Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

Etnik mədəniyyətimizdən
Əpoş VƏLİYEV
AMEA Naxçıvan bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi
e-mail: elyar.velisoy@mail.ru
ŞƏRURDA TOY MƏRASİMİ
ŞƏRURDA TOY MƏRASİMİ
XÜLASƏ
Hər bir xalqın milli-mə`nəvi dəyərlərini özündə əks etdirən fərqli toy adət-ən`ənələri
var. Uzaq keçmişdən miras qalan bu xüsusiyyətlər illər, əsrlər keçməsinə baxmayaraq
heç  zaman  unudulmur.  Azərbaycan  xalq  yaradıcılığının  ən  zəngin  qollarından  birini
Naxçıvan folkloru təşkil edir. Naxçıvanın hər bir güşəsində çox maraqlı və bir birindən
fərqli, əvəzolunmaz adət-ən`ənələr vardır. Məhs bu gözəl güşələrdən biri olan Şərur ra-
yonunda da bu adət-ən`ənələr illərdən bəri nəsildən-nəsilə keçərək indiki dövrə qədər
gəlib çatmışdır. Bu məqalədə Şərur toylarına məxsus adət-ən`ənələr əks olunmuşdur.
Açar sözlər: Azərbaycan xalq yaradıcılığı, Naxçıvan folkloru, Şərur toyları.
SHARUR WEDDINGS
SHARUR WEDDINGS
SUMMARY
There were a lot of defferent traditional weddings which represent of own and spe-
cial national-spiritual values of every nation. These national peculiarities heritage from
remote  past  never  forget  from  people  till  years  and  centuries.  The  richest  part  of
Azerbaijan national activities is Nakhchivan folklore. There were a lots of interesting
and different habits in every regions of  Nakhchivan Autonomous Republic. And one of
these regions which keep and save  national habits for centuries from generation to gen-
eration  is the beautiful place – Sharur. In this article the author want to represent about
national habits of Sharur weddings.
Key words: Folklore of Azerbaijan,  folklore of  Nakhchivan, Sharur weddings.
СВАДЕБ ШАРУР
СВАДЕБ ШАРУР
PЕЗЮМЕ
Существовали  много defferent  традиционной свадьбы,  которые  представляют
собственных и  специальных  национально-духовным ценностям  каждого  народа.
Эти  особенности  национального  наследия  из  далекого  прошлого  никогда  не
забывайте  от  людей  до  лет  и  веков.  Богатейшей  частью  Азербайджана  дея тель -
ность  гражданина  Нахчыван  фольклора.  Существовали  много  интересных  и
разных  привычках  во  всех  регионах  Нахчыванской  Автономной  Республики.  И
один из этих регионов, которые держат и сохранить национальные привычки на
протяжении  веков  из  поколения  в  поколение  красивом  месте  -  Шарур.  В  этой
статье автор хочу представлять о национальных привычках свадеб Шарур.
Ключевые слова: фольклор Азербайджана, фольклор Нахчыван, Шарур свадеб
Məsələnin qoyuluşu. Naxçıvan MR-da, o cümlədən Şərur rayonunda
toy mərasimlərinin fərqli toy adət-ən`ənələrini araşdırmaq, üzə çıxarmaq
2011/
IV
127
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


və məsələnin qoyuluşunu bu istiqamətdə öyrənmək əsas götürülmüşdür.
İşin  məqsədi.  Hər  regionun  bir-birindən  fərqli,  əvəzolunmaz  və  ma -
raqlı  toy  adət-ən`ənələri  vardır.  Toy  mərasimlərindəki  bu  adət-ən` ənələr
zaman  keçdikcə  unudularaq  yaddaşlardan  silinir.  Xalqımıza  məxsus  bu
adət-ən`ənələrin qorunub saxlanılması, gələcək nəslə çatdırılması çox va -
cib  məsələlərdən  biridir.  Məqalədə  Şərur  toy  adət-ən`ənələrinin  öyrə nil -
məsi və bu haqda daha dolğun mə`lumat əldə edilməsi əsas götürül müş dür.
Hər bir xalqın milli-mə`nəvi dəyərlərini özündə əks etdirən fərqli toy
adət-ən`ənələri var.  Uzaq  keçmişdən  miras  qalan bu  xüsusiyyətlər illər,
əsrlər keçməsinə baxmayaraq heç zaman unudulmur. Toy mərasimi bütün
dünya xalqlarının həyat tərzində mövcud olan ən qədim adətlərdən biridir.
Toy  hər  bir  xalqın  mədəniyyətinin  ayrılmaz  hissəsidir.  Dünyanın  hər
yerində  xalqların  toy  ən`ənələri  əsrlərlə  formalaşır,  xalqın  təmsilçisinə
çevrilir. Hər bir xalqın toy  mərasimi,  ümumiyyətlə, adət-ən`ənələri onun
dünyagörüşünü,  fəlsəfi  baxışlarını  və  dəyərlər  toplusunu  özündə  ehtiva
edir. Azərbaycan  türklərinin  də  bu mənada  zəngin  dəyərlər  sistemi  var.
Əsrlərin, ən çətin dövrlərin sınağından çıxan bu sistem indiyə kimi Azər -
baycan xalqı haqda geniş mə`lumat verməkdədir. Toy “cəmiyyətin hü cey -
rəsi  olan  ailənin”  yaranması  üçün  təşkil  olunan  şənlik  mərasimidir  (1).
Cəmiyyət inkişaf etdikcə adət-ən`ənələr, vərdişlər, xarakterlər dəyişir, ye -
niləşir, inkişaf edir. Azərbaycan folklorunda toy mərasiminin başlanması-
na qədər aparılan hazırlıq işləri bir daha təsdiq edir ki, xalqımız yeni quru-
lan  ailənin  təməlinin  möhkəm  olmasına  çalışmışdır.  Paşa  Əfəndiyev
yazir: “Mərasimlərdən ən çox yayılanı və məşhur olanı toy mərasimlə ri -
dir. Bu, çox qədimdən başlayaraq ən şən, şux, gur keçirilən məişət mərasi-
mi olmuşdur” (3, 32).
Azərbaycanda maraqlı toy adətləri var. Hələ üstəlik hər milli azlığın, hər
mahalın, hətta hər kəndin, elin özünə xas maraqlı adətləri mövcuddur. Hər
birinin öz marağı, öz gözəlliyi var. Qızbəyənmə, qızgörmə, xəbər gön dərmə,
danışığagəlmə, elçilik, nişan, gəlingörmə, kəbinkəsdirmə,  bayramlıq xon -
çagətirmə,  qız  toyu,  cehizaparma,  xınayaxdı,  gə-linaparma,  oğlan  toyu,
üzəçıxdı, qonaqçağırma, ayaqaçdı və s. bu kimi adət-ən`ənələrimiz hələ də
qalmaqdadır.
Azərbaycan xalq yaradıcılığının ən zəngin qollarından birini Naxçıvan
folkloru  təşkil  edir.  Kiçik  Qafqazın  cənub  qərbində  yerləşən  bu  dağlıq
bölgədə min illərdən bəridir ki, azəri türkləri özünün bənzərsiz şifahi söz
sənətini yaradır, nəsildən-nəslə keçən qədim adət-ən`ənələrini, mərasim-
2011/
IV
128
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə