Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

ATİRİZİ  PİRİ
Atirizində pir varıydı. Sora Məmərdə varıydı, mən gördüm gözümnən.
Gedip-gəldihcən  ora  pul  atırdılar,  nəzir  qoyurdular.  Deyirdilər  ki,  guya
Həzrət Əlinin atının ayaxlarının izidi, rəddidi. Həqiqətən də, o cür çalıy-
dı. İz çalasıydı.
Rəhmətdih  dədəm  nağıl  eliyirdi  ki,  bir  nəfər  kişi  də  bınnan  gedip,
gediplər  inəh  satmağa  Xojahan  bazarında.  Bazar  ancax  Xojahandeydi
bizdə. Bı tərəfdən Zəngilan, Cəbrayıl, o taydan İran tərəfdən gələn olur-
du. Bıra  bazara  gəlirmişdər. Bırda  da  böyüh kol  bitip da.  Deyir ki, ora
gedəndə deyir:
– Ay pir sahibi, gedirəm, gəlip sa nəzir qoyajam. Yox, sata bilmədim,
bir  dənə  üsdündə  qanat  qoymuyajam,  hamısın  ağaşnan  döyüp  tökəjəm
yerə. Həqiqi yee, dədəm nağıl eliyirdi ki, inəyi satəmmiyipdi, gəlip, deyir
ağacı götürüp başdıyıp bıdamağa.
Söylədi: Qubadlı sakini Novruzov Şahsuvar İslam oğlu, 1929-cu il
təvəllüdlü, təqaüdçü
İMAMZADƏ PİRİ
Böyüh  ojaxlar  varıydı.  Mirsədağa  ojağı.  Onnan  sora  İmamzada  piri.
Deyirdilər  ki,  Həşim  varıydı,  Həşim  kişinin  ojağıynan  bağlıydı.  Orda
nəzir  yığannar  ollarıydı.  Mən  özüm  də  gedip  orda  dizin-dizin  hərrən-
mişəm. Rəhmətdih Səlimin oğlun da orda dəfn elədih, Nuruşun qardaşın
da orda dəfn elədih. Rəhmətdih Mirələhpərin qəbri də o qəbirsannıxdadı.
Üsdün də elə düzəltmişdilər, adamı vahimə basırdı. Deyillər ki, rəvayətə
görə, kimin əməli düzüymüşsə, girə bilirmiş ora, kiminki əyriymişsə, girə
bilmirmiş, ilan qoymurmuş.
Söylədi: Qubadlı sakini Novruzov Şahsuvar İslam oğlu, 1929-cu il
təvəllüdlü, təqaüdçü
QUBADLININ ƏFSANƏVİ YERLƏRİ
Duzlu su dərəsi
Bizim Qubatdıda dərədən duzdu su axırdı. O dərənin adına duzdu su
deyirdilər. Kimin canında, elə bil ki, qaşınması varıydı, nə bilim, yarası-
zadı varıydı, gedirdi duzdu suda çimirdi, hamsı çıxıp gedirdi.
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
2011/
IV
140
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Oğlan-qız dərəsi
Qubatdı  rayonunda  oğlan-qız  dərəsi  varıydı.  Deyilənnərə  göra  bir
oğlannan bir qız bir-birin sevirmiş. Heş birinin də ata-anası bılların evlən-
məhlərinə  razı  deyilmişdər.  Orda-bırda  danışıllar,  neyniyillər  (bir-birini
sevən oğlanla qız – top.). İmkan vermillər ki, bıllar evlənməyə. Gün o gün
olur ki, bıllar başdıyıllar qaşmağa. Qaçıllar, qoşun düşür bılların dalınca.
Qaçıllar,  qaçıllar,  gəlillər,  indi  harda  ki,  oğlan-qız  dərəsi  var  e,  ordan
keçəndə  adamlar tamam yaxınnaşırdılar. Əl atıllar ki, tutmağa, elə o vax
oğlannan qız deyir ki, Allah, sən bizi daşa döndər! Elə ordaca daşa dönül-
lər. Oğlanın boyu hündür, qızın da boyu alçax daş. O vaxdan da adı qalır
«Oğlan-qız dərəsi».
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
PEYĞƏMBƏRLƏR HAQQINDA
Nuh peyğəmbər
Nuh peyqəmbər yaranan vaxtın dəqiq bilmirəm, ama onu bilirəm ki, 160
il  yaşıyıp.  Rəvayətə  görə,  onun  oğlannarı  olupdu.  Biri  atasının  sözünə
baxmıyıp. Adəminki də heylə olupdu. Allahtaaladan guya o məşəkqət, yə`ni
dünyanın üzün su almax ona agah olmuşmuş da: « Bütün qohumlarınnan
bir yerdə yığılarsıız, hər nəsildən, cannıların hamısınnan ikisin götürərsən
ki, gələcəh nəsil artımağ üçün, nəsil salmağ üçün». O da düzəldip-düzəldip
(gəmini – top.), birdən görüpdü ki, bıdı, dünyanın üzün su aldı, su gəlip.
Hazırıymış gəmilər. Yığılanda bı oğluna da o, qarqış eliyirmiş. Onun dedih-
lərinə baxmırmış da. Məsələn, Allahı tanımırmış, nadanımış da. Ama biri
yox. Onun da ürəyi yanıpdı da, oğludu da, istəyin  Allah yaradıp. Sora bı
(nadan oğul – top.) qalıp zada. Nəkqədər (ata – top.) eliyipdi ki, batehsən,
dünyanın üzün su alır, gəl otur gəmiyə. Deyip ki, oturmuram, heş bir şey
olmuyajaxdı, eləmiyəjəhdi. Bütün qohum-əqrəbəsin, bir də istədiyi şeylərin
– hər cıısdan götürüp ikisin yığıp gəmiyə. Görüpdü ki, su gəldi aldı hər yeri,
oğlu  başdıyıp  çabalamağa  suyun  üzündə.  Yenə  də    Allaha  yalvaranda
Allahtaaladan vəhy  gəlipdi ki, bəs sən özün  ona qarqış eliyirdin ki, belə,
bı cür olasan, məni eşitmirsən. İndi niyə ürəyin… Deyip:
– Genə övlat həsrəti, övlad isdəyi məni məcbur elədi ki, mən sizə üz
tutdum,  yalvarıram  ki,  bəs  oğlumu  xilas  eliyin. Axır  ki,  xilas  olmur  e,
batır çıxır gedir.
Söylədi: Qubadlı sakini Novruzov Şahsuvar İslam oğlu, 1929-cu il
təvəllüdlü, təqaüdçü
2011/
IV
141
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


SÜLEYMAN PEYĞƏMBƏR
Deyilənnərə gora, Suleyman peyqəmbər lap çox yaşıyıpdı. Sarayında
da  çəliyə  səfkəli  olüp,  üç  gün  dalbadal  həylə  ölü  vəzyətində  –  çəliyə
səfkəhli  qalıpdı.  İndi  onçun  deyillər  ki,  qarışqanı  ayaxlamıyın.  Okqədər
hökümlü  hökmüdarıymış  ki,  bütün  inni-cinninin  dilin  bilirmiş  da.  Ona
görə də bına yaxın getmirmişdər da. Getmiyəndə qarışqa deyipdi ki, mən
onu yıxaram, onnan sora siz gəlip onu aparıp…Dəfn olunmalıdı. Qarışqa
gedir bının çəliyin oyur, oyur yeyir. Çəlih nazilir, səfkəndiyi yerdən yıxılır.
Yıxılannan  sora  hay  düşür  ki,  bəs  Süleyman  peyqəmbər  yıxıldı.  Gedəh
götürəh gələh dəfn eliyəh. Onnan sora götürüp onu aparıp dəfn eliyillər.
Söylədi: Qubadlı sakini Novruzov Şahsuvar İslam oğlu, 1929-cu il
təvəllüdlü, təqaüdçü
İBRAHİM PEYĞƏMBƏR
Ummuyətnən,  kadınnarda  paxıllıx…  Həcərin  vaxdınnan,  İbrahim
peyqəmbərin  vaxdınnan…Həcər  kənizimiş.  Sara  əmisi  qızıydı.  Saranın
yetmiş iki yaşı olur. İbrahim peyqəmbərin də çox olur da yaşı. Bı (Sara –
top.) məcbur eliyir ki, Həcəri alginən. Sora İbrəhim peyqəmbər üz tutur
ki, əmqızı, sən nətər razı olursan ki, mən sənin kənizıı alım da? Deyir ki,
yox e, mən uşağ isdiyirəm, mən də uşax səvməy isdiyirəm. Ta əlacı kə -
silir,  Həcəri  alır.  Bınnan  bir  oğlu  olur,  o  da  İsmayıl  olur  adı.  İbrahim
peyqəmbər  orda  and  içir  ki, Allaha  qurban  verəjəm.  Sora  qoşdar  gəlir,
onnan sora onun əvəzinnən ki, bəs insanı kəsməy olmaz,  ancax qoçu kəs-
məy olar, heyvanı kəsməy olar.
Sara bını o qədər isdəhnən sevir ki, İsmayılı. Atıp-tutur, atıp-tutur, sora
anasına  verir. Anası  gedir  arxada-o  bir  evdə  başdıyır  basır  bağrına  öpür,
onnan sora yanıxlı başdıyır sevməyə, atıp-tutmağa. Bırda bını (Saranın –
top.) qəlbi dolanır. İbrahimi çağırıp deyir ki, bılları – anna-bala apar elə yerə
qoy  ki,  mənim  gözüm  görməsin.  Nə  qədər  yalvar-yapış  eliyir  ki… Axır
görür bı əl çəymir da. Bılları götürüp gətirir indiki ziyarətgah var e, yetdi
dəfə gedip-gəlillər ha, zəm-zəm suyu olan yerə. Deyir (Həcər – top.):
– İbrahim, gedirsən, bəs bizi kimə tapşırırsan?
Deyir ki, (İbrahim – top.) sizi ancağ Allaha tapşırıram. Mən getmə li -
yəm. Xulasə, bılları qoyur orda. Aparılan yeməh də tükənir, su da tükənir.
Həcər başdıyır qaçır ağzı yuxarı, üsdən aşağı. Gedir-gəlir, gedir-gəlir, əlinə
bir şey gələmmiyəndə, gəlir uşağa yaxınnaşır, baxır görür ki, şırıltı gəlir.
Orda Həcərə vəh gəlir. Vəh gələndə şırıltını eşidir. Deyir ki, getginən uşağı
da  çimizdir,  onnan  verginən,  zulaldı,  onnan  sora  yaxşı  olahsıız.  Həcər
2011/
IV
142
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə