Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

İşin elmi nəticəsi. Tədqiq olunan divanələrdə işlənən məcazlar, sənət -
karlığı təsdiq edən cizgi və detallar göstərir ki, ustad sənətkarların o cüm-
lədən, Aşıq Nəcəfin yaradıcılığında divanilər xüsusi yer tutur. Aşıqlar bu
poetik örnəklərdən yeri gələndə hərbə-zorba kimi, nəsihət kimi və s. mə -
qamlarda istifadə edib ustad olduqlarını nümayiş etdirə bilirlər. 
İşin elmi yeniliyi. İşin elmi yeniliyi tədqiqatın metodundadır. Söhbət
haqqında söz açılan el sənətkarının  divani yaradıcılığının paralel, müqa -
yi səli tədqiqindən gedir.
Burada Aşıq  Nəcəfin  bütün  divaniləri  tədqiqata  cəlb  olunmuş,  onlar
şərti olaraq bir neçə qrupa bölünmüş, onların hər birinin əhəmiyyəti mü -
əy yənləşdirilmişdir.
İşin tədqiqi əhəmiyyəti. Regional aşıq mühitlərinə məxsus el sə nət -
karlarının yaradıcılığının, ədəbi irsinin tədqiqi müsbət nəticə verə bilər.
Çün ki hər bir el sənətkarı, ustad aşığın yaradıcılığının onun müasirləri ilə
müqayisədə  araşdırılması  regional  aşıq  mühitlərinin  öyrənilməsi  baxı -
mından böyük əhəmiyyət daşıyır.
ƏDƏBİYYAT
1. Sazlı-sözlü Göyçə (tərtib edəni: İslam Ələsgər). Bakı, 1999
2. Aşıq Nəcəf, Ön söz, Göyçəli Aşıq Nəcəf (tərtib edəni: İ.Ələsgər). Bakı, 2000
3. Göyçəli Aşıq Nəcəf (tərtib edəni: İ.Ələsgər). Bakı, 2000
4. Həkimov M. Azərbaycan aşıq sənətinin poetikası. Bakı, 2004
5. Əfəndiyev P. Azərbaycan şifahi Xalq ədəbiyyatı. Bakı, 1992
6. Aşıq Ələsgər. Şe`rlər, dastan-rəvayətlər, Bakı, 2003
7. Ələsgər ocağı (tərtib edəni: İ.Ələsgər). Bakı, 1991
8. Növrəs İman (tərtib edəni: İ.Ələsgər). Bakı, 2004
9. Bir neçə söz. Ələsgər ocağı. Bakı, 1991
Rə`yçi: filologiya  elmləri doktoru, prof. M.Allahmanlı
2011/
IV
115
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Musiqi folkloru
Ağahüseyn ANATOLLUOĞLU
aqahuseyn.abbasov@mail.ru
TAR ÜZƏRİNDƏ REKONSTRUKSİYALAR 
TAR ÜZƏRİNDƏ REKONSTRUKSİYALAR 
XÜLASƏ
Məqalədə tarın keçdiyi inkişaf tarixindən ensiklopedik mə`lumat verilərək ötən əsr-
lərdə  və  müasir  dövrümüzdə  onun  üzərində  aparılan  rekonstruktiv  təkmilləşmələrdən
söz açılır.
Açar sözlər: tar, tarın inkişaf tarixi, rekonstruksiya
REPAIRER IMPROVEMENTS ON THE TAR
REPAIRER IMPROVEMENTS ON THE TAR
SUMMARY
Tar, as a national instrument from the day of its birth passed a long way of develop-
ment and now this process is developing. 
In this article will be given encyclopedic information about history development of
the tar in the past and the modern level of reconstruction.
Key words: tar, history development of the tar, reconstruction


РЕКОНСТРУКСИИ В ТАРЕ
РЕКОНСТРУКСИИ В ТАРЕ


РЕЗЮМЕ
Тар,  как  любимый  национальный  музыкальный  инструмент,  со  дня  своего
рождения прошел большой путь развития и усовершенствования, и сегодня этот
процесс продолжается.
В статье будут даны энциклопедическая информация об истории развития тара
в прошлом и на современном этапе об реконструктивных совершенствованиях.
Ключевые слова: тар, истории развития тара, реконструксия
Məsələnin qoyuluşu. Tar alətinin rekonstruktiv təkmilləşməsi.
İşin məqsədi. Tar üzərində müxtəlif dövrlərdə aparılmış tədqiqat iş lə -
rinin üzə çıxarılması.
Azərbaycan xalqı zəngin və qədim bir tarixə malik olan ulu keçmişi,
maddi və mə`nəvi abidələri – incəsənəti və musiqi mədəniyyəti ilə dünya
xalqlarının diqqətini daim cəlb etmiş və etməkdədir.
Ulu keçmişimizdən bizlərə miras qalmış muğam və mahnılar, müxtəlif
musiqi alətləri, musiqi haqqında traktat və risalələr, xanəndə və sa zən də -
lər haqqında mə`lumatlar musiqi mədəniyyətimizin kökünü yüz-yüz il lə -
rin deyil, minilliklərin arxasında axtarmağa ixtiyar verir. Milli mu si qi mi -
zin təbliğində, inkişafında əsas rola malik olan musiqi alətləri-miz də mu -
siqi mədəniyyətimiz kimi meydana gəldiyi dövrlərdən bu gü nü mü zə kimi
daim  inkişaf  edərək  kamilləşmiş  və  sanki  onlar  da  canlı  varlıq lar  kimi
2011/
IV
116
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


zamanın, dövrün tələblərinə uyğunlaşdırılaraq zaman-zaman də yi şik di ril -
miş, təkmilləşdirilmişlər. Apardığımız elmi tədqiqat və mü şahi dələr gös -
tə rir ki, bu kimi rekonstruksiyalar çox vaxt ən çox işlənən və geniş ya yıl -
mış alətlərdə aparılmış və bu gün də aparılmaqdadır. Milli mu siqimizdə
belə  aparıcı  alətlər  muğamlarımızın  əvəzsiz  təqdimatcıları  olan  tar  və
onun tərəf müqabili olan kamançadır. Bu iki alət nəinki musi qi çi lərin, hət -
ta digər sənət adamlarının da diqqətini özünə cəlb etmiş, onla rın yaradıcı
təxəyyülü sayəsində müxtəlif dəyişikliklərlə təqdim olun muş dur.
Tar  xalqımızın  ən  sevimli  musiqi  alətlərindən  biridir.  Tar  nəinki
şərqdə, artıq bir çox dünya xalqları arasında da böyük maraqla dinlənilir,
ürəkləri  fəth  edir.  Tarın  yaranması,  tarixi  inkişaf  yolu  çox  maraqlıdır.
Adının lüğəvi mə`nası “tel”, “sim” kimi izah edilir. Elə bu mə`nada adı ilə
özü  arasında  bir  qanunauyğunluq  vardır.  Belə  ki,  tar  simli  musiqi  aləti
olaraq, səslər ifa zamanı simlər vasitəsilə əldə edilir. Klassik elmi ədə biy -
yatlarda “dütar”, “setar”, “çahartar”, “pənctar”, “şeştar” musiqi alətlərinin
adlarına  və  rəsmlərinə  rast  gəlirik  ki,  onların  adlarının  bilavasitə  sim-
lərinin  sayına  görə  verildiyi  şübhə  doğurmur.  Zahiri  quruluşlarına  görə
müəyyən oxşar və fərqli cəhətləri olan bu alətləri vahid bir cəhət, yə`ni
simli musiqi  alətləri olmaları və mizrab, yaxud dırnaq ilə səsləndi ril mə -
ləri eyni qrupa aid edir.
Bu alətlər hal-hazırda da bir sıra Şərq xalqlarında istifadə edilir. Müa -
sir Azərbaycan tarı bu alətlərdən bir çox xüsusiyyətlərinə – quruluşu, səsi,
diapazonu, bədii imkanlarına görə xeyli fərqlənir.
Azərbaycan tarı da, şübhəsiz ki, yarandığı vaxt indiki kimi olmamış,
uzun əsrlər boyu təkmilləşərək dəyişikliklərə uğramış, simlərinin, pərdə -
lərinin sayı, tembri, ifa maneraları dəyişmişdir. Başqa sözlə desək, musiqi
mədəniyyətimizin inkişafı ilə əlaqədar olaraq tarın təkmilləşməsi zərurəti
meydana  çıxmış  və  zaman-zaman  özünəməxsus  şəkildə  həyata  keçiril -
mişdir.
XIX əsrdə Azərbaycan tarı üzərində geniş rekonstruksiya işləri tarzən
Mirzə Sadıq Əsəd oğlu – Sadıqcanın adı ilə bağlıdır. Yazılı mənbələrdən
göründüyü kimi, Sadıqcan tarda köklü dəyişikliklər aparmış, onun quru-
luşunda, çəkisində, keyfiyyətli səslənməsində, sim və pərdələrdə yenilik-
lər edərək  bu tarı  sinəsinə basmış,  sevə-sevə ifa etmişdir. Bu  yeniliklər
sonradan  bütün  Azərbaycana  yayılmış  və  dövrümüzə  qədər  gəlib  çat-
mışdır.  Bu  təkmilləşdirmə  nəticəsində  tarın  diapazonu  və  ifa  imkanları
xeyli artmışdır.
2011/
IV
117
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə