Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

Bu ən`ənələr XX əsrdə də bu və ya digər şəkildə davam etdirilmişdir.
Belə  ki,  əsrin  əvvəllərində  tar  problemi  gündəmə  gətirilərkən  Üzeyir
Hacıbəyov pərdələrini Avropa not sisteminə uyğun düzülməsi təklifi ilə
tarın yeni inkişaf mərhələsinə qədəm qoymasını tə`min etmişdir.
Əsrin ortalarında muğam ustadımız Əhmədxan Bakıxanov qədim mu -
siqi alətlərimizi qoruyub saxlamaq və onları təkmilləşdirmək, digər tərəf -
dən isə onların müasir milli ansambl və orkestrlərdə möhkəm yer tutma -
ları üçün dəyərli təcrübələr aparmış və bunların məntiqi nəticəsi kimi rəh-
bərlik etdiyi ansamblın səslənmə, tembr xüsusiyyətlərini zənginləş dir miş -
dir. Bəstəkar-dirijor, pedaqoq-tarzən Anatollu Qulam oğlu Ab basovun xa -
tirələrinə görə, Əhməd müəllim muğam dərslərini evdə keçərmiş, Əhməd
müəllimin  evi  sanki  milli  musiqi  alətlərinin  muzeyi  idi.  Onun  kollek-
siyasında müxtəlif növ tarlar – o cümlədən təcrubi tar, məşq tarı, dərs tarı,
sədəfli tar, İran tarı, adi tar, bas tar,  növbənöv sazlar, əsa saz, sədəfli ka -
mança, ney, tütək, balaban, dəf, qoşa nağara və s. alətlər var idi. Təcrübi
tara “sol tar”da deyilirdi. Bu tarın qəribə bir tarixcəsi var: Əhməd müəl-
limin qardaşı Məmmədxan Bakıxanov da gözəl tar ifaçısı idi və həmişə
qardaşının  tarını  götürüb  çalardı.  Əhməd  müəllim  günlərin  birində  tarı
sökərək tərsinə – yə`ni sağ biləklə deyil, sol biləklə çalınacaq tərzdə yığır.
Simləri, aşıqları – bir sözlə, hər şeyi... Qardaşının isə bundan xəbəri ol -
mur. Bir gün o yenə də tarı çalmaq  üçün götürəndə bu qəribəliyi görür və
tarı bu cür ifa edə bilmədiyindən artıq bu tara toxunmur. Əhməd müəllim
bu tarda da adi tardakı kimi böyük ustalıqla ifa edərdi və ifasında heç bir
çətinlik hiss olunmazdı.
Əhməd  müəllim muğamlarla yanaşı, xalq musiqimiz, folklorumuzun
dərin  bilicisi  olaraq  milli  musiqi  sahəsində  bəstəkarlıq  fəaliyyəti  də
göstərmiş, küllü miqdarda dəraməd, rəng, diringi və təsnifləri, xalq mah-
nıları  da  bəstələmiş  və  bunlar,  ilk  növbədə,  öz  tələbələri  və  rəhbərlik
etdiyi ansamblın repertuarında geniş yer tutmuşdur.
Maraqlıdır ki, ifaçılıq tarixində alətlər üzərində nə isə bir yenilik, sə -
mərələşdirici və rekonstruktiv təklif çox vaxt bu alətləri düzəldən ustalar
deyil, alətlərlə daha sıx və yaradıcı təmasda olan sənətkarlar – alətin ma -
hir ifaçıları tərəfindən irəli sürülür. Burada daxili bir qanunauyğunluq da
nəzərə çarpır. Alət düzəldən ustalar bu günə kimi mövcüd ən`ənə lər dən,
vərdiş və adət etdikləri qaydalardan sanki ayrıla bilmədiklərindən, digər
tərəfdən, alətin ifaçılığı ilə məşğul olmadıqlarından ifa zamanı meydana
gələn  fikirlərlə  rastlaşmırlar.  Başqa  sözlə  desək,  onlar  alətləri  bu  günə
2011/
IV
118
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


kimi mənimsədikləri və düzəltdikləri tərzdə hazırlayır, dəyişiklikləri isə
məhz sifarişçilərin istəyinə görə həyata keçirirlər. Bu sifa-rişlər isə müx-
təlif səpkili ola bilir. Məsələn, ifaçı alətin qolunun ən`ənəvi ölçüdən nazik
yonulmasını  istəyir,  yaxud  kəllə,  çanaqda  hansısa  bir  kiçik  dəyişikliyin
olmasını ustaya sifariş edir. Belə təkliflər fərdi xüsusiyyət daşıyır və çox
vaxt musiqi ictimaiyyəti içərisində geniş yayılmır, əksinə həyatda özünü
doğruldur və daha geniş miqyasda tətbiq edilir. Buna misal, ötən əsrin 80-
ci  illərində  tarzən  Həmid Vəkilov  tarın  köklənməsini  asanlaşdırmaq  və
yersiz kökdəndüşməni aradan qaldırmaq məqsədilə aşıqların çarxlı mex-
anizm vasitəsilə tənzimlənməsini təklif etdi. Eyni zamanda, alətin səs dia-
pazonunu  artırmaq,  yuxarı  registrdə  təmiz  ifanı  əldə  etmək  üçün  tarda
dilçək (döş qabağı) adlanan kiçik hissəni böyük çanağa kimi uzadılması
təklifini verdi. Bu vaxt tarın kəlləsi ən`ənəvi formasından fərqlənir. Kiçik
çanaq isə zildə ifanı asanlaşdırmaqdan ötrü böyük çanaqdan lazımı qədər
alçaq yonulur. O, bu yenilikləri özünün ifa etdiyi tarda həyata keçirmiş və
şəxsi ifasında praktikada bu tarın yararlı olduğunu göstərmişdir. Digər bir
yeniliyi isə tarı oturaraq deyil, ayaq üstə ifa etməsi olmuşdur. Bu yenilik-
lər ifaçılar arasında geniş yayılmasa da, bu kimi dəyişiklikləri olan tarlara
da rast gəlirik.
Digər bir iste`dadlı tarzənimiz Malik Mənsurovun tarında pərdələr ikili
bağlanaraq, lazım gəldikdə onların sayı 28-ə (bə`zən daha artıq) çatdırılır.
Qalın  kök  sim  kiçik  xərəkdən  qol  üzərinə  endirilir  və  s...  Bu  kimi  də-
yişikliklər çox vaxt yaradıcılıq axtarışlarında olan ifaçıların məhz özləri
tərəfindən həyata keçirilir.
Bə`zən tar üzünün saz kim taxta deka ilə örtüldüyünün şahidi oluruq,
yaxud qolun içini yonub üzərini qoz ağacından və ya plastik materialdan
hazırlanmış  planka  ilə  örtürlər,  alətin  səsi  güclənsin  və  müxtəlif  hava
şəraitlərinə tez uyğunlaşsın deyə dəri üzdə, bə`zən çanağın sinəyə sıxıl -
dığı hissədə müvafiq yerlərdən 1-dən 7-yə qədər müxtəlif diametrli dəlik-
lər açılır. Bütün bunlar da, qeyd etdiyimiz kimi, fərdi xüsusiyyət daşıyır.
Bu da artıq bir faktdır ki, bə`zən müsiqi alətlərinə belə yaradıcı müna-
sibət digər ixtisasa malik insanlar arasında da tapılır. Məsələn, Pənah Qur -
banov (ixtisasca kimyaçı olub) uzun illər milli musiqi alətləri – əsasən tar,
kamança  üzərində  yaradıcı  təcrübələr  aparmış,  riyazi  hesablamalarla
əsaslandırdığı bir sıra yenilikləri daim musiqiçilərlə bölüşmüşdür.
Mahmud Ağarəhim oğlu Salahov da tarın ümumi forma və konstruk-
siyasına toxunmadan sim və aşıqlarının sayını 13-ə çatdırmış (1998-99-cu
2011/
IV
119
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə