Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

Şəkil №5
Şəkil №6
Tarda  zəng  simlərin  özünəməxsus  rolu
vardır. Onlar kəllənin sol tərəfindən çıxaraq
qolun sol tərəfi ilə çəkilir, xərəkciklərdən ke -
çərək  böyük  xərəyin  üzərindən  gətirilib  və
arxa xərəyə bərkidilir. Qeyd etdiyi miz üsul-
da çox vaxt ifaçıların baş barmağı bu simlərə
toxunur,  onların  kökdən  düşməsinə  səbəb
olur.  Bu  çətinliyi  aradan  qaldırmaq  üçün
zəng  simləri  kiçik  xərəyin  (xoruz  xərəyin)
içərisindən açılmış dəliklərdən keçiririk. Bu
həm də eyni zamanda simləri qarşılaşdıqları
müxtəlif müqavimətlərdən azad edir.
4. Tar pərdələrinin qol üzərində dolanmasının planka üzərində dolan-
ma ilə əvəz olunması. 
Professional ifaçılar tarı ifa edən zaman qol üzərində dolanan pərdələr
ifaçının  əlində  ciddi  döyənəklər  –  qabarlar  əmələ  gətirir.  Bu  problemi
aradan qaldırmaq üçün qolun üzəri 7-8 mm aşağı salınır. 3 mm ara mə sa -
fəsi  buraxıldıqdan  sonra  həmin  ara  məsafəyə  3  mm  hündürlüyündə
pərdəarası dəstəklər qoyulur. Dəstəklərin üzərinə isə 4-5 mm qalınlığında
planka (palıd ağacından) atılır. Həmin yarıqlardan keçən pərdələr planka
üzərinə dolanır. Beləliklə, virtuoz ifaçıların ifa zamanı qol üzərində əl hə -
rəkətləri asanlaşır (şəkil №7).
T Tar pərdələrinin qol üzərindən planka üzərinə keçirilməsi
5. Tar pərdələrinin dolanmasında yeni üsul.
Tar  pərdələri  eyni  adlı  0,4-0,5-0,6  mm-lik  kapron  iplə  dolanır.  Bu
2011/
IV
123
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


halda  tarı  ifa  edən  zaman  hətta  qulaq  eşidən  vızıltılar  əmələ  gəlir.  Bu
çatışmazlığı aradan  qaldırmaq üçün  yeni  bir  üsul  təqdim olunur.  Bütün
pərdələrdə: 1-ci dolaq= 0,5 mm. 2-3-4-5-6 və 7-ci dolaqlar 0,4 mm. Bu
halda 1-ci dolaqdan fərqli olaraq, 2-ci dolaqda sim arasındakı məsafə artır
və simin 2-ci dolağa toxunma ehtimalı olmur. Belə olduqda xoşagəlməz
əlavə səslərin meydana çıxması aradan qalxmış olur.
6. Tarın qolu ilə çanaq arasındakı kövrəkliyin aradan qaldırılması.
Tarın  qolunun  çanaq  ilə  birləşdiyi  yerdən  üç  perpendikulyar  dəlik
açılır.Bu  dəliklər  qol  üzərindən  perpendikulyar  keçərək  çanağın  qarşı
tərəfindən  10-12  mm  dərinliyində  diametri  2,  5,  3  mm  olmaqla  keçir.
Sonra həmin dəliklərə AQT yapışqan məhlulu doldurulur və tut ağacının
çubuqları  taxılır.  Beləliklə,  qolla  çanağın  ayrılma  qüvvəsi  bütün  çanaq
üzərinə paylanır. Nəticədə qolun çanaqdan sınma ehtimalı bir neçə dəfə
azalmış olur (şəkil № 8, 9).
Dəliklər
İçlik çubuqlar
Şəkil №8 
Şəkil №9
7. Qol və çanaq arasındakı bucağın tənzimlənməsi
Tarın  səsinin  dəyişməsində  qol  və  çanaq  arasındakı  bucağın  də-
yişməsinin  böyük  tə`siri  var.  Qol  və  çanaq  arasındakı  bucağı  tənzim-
ləməkdən ötrü mexaniki qurğu qoyulur. Bu qurğunun vasitəsilə tarı sök-
mədən  onun  qolu  ilə  çanağı  arasındakı  bucağı  artırıb-azaltmaq
mümkündür.  Bu  mexaniki  qurğu  həm  ifaçıların,  həm  də  tar  ustalarının
işini xeyli yüngülləşdirir (şəkil №10).
2011/
IV
124
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Rezonatorun  yuxarı hissəsi
Şəkil № 10
8.  Tarda  səslərin  uzunmüddətliliyinə  nail  olmaq  üçün  tar  çanağının
içərisinə rezonatorun qoyulması.
Rezonator çanağın arxa iç hissəsinə qoyulur. (şəkil №10-da göründüyü
kimi). Qolla çanaq arasındakı bucağın dəyişməsinin qarşısını alan dayaq
ağac qolun başlanğıcı ilə rezonatorun üstünə bərkidilir. Bu üsul tarda ya -
ranan qol və çanaq  arasında bütün gərginlikləri dəf etməyə qadirdir. Re -
zonatorun aşağı hissəsində qoyulmuş tənzimləyicinin hərəkəti nəti cə sində
rezonator qabağa və ya arxaya hərəkət edə bilir. Bu hərəkət zamanı re -
zonator  üzərinə  bərkidilən  ağac  dayaq  qolu    qabağa  və ya arxaya  çəkə
bilir. Dayaq ağac rezonatorun üzərinə qoyulduğundan simlərdə yaranan
rezonans avtomatik  çanağın  arxasına  yerləşdirilmiş rezonatora ötürülür.
Və bu ötürmə nəticəsində rezonatorda əlavə titrəyişlər baş verir ki, bu da
səsin gec sönməsinə xidmət edir. Rezonatorun yuxarı hissəsi tarın üzünə
yaxın olduğundan çanağın arxa hissəsində simlərin dartı qüvvəsi nəti cə -
sində əmələ gələn deformasiyaların qarşısını almış olur.
Bütün bunlardan əlavə, usta Məmmədəli simlərin mexaniki üsulla kök-
lənməsini təklif edir. Bu üsul və mexanizmlərlə tanış olaq: 
Şəkil № 11
2011/
IV
125
Rezonator        tənzimləyici 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Şəkil №12 Simləri kökləmək üçün mexaniki qurğu.
9.  Tar  və  kamança  kəlləsində
mexaniki  üsulla  simlərin  tənzim-
lənməsi. 
Mexaniki üsulla simlərin tənz-
imlənməsi ən e`tibarlı tənzimləmə
sistemidir. Bu mexanizm dünyəvi
musiqi alətlərində özünün e`tibar-
lı  olduğunu  sübut  etmişdir.  Odur
ki,  kamançada  və  tarda  aşıqların
daha e`tibarlı kök saxlamasını tə` -
min  etmək  üçün  onları  mexaniki  aşıqlarla  əvəz  edirik  (şəkil  №11,12).
Yuxarıda göstərdiyimiz bütün bu işlər usta Məmmədəlinin tar aləti üzə -
rində apardığı təcrübələrdir. O, paralel olaraq digər milli alətlərimiz üzə -
rində təcrübələr aparmış və hal-hazırda da sevimli işindən ayrılmır. Ya ra -
dıcı sənətkar bir neçə yeni musiqi aləti də düzəltmişdir ki, bunlar barədə
növbəti yazılarımızda mə`lumat verəcəyik.
Yaşının 60-ı haqladığına baxmayaraq “santar” adlandırdığı yeni mu si -
qi alətini düzəldərkən həvəslə çalışır. Onunla söhbətimizdə qeyd etdi ki,
hal-hazırda “bas tar” musiqi alətinin yeni variantı üzərində təcrübələr apa -
rır, eyni zamanda “santar” adlandırdığı yeni simli musiqi alətinin ərsəyə
gəlməsi  istiqamətində  təcrübələrini  davam  etdirir.  Tar,  santur  və  qanun
musiqi alətlərinin bir sıra cəhətlərini özündə birləşdirəcək bu alət yeni-
yeni özəlliklərə malik olacaq.
Tar xalqımızın ən sevimli milli musiqi aləti olaraq yarandığı vaxtdan
bu günümüzə kimi daim inkişaf yolu keçərək təkmilləşmiş və həmin pro-
ses bu gün də davam edir.
İşin elmi nəticəsi. Bu tədqiqatda əldə olunmuş nəticələr çertyoj, şəkil-
lər və mətn formasında təqdim olunur.
İşin  elmi  yeniliyi.  Tədqiqatda  tar  üzərində  rekonstruktiv  yeniliklər
təqdim olunur.
İşin  tətbiqi  əhəmiyyəti.  Tədqiqatda  təqdim  olunan  rekonskruktiv
yeniliklər birbaşa praktika üçün nəzərdə tutulmuşdur əhəmiyyətlidir.  
f.e.d., prof. G.A.Abdullazadə
2011/
IV
126
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə