maddinin sxemidir. Uca
Allah varlıq aləmini söz (teoinformativ sxem) halında düşünmüş, mad-
didə gerçəkləşdirmişdir. İnsan da bütün yaratmaq istədiklərini ideya
(antro poinformativ sxem) halında düşünüb, sonra maddi, yaxud mənəvi
materialda gerçəkləşdirir. Folklor bu mənada mənəvi materiyadır və yenə
bu mənada materialdır. Azərbaycan folklorşünaslıq elminin tarixinə nəzər
saldığımızda biz milli düşüncənin folklor materiyasının bütün hallarda
(diaxron, yaxud sinxron) dərininə işlədiyinin, nəzəri baxımdan inkişaf
etdiyinin şahidi oluruq.
Müasir folklorşünaslıq elmimizin peşəkar rels üzərinə sovet dönə-
mində çıxması faktdır. Düzdür, keçən əsrin 20-40-cı illərində nəzəri folk-
lorşünaslıqla məşğul olan alimlərimiz çox az idi, ancaq bununla bərabər
Y.V.Çəmənzəminli, H.Zeynallı kimi folklorşünaslıq sahəsində o dövrün
dünya elmi-nəzəri fikrinə bələd olan tədqiqatçıların olduğu da faktdır.
Məsələn, Azərbaycan folklorşünaslığında struktur yanaşmalar keçən əsrin
80-ci illərinin sonlarından başlanğıc alsa da, «Bu kimi vertikal baxış
nağılın, belə demək mümkündürsə, «yaşını» təyin etməyə imkan verir,
üfüqi baxış isə nağılın eldən-elə, ölkədən-ölkəyə keçməklə nə kimi dəy-
işmələrə təsadüf etdiyini göstərir» deyən H.Zeynallı nağıl mətninin for-
mal strukturunun «diaxron-sinxron» modeldə tədqiqini «vertikal baxış»
və «üfüqi baxış» adları altında artıq həyata keçirmişdi (10, 11). «Hənəfi
Zeynallının bu fikri bütün məzmun və mündəricə göstəriciləri baxımın-
dan nağıl mətninə struktur yanaşmadır» (11, 529).
2011/
IV
77
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Stalinizm repressiyaları milli poetikanın inkişafına sarsıdıcı zərbə vu -
rub, onu özünün qurduğu ideoloji-təqlidi modelə yönəldir. Bununla bəra -
bər, folklor materiyasının poetik modelləşdirilməsi istiqamətində təd -
qiqatlar zamanla davam edir. Bu cəhətdən M.Kazımoğlunun «Folk lorda
obrazın ikiləşməsi» monoqrafiyası, əslində, folklorşünaslığımızın tari -
xində fərqli tezliklərdə olsa da, daim davam edən poetik modelləşdirmə
xəttinin içindən doğub, onun davamı kimi meydana çıxmışdır. Lakin poe -
tik modelləşdirmə mürəkkəb məkan-zaman strukturuna malikdir. Burada
iki biri-biri ilə bağlı səviyyə var:
Birincisi, folklor mətninin quruluşunun modelləşdirilməsi;
İkincisi onun strukturunun modelləşdirilməsi.
Quruluşun modelləşdirilməsi mətnin məkan-zaman konstruksiyasının
modelləşdirilməsidir. Bu – maddənin (materiyanın) sxemidir. Struktur
anlayışı quruluş anlayışını da öz içərisinə almaqla bərabər, ondan böyük
hadisədir. Quruluş – məkan və zaman modelini, struktur – materiyanın
quruluş elementlərinin münasibətlər modelini nəzərdə tutur. Başqa sözlə,
quruluşun təsviri məkan-zaman sxeminin, strukturun təsviri məkan-
zamanın canlı dinamikasının təsviridir. M.Kazımoğlunun araşdırmaları
məntiqi olaraq quruluşun təsviri mərhələsini artıq geridə qoymuş və
struktur modelləşdirmə mərhələsinə keçmişdir.
Hər bir folklorşünasın, təbii olaraq, öz təhlil-tədqiqat üslubu var.
Metod eyni ola bilir. Lakin eyni metod, hətta təqlid edilsə belə, fərqli üs -
lubda reallaşır. Bu mə`nada, M.Kazımoğlunun da öz təhlil-tədqiqat üslu -
bu var. Bu üslub ilk növbədə və başlıca olaraq müəllifin tədqiqatın bütün
tərkib elementlərini vahid struktur oxuna tabe etdirməsində ifadə olunur.
Bə`zi alimlər beyinlərində doğan ideyanı öncə düşünür, nəzəri model
halına gətirir, sonra nəticəni yazırlar. Bəziləri isə yaza-yaza düşünürlər.
M.Kazımoğlu birinci tipə aiddir. O, problemi düşüncəsində konstruk-
siyalaşdırıb, nəticəni də alır, daha sonra bu idraki prosesi dəyişmədən
kitabda gerçəkləşdirir. Bu üslub onun yaradıcılığının irili-xırdalı bütün
məhsullarında dəyişməz qalır. Hər bir məqaləsində, yaxud kitabının hər
bir bölməsində öncə tədqiq-təhlilin struktur modeli şərh olunur, daha
sonra bu model faktura ilə canlandırılır. Başqa sözlə, öncə tezis qoyulur,
sonra aparılan tədqiqat tezisi təsdiq edərək onu tamamlayır. Hər şey
düşüncədə artıq konstruksiyalaşdırıldığı üçün kənara sapmalar,
mübahisəli məqamlar, əsas ideyadan yanılmalar az olur və tədqiqat, bir
növ, riyazi araşdırmaların məntiqi metaforası təsirini də bağışlayır. Müəl -
2011/
IV
78
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |