Tofiq (41): tofiq (31). qxd qxd


İSTANBULA SU ÇƏKƏN ME`MAR SİNANIN HEKAYƏSİ



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   47   48   49   50   51   52   53   54   55

İSTANBULA SU ÇƏKƏN ME`MAR SİNANIN HEKAYƏSİ
İSTANBULA SU ÇƏKƏN ME`MAR SİNANIN HEKAYƏSİ
İstanbul su qıtlığı yaşayırdı. Bu problemin çarəsi yüz il əvvəl Sultan
Süleyman Qanuninin dövründə Memar Sinanın ustalığından yararlanaraq
öz həllini tapmışdır. 
İstanbulun  əhalisi  çoxalıb  su  ehtiyacı  artarkən  Sultan  Süleyman  Qa -
nuni Memar Sinanı hüzuruna çağırır və «memarbaşı, xalqımız suya ehtiy-
ac duyur. Bir at yükü suya çox miqdar axca ödəyir. Əcəba, xalqımızın bu
su ehtiyacını aradan qaldırmaq üçün nə isə edə bilərsinizmi?» Memarbaşı
deyir ki: «Sultanım, siz icazə verin, mən İstanbulun ətrafını bir dəfə gə -
zim.  Kənardakı  suları  İstanbula  gətirməyin  mümkün  olub-olmadığını
araş dırım və ondan sonra sizə bir cavab verərəm». 
Sinan ağa atına minir, özü ilə yardımçılar da götürərək Çəkməcədən
baş layaraq sahilboyu gəzir. Beşikdaşa qədər İstanbulun  sahillərində də -
rələri, axan suları təsbit edir. «Bu suların qarşısı hörülərək bənd tikildiyi
təqdirdə  hara  qədər  yüksələr,  hardan  haraya  kəmər  çəkilərək  İstanbula
gətirilə bilər» – deyə hesablamalar aparır və Sultan Süleyman Qanuninin
hüzuruna çıxır. 
Sultan soruşur: «Memarbaşı, İstanbula su gətirmək mümkündürmü?» 
Memarbaşı: «Bəlkə də, sultanım, mümkündür». 
Lakin Sinan çox ağır şərt qoyur: «Sultanım, ancaq altın dolu kisələri
uc-uca düzmək şərtiylə İstanbula su gələ bilər».
Sultan Süleyman Qanuni isə cavabında: «Memarbaşı, sən İstanbula su
gətirmənin  mümkün  olub-olmadığını  söylə.  Əgər  mümkünsə,  mən
kisələri uc-uca deyil, yan-yana düzməyə razıyam» – deyir. 
Bundan sonra Memar Sinan qollarını çirməyir və İstanbulun kənarın-
dakı suları Kağızxananın ətrafında müəyyən yerlərdə toplayır, oradan da
dərənin içinə böyük keçidlər tikərək İstanbula gətirir və müəyyən mey-
danlarda tikdiyi ümumi çeşmələrlə suyu şəhərə axıdır. Qırx belə çeşmə
tikir və Qırx Çeşmə suları axmağa başlayır. O zamana qədər kran olma -
dığı üçün sular axıb gedirdi. O gün çox baha başa gələn suyu artıq bostan-
lara, yollara axıtmaq məqsədəuyğun hesab edilmir və ilk dəfə İstanbulda
«lülə»  deyilən  kran  çeşmələrə  qoyulur.  Su  belə  baha  başa  gəldiyi  və
qiymətli olduğu üçün Sultan Süleyman Qanuni fərman verir və deyir ki:
«İstanbul meydanlarındakı ümumi çeşmələr xalqın malıdır. Heç kim bu
çeşmələrdən gizlincə yerin altıyla evinə su apara bilməz».
Sultan  Süleyman  Qanuni  bu  ümumi  qaydanın  bir  istisnasını  yalnız
2011/
IV
154
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Memar  Sinana  aid  edir.  O  deyir  ki:  «İstanbula  belə  gözəl  iş  nümayiş
etdirərək Qırx Çeşmə sularını gətirdin. Sən evinə şəxsən bir boru su apara
bilərsən»  və  bundan  sonra  Süleymaniyənin  ətrafındakı  meydan  çeş mə -
sindən Sinanın evinə xüsusi yol çəkilərək su aparılır.
Beləliklə,  Me`mar Sinan evində şəxsi  su arxı  olan yeganə adam  idi.
Memar  Sinan  bir-birinin  ardınca  Şahzadəbaşı  məscidini,  Süleymaniyyə
məscidini və Ədirnədəki Səlimiyyə məscidini tikdikdən sonar artıq qocal -
mışdı.
Dövr dəyişmiş, etibarının zirvədə olduğu dövrdə onun qədrini bilənlər
bu dünyadan köçmüşdü. Sultan Süleyman Qanuni vəfat etmiş, yerinə baş -
qa padşahlar gəlmişdi. Memar Sinan 99 yaşında idi və ətrafındakı dostları
dünyasını dəyişdiyi üçün də İstanbulda sanki yalnız qalmışdı.
Bir  gün  Sinanın  qapısına  bir  nəfər  gəlir.  Sinan  çəliyinə  söykənərək
qapını açır, «buyurun» – deyir. Gələn məchul adam «mən Topqapı sara -
yının qasidiyəm. Sizi Divana çağırırlar. Hər halda sorğu-sual olunacaq -
sınız» – deyir.
Sinan ağa bu qoca vaxtında dostlarının hamısının köçüb getdiyi, onu
əsərlərinin  inşaatı  zamanında  görənlərin  qalmadığı  bu  dövrdə  «əcəba,
Topqapı  sarayına  niyə  çağrılıram?»  –  deyə  çəliyinə  söykənə-söykənə
gedir. Saraya daxil olanda, orada sorğu-sual etmək üçün qazilərdən, ülə-
malardan, müftilərdən ibarət heyət qurulduğunu görür. 
Memar Sinana deyirlər: «Sinan ağa, səndən şikayət var. Evə su çəkmək
qadağan olduğu, heç kim evinə su çəkməsin deyə padşahın fərmanı ol -
duğu halda sizin evinizdə şəxsi su arxı varmış».
«Bəli» – deyir, «Cahan padşahı mənə şəxsi icazə vermişdi. İstanbula
su çəkdiyimə görə yalnız mənə su çəkməyə icazə vermişdi və mən də çək-
mişdim». 
«O zaman bu icazəni, fərmanı göstərin ki, biz də səsimizi çıxarmayaq.
Heç kimə icazə verilməməsinə baxmayaraq, sizin su arxınız qalsın». 
Memar Sinan isə: «Mən o zaman Cahan padşahından fərman istə mək -
dən çəkinmişdim. Fərmanım-filan yoxdur, amma su mənim evimdə axır»
– deyə cavab verir.
Divan müşgül vəziyyətdə qalır, danışıqlar başlayır: «Sinan böyük xid-
mətlər göstərmişdir, evində suyu axsın». Başqaları isə: «Bu Al-i Osmana
xidmət göstərən sadəcə Sinandırmı? Sinan kimi neçə-neçə xidmət edən-
lər vardır. Ya onların da evinə şəxsi su arxı çəkilsin, ya da Sinana da ayrı-
seçkilik göstərilməsin» – deyir. 
2011/
IV
155
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Divanda uzun mübahisələr olur və sonda verilən qərar aşağıdakı kimi
olur: «Sinan kimi digər xidmət edənlərin də evinə su çəkilə bilməyəcə-
yinə görə, Sinana verilən su kəsilməli, fəqət indiyə qədər sudan fərman-
sız istifadə etdiyi üçün ona heç bir cəza verilməməlidir». 
Bu qərardan sonra Sinan evinə gəlir. Üzgün, bezgin, amma çox mü -
təəssir olmur. Çünki Sinan Allah üçün xidmət göstərmişdi. Ona ayrıseçki -
lik və ya xüsusi bir mükafat verilməsi üçün deyil.
Sinan 100 yaşında xəstələnir, yatağa düşür. Vəfat etdiyi zaman ətrafın-
dakılardan  bir  nəfər  parçanı  suya  batırıb  dodağını  islatmaq  istəyərkən
görür ki, evindəki krandan su axmır. İstanbula su gətirən Sinan susuz bir
evdə vəfat edir.
Vəfat etdiyi zaman bu hadisəni başı üzərində danışanlara verdiyi cavab
çox maraqlıdır: «Biz zəhmətimizi dünyada bir fincan suya satacaq qədər
mənfəət düşkünü deyilik. Biz Allah rızası üçün tikdik və mükafatını da
axirətdə gözləyirik. Bu dünyada evimizə su verilmədiyi üçün mütəəssir
deyilik».
2011/
IV
156
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə