Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   47   48   49   50   51   52   53   54   55

Tahir ORUCOV
AMEA Folklor İnstitutu
e-mail:tahir-orucov@rambler.ru
MİLLİ-MƏ’NƏVİ DƏYƏRLƏRİN REPRESSİYASI
MİLLİ-MƏ’NƏVİ DƏYƏRLƏRİN REPRESSİYASI
(Cəlal Qasımov. Azərbaycan folklorşünaslığı və so -
vet totalitarizmi. Bakı: Nurlan, 2011)
Filologiya elmləri doktoru, professor Cəlal Qasımovu
ötən əsrin 90-cı illərindən – Gəncədə repressiya qurban-
larına həsr edilən zona mü şa vi rə sin dəki məzmunlu çıxı -
şından  tanıyıram.  Sonralar  zaman-zaman  bu  ta nınmış
tədqiqatçı-alimin rep ressiya qurbanlarının faciəli taleləri
haq qında təd qiqatlarını, o cümlədən ”Əsrin qiyamət ça -
ğı” (1997), “Yaddaşın repressi ya sı” (1997),  “Rep res si -
yadan deportasiyaya doğru”(1998), “Məhbus tərcü meyi-halı” (2003) və s.
bu  kimi  kitablarını  oxuyanda  mənə  elə  gəlmişdi  ki,  1937-1938-ci  illərin
müdhiş, tükürpədici repressiyaları haqqında bun lardan daha artıq nəsə de -
mək, yazmaq müəllif  üçün çətin olacaq. Çünki Cəlal Qa sımov bu kitab la -
rında, eləcə də bu mövzuda yazdığı digər mə-qalələrində  ədə biy yatımızda
siyasi  repressiya,  onun əsas mahiyyəti və  repressiya qurbanları haqqında
ədəbi ictimaiyyətə ilk dəfə olaraq o qə dər yeni, o qədər ilkinc və o vaxta
qədər geniş oxucu kütləsinə mə`lum ol mayan o qədər qiy mətli mə`lumat-
lar, əvəzsiz bilgilər vermişdi ki, müəl  lifin bunlar dan daha artığını yazmasını
düşünmək belə sanki müm künsüz  görünürdü.
Ancaq bu yaxınlarda Cəlal Qasımovun AMEA Folklor İnstitutu Elmi
Şurasının qərarı ilə  nəşr olunan  “Azərbaycan  folklorşünaslığı və  sovet
totalitarizmi” kitabını oxuyanda fikrimdə nə qədər yanıldığımı hiss etdim.
Bu qənaətə gəldim ki, həyatdan  nakam  köçmüş, ömür  yolları  çox  əzab -
lı və kəşməkeşli  olan, faciəli talelər  yaşayan  repressiya qurbanları haq -
qın da  hələ  deyiləsi  və  yazılası  çox  fikirlər,  çox  düşüncələr,  ədəbi  icti-
maiyyətə və oxuculara çatdırılası nə qədər yeni faktlar, nə qədər  qiymətli
materiallar var. Sayca  müəllifin 21-ci kitabı olan 600 səhifəlik bu möh -
təşəm kitab yenə də müəllifin ən`ənəvi mövzusuna – bu dəfə isə Azər bay -
can folklorşünaslığının repressiya  qurbanlarına və sovet totalitarizminin
törətdiyi acı faciələrə, eləcə də Sovet  totalitarizminin iç üzünün  real şək-
ildə göstərilməsinə  həsr olunmuşdur.
2011/
IV
160
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


C.Qasımovun “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” ki -
tabı  filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Rzasoyun yazdığı “Milli
yaddaşın bifurkasiyası: şəhidlər və şahidlər” adlı  ön sözdən, “Ortaq türk-
islam mədəniyyəti” və “Milli-mə`nəvi dəyərlərin daşıyıcılarının repressi -
yası” sərlövhəli iki fəsildən ibarətdir. Bu  kitabda  Cəlal Qasımov 300-ə
yaxın  müxtəlif  kitabdan,  1924-2010-cu  illərin  qəzet  və  jurnallarından,
eləcə  də  çoxsaylı  arxiv  materiallarından  istifadə  edərək  nəticədə  elmi
dəyəri çox böyük olan bir əsər ortaya qoya bilmişdir.
Mə`lumdur ki, hər bir xalqın tarixində elə hadisələr və elə dövrlər olur
ki, onlar həmin xalqın həyatında son dərəcə mühüm rol oynamaqla  ya -
naşı, onun qan və gen yaddaşında bə`zən qızıl hərflərlə, bə`zən də qanla
yazılır. Sovet totalitarizminin törətdiyi 1937-1938-ci  illər repressiyaları
da Azərbaycan xalqının  gen yaddaşında qanla yazılmış müdhiş hadisə -
lərdəndir.
28 Aprel 1920-ci ildə Azərbaycan Demokratik  Respublikasının süqutu
və  onun  ərazisində Azərbaycan  Sovet  Sosialist  Respublikasının  (Azər -
baycan SSR-in) yaradıldığının e`lan olunması ilə öz müstəqilliyini  itirən
Azərbaycan tam olaraq Sovet üsuli-idarəsinə keçməklə, bütün hüquq və
azadlıqlarından  məhrum  olmaq  məcburiyyətində  qaldı.  1920-ci  il  aprel
işğalından sonra Rusiya Azərbaycanda illərlə kütləvi həbslər apardı, dəh -
şətli qətllər, qarətlər törətdi. 1930-cu illərin sonuna yaxın isə  1918-ci ildə
qurulmuş Azərbaycan milli hökumətinin təmsilçilərindən demək olar ki,
heç kim qalmamışdı – onların hamısı bu və ya digər şəkildə  repressiya
edilmişdi. İşğaldan sonra müxtəlif ölkələrdə ağır mühacirət həyatı yaşa-
mağa məcbur olan Məmməd Əmin Rəsulzadə yazırdı: “Bolşeviklərin qar -
şılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar Azər baycanda
”proletar mədəniyyəti"ni bərqərar etmək istəyirdilər. Lakin bolşeviklər bu
arzularına heç cür çata bilmirdilər. Çünki bu iş üçün hazırlanmış kadrlar
yox idi. Məktəb kimi ədəbiyyat da uzun müddət kommunizmə  yabançı
olan ideoloqların tə`siri altında qaldı. 1937-ci ilə qədər bu  sahədəki əsl
hakimiyyət  “inqilabdan” əvvəlki qələm sahiblərinin əlində idi...” Buna
görə də ziyalılara, ədəbiyyat və mədəniyyət nümayəndələrinə  daha  dəh -
şətli şəkildə divan tutulmağa başlandı.
Sovet  totalitar  rejimi  Azərbaycanda  möhkəmlənmək  cəhdini  həyata
keçirmək üçün və özü istəyən səviyyədə öz hakimiyyətini reallaşdırmaq-
dan ötrü təbii ki, müəyyən tədbirlər həyata keçirməyə başladı. Bu tədbir-
lərin  ən  mühümü  əvvəllər  də  müxtəlif  formalarda  sınaqdan  keçirilmiş
2011/
IV
161
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


1937-1938-ci  illər  repressiyaları  idi.  Bolşeviklərə  görə,  repressiya
vasitəsilə bə`zi "nailiyyətlər"in əldə ediləcəyi istisna edilmirdi:
1) İlk öncə, repressiya hər hansı  bir xalqın gen dəyişikliyinə olduqca
ciddi və geniş şəkildə tə`sir edə bilərdi.
2) Cəmiyyətin "düşünən beyinləri"ni aradan götürməklə xalqın siyasi,
mədəni, elitar dünyagörüşünü zəiflətmək, diz çökdürmək  mümkün idi.
3)  Bunların  nəticəsində  isə  siyasi,  mədəni  səviyyəcə  geriyə    atılmış
istənilən bir xalqı müstəmləkə altında saxlamaq daha asan bir iş idi.
Bu səbəbdən də sovet totalitarizmi Azərbaycanın müstəqil dövlətçilik
ən`ənələrini  məhv etmək  üçün  xalq  arasına  parçalanma  və  düşmənçilik
salmağa və əhalinin müxtəlif təbəqələrini üz-üzə qoymağa, ilk növbədə
isə, xalqın düşünən  beyinlərini  aradan  götürməyə, bununla da  xalqın
milli-mə`nəvi dəyərlərinə ağır zərbə endirməklə onu daim əsarət altında
saxlamağa çalışırdı. Bütün bunlar professor Cəlal Qasımovun “Azər bay -
can folklorşünaslığı və sovet totalitarizmi” kitabının əsas qayəsini, başlı-
ca  ideya  istiqamətini  təşkil  edir.  Müəllifin  milli-mə`nəvi  dəyərlərin  və
onlarin daşıyıcıları  olan  ziyalıların  repressiyalarına həsr olunmuş bu ki -
tabının əsas obrazları  folklor və  folklorçulardır. C. Qasımovun  bu əsəri
orada tədqiq olunan dövrün – repressiya dövrünün bütün reallıqlarını tam
əks etdirir. Cəlal Qasımov  bu monoqrafiyasında sovet totalitarizmi döv -
ründə milli-mə`nəvi dəyərlərimizin repressiyasının  aşağıda göstərilən  te -
matik nöqtələrini vurğulamağa çalışmışdır:      
1) Türklüyün “kimliyi”nə, etnik “mən”inə, milli yaddaşına və milli şə -
cərəsinə edilən təcavüzlər;
2) Milli adət ən`ənələrin sıxışdırılması və vahid sovet mədəniyyətinin
necə formalaşdırılması;
3) Sovet totalitarizmi dönəmində yasaqlanmış ədəbi-mədəni abi də lə -
rimizin tanıdılması;
4) Milli-mə`nəvi, eyni zamanda dini dəyərlərimizin hansı maneələrdən
keçdiyini  faktlı, predmetli  şəkildə  üzə  çıxarılması;  
5) Folklorşünas alimlərin NKVD məhbəslərindəki  davranışlarını, icti-
mai və kamera  mühitində onlara atılan böhtanların, fiziki-mə`nəvi işkən-
cələrin göstərilməsi;
6) 1920-1950-ci illərinin totalitar rejiminin yaratdığı ictimai-siyasi və
folklor mühitinin  öyrənilməsi;  
7) Totalitar  rejimin yalnız şəxsiyyətlərə deyil, həm də milli-mə`nəvi
dəyərlərə vurduğu  zədə və fəsadların öyrənilməsi, eləcə də gələcək nəsil-
lərə çatdırılması;
2011/
IV
162
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə