Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

lərini  yaşadır.  Naxçıvan  bölgəsinin  toy  adətləri  mərasimlər  içərisində
özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu  toylar Naxçıvanın tarixi keç -
mişindən, mə`nəvi mədəniyyətimizin inkişafinda kəsb etdiyi əhəmiy yə -
tindən soraq verir. Toy bölgədə məişət mərasimlərinin ən kütləvisi və ən
məşhurudur. Hər kəsin çox gözəl bildiyi kimi Naxçıvanın hər bir gü şə -
sində  çox  maraqlı  və  bir  birindən  fərqli,  əvəzolunmaz  adət-ən`ənələr
vardır  (2).  Məhs  bu  gözəl  güşələrdən  biri  olan  Şərur  rayonunda  da  bu
adət-ən`ənələr  illərdən  bəri  nəsildən-nəsilə  keçərək  indiki  dövrə  qədər
gəlib çatmışdır. Bu adət-ən`ənələr Şərur rayonunda hələ də mövcuddur.
Bunlardan ilk olaraq elçi getmək adəti olmuşdur. Əvvəllcə oğlan evinin
bəyəndiyi  qız  üçün  qız  evinə  gəlmək  razılığı  alınır.  Razılığı  əvvəlcə
xanımlar  edir.  Qız  evinə  getmək  razılığı  alınandan  sonra  “hə”ca-vabı
almaq  üçün  sonra  oğlan  evinin  ağsaqqal,  ağbirçək,  hörmətli,  mö`təbər
adamları qız evinə xüsusi “şirin çay” adlı mərasimə toplaşırlar. “Hə” cav-
abı  veriləndən  sonra  ortaya  şirin  çay  gətirilir.  “Hə”  cavabı  ve-
rilməyənədək oğlan tərəfi qız evində heç nəyə əl vurmaz. Amma qız evi
bir dəfəyə razı olmaz. “Qız qapısı, şah qapısı” deyib,  oğlan tərəfini  bir
neçə dəfə elçi gəlməyə məcbur edirlər. Sonra razılıq verilir. Bundan  sonra
“ üzük, yaylıq” adlı bir adət yerinə yetirilir. Qız evinə bir üzük və qırmızı
rəngdə bir yaylıq aparılır. Buna “bəlgə” deyilir. Ümumiyyətlə, qız üçün
alınan geyim və əşyaların qırmızı rəngdə olması xalqımızın qırmızı rəngi
xoşbəxtlik, səadət simvolu hesab etməsindən irəli gəlir. Əgər hər hansı bir
qıza  “bəlgə”  verilirsə,  daha  o  qız  üçün  heç  kim  elçi  düşməz.  Sonra
“nişan” üçün vaxt tə`yin olunur. Nişana aparılacaq “nişan üzüyü” alınır,
geyimlər,  şirniyyatlar,  meyvələr,  hədiyyələr  hazırlanır.  Qohum-əqrəba
gəlin üçün nişan xonçası hazırlayır. “Nişan günü” oğlanın valideyinləri və
yaxın  qohumları  qız  evinə  gedirlər.  “Nişan”ın  xərcini  oğlan  evi  çəkir.
Buna “xərcixörək” deyirlər. Qız evinə qoyun, şirniyyat, ərzaqlar verilir.
Qohumlar  ətraflı  tanış  olurlar,  sonra  nişan  taxılır.  Bu  zaman  nişan
üzüyünü oğlanın bacısı, ya da yaxın qohumlardan biri gəlinin barmağına
taxır. Üzüyü taxana qız tərəfi hədiyyə verir. Qız evinin adamlarından biri
oğlana yemək aparır və ona da hədiyyə verilir. Bu zaman ərzində oğlan
qız evinə getməz. Toya qədər oğlanı  qonaq çağırırlar. Buna “ayaqaçdı”
deyirlər. Oğlan bir neçə dostu, qohumları ilə birlikdə qız evinə gedir və
ona qonaqlıq verilir. Məhz bu gözəl adətlərdən sonra toy mərasimi olur.
İlk  öncə  toy  mərasiminin  vaxtı  tə`yin  olunur.  Toyun  vaxtı  müəyyən-
ləşdikdən  sonra  hər  iki  ailə  hazırlıq  işlərinə  başlayır.  Bir  qayda  olaraq
2011/
IV
129
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Şərurda toy şənliyi payız aylarında keçirilir. Toydan bir müddət öncə qo-
naqlar  də`vət  edilir.  Toydan  qabaq  qızın  anasına  “süd  pulu”  deyilən
məbləğ  verilir.  Bundan  əlavə  də  “başlıq”  verilir.  Qız  evi  bu  pula  cehiz
hazırlayır. Toyun birinci günü günortaya yaxın oğlan evi aldıqları geyim
və əşyalarları da götürərək  çalğıçılarla birlikdə qız evinə “parçabiçdi”yə
gedirlər. Bu qız üçün alınan bir parçanın qız evində biçilib, sonradan tik-
ilməsidir.  Qız evində çalğıçılar “xəl`ət” (yə`ni hədiyyə) və “nəmər” (yə` -
ni pul) istəyir. Buna cox zaman “müştüksındı” deyilir. Toydakı qonaqlar
üçün  bir çox ləziz yeməklər  hazırlanır.  “Bəy”in  (yə`ni  oğlanın)  atasını,
əmi və dayısını “qazanaçdı”ya  çağırırlar. Toyun yeməklərini bişirənlərə
nəmər verilir. Nəmər verilməyənə kimi qazanların ağzı açılmır. Yeməklər
düzülür. Qız-gəlinlər, cavan oğlanlar rəqs edir, yallı gedir. Şərur toylarını
yallısız təsəvvür etmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə
çevrilib.  Tədqiqatçıların  fikrincə,  “yallı  rəqs  növü  8-10  min  il  bundan
əvvəl  yaranıb.  Heç  şübhəsiz  ki,  onun  yaranma  tarixi  əlifbanın,  yazılı
mədəniyyətin  əmələ  gəlməsindən  əvvəlki  dövrlərə  təsadüf  edib.  İlkin
yallı oyunları oda, atəşə pərəstiş dövründə formalaşıb. O, od-ocaq ətrafın-
da  toplanan  mərasimlərdən  ibarət  olub.  Sonralar  isə  əhalinin  başlıca
məşğuliyyət sahəsi olan ovçuluqla bağlı rəqs nümunələri yaranıb. Ovun,
döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii
qüvvələrə and vermək istəyənlər özlərinin bu münasibətlərini mərasim-
lərdə  təqlid,  təsvir  yolu  ilə  ifadə  etməyə  çalışıblar.  Yadelli,  hiyləgər
düşmən  üzərində  qabiliyyətli  mübarizə,  baharın  gəlişi  və  digər  həyati
vacib məsələlər də rəqs nümunələrində dolğun əksini tapıb. Bu deyilən-
ləri  tariximizin  ən  böyük  daş  kitabələri  olan  Qobustan  və  Gəmiqaya
qayaüstü  rəsmlərində  də  duymaq  olur.  Hər  bir  yallı  həm  də  birlik  ifa -
dəsinin rəmzinə çevrilib. Əcdadlarımız yaxşı anlayıblar ki, süfrələrin zən-
gin olması, ovun uğurlu keçməsi, çətinliklərin həll olunması, düşmənin
yerində oturdulması xeyli dərəcədə birgə əməkdən, birlikdən asılıdır” (4).
Yallıda  əl-ələ  tutub  coşqunluqla  ünsiyyətdə  olan  insanlar  öz  ritmik
hərəkətləri  ilə  ətrafdakılara  da  olduqca  xoş  tə`sir  bağışlayırlar.  Böyük
sənət adamları Şərur torpağını həm də yallıların beşiyi adlandırıblar. Bir
vaxtlar  burada  yallının  100-dən  artıq  növü  olub.  Onlar  toy  mərasim-
lərində, el şənliklərində yaşadılıb. "Tənzərə", "El yallısı", "Gopu", "Qazı-
qazı", "Köçəri", "Urfanı", "Qaladan-qalaya", “Tello” belə yallı nümü nə -
lərindəndir  (4).  1937-ci  ildə  deputat  kimi  seçiciləri  ilə  görüş  zamanı,
Şərurda olan dahi bəstəkarımız Üzeyir Hacıbəyov Şərur yallıları ilə bağlı
2011/
IV
130
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə