Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

üstündə köklənmiş lirik janrlarla məhdudlaşmayıb, epik janrları da əhatə
edir» (4, 86).
Müəllifin «nəsr-folklor» müstəvisində əldə etdiyi və əslində, onu filo -
loq statusundan folklorşünas-filoloq ampluasına doğru neçə illər boyunca
getməyə sövq edəcək, sonrakı tədqiqatlarının yaranmasına birbaşa təkan
olacaq  ideya-tezisi  isə  bundan  ibarət  idi:  «Şəkil  və  forma  yamsılama -
larında  mahiyyətcə  folklora  yaxınlaşma  olmadığı  kimi,  özünütəhlil ele-
mentləri ilə xalq lirikası və eposunun sadə həsb-hal məqamları arasında
da birbaşa əlaqə yoxdur. Daha doğrusu, əlaqə üzdə yox, dərindədir, folk-
loru yamsılamada yox, folklorun ruhunu, ondakı arxaik təsəvvür və təfək -
kür tərzini özünəməxsus istedadla əks etdirməsindədir» (4, 86).
Məhz  «folklorun  ruhu»,  «ondakı  arxaik  təsəvvür  və  təfəkkür  tərzi»
M.Ka zımoğlunu  filoloqdan  filoloq-folklorşünasa  çevirdi.  Çünki  yalnız
folklor ruhunun ədəbiyatdan fərqli təsəvvür və təfəkkür  tərzinə malik ol -
duğunu anlayanlar filoloqdan folklorşünasa çevrilə bilirlər. Əslində, folk-
lorun «tərzini» – yə`ni gerçəkliyi modelləşdirmə üsulunu, inikas modeli-
ni,  folklor  materiyasının  kəmiyyət-qavrama  ölçüsünü,  keyfiyyət-dəyər-
ləndirmə kriteriyasını, qiymətləndirmə əyarını dərk etmək təkcə milli in -
tel lektual  düşüncənin  filoloji  məkanı  ilə  folklorşünaslıq  məkanının ara -
sındakı  keçid,  hüdud  məqamını  (körpünü)  təşkil  etmir,  eyni  zamanda
Azər baycan  humanitar  düşüncə  məkanında  folklor  materiyasını  hansı
key fiyyət və kəmiyyət meyarında dərk etmək baxımından da açıq-örtülü
mübahisələrin predmetinə çevrilir.
Bu gün Azərbaycan folklorşünaslığında «filoloji-tarixi», «filoloji» və
«folklorşünaslıq» yanaşmaları kimi üç tədqiqat üslubu (və metodu) var.
Bu üslublardan hansınınsa yersiz olaraq mütləqləşdirilib, digərlərinə qarşı
qoyulması  gündəlik  rast  gəlinən  praktikadır.  Əslində,  bu  üç  fərqli
tədqiqat-təhlil paradiqması bir-birindən ayrılmaz olub, folklor materiyası-
na yanaşmanıın obyektiv görüm səviyyələrini işarələndirir. Folklor mətni
poetik yaradıcılıq materiyasının tərkib hissəsi olub, öz strukturunda ədəbi
düşüncə tərzini  də,  tarixi  düşüncə tərzini  də,  folklor düşüncə  tərzini  də
qovuşdurur. Bədii söz folklorun gerçəkləşmə materialıdır. Söz yoxdursa –
folklor da yoxdur. Sözün bədii ifadə imkanları folklorun «tərzinin» üzvi
tərkib  hadisəsidir.  Bu  cəhətdən  M.Kazımoğlunun  bədii  söz  məkanında
ədəbiyyat-folklor müstəvisində apardığı bütün araşdırmalar (5; 6) folklor-
ədəbiyyat münasibətlər dialektikasının diaxron (tarixi, şaquli) təkamül və
sinxron (üfüqi) böyümə məntiqinə əsaslanır. Onun «Gülüşün arxaik kök-
2011/
IV
76
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


ləri» monoqrafiyasının ilk bölməsi «Terminlərdən irəli gələn çətinliklər»
adlanır. Buna qədər folklorşünaslıqda termin problemi ümumnəzəri ideya
kimi və  daha  çox  mifologiya aspektində  qoyulsa  da  (7, 14;  8,  3;  9,  5),
M.Kazımoğlunun  kitabının  bu  fəsli  folklor  materiyasının  onun  yazılı
ədəbiyyat materiyasından fərqli olan öz poetik modelində konkret folklor
mətnləri  əsasında  araşdırılması  istiqamətində  Azərbaycan  folklor şü -
naslığında reallaşdırılmış ilk sanballı addımdır (5, 7-15).
«Folklorda  obrazın  ikiləşməsi»  folklor  materiyasının  struktur
modelləşdirmə aktı kimi
Materiya  fəlsəfədə  varlığın  istisnasız  olaraq  bütün  təzahür  forma  və
şəkillərini  birləşdirən  anlayışdır:  materialist  fəlsəfədə  maddi  olanları
nəzərdə tutur. Lakin varlıq maddi olduğu kimi, eyni zamanda mənəvidir
(ideyadır).  İdeya  istər  maddəyə  qədər  (ilahi  yaradılış),  istərsə  də  mad-
didən  sonra  (insani  yaradılış)  bütün  hallarda  maddinin  sxemidir.  Uca
Allah  varlıq  aləmini söz (teoinformativ sxem) halında  düşünmüş, mad-
didə  gerçəkləşdirmişdir.  İnsan  da  bütün  yaratmaq  istədiklərini  ideya
(antro poinformativ sxem) halında düşünüb, sonra maddi, yaxud mənəvi
materialda gerçəkləşdirir. Folklor bu mənada mənəvi materiyadır və yenə
bu mənada materialdır. Azərbaycan folklorşünaslıq elminin tarixinə nəzər
saldığımızda  biz  milli  düşüncənin  folklor  materiyasının  bütün  hallarda
(diaxron,  yaxud  sinxron)  dərininə  işlədiyinin,  nəzəri  baxımdan  inkişaf
etdiyinin şahidi oluruq. 
Müasir  folklorşünaslıq  elmimizin  peşəkar  rels  üzərinə  sovet  dönə-
mində çıxması faktdır. Düzdür, keçən əsrin 20-40-cı illərində nəzəri folk-
lorşünaslıqla məşğul olan alimlərimiz çox az idi, ancaq bununla bərabər
Y.V.Çəmənzəminli, H.Zeynallı  kimi folklorşünaslıq  sahəsində  o  dövrün
dünya  elmi-nəzəri  fikrinə  bələd  olan  tədqiqatçıların  olduğu  da  faktdır.
Məsələn, Azərbaycan folklorşünaslığında struktur yanaşmalar keçən əsrin
80-ci  illərinin  sonlarından  başlanğıc  alsa  da,  «Bu  kimi  vertikal  baxış
nağılın,  belə  demək  mümkündürsə,  «yaşını»  təyin  etməyə  imkan  verir,
üfüqi baxış isə nağılın eldən-elə, ölkədən-ölkəyə keçməklə nə kimi dəy-
işmələrə təsadüf etdiyini göstərir» deyən H.Zeynallı nağıl mətninin for-
mal strukturunun «diaxron-sinxron» modeldə tədqiqini  «vertikal  baxış»
və «üfüqi baxış» adları altında artıq həyata keçirmişdi (10, 11). «Hənəfi
Zeynallının bu fikri bütün məzmun və mündəricə göstəriciləri baxımın-
dan nağıl mətninə struktur yanaşmadır» (11, 529).
2011/
IV
77
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Stalinizm repressiyaları milli poetikanın inkişafına sarsıdıcı zərbə vu -
rub, onu özünün qurduğu ideoloji-təqlidi modelə yönəldir. Bununla bəra -
bər,  folklor  materiyasının  poetik  modelləşdirilməsi  istiqamətində  təd -
qiqatlar zamanla davam edir. Bu cəhətdən M.Kazımoğlunun «Folk lorda
obrazın  ikiləşməsi»  monoqrafiyası,  əslində,  folklorşünaslığımızın  tari -
xində fərqli tezliklərdə olsa da, daim davam edən poetik modelləşdirmə
xəttinin içindən doğub, onun davamı kimi meydana çıxmışdır. Lakin poe -
tik modelləşdirmə mürəkkəb məkan-zaman strukturuna malikdir. Burada
iki biri-biri ilə bağlı səviyyə var:
Birincisi, folklor mətninin quruluşunun modelləşdirilməsi; 
İkincisi onun strukturunun modelləşdirilməsi.
Quruluşun modelləşdirilməsi mətnin məkan-zaman konstruksiyasının
modelləşdirilməsidir.  Bu  –  maddənin  (materiyanın)  sxemidir.  Struktur
anlayışı quruluş anlayışını da öz içərisinə almaqla bərabər, ondan böyük
hadisədir.  Quruluş  – məkan və zaman modelini, struktur  – materiyanın
quruluş elementlərinin münasibətlər modelini nəzərdə tutur. Başqa sözlə,
quruluşun  təsviri  məkan-zaman  sxeminin,  strukturun  təsviri  məkan-
zamanın  canlı  dinamikasının  təsviridir.  M.Kazımoğlunun  araşdırmaları
məntiqi  olaraq  quruluşun  təsviri  mərhələsini  artıq  geridə  qoymuş  və
struktur modelləşdirmə mərhələsinə keçmişdir.
Hər  bir  folklorşünasın,  təbii  olaraq,  öz  təhlil-tədqiqat  üslubu  var.
Metod eyni ola bilir. Lakin eyni metod, hətta təqlid edilsə belə, fərqli üs -
lubda reallaşır. Bu mə`nada, M.Kazımoğlunun da öz təhlil-tədqiqat üslu -
bu var. Bu üslub ilk növbədə və başlıca olaraq müəllifin tədqiqatın bütün
tərkib elementlərini vahid struktur oxuna tabe etdirməsində ifadə olunur.
Bə`zi alimlər beyinlərində doğan ideyanı öncə düşünür, nəzəri model
halına  gətirir,  sonra nəticəni yazırlar.  Bəziləri isə yaza-yaza  düşünürlər.
M.Kazımoğlu  birinci  tipə  aiddir.  O,  problemi  düşüncəsində  konstruk-
siyalaşdırıb,  nəticəni  də  alır,  daha  sonra  bu  idraki  prosesi  dəyişmədən
kitabda  gerçəkləşdirir.  Bu  üslub  onun  yaradıcılığının  irili-xırdalı  bütün
məhsullarında dəyişməz qalır. Hər bir məqaləsində, yaxud kitabının hər
bir  bölməsində  öncə  tədqiq-təhlilin  struktur  modeli  şərh  olunur,  daha
sonra bu model faktura ilə canlandırılır. Başqa sözlə, öncə tezis qoyulur,
sonra  aparılan  tədqiqat  tezisi  təsdiq  edərək  onu  tamamlayır.  Hər  şey
düşüncədə  artıq  konstruksiyalaşdırıldığı  üçün  kənara  sapmalar,
mübahisəli məqamlar, əsas ideyadan yanılmalar  az olur və tədqiqat, bir
növ, riyazi araşdırmaların məntiqi metaforası təsirini də bağışlayır. Müəl -
2011/
IV
78
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə