Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

sevincəh gəlir görür ki, İsmayılın ayağının altınnan bulax çıxıp başdıyır
şırhaşır getməyə. O sudan da içir, uşağı da çimizdirir, eliyir. Bıllar bırda
yaşıyıllar. İsmayıl böyüyür. İbrahim gedir-gəlir, bıllardan hal-əhval tutur.
Sora  bir  dəfə  İbrahim  peyqəmbər  bının  arxasıncan  gedir.  O  vaxdı
qureyşdər yaşıyan yerə gedip çıxır. Bilir ki, bı evlənipdi. Soruşur kin, bala,
İsmayılın  evin  tanımırsıız?  Göstərillər  ki,  fılan  yerdədi.  Bı  gedir  tapır,
görür ki, bir kadın oturup içərdə. Bı salam verir – kişi. Çarıxlı olur da. O
vaxları heyləymiş. Deyir ki, İsmayılın evi bıradı? Deyir ki, hə, bıradı. Ta
bı qalxıp ayağa bına yer göstərsin qoca üçün, ta bına tə`zim eləsin ki, gəl-
ginən  otur,  çörəh  yeginən.  Belə  şeylər  olmur  bırda.  O  da  baxır  bı  qıza,
deyir  ki,  kimsıız?  Deyir  ki,  mən  İsmayılın  yoldaşıyam.  Deyir  ki,  bəs
İsmayıl nə vax gələr evə? Deyir ki, bəs ruzu dalınsa gedip. Deyir ki, nətəər
dolanırsıız?  Deyipdi  ki,  çox  pis  dolanırıx,  ac  qalırıx,  urzumuz  olmur-
eləmir. Ummuyətnən, acı danışır da bınnan. «Şükür Allaha» deməy əvəz-
inə,  belə  şeyləri  naşükürrühnən  danışır.  Deyir  ki,  qızım,  mən  gedirəm,
İsmayıl  gələndə  deyərsən  ki,  belə  bir  qoca  gəlmişdi,  dedi  ki,  qapının
astanasın dəyişdirsin. Çıxır gedir. İsmayıl navaxdan sora gəlir. Gələnnən
sora deyir ki, belə bir qoca… Deyəndə deyir ki, o, mənim atamıydı. Deyir:
– Dedi ki, mən gedirəm, qapının astanasın dəyişdirsin!
İsmayıl oturup sarığının torpağın töhməmiş, deyir (yoldaşına – top.):
– Dur ayğa, gedəh qazının yanına.
Deyir:
– Niyə gedəh?
Deyir:
– Bəs atam ma tapşırıpdı ki, səni mən boşuyum. Böyünnəri mən səni
boşamalıyam.
Götürüp aparır qazının yanına, bını boşuyur. Bir müddət sora təh qalır.
Neçə  aylar,  illər  təh  qalannan  sora  təzədən  İbrahim  peyqəmbər  bir  də
gedir.  Soruşanda  deyillər  ki,  İsmayıl  peyqəmbər  bir  də  evlənip.  Gedən
kimi kadın tez qalxır ayağa:
– Baba, gəl içəri, gəl içəri.
Bının çarığın da çıxardır, su gətirir, ayaxların da yuyur. Deyir ki, yol
gələn adama oxşuyursuuz, gəlin, oturun. Gətirir bına çörəh… Gözəl qul-
luğ  eliyir,  həm  də  ki,  bının  qabağında  səcdə  durur  tanımıya-tanımıya.
Sora bir baxır ki, gözəl insandı, İsmayıla dayax  dura bilən  bir  kadındı.
Onnan sora deyir ki, qızım mən gedirəm, İsmayıl gələndə denən ki, qa pı -
nın astanasınnan muğayat olsun, yaxşı saxlasın.
2011/
IV
143
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


İsmayıl qayıdıp gələnnən sora bılları danışır. Boyun-buxunun deyən-
nən sora o da bilir ki, atasıdı. Deyir ki, o, mənim atamdı. O ma tapşırıp ki,
səni yaxşı saxlıyım.
İbrahim peyqəmbərin yoldaşı Sara özü də peyqəmbər qızıydı, peyqəm-
bəriydi da. Yuxu görür. Görür ki, bının oğlu olupdu. Yuxudan ayılannan
sora üz tutur Allaha, deyir:
– Necə olur ki, yetmiş iki yaşım olsun, yoldaşımın doxsan yaşı olsun,
mənim uşağım olsun, neynəsin?
Ona toxdaxlıx  verillər ki, o hamsı Allahın əlindədi, neçə yaşın olur-
olsun. Gətirir bına bir oğul verir, adın da qoyullar İsax. Ona da peyqəm-
bərrih  verir.  İsaxdan  da Yaqup  peyqəmbər  əmələ  gəlir. Yaqup  peyqəm-
bərin də on iki oğlu olur. İkisi öz dayısının qızıydı (yoldaşlarının – top.).
Yetdi il çobannığ eliyir. Deyillər gərəh bırda çoban olasan, bizim yerin
adəti belədi ki, çoban olmasan, qızı sa vermiyəjəm. Çobannığ eliyir, onu
alır, onnan da iki oğlu olur. Biri olur Yusif peyqəmbər. Qardaşdarının da
o, gözəl olduğuna, atası çox istədiyinə görə paxıllıxları tutur. Qardaşdarı
bını quyuya salır. Bə`zisi məslahat eliyir ki, gəlin, öldürmüyəh. Birtəhər
dədəsin  dilə  tutullar,  deyillər  ki,  bəs  özümüznən  aparax  çölü-bayırı,
çobançılığı görsün da, alışsın belə şeylərə. Aparıllar salıllar quyuya. Köş
gəlir. O da İbrahim nəslinnən olur. Deyir ki, bırda qarğa- quzğun hərrənir,
bırda yəqin su var, gəlin görəh… Deyillər ki, bırda su ola bilməz. Belə
höjətdəşillər.  Gedillər  quyunun  yanına,  vedrəni  sallıyanda  görüllər  ki,
bıdrana bir uşax alışıp yanır. Baxır ki, bıı ta mö`cüzədi da. Axır ki, bını
ordan xilas eliyillər. Sora onu padşah alır. Zuleyxa ona qarşı olur ki, gərəh
mənnən evlənəsən. Deyir ki, mən bı kişinin çörəyin kəsmişəm, tikə-tikə
doğransam  da, mən bı  kişiyə  qarşı  çıxammaram.  Birdəfəlih  qulağınnan
çıxart. Sora zindana salıllar. Bir də Zuleyxanın qardaşı padşaha deyir ki,
əgər onun yaxası qabaxdan cırılıpdısa, düzdü, günahkardı. Əgər arxadan
cırılıpsa köynəyi, bil ki, günah mənim bacımdadı. Yoxla, onnan sora cəza-
sın ver. O da yoxluyur, sora aparır salır zindana. Bı (Yusif – top.) dedih-
ləri hamsı düz çıxır daa. Yuxu görür, yuxunu yozur, həmin yerə padşah
qoyullar onu.
Söylədi: Qubadlı sakini Novruzov Şahsuvar İslam oğlu, 1929-cu il
təvəllüdlü, təqaüdçü
ADƏMİN OĞLANLARI
Adəm, deyilənnərə görə, dokquz yüz doxsan il yaşıyıp. Onun da oğlan-
narınnan biri onun sözünə baxmıyıpdı. Allahtaaladan vəh gəlip, Adəmə
2011/
IV
144
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


vəh gəlip ki, o bacının birini alginən sora olan qardaşa, onun da bacısın al
o  birsinə.  Deməh  birinin  bacısı  göyçəyiymiş.  Deyip  ki,  gərəh  mən  öz
bacımı özüm alam. Bının üstündə mübahisə düşür. Biri-birin öldürür. Ata -
sının sözünə baxmır, deyir ki, mən öz bacımnan evlənəjəm. Bı, bi növ rə -
dən qalan şeylərdi, bala, atanı eşitməməh, kadınnarın paxıllığı. Bıllar ha -
m sı köhnədən süzülə- süzülə gəlipdi.
Allahtaalanın isdəyi, nuru Adəmə gəlipdi, Adəmnən də insannara pay-
lanıpdı.
Bı, qardaşın öldürür, alır çiynynə. Qardaş isdəyi o qəddər güjdü olupdu
ki,  üç  gün  dalbadal  çiyninnən  yerə  qoymur.  Çiynində  gəzdirir,  ağlıyır.
Peşman  olur  da  ki,  mən  niyə  öldürdüm  qardaşımı  qızdan ötəri. Axır ki,
fayda  vermir.  Gəlir  oturur  daşın  üsdündə,  bı  da  bının  çiynində.  Oturur,
baxır görür ki, Allahtaala mö`cüzə yaradır,  iki qarqa dalaşa-dalaşa gəlir.
Göydə  başdıyır  bir-birin  vırmağa,  bir-birin  şülküt  eliyir,  biri  birin  salır
yerə.  Ölür  da.  Bına  gösdərir  da  (qardaşını  öldürənə  –  top.).  Deyir  yanı
görsün da. Başdıyır ağlamağa. Ağlıyır, ayağıynan yeri eşir. O insannarı ba -
sırmax məsələsi də elə o vaxdan qalıp. Elə qarqanı da görənnən sora deyir:
– Kül mənim başıma, qarqa öz qardaşın basırır, mən çiynimdə gəz di -
rirəm, iylənip.
Bı da həmin vaxdan qalıp, belə ki, qəbir qazmax, insannarı basırmax.
MƏHƏMMƏD PEYĞƏMBƏR
Onun  dünyagörüşü  okqədər  güjdü  olupdu  ki,  Allahtaaladan  vəhlər
gəlip, vəhlər hesabına o, Qur’ani-Kərimi yazıp. Onun bacısı oğludu Həz -
rət Əli. Ama o, savatdı olup. Onun oğlu Həsən peyqəmbər də okqədər sa -
vatdı  olupdu.  Yezitdər  də  əmoğluymuşdar  e  bıllarnan.  Düşmənçilih
yaranıp arada. Hamsı bı torpax üsdündə, xəlifəlih üsdündə. Bizdə demil-
lər, kreslo üsdündə?! Həmin şeylərdi. Bı da tarixdən belə olupdu.
Həsəni  arvadının  vasdəsiynən  öldürüp.  Hüseyni  də  öldürməh  üçün
yezit tapşırıx veripdi ki, ancax onu diri mənim yanıma gətirasıız, öldür-
məyin, ha!  Hüseyin okqədər güjdü əzan çağıran, onnan sora Qur`an oxu -
yanıymış ki, düşmənnər də, o, əzan oxuyanda qıraxda ağlıyırmış da, dözə
bilmirmiş. Okqədər güjdü səsi varıymış. Bıllar (yezidlər – top.) da bax -
mıyıp da bına, öldürüllər, başın kəsip aparıllar. Yezit də acığı tutur. Deyir
ki, bəs mən sizə tapşırmışdım ki, öldürmüyin, sağ gətirin.
Söylədi: Qubadlı sakini Novruzov Şahsuvar İslam oğlu, 1929-cu il
təvəllüdlü, təqaüdçü
2011/
IV
145
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə