Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

şüncənin ümumtürk dünyagörüşü ilə ortaqlığının, həm də bu düşüncənin
əsil mənbəyinin ortaya qoyulmasıyla  üzə   çıxarılması  bunların həlli nəti -
cə sində mümkün olur.
Bir çox hallarda bu janr miflərlə, nağıllarla eyniləşdirilsə və hətta epik
folklorun  digər  nümunələri  ilə  səhv  salınsa  da  (5,  180)  mə`lumdur  ki,
əfsanələr nağıllar kimi bitkin süjet daşımır və o yalnız bir fraqment şək-
lində mövcud olur.
Əfsanələrdən fərqli  olaraq rəvayətlərdə  isə  real bünövrə  mövcuddur.
Və tarixilik özünü bir çox cəhətlərilə büruzə verir. Daha qədim bir tarix
daşıyan əfsanələrdə mifoloji-əsatiri motivlər  üstünlük təşkil edir.
Bu baxımdan əfsanələrdə güclü olan daş, su, ağac motivininin mərkəzi
yerdə dayanması insanın ibtidai inanclarının təzahürü olub bir çox hallar-
da hətta insani obrazlarından da önə çıxarıldığını göstərməkdədir. 
Təsvir  etdiyi  obyekt  və  hadisələrin  məzmununa  görə  Türk  xalqları
əfsanələri kosmoqonik, zoonimik, toponimik, dini, tarixi, qəhrəmanlıq və
s. xarakter daşıyır.
Odur  ki,  mövzusuna  və  məzmununa  görə  toplanmış  əfsanələr  və
rəvayətlərin aşağıdakı növləri üzə çıxarılır:
Təbiət (zoonimik, bitki, astral-kosmoqonik mənşəli); məişət mövzulu
(“Daraqlı gəlin”; “Turacın nəğməsi”, “Apardı sellər Saranı”); dağ, qaya,
daş (Qarı dağı, Daşların dili; Daş ürəkli oğlanın nağılı, Üç bacı üç ağac),
su (çay, dəniz, bulaq). Və yaşayış məntəqələri adları (toponimik) ilə bağlı
əfsanə və rəvayətlər. Bu mə`nada Əski Kırım ibrəti indiki Старый Крым
şəhərinə (Kırım vilayəti; indiki Ukraynaya aiddir), Sel-Sebil əfsanəsinin
həqiqi  qaynaqlarına  aid  əldə  etdiyimiz  nağıl,  tarixi  şəxsiyyətlər  barədə
“Dayə xatun” Səlcuqlu dövrünün (IX-XII yüzilliklər) məşhur şəxsiy yət -
lərinə,  və  Kırım xanı Toxtamış xanın qızı, fədakar şahzadəyə həsr olun-
muş “Yaralı ürəyin nağılı” rəvayətlərini örnək göstərmək olar.
Əfsanələr ilk insan cəmiyyətinin bədii təfəkkür məhsuludur.
Bu mə`nada topladığımız türk xalqları əfsanələri özündə bir sıra dərin,
çox erkən mifoloji detallar-ünsürlər daşımaqdadır.
Əfsanələr  sözlü gələnəyin  ürünü olan  bir  anlatım türüdür;  təməlində
inanç ünsürü vardır (8, 5). İnanç ünsürü də öz növbəsində xalq ədəbiyy-
atında  rəmzlərin,  işarə  və  müqayisələrin  də  varlığını  şərtləndirir.  Bu
mə`nada daş, ağac, su motivləri bu örnəklərin başlıca hərəkətverici qüv -
vəsidir. Bu motivlər coğrafi mühitin, zəngin təbiətin, rəngarəng aləminin
ifadəçiləridir.  Məsələn,  su  ilə  bağlı  əfsanələr  suyun  təmizliyi,  paklığı,
2011/
IV
67
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


aydınlığı şərtlərinə əsaslanmaqla təbii olaraq da məqsədyönlü nəticələri
əks edirlər.
Su  (o  cümlədən  çay,  dəniz,  bulaq)  motivi  ilə  bağlı  toplayıb  qələmə
aldığım (“Xəstə baş çayının sehri”; “Yenisey bahadır və gözəl Anqara”)
əfsanələrində əsasən su hövzələrinin niyə belə adlandırıldığı əsas məqsəd
kimi götürülərək sanki bu səbəb üzündən həmin əfsanələr ortaya çıx mış -
dır. Məsələn, Baykaldan axan və Yenisey çayına qovuşan Anqara gözəl,
artıq hədd-buluğa çatmış bir qız olaraq təsvir edilir. Yeri gəlmişkən qeyd
edim  ki,  ətraf  xalqların  müqəddəs  sandıqları  Baykal  haqqında  bir  çox
əfsanə  və  rəvayət  örnəkləri  olmaqla  yanaşı  bu  gölə  tökülən  çaylar  və
habelə ondan qaynaqlanan Anqara,  gölün ətrafındakı dağlar, qayalar, göl -
dəki adalar haqqında da cazibədar nağıllar vardır. Baykala axan, öz məc -
rasına  sığmayan  dəli-dolu  İrkut,  Turka,  Barquzin  çayları Anqaraya  elçi
düşür, lakin sakit-sakit axan və hələlik kicicik bir irmaq olan Anqara uçan
quşlardan Yenisey bahadırın sorağını eşitmişdi.  Onun ürəyi bol sularını
böyük  okeanlara  qovuşduran,  bu  gur  nəhrə  yetişməkdən  ötrü    çırpınır.
Onun bu eşqdən qabaran köksü sayaq eynən suları da artır, indi o özü bir
gur  nəhrə  dönmüş  öz  yatağına  daha  sığmır.  Qoca  Baykal  isə  bircəcik
qızının uzaqlara getməsinə dözə bilməz. Odur ki, indi artıq coşaraq sahil -
lərini yeyib tökən Anqara Yeniseyə qovuşmaq üçün atasını yuxuya verib
gizlicə qaçır. Yuxusundan ərəsan oyanan Baykal ata onun yalvarışlarına
məhəl  qoymayan  qızının  ardınca  iri  bir  daş  atır.  Bu  daş  indi  də  çayın
ortasında iri qaya şəklində durmaqdadır. Deyirlər ki, Baykal da bax beləcə
Dünya yaranandan narahat-narahat çalxalanmağındadır. Baykal gölündə
daim baş verən dəhşətli  fırtınaları da bu hadisə ilə bağlayırlar. Təəssüf ki,
Anqara Su Ambarı tikildikdən sonra suyun səviyyəsi artmasına görə Sibir
türklərinin bir çox folklor örnəklərinin əsasında dayanan bu nəhəng daşın
da çox hissəsi sular altında qalıb görünməz olmuşdu.
Daş motivi. Əski inamlarda daşın müqəddəs  varlıq, tapınma obyekti
olaraq səciyyələnməsi öz izlərini bir sıra daş və qayalar üzərində rəsmlər
və s. saxladığı kimi  daşlar haqqında olan rəvayətlərin mövcudluğunda da
tapmaqla “orta yüzillik poetik söz sənətinin önəmli nümayəndəsi cinaslı
bayatı ustası Lələ haqqında dolaşan xalq rəvayətlərində qorunmuşdur” (4,
14; 5, 218). Azərbaycanda bir neçə azacıq fərqlərlə variantları olan bu rə -
vayət əsasında  “Daşürəkli oğlanın nağılı” hekayəsini yazdım. Övlad həs-
rəti ilə yaşayan ailədə beşiyə qoyub qundaq tək bəslədikləri daş həqiqətən
canlı  uşağa  çevrilir.  Amma  bütün  ömrü  boyu  davranışında  və  xarak-
2011/
IV
68
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


terində, həmçinin şəxsi həyatında baş verən macəraların əsasında bu daş-
dan əmələ gəlmə əsas motiv olaraq özünü göstərir. Türk xalqları əfsa nə -
lə rində sıx-sıx rast gəlinən daş motivi güclü və davamlı bir vasitə kimi
çox  əlverişlidir;  Kırım  diyarında  Bağçasaray  yaxınlığında  Kaça  çayı
vadisinə  enən  yerdə  daş  heykəllər  –  düşmənlərinin  əlindən  qurtulmaq
üçün  qayaya  çevrilən  köməksiz  ana  və  qızın,  habelə  onların  əleyhdar-
larının cəzalandırılaraq daşa dönmüş heykəlləri əfsanələr doğurmuşdur.
Türk xalqları ədəbiyyatı qaynağında zəngin və məzmunlu türk folkloru
durmaqdadır.
Türk əfsanələri özündə bir sıra, həm də maraqlıdır ki, bir-biri ilə ortaq
(10,  62,  63)  mifoloji  detallar-ünsürlər  daşımaqdadır.  Mövzu  e`tibarilə
məişət mövzusu altında  ayırdığımız, lakin Quş motivi  zoonimik qismdə
yer alan əfsanələrdən “Daraqlı gəlin”, “Turacın nəğməsi”, “İsaq-Musaq”,
“Qaranquşun  qarğışı” əfsanələrinin əsas məzmunu quş motivinə dayanır.
Ayrı-ayrı quşların ötdükləri zaman çıxardıqları xarakterik səsləri: civiltiləri,
qarıltı və cəh-cəhləri bu nağılların yaranmasına təkan vermişdir. Həmin səs-
lər mə`nalandırılaraq əfsanənin əsas hərəkətverici motivinə çevrilir: məs.:
“İsaq-Musaq” əfsanəsi barədə deyə bilərik ki, otardıqları quzuları itirən və
buna görə də ögey anaları tərəfindən gecə meşəyə itən quzuları axtarmağa
qovulan kiçicik qardaşların bir-birinə səslənərək “tapdın – tapmadım” hüzn
dolu təşvişli çağırışlarına quşların təqlidən çıxardıqları  nidaları  əfsanənin
yaranmasına rəvac vermişdir. Qeyd edək ki, əfsanənin digər varianlarından
birində quşların səsi “taxçada-boğçada” haraylarına bənzədilir. Həmin vari-
antda (“Turacın  nəğməsi” əfsanəsində)  xalq arasında dolaşan hekayət  bu
quşun vaxtilə gənc bir qız olması indi duyduğumuz nəğmələrinin də onun
yalvarışlarından, ağlayışından doğulduğunu çatdırır. Belə ki, Turac varlı bir
xanımın qulluqçusudur; bu xanımın qiymətli darağı itir, xanım bunu qul-
luqçudan bilir. Onun ittihamlarından əndişəyə düşən Turac allaha yalvarır
ki, onu bir quş etsin. Bundan sonra darağın yeri onun yadına düşür. Xalq
onun  çırpınışlı  nəğməsini  “taxçada-boğçada”  fəryadı  kimi  mə`nalandırır.
Hə qiqətən əfsanələrin özünəməxsus cəhətlərindən ən mühümü də odur ki,
insan  asanlıqla  quşa,  ağaca,  çiçəyə,  heyvana  çevrilə  bilir.  Bu,  keçmişin
dərin  inamlarının  pozulmaz  izləridir.  Quş  motivinin  doğuluşu  haqqında
şərqşünas  Bartoldun  mə` lum  fikrinə müraciət  etməli  oluruq:  “Kitabə  ya -
zılarından o da aydın olur ki, türk xalq inanclarına görə, insan ölərkən onun
ruhu  quşa  çevrilir;  odur  ki,  ölən  şəxs  haqqında  o  uçdu  deyilir  (qədim
türkcədə cənnət mə`nasında indi arxaikləşmiş olan uçmaq sözü işlənməsi
2011/
IV
69
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə