Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   47   48   49   50   51   52   53   54   55

ANDLAR
Allaha and olsun
Həzrəttabbas hakqı
O Əlyolu hakqı
Mirsədağanın ojağı hakqı
Mirməhəmmədin cəddi hakqı
İmamzada hakqı
Dədəmin baş qoyduğu torpax hakqı
Dədəmin canı hakqı
Dədəmin goru hakqı
O işığa kor baxım
Canım ölsün
Qur’an hakqı
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
AĞILAR
Torpaxdan döşəhli,
Daşdan yorğannı,
Qapısı, pəncərəsi olmuyan
Qarannıx mənzila
Anan qurban.
Qanı yerdə göl olan,
Qara telləri qana boyanan,
Qan içində boğulan
Balam lay-lay.
Uca boylu,
Enli kürəhli,
Boğma biləhli,
Balam, laylay.
Ağdamın yasdı yolu, 
Su gəlib basdı yolu.
Mən anama tələsirdim,
Yağı düşmən kəsdi yolu.
2011/
IV
146
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Özü yol ilə gedən,
Əzrayılı kol ilə gedən.
Çəkilə bax, çəkilə (tut ağacının qurumuş budağı),
Çəkil yerə tökülə.
Vay olsun o günə ki,
Iyin evdən çəkilə.
Qardaş kişmiş kimidi,
Cibə düşmüş kimidi.
Qardaşı ölən bacılar
Gözdən düşmüş kimidi. 
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
ATALAR  SÖZLƏRİ  VƏ MƏSƏLLƏR
Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
Qara məni basınca, mən qaranı basım.
Ağıllı fikirləşincə, dəli çayı keçər.
Yağ yağnan qaynıyıp,  yarma yavan olar.
Gejə qara, cüjə qara.
Əzizim əziz, tərbiyəsi onnan əziz.
Arxı addamamış bərəkallah demə.
Çirmənməmiş çayı keşmə.
İlan vıran ala çatıdan qorxar.
Yatan ölməz, yetən ölər.
Biri ölməsə, biri dirilməz.
İtdər ölüp, qurtdarın bayramıdı.
Dinsizin öhdəsinnən imansız gələr.
İlanın zəhləsi yarpızdan gedir, o da gələr ilanın burnunun ujunda bitər.
Kasıp evdən çıxanda elə bilir ki, ev varranıp.
Oxu atıp, yayı gizdətmə.
Balam balasın isdər, mən öz balamı.
Bacarana baş qurban.
Su axar, çuxurun tapar.
Kül başa küllülər, serçələr səni dimdihlər.
Adımı sa qoyum, səni yana-yana qoyum.
2011/
IV
147
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Bu günün işin səhərə qoyma.
Pir mənimdi, kərəmətinə bələdəm.
Su gələn arxdan bir də su gələr.
Yağ yağnan qaynıyıp, yarma yavan olar.
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
***
Qurban olum o qana ki, üsdünnən bircə gejə ötsün (yə`ni üsdünnən bir
gün keçdisə, demək, itdi-getdi).
Ulu sözünə baxmıyan uluya-uluya qalar.
Taylı tayın tapbasa, günü ah-vaynan keçər.
Söylədi:  Qubadlı  sakini  Baxşalıyeva  Gülnisə,  1952-ci  il  təvəllüdlü,
təqaüdçü
TAPMACALAR
El yatdı, oba yatdı,
Eyvaz ayağın uzatdı. (qapının cəfdəsi)
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
***
İlim-ilim qar, 
Dizimətən qar.
Uşdu bir kəhlih,
Qondu bir dilbar.
(qar samandı, sovurduxca yarısı uçur, yerdə qalan buğdadı)
O nədi ki, doğar əlsiz- ayaxsız,
Üç ay keçər, olar əlli-ayaxlı.
(əvvəlcə, çömçəquyrux əmələ gəlir, sora qurbağa)
Çıxdım təpiyə,
Düşdüm küpüyə. (uzunboğaz çəhmə)
Söylədi: Qubadlı sakini Ağakişiyev Elxan Firid oğlu, 1952-ci il təvəl-
lüdlü, təqaüdçü
2011/
IV
148
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


ALQIŞLAR
Allah köməyin olsun!
Allah başınnan töhsün!
Allah səni min budağ eləsin!
Yarıyannardan olasan!
Elə xoşbax olasan ki, neyniyim, nejeliyim demiyəsən!
Səni görüm şadxəbər olasan!
Yüz yaşıyasan!
Dünya durduxca durasan!
Ağgünnü olasan!
Sırfan bol olsun!
Cibin bərəkətdi olsun!
Allah əvəzin versin!
Allah səni bizə çox görməsin!
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
QARĞIŞLAR
Allah sənə nəhlət eləsin!
Boyuu yerə soxum!
Allahın bəlasına gələsən!
Başaa əlləmə düşsün!
Səni görüm tikə- parça olasan!
Səni görüm dünya işığına həsrət qalasan!
Sənin meydin gəlsin!
Allah başaa mənim boyda daş salsın!
Külü qoyum başaa!
Nənənnən əmdiyin süd burnuun deşiyinnən gəlsin!
Qarnaa qara yara çıxsın!
Qara yola, qara mənzilə gedəsən!
Gedər- gəlməzə gedəsən!
Qırmızı güllə ürəyıın ortasınnan dəysin!
Boyaa qamış ölçüm!
Meydin ələ gəlməsin!
Adın qara daşdara yazılsın!
Yurdunda bayquş ulasın!
2011/
IV
149
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Üzuu mürdəşir yusun!
Kimsəsiz qalıp bayquşa dönəsən!
Dilaa qara yara çıxsın! 
Dilaa qıyıx batsın!
Qanaa boyanasan!
Qarnaa şiş batsın!
Başın batsın!  
Səni görüm zarıncı qalasan!
Elədihlərim burnuun deşihlərinnən piltə-piltə gəlsin tökülsün!
Gorun çatdasın!
Ojağın sönsün!
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
1. Novruzov Şahsuvar İslam oğlu 10 yanvar 1929-cu il tarixində Qu -
badlı rayonunda anadan olmuşdur. 1946-cı ildə Qubadlı kənd orta məktə -
bini, 1949-cu ildə Füzuli baytarlıq texnikumunu bitirmişdir. Təqaü d çü dür.
2. Baxşalıyeva Gülənbər Məhəmməd qızı 03 aprel 1948-ci il tarixində
Qubadlı rayonunun Qubadlı kəndində anadan olmuşdur. 1966-cı ildə Qu -
bad lı kənd orta məktəbini, 1969- cu ildə Sumqayıt kimya texnologiya tex -
ni kumunu bitirmişdir. Təqaüdçüdür.
3. Baxşalıyeva Gülnisə Məhəmməd qızı 20 iyun 1952-ci il tarixində
Sumqayıt şəhərində  anadan olmuşdur. 1956-cı ildə ailəsi Qubadlı rayo -
nuna köçmüşdür. 1969-cu ildə Qubadlı kənd orta məktəbini bitirmişdir.
Təqaüdçüdür.
4. Ağakişiyev Yermak Firid oğlu 30 iyun 1942-ci il tarixində Qubadlı
ra yonunun  Qubadlı  kəndində  anadan  olmuşdur.  1960-cı  ildə  Qubadlı
kənd orta məktəbini bitirmişdir. Təqaüdçüdür.
5. Ağakişiyev  Elxan  Firid  oğlu  25 may  1952-ci  il  tarixində  Qubadlı
rayonunun  Qubadlı  kəndində  anadan  olmuşdur.  1969-cu  ildə  Qubadlı
kənd  orta  məktəbini,  1977-ci  ildə Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitu -
tunu bitirmişdir. Təqaüdçüdür.
2011/
IV
150
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə