Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

lifin  bu  üslubu  onun  «Folklorda  obrazın  ikiləşməsi»  monoqrafiyasında
da, təbii olaraq, dəyişməz qalıb.
Struktur modelləşdirmənin funksional tezisləri
Monoqrafiya bütün  tədqiqat boyu aprobasiyadan keçiriləcək  struktur
tezislərin  təsviri  ilə  başlanır.  Bu  tezislər  bizə  «Folklorda  obrazın
ikiləşməsi»  monoqrafiyasında    folklor  materiyasının  struktur  model-
ləşdirmə aktının necə gerçəkləşdiriləcəyini modelləşdirməyə imkan verir.
M.Kazımoğlu yazır: «Yaxşı-yaman, gözəl-çirkin, ağıllı-axmaq, yuxarı-
aşağı,  dost-düşmən,  yaxın-uzaq  və  s.  kimi  əksmənalı  sözlərin  bu  gün
dildə  çox  işlək  olması  ikitərəfli  qarşıdurmanın  şüurumuzda  dərin  iz
buraxmasından soraq verir» (2, 3).
Müəllifin  bu  tezisində  folklor  düşüncəsinin  bütöv  strukturu  model-
ləşdirilmişdir.  Modelləşmə  dil-funksiya-şüur  sxemi  üzrə  aparılmışdır.
Qeyd  olunan  «yaxşı-yaman»,  «gözəl-çirkin»,  «ağıllı-axmaq»,  «yuxarı-
aşağı», «dost-düşmən», «yaxın-uzaq» və s. kimi əksmənalı sözlər mifik
şüurun dual modelini özündə əks etdirir. Duallıq, ümumən, mifik simvol-
ların iki sırasının qarşıdurmasına əsaslanır (12, 408). M.Kazımoğlu bunu
dilimizdə «ikitərəfli qarşıdurma» adı ilə ifadə edir. 
«Arxaik  şüurda  dünyanın  təsvir  olunması  üçün  vahidləri  kosmosun
əsas  elementləri  olan  müəyyən  əlifba  (M.Kazımoğluda  qeyd  olunan
«yaxşı-yaman»,  «gözəl-çirkin»,  «ağıllı-axmaq»,  «yuxarı-aşağı»,  «dost-
düşmən», «yaxın-uzaq» semantik qarşıdurma blokları – S.R.) mövcuddur.
Bu elementlərin hər birində omonimliyə gedib çıxan çoxmənalılıq inkişaf
edir, kainatın təsvirinin müxtəlif aspektlərinin vahidləri arasında uyğun-
luq sıraları qurulur» (13, 60-61). «Mifoloji simvolik təsnifatın ilkin «kər-
piccikləri» olan məkani-hissi semantik əksliklər (sağ-sol, isti-soyuq, işıq-
qaranlıq və s.) genişlənərək kosmik məkan-zaman kontinuumunu, sosiu-
mu,  mücərrəd  rəqəm  əksliklərini,  fundamental  antinomiyaları,  sakral-
dünyəvi  əksliyini  və  s.  əhatə  edir» (14, 230). Beləliklə,  dünya  mifoloji
şüur  tərəfindən  həm  də  semantik  əksliklərin  blokları  kimi  qavranılır.
Həmin semantik bloklar Kosmos, Etnos, Zaman kimi fundamental kate-
qoriyaları  modelləşdirir.  Mifoloji  şüur  bu  bloklarla  geniş  əməliyyatlar
aparır.  Bu  semantik  əksliklərin  təsviri  omonimlik  və  sinonimliklərinin
hesabına  kosmos,  etnos,  zaman  qatları  vahid  dünya  obrazının  müxtəlif
səviyyələri kimi çıxış edir (15, 20).
2011/
IV
79
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


M.Kazımoğlu sözügedən ikitərəfli qarşıdurma qoşalarını məhz mifolo-
ji şüurun əməliyyat blokları kimi bərpa edərək, onları şüurumuzda bura -
xılmış «dərin iz» hesab edir. Müəllifin konstruksiyalaşdırdığı  dil-funk -
siya-şüur  sxemində  ikitərəfli  qarşıdurma  qoşalarının  dildə  yaşama sı nı
vurğulaması onlara münasibətdə linqvomodelləşdirmə olduğu kimi,  dildə
(çox) işlək olmasının vurğulaması  funksional dinamikanı  modelləşdirir.
Müəllif yazır: «Şüurumuzda dərin iz buraxan bu məsələ isə, heç şüb-
həsiz ki, öz ifadəsini folklorda da tapır» (2, 3).  
M.Kazımoğlunun  bu  tezisində  miflə  folklor  arasındakı  minillikləri
əhatə edən nəhəng düşüncə məkanı modelləşdirilmişdir. Məkanın diaxron
başlanğıcında mif, şərti qurtaracağında folklor durur. Lakin  diqqətlə fikir
versək, görərik ki, mifdən folklora gələn yol, təkcə diaxron yox, sinxron
struktur baxımından da modelləşdirilmişdir. Belə ki, müəllif «Şüurumuz-
da dərin iz buraxan bu məsələ öz ifadəsini  folklorda tapır»  yox, «… folk-
lorda  da  tapır»    deyir.  «Da»  bağlayıcısının  yaratdığı  sintaktik-semantik
konstruksiya  ilə  mifin  tarixi  şüura  transformasiyasının  bütün  paradiq-
maları ifadə olunur. Başqa sözlə, mif öz şüur epoxasının başa çatması ilə
tarixi (ictimai) şüur formalarına – dinə, fəlsəfəyə, incəsənətə və s. trans-
formasiya  olunur.  M.Kazımoğlu  bu  cəhətdən  folkloru  da,  tamamilə
düzgün  olaraq,  ictimai  şüurun  formalarından  biri,  yaxud  etnik  özünüi-
fadənin (özünügerçəkləşdirmənin) kodlarından biri kimi təqdim edir.
Müəllifin növbəti tezisində deyilir: «Amma orası da var ki, ikitərəfli
qarşıdurmanı folklorda yalnız xeyirlə şərin mübarizəsi ideyası ətrafında
izləmək özünü doğrultmur. Çünki ikitərəfli qarşıdurma folklorun yalnız
ideya istiqamətinin yox, həm də obrazlar sisteminin əsaslı mənbələrindən
biri kimi ortaya çıxır. Bu mənbədən qidalanan folklor obrazları xeyir və
şər qarşıdurmasını müxtəlif və bir çox hallarda mürəkkəb formalarda əks
etdirir» (2, 3).
M.Kazımoğlunun  bu  tezisində  folklor  materiyası  struktur  təhlilin  iki
kontekstində alınaraq modelləşdirilmişdir:
Birincisi, mətnin poetik modelinin semantik strukturu;
İkincisi, invariant strukturun yaratdığı paradiqmalar cərgəsi.
Müəllifin  «ikitərəfli  qarşıdurmanı  folklorda  yalnız  xeyirlə  şərin
mübarizəsi  ideyası  ətrafında  izləməyin  özünü  doğrultmaması»  haqqın-
dakı tezisi özündə mifoloji dünya modelinin semantik struktur məntiqini
inikas edir. İvanov və Toporov yazırlar ki, mifoloji dünya modelində  əsas
qarşıdurma blokları  baş  qarşıdurmanın müxtəlif ifadə planları kimi çıxış
2011/
IV
80
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


edir (16, 63). Bu cəhətdən orta əsrlər Azərbaycan (Şərq-müsəlman) dünya
modelinin  baş  qarşıdurma  qoşası  Xeyir-Şər  blokudur  (15,  141).  M.Ka -
zımoğlunun  apardığı  tədqiqat(lar)  isə  sübut  edir  ki,  Xeyir-Şər  ikitərəfli
qarşıdurma qoşası folklor dünya modelinin də  baş  qarşıdurma blokudur.
Ancaq müəllif folklor dünya modelində, məntiqi olaraq, digər mühüm
ikitərəfli  qarşıdurma  qoşalarını  da  aşkarlayır.  Bu  halda,  təbii  olaraq,
ortaya bu dual düşüncə bloklarının biri-birinə münasibəti, başqa sözlə, bir
sistemdə düzülüş, təşkilolunma (sinergetikada: özünütəşkiletmə) struktu-
runun öyrənilməsi problemi çıxır. M.Kazımoğlunun bu problemin həllinə
tətbiq etdiyi məntiqi açar etnokosmik düşüncənin funksionallaşma mən-
tiqini özündə əks etdirir. Alimin «ikitərəfli qarşıdurmanı folklorun yalnız
ideya istiqamətinin yox, həm də obrazlar sisteminin əsaslı mənbələrindən
biri» hesab etməsi folklor dünya modelinin semantik struktur element lə -
rinin  invariant-paradiqma  sxemi  üzrə  modelləşdirilməsi  deməkdir.  O,
folkloru  ideya,  obrazları  ideyanın  düşüncədəki  təcəssüm  cərgələri  kimi
alır.  Başqa  sözlə,  M.Kazımoğlunun  modelləşməsində  dünya  modelinin
«xeyir  və  şər  qarşıdurması»  invariant,  «bu  mənbədən  (invariantdan  –
S.R.) qidalanan folklor obrazları» xeyir-şər invariant sxemini «müxtəlif
və bir çox hallarda mürəkkəb formalarda əks etdirən» paradiqmalarıdır.
Lakin müəllifin materiyanın idraki mənimsəmə aktı təkcə bu səviyyə
ilə məhdudlaşıb qalmır, daha dərinliklərə – folklor dünya modelinin funk-
sional mexanizmlərinin aşkarlanmasına (bərpasına) yönəlir: «Müxtə lif li -
yin  və  mürəkkəbliyin  əlamətlərindən  biri  eyni  obrazın  folklorda  gah
xeyir, gah da şər təmsilçisi kimi təqdim olunmasındadır» (2, 3).
Qeyd  etmək  istəyirik  ki,  M.Kazımoğlunun  folklor  materiyasının  se -
man tik  struktur  modelində  aşkarladığı  bu funksional  mexanizm  ma hiy -
yətcə  çox  mürəkkəbdir  və  tarixi  şüurun  ədəbi  düşüncə  materiyasındakı
ey nitipli  mexanizmlərindən fərqli  olub,  onların  mətniqi  sxemi  ilə  izaha
gəlmir.  Müəllif  aşkarladığı  formulu  faktoloji  cəhətdən  modelləşdirərək
yazır  ki,  «nağıllarda  yeraltı  dünyaya  məxsus  obrazlar  qəhrəmana  qarşı
çıxdığı kimi, qəhrəmanın yardımçısı da ola bilirlər. Yə`ni ək sər hallarda
bədhax qüvvə kimi təqdim olunan bir obraz bə`zi folklor nümunələrində
xeyirxah qüvvə funksiyası daşıyır» (2, 3).
Əslində, tədqiqatçının folklor dünya modelində bərpa etdiyi semantik
reallıq «fraqmenti» malik olduğumuz tarixi düşüncə baxımından bir zid-
diyyət, bulmacadır. Səciyyəvidir ki, M.Kazımoğlu əldə etdiyi «fraqmen-
ti» tarixi-filoloji yanaşma modelində izah etməyə cəhd göstərmir. Çünki
2011/
IV
81
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə