Tofiq (41): tofiq (31). qxd qxd


Azərbaycan folklorundan yeni nümunələr



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

Azərbaycan folklorundan yeni nümunələr
QUBADLI FOLKLORU
QUBADLI FOLKLORU
Bakıdan  403  kilometr  məsafədə  yerləşən  Qubadlı  rayonu  Araza
tökülən Bərgüşad və Həkəri sahillərindəki ərazini əhatə edir. 27 min əha-
lisi, 802 min kvadrat kilometr ərazisi olan qədim türk yurdu artıq 19 ildir
ki, düşmənin tapdağı altındadır. Ürəkləri vətən həsrətindən köz bağlayan
qubadlılar  Azərbaycanın  müxtəlif  bölgələrinə  səpələnib  sığınacaq
tapıblar. Qəlblərini doğma torpaqda qoysalar da, mədəniyyətləri, folkloru,
adət-ən`ənələri  də  özləri  ilə  birlikdə  didərgin  düşüb.  Vətəndən  uzaqda
olmalarına baxmayaraq Qubadlı camaatı gündəlik həyatlarında canlı xalq
danışıq dilini e`tibarla qoruyub saxlamışdır.
Aşağıdakı folklor nümunələrini məhz bu keyfiyyətlərə malik, əslinə-
nəslinə sadiq olan yerli Qubadlı sakinlərindən toplamışıq. Söyləyicilərlə
müxtəlif  vaxtlarda,  onların  evlərində  görüşərək  söhbətlərini  diktofonla
yazıya  almışıq.  Söyləyicilərin  hamısı  təqaüdçülərdir:  üç  kişi,  iki  qadın.
Mərasim folklorunu şahid olduqları hadisələr, yerli adət-ən`ənələr əsasın-
da  danışıblar.  Kiçik  janrlar  isə  uzun  çəkən  söhbətimiz  zamanı  xatır-
landıqca qeydə alınmışdır. Onlardan topladığımız, demək olar ki, bütün
folklor mətnlərində Vətən həsrəti, yurd yanğısı açıq-aşkar duyulurdu. Bu
da tamamilə təbiidir, çünki insanın yaşantıları onun söylədiyi mətnlərdə
öz izlərini qoyur.  Onların düşüncələri, hiss və duyğuları, taleləri, bütün
çətinliklərə  baxmayaraq  həyata  bağlılıqları  söylədikləri  nümunələrə
nüfuz etmişdir. Gülənbər xala ürəkləri dağlayan ağılarını sanki Vətəni ilə
birlikdə  itirdiyi  şəhid  oğluna  ünvanlamışdı.  Əsir  torpaqları  ilə  bağlı
xatirələrini bölüşərkən Əyin, Dəmirçilər, Mirlər, Atirizi, Oğlan-qız dərəsi,
İmamzadə kimi doğma yer adlarını sadalayan söyləyicilərimizin həyəcanı
gözlərini həsrət yaşı ilə doldurmuşdu.
Zəngin folklor ehtiyatına malik olan ahıl insanlarımız getdikcə azalır,
həyatla vidalaşır. Ona görə də folklorumuzun toplanmasına daha tə`cili və
məs`uliyyətli  bir  iş  kimi  yanaşmalı,  onun  itirilməsinə  imkan  vermə mə -
liyik.
Elnarə ƏMİRLİ   
2011/
IV
134
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


MƏRASİM FOLKLORU
NOVRUZ ADƏTLƏRİ
Bir həfdə qabağ ev-eşiyi tökürdülər. Yorğan-döşəh hamısı tökülməliy-
di çölə. Ev qurumlanırdı, təmizlənirdi, ağardılırdı. Hər Noruzdan qabax
nənəm  divarımızı  ağardırdı.  Bütün  qab-qaşıx  sürtülüp  salavatdanırdı.
Sora ev-eşiyi yığışdırıp təmizdiyirdih, başdıyırdıx bayram hazırrıxlarına.
Nə bilim, buğda alınırdı, kar-kanfet alınırdı. Aşın hazırrıxları olurdu. Hər
bayramda bütün evdəki uşaxlar, böyüyhlər təzə paltar geyinməliydi. Köh -
nə paltar olmazdı. O vax o şəkərbura, paxlava-zad yoxuydu bizdə. Kəntdə
belə balaca kokalar-zaddar bişirirdih. Həmişə gözdüyürdüh ki, kim birin-
ci  olejeh.  Qonşumuz  Valeh  dayıgil  çalışırdı  ki,  bizə  birinci  gətirsin
(bayram payı nəzərdə tutulur – top.), biz də çalışırdıx ki… Görəh kim bir-
inci olejeh. Qonşulara pay aparırdıx. Uşaxlar torba salırdılar boyunnarına,
qapı-qapı gəzirdilər. Heş kəs özünə ayıp bilmirdi ha… Hər qapıda eyni
qarşılamırdılar. Kim ki saa yumurta verirdi, elə bilirdin ki, saa dünyanı
verip.  Yumurtanı  da  hər  adama  vermirdilər.  Dədəm  yüzbaşı  oğlu  olub
axı… Qara kişi də bılların qapısında nökər işdiyirmiş. Dədəmi alıp çiyn-
inə aparırmış qapılara. Hər qapıda bir dənə toyox verirmişdər dədəmə ki,
Şükür yüzbaşının oğlu gəlipdi. Alt emmiznən bir toyox yığıpdı dədəm.
Elə ki bayram axşamı olurdu, gejə qodular gəlirdilər. Arvat tumanı zad
geyirdilər, eliyirdilər. Rəhmətdih Hüseyiniydi, rəhmətdih Azəriydi, bir də
bir başqa kimsə. Onun üçünün bir oyunu varıydı. Hansısa arvat olurdu, o
birsi kişi olurdu. Biri yıxılırdı, o birsi də deyirdi: «Vay, arvadım öldü!»
Pul yığırdılar, gedirdilər.
Evlərdə  qədir  saxlıyırdılar.  Mənim  yadımdadı  ki,  rəhmətdih  Oxdar
əmimgilin  patifonu  varıydı.  Çiçəh  mahnısın  qoyurdular. Arifə  mamagil
(bibi) qədir saxlıyırdılar. Həm çərşənbə axşamı, həm də bayram axşamı.
Beş-altı qız yığılırdı, bir evdə saxlıyırdılar, yeddi-səkgiz qız yığılırdı, o
biri  evdə  saxlıyırdılar. Axşam  bir-birlərinə  qonax  gəlirdilər.  Bişir diyin -
nən-düşürdüyünnən bir-birinə pay aparırdılar. Bir də görürdün, aş qazan-
narın  oğurruyurdular.  Zarafat  eliyirdilər.  Həqiqi,  Noruzu  elə-belə  qeyd
eləmirdilər. Kim kimin qabağına çıxırdı, deyirdi: «Bayramın mübarəh!»
Bir dənə bayramıydı, elin bayramıydı. Səhər tezdən qarannıxda gedirdilər
çaydan daş götürürdülər. Bərəkət daşıydı. O daşı gətirirdilər, birin, elə bil
ki, un saxlanan yerə, harda ki ərzağın-zadın var, heylə yerrərə qoyurdular.
Onnan  sora  yumurta  döyüşdürürdülər.  Əmralı  əmimin  köhnə  tükanının
üzü belə yola sarıydı. Ordan yumurtanı yomaladırdılar. Dədəm okqədər
2011/
IV
135
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


bayram  həvəskarıydı  ki,  uşax  kimi  sevinirdi  bayram  gələndə.  Gedirdi,
uşaxlarnan ordan yumurtanı yomaladırdılar. Dik yoldan, dik yerdən. Ki -
min yumurtası kimin yumurtasına dəydi… Bir də görürdün nə qədər yu -
murta udup gətiripdi kişi. Qoja kişiydi, ona ləzət eliyirdi Noruz bayramı.
Mənim  ən  yadımda  qalan  Noruz  axırıncı  –  Qubatdının  çıxdığı  ilki
Noruz  bayramıdı.  Hələ  indiyə  qədər  Qubatdıda  heylə  Noruz  olmuyup.
Bütün təpələrdə ojaxlar qalammışdı. Biri, elə bil ki, Dəmirçilərin yalında,
biri Əyinin yalında, biri harda…tonqallar qalamışdılar. O, elə bil ki, bütün
qubatdıların yadında qalıpdı. Həylə Noruz biz görməmişdih.
Təzə gəlini görməyə gedirdilər. Evində balaca uşax varıydısa, ona pal-
tar alıp gətirirdilər.
Söylədi:  Qubadlı  sakini  Baxşalıyeva  Gülnisə,  1952-ci  il  təvəllüdlü,
təqaüdçü
TOY  ADƏTLƏRİ
I mətn
Adət-ən’ənəmizə  görə  kəntdə  toy  olanda  toyun  ortasında  bir  yelli
çəkirdilər. Yellinin (yallının – top.) də başında rəhmətdih Mirzaxan dayı
dururdu.  Mirzaxan  dayı  cavannarı  yığırdı  yanına,  bir  on  nəfər,  on  iki
nəfər, başda da o. Əlində də bir şiv çubux. Şiv çubux da, yanı nazih çu -
bux. Şiv çubuğu da onnan ötrün alırmış əlinə ki, uşaxlar hansı səf eləsə,
bı elədiyi hərəkəti ollar eləməsə, olların qışdarına-zadına çubuxnan vı rır -
dı.  Birdən elə olurdu ki, Mirzaxan  dayı  elə bir şey götürürdü əlinə, bı
uşax  lar hardan bilsin ki, o, bı şeyi gətiripdi. Məsələn, ya qaşıx, ya bir gül,
nə bilim  nə…  O  toy  mərasiminin  içində  əgər  qohum-əqrabalarınnan
kiminsə  cibində  varıydısa,  tez  verirdi  uşaxlara.  Olmaseydı,  yazıx  uşax -
ların qoluna-qıçına vırırdı. Birdən elə olurdu, cumurdular oğlan uşağı alır -
dılar, tez hərə bir uşağı alırdı qucağına. Bax belə yelli çəkirdilər.
Toy  mərasimlərinin  birində  də  adamı  nətər  düzəldirdilər,  ayax
yerindəydi, belə çökələ dururdun, əllərıı da belə yerə qoyurdun (göstərir),
baş hissaa da belə qabağa verirdin, üstaa da qırmızı örtürdülər, ordan da
ceyranın  buynuzun-zadın  düzəldirdilər.  Gəlirdi  adamlara  belə  qıdı-qıdı
eliyirdi. Göz, baş, qulax-zad düzəldirdilər. Ona deyirdilər «ceyran oynu -
yur». Ceyran da başdıyırdı gülməli hərəkətdər eləməyə. Onun da bizim
kəndimizdə Bayram dayının oynadığın mən görmüşəm.
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
2011/
IV
136
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə