Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

belə deyib: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub” (8). Toyda
ağsaqqal və ağbirçəklər “Şahsənəmi”, “Heyvagülü” oynayırlar. 
Şərur toylarında “Xına gecəsi” də olur. Buna “Xına yaxdı”  da deyirlər.
Bu  adəti  xanımlar  çox  gözəl  və  təntənəli  sürətdə  qeyd  edirlər.  Xon çaya
xına, meyvə, şirniyyat və s. qoyaraq çalğıçılarla birlikdə qız evinə gedirlər.
Xına xonçasını gətirən qıza nəmər (yə`ni pul) verilir. Xınanı  gəlinin əl-
ayağına,  saçlarına,  gənc  qızların  əl-ayağına  qoyurlar.    Bu  da  səadət  və
xoşbəxtlik  rəmzi  sayılır.  Xına  gecəsi  olan  günün  axşamı  qız  evi  bəy
xonçası hazırlayıb oğlan evinə gedər. Orada bəyi oynadırlar, bəyin başına
pul, gül atılır və bəyə hər kəs “şabaş” (yə`ni pul) verir. Toy gecə yarıyadək
davam  edir.  “Qazı-qazı”,  “Kos-kosa”  oyunları  oynanılır.  Yallı  gedilir.
Toyun sonuncu günü axşama yaxın qız evinə çalğıçılarla birlikdə gedib,
orada rəqs edirlər. Bu zaman müxtəlif mahnılar oxunur. Oğlan evi deyir:
Quda, gəlmişik sizə, 
Hörmət ediniz bizə,
Bu gecə qız sizdədir
Sabah aparrıq bizə.
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Biz oğlan adamıyıq
Aparmağa gəlmişik.
Cavab olaraq qız evi deyir:
Al almağın vaxtı var,
Şal almağın vaxtı var.
Biz qızın adamıyıq
Aparmağın vaxtı var.
Oğlan  evinin  ağsaqqalları  gəlini  çıxarmaq  üçün  evə  daxil  olur.  Bu
zaman  qız  evinin  balaca  oğlan  uşaqlarından  biri  qapını  kəsir  və  nəmər
istəyir. Nəmər alandan sonra qapıdan çəkilib, yol verir. Buna da “qapıkəs-
di” deyirlər. Gəlini bəzəyənlərə də nəmər verirlər. Qırmızı yaylıqla gəli-
nin  üzünü  örtüb,  qırmızı  rəngli  belbağıyla  gəlinin  belini  bağlayırlar.
Gəlinin  belini  bağlayan  ağsaqqal  üç  dəfə  belbağını  gəlinin  başından
gətirib,  ayağının  altından  keçirir.  Üçüncü  dəfə  belində  bağlayır.  Düyün
vurmaq olmaz. Bağlaya-bağlaya deyir:
Anam-bacım qız gəlin,
Əl-ayağı düz gəlin.
2011/
IV
131
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
Sonra  gəlinin  valideynləri  və  ağsaqqal,  ağbirçək  qohumları  gəlinə
xeyir-dua, məsləhət verir. “Gəlin havası” –Vağzalı sədaları altında gəlin
oğlan evinə yola düşür. Oğlan tərəfi qız evinə belə deyir:
Kəfkiri düz qoy, quda,
Aşını süz qoy, quda.
Biz qızını apardıq
Ürəyinə buz qoy, quda.
Gəlin çıxanda oğlanın qohumları qız evindən bir qaşıq və bir boşqab
alırlar. Yol  boyu  qaşıqla  boşqabı  döyəcləyirlər.  Bu  da  şər  ruhların  qor-
xudulub, uzaqlaşdırılması mə`nasını daşıyır. Qız evi ağ rəngdə bir toyuğu
ya  xına,  ya  da  qırmızı  rənglə  boyayıb,  boğazına  qırmızı  lent  bağlayır.
Buna “gəlin toyuğu” deyirlər. Gəlin köçəndə toyuğu onunla yanaşı aparıb,
nəmər  alırlar.  Toyuğun  ağ  rəngdə  olması  ağ  gün,  səadət  rəmzi  daşıyır.
Oğlan evində gəlinin başına qırmızı alma və şirniyyat atırlar ki, bu da bol-
luq, bərəkət rəmzidir. Gəlin evə girəndə qapının ağzına tərs çevrilmiş şüşə
qab qoyulur. Gəlin vurub qabı sındırır. Bu da şər ruhların qorxudulması,
gəlinin  güc-qüvvəsinin  sınanmasıdır.  Bəyin  anası  gəlinə  hədiyyə  verir.
Buna “Dizdayağı” deyirlər. Gəlinin yanındakı qadınlar “Haxışta” deyir-
lər.  Haxışta  Azərbaycan  toy  mərasimlərində  yalnız  Naxçıvan  toylarına
məxsusdur. Oğlan evinin xanımları gəlinin ətrafına toplaşır. Xanımlardan
biri uca səslə sözləri deyir, ətrafdakılar isə bir səslə “haxışta” deyir.
Qızıl dişim laxladı, haxışta
Verdim anam saxladı, haxışta
Anama qurban olum, haxışta
Yarı qonaq saxladı, haxışta
Qızıl üzüyün qaşı, haxışta
Yandı bağrımın başı, haxışta
Mən deyən yar olmasa, haxışta
Yandırram dağı-daşı, haxışta
Araxçının qızıl qoy, haxışta
Dövrəsinə qızıl qoy, haxışta
Məni sənə verməzlər, haxışta 
Get atını hazır qoy, haxışta 
2011/
IV
132
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Çəpəri basma oğlan, haxışta
Bizə tələsmə oğlan, haxışta
Mən özgənin malıyam, haxışta
Yolumu kəsmə oğlan, haxışta 
Boz at mindim boz oldu, haxışta
Yorğa sürdüm toz oldu, haxışta
Yar yaylığın düşürdü, haxışta 
Mən götürdüm söz oldu, haxışta
Toydan üç  gün sonra bəy və gəlin qız evinə qonaq gedir. Buna da “əl
öpmə”  deyilir.  Qızın  ağsaqqalları,  ağbirçəkləri  onlara  xeyir-dua  verir.
Sonrakı günlər oğlanın qohumları gəlin və bəyi qonaq çağırırlar. Bu adət
də yeni qurulan ailənin cəmiyyətdə özünə yer tutmasına, gələcəkdə qo -
humların bir-birinə qarşı mehribançılığına şərait yaradır.
İşin elmi nəticəsi. Toy hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsi
sayılır. Bütün dünya xalqlarının toy ən`ənələri əsrlərlə formalaşır və hə -
min xalqın təmsilçisinə çevrilir. Ona görə də xalqımızın toy adət-ən` ənə -
lərini,  dünyaya  baxışını, e`tiqadını,  məişət tərzini,  təbiətə  və  cə miyyətə
münasibətini öyrənməyin mühüm elmi əhəmiyyəti vardır. Bun ları gələcək
nəslə çatdırmaq zəruridir.
İşin tətbiqi əhəmiyyəti. Əldə olunan nəticələrin tətbiqi əhəmiyyətini
xüsusi  qeyd  etmək  lazımdır.  Ümumiyyətlə,  araşdırılan  mövzunun  əhə -
miy yətini nəzərə alaraq, onun folklor toplayıcıları və tədqiqatçılar üçün
önəmli mənbə olacağına əminik.
ƏDƏBİYYAT
1. Azərbaycan folkloru antologiyası. Bakı : Elmlər Akademiyası, 1968, 289 s.
2. Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. I kitab, Bakı : Sabah,
1994, 388 s. 
3. Cəfərli M. Xalqla bağlılıq. Bakı : Elmlər Akademiyası, 1986, 43 s. 
4. Həsənov K. Azərbaycan qədim folklor rəqsləri. Bakı: İşıq, 1988, 130 s. 
5. Əfəndiyev P., Babayev İ. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı : Maarif,
1970, 268 s.
6. Şərur folkloru. Bakı : Nurlan, 2006, 128 s.
7. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 416 s.
8. www.turania.org
9. www.anl.az
fil.ü.f.d., dosent: R.Z.XƏLİLOV
2011/
IV
133
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə