Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə19/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

qısaldılmış variantı belədir: 
İnsan  türk  mifologiyasında  cənnət  və  ya  ölməzlərin  məskəni  olaraq
bilinən Aruun-Suyudyun deyilən məkandan yer üzünə qovularkən Ülgen
ona acıdı və yeyilə biləcək bütün faydalı ot və meyvələri göstərdi və belə
dedi:
– Bax və sənə xoş gələn şeyləri ye.
Ülgenin Targın-Nama adlı köməkçisi bütün bitkiləri, meyvələri və ot -
ları yoxladıqdan sonda onların hamısının yemək üçün əlverişli oldu ğunu
gördü. Yay aylarında otların, bitkilərin və meyvələrin təzə olduğu bir za -
manda insan, möhkəm, təzə və sağlam olurdu. Ancaq payızın və qışın gəl -
məsi ilə bitkilərin quruması başladı və insan da möhkəmliyini, tə zə liyini
və qismən də sağlamlığını itirdi. 
Beləcə insan ilk qışı çox çətin, ölümdən güclə xilas olmuş bir vəziyyət-
də keçirmiş oldu. Bu acılı-ağrılı təcrübə ilə həyatını davam etdirən insan,
ikinci il qışa hazırlıq körməyə başladı və təzə bitki və meyvələri qış üçün
bir yerə yığdı. Bununla da başqa canlıların qidasını əllərindən almış oldu.
O səbəbdən qış qapıya dayandığnda insanın bir yerə topladığı təzə meyvə
və  bitkiləri  yemək  üçün  heyvanlar  da  gəlməyə  başladı.  İnsan  bitki  və
meyvələrin tükənəcəyini görərək heyvanları əlindəki ağacla vurmağa və
qovmağa  başladı.  Bundan  incimiş  heyvanlar  quşları  çağıraraq  onların
şikayətlərini  Ülgenə  çatdırmalarını  istədilər.  Ülgen  insanla  heyvanların
şikayətini  dinləmək  üçün  onların  hamısının  Targın-Namanın  yanında
toplanmasını əmr etdi. Ülgen onların şikayətlərini və bir-birini günah lan -
dırmalarını dinləyərək belə dedi:
– Balıqlar və quşlar onlara faydalı olan şeyləri yesinlər. Siz heyvanlar,
ot yeyin. Sən isə insan, buğda əkməyi öyrən və heyvan əti ye. Heyvanlara
lazım olanları sən onların əlindən alma. Siz də insana lazım olanlara tox-
unmayın. Sən insan, heyvanları öldür, dərisini çıxar, ondan özünə paltar
tik, ətini də bişirərək ye.
Bu  yığıncaqdan  qorxu  ilə  ayrılan  heyvanlar,  o  zamandan  insanlara
düşmən kəsildilər.
İnsan bitki və meyvələrlə dolanışığını təmin etdiyi zaman oda ehtiyacı
yox idi və bu səbəbdən də odu, atəşi tanımırdı. İnsana başqa bir yemək
verən Ülgen, göydən ağ və qara rəngli iki daş gətirərək əlinə qurumuş otu
alıb  onları  ovucunun içində əzdi  və  sonra əzilmiş otu  daşlardan  birinin
üstünə qoydu, digəri ilə vurdu. Qığılcım çıxdı və ot alovlandı. Bu yolla ilk
atəşi yaxan Ülgen insana belə dedi:
2011/
IV
57
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


– Bu ot adamnın kuçunen taşha tyuşhan ot (Bu od atamın gücü ilə daşa
düşən atəşdir.)
Qısa  bir  müddətdə  yer  üzərində  insanlar  və  heyvanlar  artmağa  baş -
ladılar.  Ancaq  onlar  ölümün  nə  olduğunu  bilmirdilər.  İnanca  görə  yer
üzərində insanlar sürətlə çoxalmağa başladılar. Əgər ölüm olmasaydı yer
üzü çoxdan insanlarla dolub daşardı. Buna görə də Ülgen köməkçisi Yara-
Çeçeni  insanların  yanına  göndərdi  ki,  onları  bir  yerə  toplayıb  göylərin
yarqısnı (mühakiməsini) – insan ömürünün məhdud olduğunu elan etsin. 
Bay  Ülgendən  əmri  alan Yara  Çeçen  (Yara  Şeşen)  yer  üzərinə  endi.
Bundan sonra o, bütün  canlıları bir  yerə toplayıb  onların  ömrünü təyin
etdi. O, balıqlara bütün canlılardan daha çox, 800 il ömür verdi. O zamana
qədər insanlar ölümün nə olduğunu bilmirdilər. Yara Çeçen ölümü göstər-
mək üçün bir insanı öldürdü. O zamana qədər insanlar arasında ayrılıq,
döyüş yox idi. İlk insanın ölümündən sonra kin, nifrət, çirkinlik, düşmən-
lik, qatillik və s. kimi şər və pis işlər ortaya çıxdı (10, 120-121). 
Mifdən  də  göründüyü  kimi Yara  Çeçen,  yalnız  insan  ömürünü  deyil
bütün  canlıların  ömürünü  təyin  edən  və  qısacası,  canlıların  həyat  ipini
kəsən bir varlıqdır. Bu baxımdan Yara Çeçen Erlikin və ya onun kömək -
çilərinin funksiyasını  tamamlamış  olur. Türk  mifologiyasında bə'zi hal-
larda Yara Çeçenin funksiyasını digər yeraltı ruhların yerinə yetirdiyini də
görmək mümkündür. Belə ki, bunu daha arxaik variantta yeraltı dünyanın
hakimi olan Kadır Xanın insanların talehini idarə etməsi də təsdiq edir. Bu
funksiysı ilə Kadır Xan Yara Çeçenlə eyni missiyanı paylaşmış vəziyyət-
dədir (1, 120).  Ancaq şamanlar bəzi funksiyaları Erlikə verdikləri kimi,
insanların ömür ipini (buna qırmızı həyat ipi də deyilir.) kəsməyi də Yara
Çeçendən və ya Kadır Xandan alıb Erlikə vermişlər. Altay-Sayan mifolo -
giyasında yeraltı dünyanın hakiminin Erlik Kayırkan, yə'ni kəsən hökm-
dar olması, bu mifoloji obrazın qırmızı həyat ipini kəsən Erlik epitetləri-
ni daşıması da Erlikin Yara Çeçenin yerini tutduğunu göstərir (3, 220). 
Bundan başqa göydən yerə, oradan da yeraltı dünyaya qovulan Erlik
və onun dağılan dünyasından yerə tökülən xidmətçiləri qırx üç etkerəyə
çevrilirlər. Bu qırx üç etker düşdükləri yerlərdə insanlara zərər verməklə
onları ölümə doğru çəkmiş olurlar. Hər nə qədər ömür yazısının təyinedi-
cisi olan  Yara Çeçen/Yara Şeşen/Eren Şeşenin kimin nə zaman, harada
öləcəyini  bildirməsinə  baxmayaraq  Erlikin  etkerləri  hər  yerdə  və  hər
zaman  insanlara  zərər  verməklə  ölümü  sürətləndirmiş  olurlar  (1,  331).
Erlik Xa nın xidmətçilərindən biri olan və ölüm mələyi funksiyasını yer-
2011/
IV
58
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


inə yeti rən Tınalqış Aldaci və ya başqa bir adıyla Usmekçi də ölənlərin
ruhunu Erlikin yanına aparmaqla vəzifələndirilmişlərdir (10, 123).    
Alın  yazısının  yazarı  Yara  Çeçenin  yakutlardakı  müqabili  çox-
funksiyalı Cılga Haandır. Yakutlar bu ruha bəzən Cılga Haan Toyon da
deyirlər. Onun adındakı toyon ünvanı bu mifoloji varlığın yüksək dərəcəli
səmavi  ruh  olduğunu  göstərir.  Bundan  başqa  Cılga  Haan  Toyon  Tanha
Haan Toyonla birlikdə insanın doğumundan sonra qədərini (alın yazısını)
yazmaqla  da  vəzifələndirilmişdir  (9,  128). Yakutların  ümumi  qənaətinə
görə Cılga Haan yeni doğan körpələrin qədərini, alın yazısını təyin etmək
funksiyasını yerinə yetirir. Ancaq alın yazısının və qədərin mühakiməçisi
olan bu ruhdan uşaq istəmək də inanclar arasındadır. Cılga Haan göyün
quzey-batı cəbhəsində arvadı Çınqıs Biislə birlikdə yaşayır. Yakut qadın-
ları, əgər doğum hamisi Nelbey Ayıısıt uşaq verməzsə onu Cılga Haandan
istəyirlər.  Mifoloji  inanca  görə,  ruhunu  Cılga  Haandan  alan  uşaqlar
qəzadan və ya digər fəlakətlərdən ölməzlər. Bu da Cılga Haanın qədəri
təyin etdiyini bilvasitə də olsa təsdiq etmiş olur (1, 121). 
d) Şaman Folklorunda Eren/İren Şeçen
Qədəri, alın  yazısını  təyin edən yüksək  ruhun adı Yara  Çeçen  və  ya
Eren  Şeşendir.  Bu mifoloji  varlığın  adındakı  eren  termini  semantik  ba -
xımdan daha geniş sahəni əhatə edib özündə bir necə mifoloji layı qoru-
muşdur.
Q. Potaninin topladığı etnoqrafik və folklor materiallarına görə eren və
ya  yerenlər*.  Altay  ve  uryanxayların  (soyotlar)  göydən  enmiş  güçlü
şamanlarının adıdır (7, 95). Hətta Potanin ereni şaman kimi göstərməklə
onun  Erlikin  yeraltı  dünyasına  necə  enib  oradan  ölmüş  adamın  ruhunu
geri gətirdiyi haqqında bilgi də verir (7, 906-907).  İlkəl variantda şaman-
ların ha misi  olan eren, sonradan şamanın özü  kimi  təsəvvür  edilmişdir.
Məsələn,  bir  varianta  görə  eren  və  ya  iren  şamanın  adı  olmayıb,  onun
qoruyucu  ruhunun  adıdır.  Xristiyanlığın  tə`siri  altında  qalan  uryanxay
şamanının  söylədiyinə  görə  dünyanı  su  bastığı  zaman,  yalnız  yaşlı  bir
adam  bir  qayığa  minib  üç  oğlu  ilə  qurtulur.  Qurtulanlardan  birinin  adı
Xam (Kam) idi və o, xilas olmaları şərəfinə kamlık mərasimi keçirtdi.  
_________________
* Bəlli olduğu kimi bir neçə türk ləhcəsində söz başında samitinin düşməsi görünür.
Məsələn,  yüz-üz,  yürek-ürək,  yıldırım-ildırım,  yılan-ilan və  s.  Dilçilik  baxımından
müşahidə edilən bu paralellik eyni şəkildə yeren sözünə də tətbiq edilə bilər.
2011/
IV
59
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə