Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

II mətn
Əvvəla, birincisi qabaxlar oğlan, qız-zad sevməh məsələsi yoxuymuş.
Mən atıyam, məsləhət bilirmişəm ki, getginən fılankəsin qızın alajam saa,
qutardı getdi. Ta bı çevirmirmiş da. Ata, ana sözü, onnan sora ağsakqal-
lığı okqədər güjdüymüş ki, onun sözünnən çıxmırmış. Soradan bı oğlan-
qız  bir-birin  gördü.  Ummiyətnən,  getdihcən  həyat  dəyşilir,  onnan  sora
mədənyət  artır,  neyniyir.  Oğlan  qızı  görür,  qız  oğlanı  görür.  Bir-birin
isdiyənnən sora bildiriş eliyillər ki, mən fılan qızı isdiyirəm. Belələri də
olur ki, atası məsləhət eliyir ki, mən fılankəsi deyirəm saa ki, get fılankəsi
alginən. Ummiyətnən, nəsilinən o saat  öyrənirmişdər ki, bı fılankəs hansı
nəsildəndi,  kimin  qızıdı.  Heyvan  alanda  da  genə  nəsilnən  alırmışdar.
Cıısnan  ki, hansı inəyin balasıdı, kimin heyvanıdı. Üzdənirax, iti də belə
alırmışdar. Elə bı evlənmə məsələsi də heylədi. Soruşurmuşdar: «Anası
kimdi, atası kimdi, hansı nəsildəndi?»  Bı cür olannan sora, evdə bütün
ailə  razı  olannan  sora  ki,  ata-ana  razı  oldu,  elçi  gedirmişdər  ki,  deyir-
mişdər belə-belə da. İndi verən də olurmuş, vermiyən də olurmuş da. Toy
məsələsi də ki, atnan gətirirdilər gəlini. Piyada da gətiriplər. Ağ parçıya
bürünməsələr də… Bının da rəmzi mənası var e, məsələn. Uşax anadan
çırpax gəlir, onu ağa büküllər. Ləkəni qıraxdan tez götürsün deyənə… Bir
də kadınnarı ağ geydirməh ağ günə çıxasan deməhdi. Günün həmişə ağ
olsun, güzaranın yaxşı olsun da, təmiz olsun, bəyaz olsun. Böyüh damlar
olurmuş,  şaddıx  evi  yoxuymuş  da.  Dörtdirəhli  dam  deyirdilər.  Həmin
damlarda  yığılırmışdar,  aşıx  gətirirmişdər,  onnan  sora  çalqıçılar…
Rahatçılığ olannan sora, belə gəlini ya ata mindirip, ya da qolunnan tutur
götürüp gətirirmişdər.
Söylədi: Qubadlı sakini Novruzov Şahsuvar İslam oğlu, 1929-cu il
təvəllüdlü, təqaüdçü
QUBADLININ YAS ADƏTLƏRİ
Hammızın  qapımızda  olur da,    elə  ki Allah uzağ  eləsin,  evdə  kimsə
ölür, sənin xəbərin olmurdu, sənin başın qatışığ olur dana,sənin atan ölüp,
anan ölüp, el yığılırdı, qohum yığılırdı. Öz də ki Qubatdıda fərqi yoxuy-
du, bı qohumuydu, bı yadıydı. Hammı tökülürdü, gecəynən, gündüznən
gəlirdi qapaa. Çadır qururdular, stolu daşıyırdılar. Heyvan alınırdı, kəsilir-
di. Hər şey e… Sənin xəbərin olmurdu. Öz də ki bizdə, bax mən gözümü
açmışam,  emmizdə  beş-altı  dənə  xeyir-şər  qazanı  görmüşəm.  Bir  dənə
yekə xeyir-şər samavarı görmüşəm. Bəlkə, on metrrərnən – on beş metr-
2011/
IV
137
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


rərnən neçə dənə süfrə, bir də belə yasdı  çuğun  camlar varıydı. Camahat
elə vaxtıynan, havaxsa pul yığıplar, alıplar. Dədəm eytibarrı adam ol du -
ğuna  görə  onu  vermişdilər,  bizdə  qalırdı.  Elə  ki  ölü  düşürdü,  gəlirdilər
biz dən aparırdılar. Ta xəyanət-məyanət olmazdı. Aparırdılar şərrərin eli -
yirdilər, qaytarıp gətirirdilər.
Heyvan  alırdılar,  kəsirdilər.  Hardan  alırdılar…  Tükannan  almalını
alırdılar. Sən bir də elə baxırdın ki, hər şey hazırdı. Sən də elə ancağ ölu-
nan…  Qohum-əqraba,  dost-tanış  yığılırdı,  ağlaşma  eliyirdilər,  arvatdar
ağılar deyirdilər. Orda ehsan verilirdi. Aparırdılar basdırırdılar. Səhər tez -
dənnən  mənim  yadımdadı  ki,  dedilər  ki,  tezdən  gedip  qəbrin  üstündə
saman yandımax  lazımdı. Qarannıxlı oğlu  getməliydi, balaca belə  ocax
kimi  yandırmalıydı.  Basdırılan  günün  səhəri  obaşdan  gedib  ocax  qa lı -
yırdılar.  Samannan,  otdan-zaddan.  Üş,  yeddi  verilirdi.  Bizdə  də’vət  ol -
mur du, gələn gəlirdi.
Söylədi:  Qubadlı  sakini  Baxşalıyeva  Gülnisə,  1952-ci  il  təvəllüdlü,
təqaüdçü
PİR VƏ OCAQLAR HAQQINDA
Mir  Sədi ağa
I mətn
Kəndimizdə Mirsədağa adında ağır bir seyid, ojax vardı. Qubatdının
Mirrər kəndində. Ora ağzı əyri gedən düz gəlirdi. Hamı o qədər inanırdı
ki,  kimin  nə  ziyaratı  vardı,  ora  gedirdi.  Vax  gəlir,  sovet  dövründə,  bı
represiya dövründə da, kişini tutullar. Gətirillər, Qubatdıdan qırx klometr
aralı  Zəngilan   rayonunda Akara stansyası varıydı. Ordan gedirdi qatar-
rar. Gətirillər qatara mindirəndə Mirsədağanı, qatar getmir. Hamı təəcüb
eliyir. Düzəldə bilmillər. Axırda, qurban olduğum  özü deyir ki, indi gede-
jeh qatar. O bı sözü deyənnən sora qatar tərpənir. O qədər kişinin ojağına
hamıda inam vardı dana. Hamı şahit oldu ki, qatar getmədi.
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
II mətn
Mirsədağanın, vax gəlir, oğlu olur. Kişi bilir ki, onun başına gətrilən
oyunnardan  oğlunun  da  başına  gətirejehlər.  Oğluna  deyir  ki,  get  oxu,
həkim ol. Əlində diplomun olsun, heş kəsin şəkki-şupəsi olmasın dana.
Oğlu gəlir, oxuyur, olur həkim. Xəsdələrə davası-dərmanı, nə verirdi,
bilmirəm, ancağ özünün elə əliynən insannar şəfa tapırdılar.
2011/
IV
138
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Vax  gəlir  Mirməhəmmət  həkim  (Mirsədağanın  oğlu  –  top.)  gəlir
Bakıya, Bakıdan qayıdanda Fizuli rayonunda qəzıya uğruyur. Yer-göy –
hamı qan ağlıyırdı. Gətirillər onu Qubatdıya. İndi dəfn eləməh vaxdı gəlir.
Hələ dəfn eləməmişdən də deyir o qəzaya uğradığı yerdə də bütün yerdə-
göydə olan quşdar hamı qanat saxlamışımış. Gətirillər Qubatdının Mirrər
kəndinə – öz kəntdərinə, aparsınnar dəfn eləməyə. Kəndimizin də ortasın-
nan  çay  axırdı.  And  içirdilər,  dəfn  olunan  dəyqada  quşdar,  dərələrdə,
dağlarda  olan  heyvannar  hamısı  yığılıp  gəlmişdi.  Elə  ki  dəfn  qutarıp,
hamsı dağılıp gedipdi.
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
III mətn
Qurban  olduğum  Mirsədağagilin  evində  bir  qohum  qızı  varıymış.
Onun  həyətində  olurdu  da.  Görür  ki,  bir  dənə  ilan  gəlir,  ağzı  da  açıx.
Nəysə da… Şəklə (sözügedən qızın adı Şəkildir – top.) deyip ki, get, bala,
o ilanın boğazında sümüh  var, onu çıxart. O da qorxup. Deyip ki, qorx-
ma, get! Gedip çıxarıpdı sümüyü. İlan heş nə eləmiyipdi. Səssizcənə dü -
zəlip yola çıxıp gedipdi. Onnan sora Allahtaala tərəfinnən ona vergi ver-
ilipdi. Mə`dədən sümüh, nə bilim, gözdən qılçıx çıxartmax. Belə şey lər…
Söylədi:  Qubadlı  sakini  Ağakişiyev  Yermak,  1942-ci  il  təvəllüdlü,
təqaüdçü
IV mətn
Erməni-müsülman  davasında  Zeyvə  erməniləri  olupdu,  əyənnən
gələnnər dana. Deyiplər ki, gedib oranı dağıtmalısıız (yə’ni Mir Sədi ağa -
nın ocağını – top.). O ermənilər də qəyidip ki, zad – Gorus, e. Zeyvə  er -
məniləri:
– Onnan işimiz yoxdu, eliyəmmərih.
O deyir belə, bı deyir belə…Deyillər ki, ala, sən özün get. (təklifi irəli
sürən adama müraciət edirlər – top.). Qalxanda tank dalıqatda (arxasıüst-
də – top.) belə çörülüpdü, o ikisi də ölüpdü – o afserrər.
Söylədi:  Qubadlı  sakini  Ağakişiyev  Yermak,  1942-ci  il  təvəllüdlü,
təqaüdçü
2011/
IV
139
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə