Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

yalançı  qəhrəmandan  fərqli  olaraq,  müsbət  yox,  mənfi  əvəzedici  kimi
özünü göstərir. Bizim bəhs etdiyimiz mənfi əvəzedicilərdən birinin «Dədə
Qorqud» eposunda Yalançı oğlu Yalancıq adlanması təsadüfi deyil. Obra -
zın adındakı «Yalançı oğlu» ifadəsi göstərir ki, ozan həmin obrazı həqiqi
bahadır yox, uydurma bahadır hesab edir… Bu cəhət (yə`ni yalançı baha -
dırın həqiqi bahadırın qismətinə sahib çıxmaq istəməsi) folklorda müx-
təlif süjet xətlərində öz ifadəsmini tapır» (2, 52).
İkiləşmə invariantının «komik» paradiqmalar cərgəsi
M.Kazımoğlu  ikiləşmə  invariantının  folklor  materiyasında  yaratdığı
beş paradiqma cərgəsini aşkarlamışdır:
1. «Hökmdar və təlxək» paradiqması;
2. «Pəhləvan və yalançı pəhləvan» paradiqması;
3. «Doğru və yalan» paradiqması;
4. «Ağıllı və axmaq» paradiqması;
5. «Taraz» və nataraz» paradiqması.
Maraqlıdır ki, müəllif ikiləşmə invariantının «hökmdar və təlxək» pa -
radiqmasını Azərbaycan folklor materiyasının «mifoloji parodiya» sa hə -
sində  aşkarlamışdır.  Məsələnin  qoyuluşunun  əlamətdarlığı  ondadır  ki,
«mifoloji parodiya» konseptini dünya folklorşünaslıq fikrindən götürən,
idraki aprobasiyadan keçirib, Azərbaycan folklorşünaslıq fikir dövriyyəs-
inə daxil edən elə M.Kazımoğlunun özüdür. Belə hesab edirik ki, müəllif
folklor düşüncəsinin «hökmdar və təlxək» paradiqmasını məhz mifoloji
düşüncənin  eyniadlı  arxetipinin  yaratdığı  semantik  sahəyə  daxil  edərək
modelləşdirdiyi  üçün  bu  paradiqmanıın  məntiqi  qanunauyğunluqlarını
aşkar edə bilmişdir.  O yazır: «Mifoloji parodiyanın təməl  xüsusiy yət lə -
rindən biri ikiləşmə, obrazın iki formada özünü göstərməsidir. «Kən dir -
baz» oyununda məhz obrazın ikiləşməsi hadisəsi ilə qarşılaşırıq. İkiləşən
kəndirbazdır.  Kəndirbaz  obrazı  «ciddi»  və  komik  yöndə  özünü  göstər-
məklə  ikiləşir.  «Ciddi»  və  komik  formalar  eyni  obrazı  müxtəlif  tərəf -
lərdən işıqlandırsa da, tərəflər bir-birini tamamlaya bilir» (2, 70). 
Müəllifə görə, mifoloji parodiyada hökmdar obrazının xüsusi yer tut-
ması təəccüb doğurmamalıdır. Nəzər almaq lazımdır ki, qədim dün ya gö -
rü şə görə, hökmdar cəmiyyətdə məhsuldarlıq, ümumiyyətlə, həyat rəm -
zidir (2, 71).
M.Kazımoğlu çoxsaylı etnoqrafik-mərasimi faktları vahid sistem bo -
yun ca təhlil edərək ikiləşmənin «hökmdar-təlxək» paradiqmasının magik-
2011/
IV
85
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


mərasimi dünya modelinin semantik struktur səviyyəsi olduğunu üzə çı -
xa rır: «Məzə çıxarıb hökmdarı əyləndirmək təlxəyin üzdə görünən əsas
vəzifəsidirsə,  bu  komik  fiqurun  alt  qatdakı  funksiyası  hökmdar  cildinə
girib bədxah ruhların diqqətini  özünə  cəlb  etmək  və  hökmdara gələcək
bəlanı bu yolla sovuşdurmaqdır» (2, 80).
İkiləşmə invariantının  «pəhləvan və yalançı pəhləvan» paradiqma sın -
dan danışan M.Kazmoğlu bunu folklor düşüncəsi və mətninin strukturun-
da özünü göstərən zəruri qanunauyğunluq hesab edir: 
«Xalq: Nəbinin bığları eşmə-eşmədi, // Papağı güllədən deşmə-deşmə-
di (17, 63) – deyib öz qəhrəmanının şəninə nəğmələr qoşur;
Məlikməmməd kimi bahadırların bədxah qüvvələrə qarşı vuruşub qə -
ləbə çalmasından saatlarla nağıl danışır;
Koroğlunun  İstanbul,  Bağdad,  Toqat,  Naxçıvan…  səfərlərini  dastan
ge cə lərinin yaraşığına çevirir.
Amma bütün bunlarla bərabər,  xalq yalançı pəhləvanlara da mənəvi
ehtiyac duyur  (kursiv bizimdir – S.R.) və bahadırlara paralel olaraq ko -
mik qorxaq obrazları yaradır» (2, 91).
Ümumiyyətlə, M.Kazımoğlu öz tədqiqatlarında, məntiqi olaraq, folk-
lor materiyasını onunla üzvi bağlılıqda olan mərasimi materiya ilə birgə
götürür.  Bu  cəhətdən  müəllif  ikiləşmə  invariantının    «doğru  və  yalan»
paradiqmasını  öz  tədqiqat  məntiqinə  uyğun  olaraq  materiyanın  folklor-
mərasim  sahəsində  axtardığı  üçün  modelləşdirə  bilmişdir:  «Folklorda
doğru və yalan məsələsi «Kəndirbaz» oyunundakı kəndirbaz və yalançı
pəhləvan məsələsinə nisbətdə diqqəti daha çox cəlb edir. Bəli, kən dir ba -
zın hərəkətində heç bir uydurma yoxdur… Yalançı pəhləvanın hərəkətləri
isə başdan-başa yamsılamadan, uydurmadan ibarət olur» (2, 107). 
Fakturanı  təhlilin  «tekst-kontekst»  səviyyəsinə  qədər  dərinləşdirən
alim «Kəndirbaz» oyununu  tekst kimi alıb, onun içərisində kəndirbazla
yalançı  pəhləvan  arasındakı  semantik  münasibətlər  sahəsini  ayrıca  bir
kontekstə çevirmək, başqa sözlə kontekstual təsəvvür modelini yaratmaq
yolu ilə, bir növ, mikroskopik təhlilə keçir. Bu təhlil M.Kazımoğluna canı
və qanı ilə sırf semantik materiyadan (mə`nadan) ibarət olan «doğru» və
«yalan» dual konseptlərini folklor materiyasının maddiləşən (obrazlaşan)
mikrotekstual  elementləri  kimi  aşkarlamağa  imkan  verir:  «Kəndirbazın
və yalançı pəhləvanın hərəkətlərini  mətn şəklində təsəvvür etsək  (kursiv
bizimdir – S.R.), onda kəndirbaz mətni doğrunu, yalançı pəhləvan mətni
isə yalanı ifadə etmiş olacaq» (2, 107).
2011/
IV
86
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Folklor materiyasında ikiləşmə invariantını «ağıllı və axmaq» paradiq-
masında  modelləşdirən  M.Kazımoğlu  bu  zaman  folklorun  material
yekcinsliyi qanunayğunluğunu əsas götürmüşdür. Müəllifə görə, folklor
dünyası gerçəkliyin inikas səviyyəsi olsa da, gerçəklik onda fərqli – folk-
lor  dünyasının  öz  keyfiyyət-dəyərləndirmə,  kəmiyyət-qiymətləndirmə
üsuluna uyğun təsnif olunur.   Folklorun təsnifat modelində gerçəklikdən
fərqli  olaraq,  insanlar,  hevanlar,  əşyalar  vahid  semantik  cərgədə  sırala-
naraq, başqa sözlə, yekcins materialı təşkil edərək   eyni məna  paradiq-
masını yarada bilirlər: 
«Folklorda, əsasən, üç cür axmağa rast gəlirik: 
a) aldadılıb axmaq yerinə qoyulan şəxs; 
b) özünü axmaqlığa vuran şəxs;
c) sadəlöhv, sadədil olub axmaqcasına hərəkət edən şəxs.
Hər üç variantda «adam» sözünün yerinə «şəxs» sözünü işlətməyimiz
səbəbsiz deyil. Məsələ burasındadır ki, folklorda insanların axmaqlığı ilə
yanaşı,  heyvanların,  quşların,  yaxud  hansısa  qeyri-adi  varlıqların  da
axmaqlığından bəhs edilir və onlar şəxsləndirilib insan şəklində təqdim
olunur.  Ona görə  də «şəxs»  sözünü  həm insan obrazları, həm  də başqa
obrazlarla  əlaqədar  işlədirik,  tutalım,  aldadılıb  axmaq  yerinə  qoyulan
şəxslər sırasına xan, vəzir, tacir, qazı, darğa, koxa… obrazları ilə bərabər,
div, cin, şeytan… obrazlarını da daxil edirik» (2, 119).
M.Kazımoğlu folklorda ikili qarşıdurmanın «Taraz» və nataraz»  pa ra -
diqmasından bəhs edərkən fəsildəki tədqiqatın məntiqiliyini qabaqcadan
müəyyənləşdirəcək  semantik-epistemoloji  modelləşdirmə  apa raraq,
axmaq,  dəli  və  nataraz  obrazlarını  nəzəri  cəhətdən  konseptləşdirirır:
«Folklorda axmaq obrazına yaxın olan dəli və nataraz obrazları da var…
Tərsinə iş tutmağın axmaq üçün səciyyəvi olduğunu nəzərə alaraq təxmin
edirik ki,  axmaq  toyda ağlayacaq, yasda güləcək; «gəl» deyəndə gedə -
cək, «get» deyəndə gələcək.  Dəlinin  isə toyda və yasda necə davra na ca -
ğını, «gəl» deyəndə gəlib-gəlməyəcəyini, «get» deyəndə hansı hoqqa çı -
xaracağını qabaqcadan söyləmək müşkül işdir. Bəs nataraz kimdir?  Na -
taraz  (kursivlər bizimdir – S.R.) – bədəncə və davranışca tarazlığı pozan,
mövcud ölçü-biçilərə uyğun gəlməyən adamdır» (2, 144).
Folklor-ədəbiyat materiyasında ikiləşmə konsepti
«Folklorda  obrazın  ikiləşiməsi»  monoqrafiyasının  sonuncu  bölməsi
«Folklordan yazılı ədəbiyyata» adlanır (2, 159). Müəllif epik materiyanın
2011/
IV
87
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə