Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   47   48   49   50   51   52   53   54   55

Folklorşünas təqvimi
Seyfəddin RZASOY
ALMANİYADA «NİBELUNQLAR NƏĞMƏSİ» 
ALMANİYADA «NİBELUNQLAR NƏĞMƏSİ» 
VƏ «DƏDƏ QORQUD KİTABI» KİTABI SİMPOZİUMU
VƏ «DƏDƏ QORQUD KİTABI» KİTABI SİMPOZİUMU
Hər  bir  sistem  öz  metariya  (l)  formasından  asılı  olmayaraq  uinversal
struktur  qanunauyğunluqlara  tabedir:  sistemin  struktur  elementləri  bütün
hallarda  (dayanaqlı-tarazlıq,  yaxud  böhran  hallarında)  cazibə  mərkəzi
adlandırılan passionar element (lər) ətrafında  düzülməklə onu təşkil  edir.
Özünütəşkilin (özünüyaratmanın) bu universal sinergetik prinsipi bütün sis-
temlərə, o cümlədən Azərbaycan filoloji düşüncə sisteminə də eyni də rə cə -
də aiddir. XX əsr sovet epoxasında sosideoloji qida ilə qurulu me xa nizm
kimi dəqiq işləyən milli filoloji düşüncə sistemimiz aid olduğu siyasi mə -
kanın böhrana düşməsi ilə dağınıqlıq mərhələsinə daxil oldu. Uzun illər bo -
yunca filologiyada sistemsizlik, pərakəndəlik, ətalət hökm sürdü. Müstəqil
Azərbaycan cəmiyyətində yeni dövlətçilik modeli ətrafında toparlanma sü -
rətləndikcə filoloji məkanda da əlaqələri dağılmış, ritmi pozulmuş sistemi
birləşdirmək iddiasında olan yeni özünütəşkil mərkəz ləri görünməyə baş la -
dı. Bunlardan biri Bakı Slavyan Universiteti idi. Bu mər kəz öz energiti ka -
sını onun işinə rəhbərlik edən AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor və yazıçı Kamal Abdullanının passonarlığından alırdı. 
Bakı  Slavyan  Universitetində  filoloji  sistemin  yenidən  qurulması  işi
zamanla  universitetin  daxili  məkanından  qırağa  çıxdı:  ölkənin  yaradıcı
potensiyaya malik filoloqları hər gün əvvəlkindən daha çox yeni filoloji
mərkəzin orbitinə qoşuldular. Bakı Slavyan Universitetində gerçəkləş di -
rilən filoloji fikir axınının dünya filoloji orbitinə çıxarılması ilə bu müəs-
sisə milli filoloji düşüncə sistemi ilə dünya filoloji sistemi arasında körpü,
keçid rolunu oynayan milli ictimai şüur hadisəsinə çevrildi. Ardıcıl şək-
ildə həyata keçiriliən beynəlxaql konfrans  və simpoziumlar, xarici ölkə
filoloqları ilə əlaqələrin təsadüfi, deklorativ formalardan işgüzar əla qələrə
çevrilməsi  Azərbaycan  filoloji  fikrinə  dünyaya  açılmağa,  milli  filo loji
düşüncə sistemini dünya filologiyasına inteqrasiya olunmağa im kan ver -
məklə  bərabər,  filoloqlarımıza  öz  intellektual  protensiya  və  qa bi liyyət -
lərini dünya standartları ilə müqayisədə yoxlamağa da imkan verdi. Bu
cəhətdən Bakı Slavyan Universitetinin 2011-ci ilin iyun ayının 8-13 ta-
rixlərində Almaniyanın  Maynts  şəhərində  Maynts  Universiteti  ilə  birgə
keçirdiyi «Dədə Qorqud kitabı» və «Nibelunqlar nəğməsi» adlı 2-ci sim-
2011/
IV
157
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


pozium müasir Azərbaycan filoloji-humanitar fikrinin Avropa məkanına
inteqrasiyasının, o cümlədən artıq dünya filoloji fikrinin faktına çevril mə -
sinin canlı sübutudur.
Üç gün işgüzar şəraitdə davam edən simpoziumda Azərbaycan, Ame -
rika  və  başqa  ölkələrin  alimlərinin  dünya  epos  xəzinəsinin  möhtəşəm
abidələri olan «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar nəğməsi» haqqın-
da  çoxsaylı mə`ruzələri  dinlənilmiş,  müzakirələr  və  polemikalar  apa rıl -
mışdır. «Ədəbiyyatşünaslığın tətbiqi» yanaşmasının əsas metod kimi gö -
tü rüldüyü simpoziumda hər iki epos «universal və spesifik orta əsr qəhrə-
manlıq dastanları» modelində təhlil olunmuşdur. Əslində,  simpoziumda
oxunan bütün mə`ruzələrdə dastanlara «universallıq və spesifika» mode -
lində yanaşılması ümumepos təfəkkürünün milli və bəşəri tərəflərini or ta -
ya çıxartmaqla epos düşüncəsinin ümumən poetik-bəşəri təfəkkürün uni-
versal özünüifadə modeli kimi təsdiqə xidmət edirdi.
Simpozumda oxunan məruzələr təhlil obyektinə münasibətdə üç isti -
qaməti əhatə edirdi:
«Dədə Qorqud kitabı»un poetikası ilə bağlı tədqiqatlar;
«Nibelunqlar nəğməsi»nin poetikası ilə bağlı tədqiqatlar;
«Kitabi-Dədə Qorqud» və «Nibelunqlar nəğməsi» eposlarının müqay-
isəli tipologiyasına dair tədqiqatlar.
Simpozium öz işinə Maynts Universiteti prezidentinin və Bakı Slav -
yan Universitetinin rektoru prof. K.Abdullayevin giriş sözü ilə baş la dı.
Tədbirdə ilk olaraq «Dədə Qorqud kitabı» və «Nibelunqlar nəğməsi»
dastanlarının  nümunəsində  «çoxşaxəli  və  spesifik  orta  əsr  qəhrəmanlıq
dastanı» problemi əhatə olundu. Mövzu üzrə üç mə`ruzə dinlənildi. Prof.
T.Hacıyev öz məruzəsində «Dədə Qorqud kitabı»nın Şumer qəhrəmanlıq
dastanları ilə səsləşmələrindən söhbət açdı. Almaniya tərəfdən K.R.Bon -
nun mə`ruzəsi «Beovulf» dastanı əsasında sosial ədalətin təcəssümü olan
kral  konseptinə,  prof.  V.H.  Haubriksin  məruzəsi  «Nibelunqlar  nəğ mə -
si»ndə qəhrəmanlıq, faciə və adət konseptlərinə həsr olunmuşdu.
Simpoziumda müzakirə olunan ikinci problem «Dədə Qorqud kitabı»
dastanında  və  «Nibelunqlar  nəğməsi»ndə  qəhrəmanlıq  tiplərinin  spesi-
fikası və çoxşaxəliliyi» mövzusu idi. Problemlə bağlı məruzələr maraq -
lılığı,  faktoloji  zənginliyi  və  aktuallığı  ilə  seçilirdi.  Məruzələrdə  qəhrə-
man obrpazının xarakterindəki sabit və dəyişən elementlərin öyrənilməsi
baxımından  «Nibelunqlar»dakı  sərt  və  çevik  davranış  modelləri  (prof.
E.Linert), hər iki eposda epik qəhrəman obrazının arxetipləri, mif və ger -
çəklik münasibətləri (prof. R.Bədəlov), mifik elementlərin diaxron dina -
2011/
IV
158
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


mikası (prof. Q.Şulze), epik qəhrəmanlıq formalarının inkişaf dinamikası
(K.Meisiq, U.Müller) kimi məsələlər müzakirə olundu.
Növbəti  problem  «Nibelunqlar  nəğməsi»nin  və  «Dədə  Qorqud  ki -
tabı»nın poetika və tematikasının yeni şəkildə aspektləri» idi. Mövzu ilə
bağlı prof. R.Qeybullayevanın «Epos ədəbi abidə kimi və ədəbi abidənin
kateqoriya  prinsipləri»,  prof.  F.Veysəllinin  «Nibelunqlar  nəğməsi»ndə
xalqlar  dostluğu  ideyası»,  prof.  T.Cəfərovun  «Kitabi-Dədə  Qorqud»  və
«Nibelunqlar  nəğməsi»ndə  katarsis»,  dos.  F.Cəlilin  «Magiyanın  bir
hissəsi olan tabu faktorunun «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar nəğ -
məsi» eposlarında  təzahürü», prof. K.F.Xemnitsin «Su Allahın simasını
gördü, mən xəbər üçün müraciət edəcəyəm», dos. R.Kamal  «Kitabi-Dədə
Qorqud»  və  «Nibelunqlar  haqqında  nəğmə»:  bədii  portretin  verilməsi»
kimi məruzələrlə çıxış etdilər.
Sözü gedən eposlarda cins və motiv tədqiqatı simpoziumda aprobasiya
olunan növbəti probem idi. Bununla bağlı prof. N.Mehdi, prof. R.Quli -
yeva,  prof.  S.Hartmann,  F.Paşayeva,  prof.  E.Dadunaşvili,  b.m.  T.Kazı -
mov, prof. D.Buşinqer, dr. İ.Cankorel, dr. Z.Qasımov çıxış edərək hər iki
eposda nəsil, soy, fərdi başlanğıc, səbəst nümunələr, köçəri şərq motivi,
gürcü  nağıllarının  məzmunu,  oxşar  motivlər,  qəhrəman  və  su  pərisi,  at
motivi kimi məsələlərdən bəhs etdilər. 
Simpoziumun müzakirə etdiyi axırıncı problem hər iki dastan əsasında
şərhçi  konsepti  ilə  bağlı  idi.  Problem  ətrafında  prof.  H.Boeşoten,  dr.
R.Topfer, prof. K.Ditl, prof. E.R.Haymes kimi mütəxəssislər çıxış edərək
məsələni müxtəlif aspektlərdən işıqlandırdılar.
Simpoziumun  sonunda  mə`ruzələr  yekunlaşdırıldı  və  onlarda  tətbiq
olun muş metodlar ümumiləşdirildi.
Mədəni proqramlarla birlikdə dörd gün davam etmiş simpozium təkcə
elmi ən`ənələrin genişləndirilməsi baxımından yox, o cümlədən Azər bay -
can  filoloji-humanitar  düşüncəsinin  Avropa  elmi  məkanına  inteqrasiyası
baxımından  da  çox  faydalı  oldu.  Öz  milli  dastanlarını  «Dədə  Qorqud
kitabı»  dastanı  ilə  müqayisə  edən  Avropa  alimlərinin  Oğuz-Azərbaycan
epik düşüncəsinin əzəmətini, dastanın fövqəlhumanizmini böyük bir rəğ-
bətlə qeyd etməsi, əslində, Avropa ziyalalarının Azərbaycan xalqına verdiyi
böyük bir qiymət idi. Bu qiymətə isə günümüzün beynəlxalq siyasi real-
lıqları fonunda böyük ehtiyacımız vardır. Bu cəhətdən Bakı Slavyan Uni-
versitetinin beynəlxalq məkanda gördüyü işlər təkcə elmi məraqlara yox,
eyni zamanda milli-siyasi maraqlara da böyük bir uğurla xidmət etməklə
respublikamızda elmi işin təşkili sahəsində səmərəli nü mu nə verir.
2011/
IV
159
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə