Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   47   48   49   50   51   52   53   54   55

8) Ortaq  türk  mədəniyyətinə  ermənilərin necə və kimlərin dəstəyi ilə
yiyə çıxması;
9) Milli musiqi alətimiz olan tarın mühakiməsinin və “Dədə Qorqud
kitabı”nın ittihamının  səbəblərinin  öyrənilməsi;  
10) Folklorşünas  alimlərin elmi ictimaiyyətə mə`lum olmayan, üzə ri -
nə “tam məxvi” qrifi vurularaq  xalqdan  gizlədilən istintaq materialları
ilk dəfə olaraq elmi dövriyyəyə buraxılması  və s.
Professor  Cəlal Qasımovun “Azərbaycan  folklorşünaslığı  və sovet
to ta litarizmi” kitabının əsas  ideyası, başlıca qayəsi milli-mə`nəvi  də yər -
lə rimizin  sovet  totalitarizmi  dövründəki  müxtəlif  istiqamətli repressi -
yasının olduğu kimi oxuculara çatdırılmasıdır. Müəllif yazır: ”Azər bay -
canın yazılı və şifahi ədəbiyyatı heç vaxt sovet dövründəki  qədər toplanıb
tədqiq olunmadığı  kimi, o dövrdəki qədər də təhriflərə, ideoloji başlıqlara
mə`ruz  qalmayıb,  hətta  kök,  mənşə  problemi  ortaya  çıxanda  tə`qib  də
edilib, yasaq da olunub. Milləti kökündən, mənşəyindən, əcdadından qo-
parmaq  üçün  ciddi  cəhdlər  də  edilib...1920-1950-ci  illər  Azərbaycan
ziyalılarının mə`nəvi sarsıntı və stress illəri idi. Yeni cəmiyyətin qarşısına
qoyduğu məqsədlərdən biri də yeni ziyalı nəsli yetişdirmək  və onları öz
ideyalarının  daşıyıcısına  çevirməkdir.  Bu,  yeni  ziyalı  nəsli  demokratik
yox, diktator rejiminin ağrılarını yaşaya-yaşaya yetişirdi. Sosializm qəli-
binə sığmayanlar, xalqın, millətin tarixini, mədəniyyətini, adət-ən`ənəsini
yaşadanlar və yaradıcılıqlarında irslə varis, dünənlə bu gün arasına körpü
atanlar  Stalinin  və onun  əyalətdəki  qullarının  qəzəbinə  düçar olurdular.
İrtica və istibdad prosesi iki yolla –dövri mətbuatda, yığıncaqda, plenum
və qurultaylarda ifşa və təhlükə-sizlik orqanlarının təcridxanalarında itti-
hamla  həyata  keçirilirdi”.  Müəllif  qeyd  edir  ki,  XX  əsrin  20-50-ci  il -
lərində  Azərbaycan xalqı üzərində bir növ məqsədli şəkildə eksperiment
apa rılmışdır: ”İmperiya yaxşı dərk edirdi ki, mə`nəvi dirilik sakitliyi sev -
mir,  o,  kükrəməyi,  püskürməyi,  ayıq  və  oyaq  qalmağı  sevir.  Sabitlik
yaratmaq  üçün  diriliyi  –  müstəqil  düşünməyi,  milli  əxlaqı  məhv  etmək
lazım idi.” Beləliklə, Cəlal Qasımovun  gəldiyi qənaətə  görə, bolşevik -
lərin Azərbaycan xalqı üzərində apardıqları eksperimentlərin əsas hədəfi
onu  bir  xalq,  dövlət,  ümumiyyətlə,  etnos  kimi  yaşadan,  mövcudluğunu
şərtləndirən  etnik-milli  mexanizmlərdən  məhrum  etmək  lazım  idi.  Bol-
şeviklərin apardıqları bu siyasət isə aydın, düşünülmüş bir sistemə əsas la -
nırdı. Belə ki, xalqın milli özünəməxsusluğunu şərtləndirən genetik kod
əvvəlcə milli-mə`nəvi dəyərlər səviyyəsində, sonra isə mili şəxsiyyətlər
2011/
IV
163
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


səviyyəsində  məhv  edilirdi.  Bolşeviklərin  Azərbaycan  xalqı  üzərində
apardıqları bu eksperimentlər isə son dərəcə qanlı, amansız və hiyləgər
üsullarla aparılırdı. Bununla da, onlar o dövr Azərbaycan sovet insanının
milli  şüurunda  böhran  yaratmağa,  yə`ni  milli  şüurda  daşlaşmış  milli-
mə`nəvi dəyərlərə şübhə yaratmağa nail oldu.  Azərbaycan sovet insanına
alternativ düşüncəyə, müstəqil fikirləşməyə və seçim etməyə heç bir ma-
cal vermədilər. C.Qasımov təhlilləri və tədqiqləri nəticəsində müəy yən-
ləş-dirdiyi    yanaşma  üsulu  ilə    Azərbaycan  sovet  insanının    repessiya
dövrü üçün yaşam formulunu belə izah edir: ”Dövr, zaman özü əzməyi və
əzənin tərəqqisini tələb edirdi. Bu, diqtə idi. Sən ya bu diqtəni qəbul edib
öz  ideyalarını  müxtəlif  ədəbi  prinsiplərlə  həyata  keçirməli,  ya  Sovet
hökumətinin varlığını mədh edərək “sevinc yaylığı ilə gözlərinin yaşını
silib, gülə-gülə ələmdən nəş`əyə keçməyini” e`lan etməli, yaxud da məhv
olmalı idin”.
Sovet totalitarizminin   məqsədi   bir idi: mane olanları  aradan götür-
mək, düşünənləri, fikir söyləyənləri təkləyib məhv etmək.  Həqiqətən də,
həmin illərdə Azərbaycan ziyalı kontingenti ən mərd fərdlərini, Azər bay -
can elmi isə yüzlərlə alimini itirdi. Azərbaycan ədəbiyyatında, mədə niy -
yət və incəsənətində  böyük fəlakətlər, faciələr  yaşandı.  Biz hələ də o il -
lərdə  günahsız  yerə  güllələnən  ziyalılarımızın  heç  də  hamısının  harda
dəfn olunduğunu bilmirik.
Azərbaycan tarixinin qara səhifələri sırasında 1937-1938-ci illər qədər
dəhşətli, müdhiş və qanlı  dövr təsəvvür etmək, bəlkə də  çətindir. Çünki
bu dövr bir millətin ən dəyərli, intellektual, ziyalı təbəqəsinin köklü məh -
vinə hesablanmışdı. O illər Azərbaycanda qətlə yetirilən insanlarla bağlı
xüsusi plan hazırlanmışdı ki, o plana görə 3 ayda 1500 nəfərin güllələn-
məsi nəzərdə tutulurdu. O planın necə yerinə yetirilməsi isə hər kəsə bəl-
lidir... Bu, şübhəsiz, dövlət səviyyəsində həyata keçirilən terror idi. Rep -
res siyaların  müəllifi  də  sovet  dövləti,  sovet  totalitarizmi  idi.  37-38-ci
illər də dövlət məhkəmədənkənar repressiyalar aparılmasına qərar vermiş-
di. Bütün ölkədə fəaliyyətə başlayan “üçlüyün” iclasları – “məhkəmələri”
on beş dəqiqə ərzində dövlət ittihamçısının, vəkilin, bir çox hallarda  isə
müqəssirin iştirakı olmadan keçirilir və qərarlar çıxarırdı.
Xalq  əleyhinə,  xüsusilə  ziyalılar  əleyhinə  cəza  tədbirləri  repressiya
illərində daha da amansızlaşdı. Hakimiyətdə oturmuş dövlət quldur dəs -
təsi  Sumbatovun,  Borşovun,  Gerasimovun,  Qriqoryanın,  Mar kar ya nın,
Qalstyanın, Avanesyanın,  Sinmanin  və    onların Atakişiyev  kimi  nökər-
2011/
IV
164
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


lərinin və qeyrilərinin əli ilə, təxminən, 50 mindən çox Azərbaycan zi ya -
lısını  –  alim,  yazıçı,  artist,  müəllim,  din  xadimi,  Sovet  və  partiya  ida -
rələrinin  əməkdaşı, hərbçini – bir sözlə, bütün düşünən beyinləri, qeyri-
adi təfəkkür sahiblərini  görünməmiş vəhşiliklə  məhv etdilər. Ölüm və
cəza maşını dayanacaqsız və fasiləsiz işləyirdi. Hər bir “xalq düşməni”nə
“məhkəmə”  zamanı  ancaq  15  dəqiqə  vaxt  ayrılırdı.  Bu  hesabla  1937-
1938-ci illərdə  bir saatda 4 adamın  güllələnməyə  məhkum edildiyini və
beləliklə,  nə  qədər   zəka  sahiblərinin  – azərbaycanlıların güllələndiyini
he sab lamaq çətin deyil...
1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın  tanınmış
yaradıcı  adamları  Əhməd  Cavad,  Bəkir  Çobanzadə,  Böyükağa  Talıblı,
Vəli  Xuluflu,  Məmmədkazım  Ələkbərli,  Hənəfi  Zeynallı,  Xalid  Səid
Xocayev  və  başqaları  qətlə  yetirildi.  Sonrakı  aylarda  isə  ardıcıl  olaraq
Azərbaycan xalqının digər “düşünən beyinləri” amansızlıqla məhvə məh -
kum edildilər. “Bu, konveyr kimi bir şey idi. Məsələn, Moskvadan səyyar
sessiya gəlib bir ayda minlərlə adama ittiham irəli sürüb həbs edirdi. Ən
qorxulu  hadisələr  ”üçlüyün"  yaranması  ilə  başladı.  Yə`ni  partiya
aparatının,  prokurorluğun  və  Daxili    İşlər  Nazirliyinin  hər  birindən  bir
nəfər olmaqla “üçlük” qərar verirdi. 1937-ci ilin iyununda Sovet İttifaqı
Mərkəzi  Komitəsinin  Siyasi  Bürosu  repressiyaları  planlı  şəklə  saldı.
Əvvəlcədən hər respublikada, iri şəhərlərdə, yaxud vilayətdə neçə nəfərin
güllələnməsi  üçün  limit  qoyuldu.  Tədricən  plan  artırılırdı  və  əsasən,
respublika əhalisinin sayı götürülürdü..."(Z.Bünyadov)
Xalqımızın  ümummilli lideri, mərhum prezident   Heydər Əliyev də
Sovet  totalitarizminin  törətdiyi  1937-1938-ci    illər  repressiyalarına  öz
münasibətini  belə  ifadə  etmişdir:  ”1937-1938-ci  illərin  repressiyaları
Azərbaycan elminə və mədəniyyətinə böyük zərbələr vurdu. Repressiya
illərində 50 mindən artıq adam güllələnmiş, 100 mindən çox insan Sibir
və Qazaxıstana sürgün edilmişdi. Hüseyn Cavid, Mikayıl  Müşfiq, Tağı
Şahbazi, Salman  Mümtaz kimi böyük şəxsiyyətlər məhv edilmişdi.”
Təbiidir ki, repressiya,  ilk növbədə, alimlərin, aydınların başında çat-
lamalıydı. Azərbaycan ruhunu özündə  yaşadan bu şəxsiyyətlərin amalı və
çəkdikləri hər bir əzab-əziyyət millət üçün, xalq üçün olub. Onlar Azər -
baycana gələn fəlakətlərin qabağına çıxan fədakar, əsl milli ruhlu  insan-
lar idilər. 1937-1938-ci illərdə məhv edilən insanların böyük əksəriyyəti
vətənpərvər, millətçi şəxslər idi.  C. Qasımov yazır: ”Mə`lumdur ki, sovet
repressiyalarının  qovluqları  “Vətən  xaini”,  “xalq  düşməni”  hökmü  ilə
2011/
IV
165
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


başa çatır. Doğrudanmı,  Azərbaycan ziyalıları – Hüseyn Cavid, Əhməd
Cavad, Mikayıl Müşfiq, Əmin Abid, Əlabbas Münzib, Salman  Mümtaz,
Əli  Nazim, Ömər Faiq Nemanzadə, Tağı  Şahbazi, Əli Nəzmi, Mustafa
Quliyev, Bəkir Çobanzadə, Seyfulla Şamilov, Yusif Vəzir Çəmənzəminli,
Ruhulla Axundov,  Hacı  Kərim  Sanılı,  Əli  Razi  Şamçızadə,  Seyid    Hü -
seyn, Ümmügülsüm  Sadıqzadə, Hənəfi  Zeynallı, Vəli Xuluflu, Ata baba
Musaxanlı, Qantemir, İsmayıl Katib, İdris Axundzadə, muhacirətdə olan-
lardan Məmmədəmin Rasulzadə, Mirzəbala Məmmədzadə, Almaz  İl dı -
rım,  Əbdülvahab Yurdsevər,  Nağı  bəy Şeyxzamanlı,  Əhməd  Cə fər oğlu,
Şəfibəy Rüstəmbəyov, Ceyhunbəy Hacıbəyli və yüzlərlə başqaları “Vətən
xaini”,  “xalq  düşməni”  olmuşdur?  Bu  sahə  ilə  az-çox  məşğul  olan  bir
tədqiqatçı kimi qəti və birmə`nalı şəkildə bildirirəm ki, adlarını sadaladı -
ğım və  ya sadalamadığım repressiya qurbanlarının  heç biri Azərbaycan
xalqının düşməni olmamışdır. Onların içərisində antisovet, antiSSRİ təb -
liğatı  aparan  olmamışdır.  Ona  görə  də  onların  bə`zilərinə,  belə  demək
mümkünsə,  SSRİ-imperiya  xaini,  imperiya  düş məni  demək  olar,  lakin
Azərbaycan adlı vətənə xəyanət etmiş şəxs demək olmaz! Bu ziyalıların
böyük əksəriyyəti milli əxlaqa və milli düşüncəyə malik türk ruhlu, türk
əsilli, türk təfəkkürlü sənətkarlar idi və onlar türkün ziddinə bir iş görə
bilməzdi. Elə məsələnin əsl mahiyyəti də bunda – türk ruhunu, ortaq türk
mədəniyyətini məhv etməkdə idi”.
O illərdə hədəfə götürülən şəxslər, əsasən, günahsız  insanlar idi. Sa -
dəcə,  onların  düşüncəsi  sovet  standartlarına  uyğun  gəlmirdi.  Əslində,
repressiyaların  kökündə də  əsas e`tibarilə “zamanın nəbzini tuta  bil mə -
mək” dayanırdı. Azərbaycanda sovet hakimiyyəti qələbə çaldıqdan sonra
yazıçıları  kütləvi  şəkildə  sovet  ideologiyası  mövzusunda  yazmağa  səs-
lədilər. Ədəbiyyat adamlarının 1937-ci ilin oktyabrında başlanan kütləvi
həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi oldu. Mircəfər Bağırov
1934-cü  ilin  partiya  qurultayındakı  hesabatında  bildirmişdi  ki,  “hətta
Cəfər Cabbarlı və Hüseyn Cavid kimi bizə uzun müddət yad olan insan-
lar artıq sosializm platformasına yaxınlaşıblar”. Amma sözsüz ki, Cəfər
Cabbarlı da o ərəfədə vəfat etməsəydi, həbs olunacaqdı. “Zamanla ayaq -
laşmayan” Hüseyn Cavid,  Əhməd Cavad, Mikayıl Müşfiq, Əmin Abid,
Əlabbas Münzib, Salman  Mümtaz, Əli  Nazim və başqalarının  taleyi isə
hər kəsə mə`lumdur...
Cəlal Qasımov  “Azərbaycan  folklorşünaslığı və  sovet  totalitarizmi”
monoqrafiyasında  maraqlı, eyni zamanda yeni və orijinal  sayıla biləcək
2011/
IV
166
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


bir fikri də ədəbi dövriyyəyə buraxır. O, yazır: “ Sovet hökuməti yalnız
milli-mə`nəvi  dəyərləri  və  onların  daşıyıcılarını  məhv  etmədi,  eyni  za -
manda folklorşünaslığa nüvəsində Vətən, El, Oba, Yurd həsrəti gəzdirən
“Sürgün folkloru”, “Qürbət folkloru”, “Mühacirət folkloru” anlayışlarını
da  daxil  etdi  və  həmin  nümunələrin  vaxtında  toplanmasına  və  nəşrinə
imkan  vermədi.  Ona  görə  də  bu  gün  sürgün  folkloru  ilə  bağlı  düşün -
cələrimiz olduqca bəsitdir və demək olar ki, əlimizdə ciddi örnəklər yox-
dur. Bu o demək deyil ki, sürgün folkloru yaranmayıb. Xeyr, bu nu mu -
nələr  kifayət  qədərdir  və  bu  gün  də  yaranmaqdadır.  Lakin  sovet  impe -
riyası öz irtica maşınının gücü ilə onların yaranmasının və yayılmasının
qarşısını alıb.  Başqa  sözlə  desək,  sürgün  folkoru  da  sürgündə olanların
özləri kimi məhvə məhkum edilib. Belə demək mümkünsə, Sürgün folk-
loruna  nisbətdə    Mühacirət,  yaxud  Qürbət  folklorunun  bəxti  bir  qədər
gətirib. Mühacirət folklorşünaslığında folklor örnəklərinin tədqiqi ümum -
türk  dünyasının  etnik-mədəni  bütövlüyünü  vahid  əməliyyat  və  kültür
kimi daha qabarıq göstərmək gücünə malik olub. Mühacirətdəkilər sovet
inkivizisiyasından  qorxmadan  (Azərbaycandan  kənarda  olsa  da)  öz
sözlərini deyə bilib. Lakin SSRİ məkanında yaşayanlar isə həsəd və həs-
rət dolu hiss və duyğularını cilovlamaq məcburiyyətində qalıblar”.
Monoqrafiya müəllifi əsərdə bu qənaətə gəlir ki, Sovet imperiyası adı
keçən  dövrlərdə  Azərbaycan  xalqı    üzərində  məqsədli  şəkildə  eksperi-
mentlər  aparmışdır.  Bu  eksperimentlərin  əsas  hədəfi  isə  onu  bir  xalq,
dövlət, ümumiyyətlə, bir etnos kimi yaşadan, mövcudluğunu şərtləndirən
etnik-milli  mexanizmlərdən  məhrum  etmək  idi:  ”Millətin  tarixində  və
taleyində ən böyük faciə şəxsiyyətin məhvindən daha çox milli-mə`nəvi
dəyərlər – cünglər, əlyazmalar, təzkirələr, arxiv materialları, bütövlükdə
isə folkloru da özündə ehtiva edən klassik irs zərər çəkəndə, repessiyanın
qurşunlarına hədəf çevriləndə baş verir.”
Bolşevik rejimi Azərbaycan xalqının 1918-1920-ci illərdə malik olduğu
müstəqil dövlətçilik ən`ənəsini, milli mənlik ruhunu onun şüurundan çıxar-
maq  üçün  xalqın  mə`nəviyyatına  qarşı  da  hücuma  keçdi.  Cüm huriyyət
dövründə  dövlət  dili  olan  Azərbaycan  dili  sıxışdırılmağa  baş ladı.  Milli
kadrların  hazırlanması  da  kəskin  surətdə  məhdudlaşdırıldı.  Ruslaş dırma
siyasətinə  başlandı.  Mülki  və  dini  imtiyazlar,  milli  rütbələr  ləğv  edildi.
"Bəy", "xan", "ağa" sözlərinin işlənməsi belə qadağan olundu. Din dövlət-
dən  və  təhsildən  ayrıldı.  Dini  ayinlərin  icrası  və  məktəblərdə  şəriət
dərslərinin keçilməsi yasaq edildi. Dini məktəblər kütləvi surətdə bağlandı.
2011/
IV
167
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Qədim  me`marlıq  abidələri  olan  məscidlərin,  minarələrin  uçurulmasına
başlandı. Azərbaycan xalqının mə`nəviyyatına,  milli mədəniy yə ti nə, adət-
ən`ənələrinə, ədəbiyyatına və incəsənətinə, eləcə də ayrı-ayrı  folklor  nü -
munələrinə  və  ədəbi  əsərlərinə   qarşı  geniş hücumlar başlan dı.
Sovet rejiminin belə kəskin mübarizə apardıqları milli-mənəvi dəyər-
lərdən biri “Dədə Qorqud” dastanı, digəri isə “Novruz” bayramı idi. Pro -
fessor  Cəlal Qasımovun gəldiyi nəticəyə görə,  bolşeviklərin “Dədə Qor -
qud” dastanına və “Novruz” bayramına qarşı apardıqları amansız və mü -
təşəkkil  mübarizədə əsas məqsəd Azərbaycan  türklüyünü milli  yaddaş-
dan və özünütanıma  mexanizmlərindən məhrum etmək və onu bir növ
“manqurlaşdırmaq”  istəyi idi. Digər tərəfdən, bolşeviklərin “Dədə Qor -
qud” dastanına və  “Novruz”  bayramına belə antoqonist münasibəti, bi -
zim bu əvəzsiz milli-mə`nəvi dəyərlərimizin mahiyyətinin  bolşevizmin
özünün əsl mahiyyəti ilə tamamilə ziddiyyət  təşkil etməsindən irəli gəlir-
di. Belə ki, Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət
ətrafında birləşdirən fenomen kimi çıxış edirdisə, bolşevizm isə əksinə,
müxtəlif etnos və xalqları, eləcə də mədəniyyətləri import edərək vahid
sovet adamı və vahid sovet mədəniyyəti adı altında birləşdirmək istəyir-
di. “Dədə Qorqud” dastanına  aqressiv münasibət  isə bolşeviklərin dü -
şüncəsinə  görə  məzmun  və  ideya  baxımından  bu  dastanın  onların  ma -
raqlarını tə`min etməməsi ilə bağlı idi. Belə ki, “Dədə Qorqud”  müstəqil-
lik, el-yurd, vətən birliyinin, dövlətçilik düşüncəsinin və ideyasının da şı -
yıcısı olan möhtəşəm bir əsərdir.  Bolşeviklərə isə bu ideya yox, “parçala,
hökm sür” ideyası aşılayan bir əsər lazım idi ki, onlar öz mənfur imperiya
siyasətlərini istədikləri kimi təbliğ edərək həyata keçirsinlər. C.Qasımov
bununla göstərmək istəyir ki, bolşeviklər Azərbaycan xalqını milli epo-
sundan – “Dədə Qorqud”dan və milli ritua lından – Novruz bayramından
məhrum  etməklə  onu  məhz  “Azərbaycan  xalqı”  adlanan  köləyə,  daim
itaətdə olan bir qula  çevirmək istəyirdilər.
Ümumiyyətlə, C.Qasımov “Azərbaycan  folklorşünaslığı  və  sovet to -
talitarizmi” monoqrafiyasında çox aydın görünən bir istəyi həyata keçir-
mək istəyib: “Məqsədimiz deyilmişləri təkrar və ya inkar etmək, onları
tənqid  atəşinə  tutmaq,  bu  istiqamətdə  əvəzsiz  xidmətləri  olan  görkəmli
alimlərimizin  əməyini  heçə  endirmək  deyil,  əksinə,  müstəqilliyin  bizə
verdiyi  fürsətdən  istifadə  edərək  sovet  imeriyası  tərəfindən  işıqlandırıl-
ması yasaqlanan və hətta sosializm teyfi altında bizdən gizlədilən qütbün
üzərinə  işıq  çiləmək,  bir  sözlə,  sovet  totalitar  rejiminin  milli-mənəvi
dəyərlərə vurduğu zərbələri aşkara çıxarmaqdan ibarətdir”.
2011/
IV
168
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Cəlal  Qasımovun  qələmə  aldığı  bu  mövzu  çox  əhatəli,  geniş  olub,
təxminən, otuz  altı illik bir dövrü – 1920- ci ildən 1956-cı ilə qədər olan
bir dövrü  əhatə edir. Bu isə  müvafiq olaraq 28 Aprel 1920-ci ildən- Azər -
baycan  Demokratik    Respublikasının  süqutu  və  onun  ərazisində Azər -
baycan  Sovet  Sosialist  Respublikasının  (Azərbaycan  SSR-in)  yara dıl -
dığının e`lan olunmasından 1956-cı ilə repressiya qurbanlarına bəraət ve -
ril məsinə  qədər  olan  bir  dövrdür.  Təxminən,  bir  qərinəlik  zaman  kəsi-
mində baş verən bu cür  faciəli və qanlı tarixi hadisələri bütün təzadları
ilə qələmə almaq, ona bu günün tələblərindən qiymət vermək, baş verən
müxtəlif tarixi olayları  əsl  peşəkar, alim-tədqiqatçı  təxəyyülündə  təhlil
edib  nəticələr çıxarmaq,  onları  obyektiv şəkildə dəyərləndirmək  və   bu
hadisələri olduğu kimi təsvir etmək, əlbəttə  ki, çox çətindir. Ancaq qətiy -
yətlə  demək olar  ki,  professor   Cəlal  Qasımov  600 səhifəlik  bir  mono-
qrafiyada – “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” kitabın-
da bütün bunların öhdəsindən layiqincə gələ bilmiş, o dövrdə baş verən-
lərə  bu  günün  prizmasından  obyektiv  şəkildə  baxa  bilmiş  və  nə ticədə
tə`sirli  səhnələrlə,  yaddaqalan  təhlil  və  qiymətli  elmi  nəticələrlə,  dəqiq
ümumiləşdirmələrlə  zəngin  olan  dəyərli  bir  əsər  ortaya  qoya  bil mişdir.
Monoqrafiyanın  dili oxunaqlı, orada istifadə edilən ədəbiyyatlar, istinad-
lar, dövrü mətbuat, arxiv materialları kifayət qədər çox olub, gö rülən işin
həcmini, geniş əhatə dairəsini, əsas tədqiqat obyektlərini  tə səv vür et mək -
də  oxucularda və  bu sahə ilə məşğul olan tədqiqatçılarda ətaflı təəssurat
yarada bilir. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki,  Cəlal
Qasımovun  “Azərbaycan  folklorşünaslığı  və  sovet  totalitarizmi”  kitabı
son illər ədəbiyyatımızda bu mövzuda yazılan əsərlər içə ri sində ən öncül
sırada,  son  dərəcə  mühüm,  özünəməxsus  bir  yer  tutur,  təd qiqatçılar  və
oxucular tərəfindən böyük  maraqla qarşılanır.
2011/
IV
169
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


2011/
IV
170
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə