Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

Həm hecadan, həm də alliterasiyadan istifadə olunur. Sonuncu misra-
da «çatdı» sözünün yerində, məsələn, «yetdi» işlənsə, iki misra əvvəlki
«getdi»  ilə  qafiyə  yaradardı. Ancaq  ç-ç alliterasiyası  (Çənlibel  –  çatdı)
nəzərə  alınıb.  Dastanda  qoşma  və  gəraylı  nümunələri  kimi  şe’r  tipinə
çevrilməsə də, belə şe’r biçimləri ilə emosional – effektiv təəssürat ya ra -
dan sintaqmatik nümunələrə tez-tez rast gəlinir:
Dəlilər
At sürdülər,
Yol yordular,
Gəlib Çənlibelə çatdılar.
Yaxud:
Məclis quruldu,
Keflər duruldu,
Saqi dolandı,
Ruh tazalandı
Ən  qədim  bədii  yaradıcılıq  nümunələri  olan  nağılların  qoruyub
saxladığı nümunələrdən göründüyü kimi, qədim türk şe’ri üçün azhecalı
misralar səciyyəvi olmuşdur. Qədim türk şe’rində  ilkin misraların 1…4
hecalı  olması  (əlbəttə,  ən  işlək  misralar  3-4  hecalı  olmuşdur)  onunla
bağlıdır ki, qədim türk sözləri birhecalı olmuşdur (2, 62). Təbii, deyək ki,
misra 7, 8, 11 hecalı olsa, hər misrada 7, 8, 11 söz işlənməli olur. Və bu
halda  misraları  əzbərləməyə,  yadda  saxlamağa  hafizənin  gücü  çatmır.
Yaddaşda qalmaq üçün ən optimal kəmiyyət üç-dörd sözdən ibarət mis-
ralar olur. Deməli, heca az olduqca misranın yadda saxlanmaq şansı artır
(3, 37-38). Qədim türk şe’rində üç, dörd hecalı misraların tipikliyi bu gün
Azərbaycan folklorunun ağızlarda yaşayan qədim fal, dua nümunələri ilə
də təsdiqlənir:
Haş gedə, – 3
Huş gedə, – 3
Bu ox sənə – 4
Tuş gedə. – 3
Yaxud:
Çax daşı, – 3
Çaxmax daşı, – 4
Tanrı versin – 4
Yağışı. – 3
2011/
IV
49
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Misraların ikinci təşkili ikihecalı sözlərin törəməsi ilə meydana gəlir.
Bu zaman 5, 6, 7, 8 hecalı misralar işə düşür. Qədim şe’r nümunəsi olan
atalar  sözlərində  hecaların  ikidən  başlayaraq  altı,  yeddi  və  daha  çoxa
doğru artması onların müxtəlif dövrlərdə yaranmasına dəlalət edir:
Yüz ölç, – 2
Su axar, – 3
Bir biç. – 2
Çuxurun tapar. – 5
Mən  bu  fikirdəyəm  ki,  türkün  ilkin  bədii  yaradıcılığı  ancaq  şe’rlə
olmuşdur. Bu nümunələr hansı məzmunda olur-olsun – dua-fal, tapmaca,
ata  sözləri,  əmək  nəğmələri,  nağıl,  dastan  və  s.  –  məhz  şe’r  şəklində
yaranmışdır. Yuxarıda nağıllardan, «Koroğlu» dastanından nəsrlə yazıya
alınmış parçaları misralarla düzməyimizə diqqət yetirin. Mən bilən, nağıl-
ların dastanlardan fərqli olaraq, bu gün tam nəsrləşməsinin səbəbi odur ki,
dastanlar professionallar – ozanlar, aşıqlar tərəfindən ifa olunduğu üçün
əski  şe’r  qorunub  saxlanmışdır.  Əski  şe’ri  ozandan  alıb  transformasiya
edən  aşıq  onu  mərhələ-mərhələ  yeni  şe’rə  döndərmişdir.  Və  zaman
keçdikcə əski şe’rin bir hissəsini tamam yeni şe’rə çevirmiş, bir hissəsini
də nəsrləşdirmişlər. Ancaq həmin nəsrin içində əski şe’r hər yerdə tamam
əriməmişdir  –  «Koroğlu»dakı  qoşmaları,  gəraylıları  yuxarıda  nəsrdən
çıxardığımız misralarla müqayisə edin.
Nağılları isə hamı – müdriklər də, məhdud görüşlülər də söyləmişdir.
Bu halda ancaq məzmunu çatdırmaqla kifayətləniblər. Və nəsrləşə-nəsr-
ləşə  gəlib,  nəhayətdə  ancaq  nəsr  qalıb.  V.M.Jirmunski  hesab  edir  ki,
qədim türk eposu bütövlükdə mənzum olduqda belə, burada şe’rlə nəsr
növbələşmişdir, məsələn, belə olmuşdur: nəsr+şe’r+nəsr və s. Buna görə
də qədim eposun yaradılış şəklini qarışıq forma adlandırır (5, 642).
Maraqlıdır ki, bu ümumiləşdirməni verərkən «Dədə Qorqud kitabı»nın
mətninə  əsaslanır.  İş  də  burasındadır  ki,  «Kitab»ımızda,  ümumiyyətlə,
nəsr yoxdur, ucdantutma şe’rdir və burada şe’r heç nə ilə, daha dürüstü,
olmayan  nəsrlə  növbələşə  bilməz.  Sadəcə,  «Kitab»da  şe’rin  iki  şəkildə
təzahürü var: epik-təsviri şe’r, intensiv-psixoloji şe’r. Hadisələrin, əh va -
latların verilməsi epik-təsviri şe’rlə gedir. Psixoloji gərginlik, fəal lirizm
məqamlarında  ritm  nizama  düşür,  daha  sürəkli  olur.  «Dədə  Qorqud
kitabı»nın naşirləri adətən bu sonuncu dediyimiz məqamları şe’r qəlibi ilə
yazırlar. Bu halda, bir qayda olaraq, «soylama» adlandırılan parçaları əsas
tuturlar.  Halbuki  psixoloji  gərginliyin  və  lirizmin  meydanı  «Kitab»da
daha  genişdir.  Bir  nümunə:  Dirsə  xanın  xatunu  böyük  həyəcan  və  ağır
nigarançılıq içində oğlunu axtarır. «Kitab»da nəsr tipində verilmiş həmin
2011/
IV
50
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


təsviri yuxarıda nağıllardan və «Koroğlu»dan gətirdiyim nümunələr kimi
belə misralaşdırıram:
Qışda-yazda – 4
Çapub-çıqdı. – 4 
Qarı-buzu – 4
Baqsa-görsə – 4 
Əriməyən – 4
Bir dərənin – 4 
Qazılıq tağına – 6
İçinə
Gəldi-çatdı. – 4
Qarğa-quzğun – 4 
Alçaqdan yu – 4
Enər-çıqar, – 4 
ca yerlərə – 4
Qopar-qalqar. – (4, 595).
Bu təsvir bütün nəşrlərdə nəsr kimi verilib. Göründüyü kimi, şe’rdir,
heca-ritm,  alliterasiya-ahəng  göstəriciləri  ilə  nizamlı misralardır. Nağıl -
lar dakı şe’r nümunələri kimi ən qədim türk şe’ridir, dörd hecalı misralar-
dan ibarətdir, bir hecalı sözlərin olduğü dövrün yaradıcılığıdır. Yə’ni «Də -
də Qorqud kitabı» da nağıllarımızın yaşındadır. Bu misraları 8 hecada da
yazardıq, ancaq onda ikihecalı sözlərin dövrünə aid olardı. Na ğıl larımızda
qorunub  saxlanmış  qədim  türk  şe’ri  nümunələri  bu  misraları  ilkin  say-
mağa haqq verir.
ƏDƏBİYYAT
1. Azərbaycan dastanları. IV c., Bakı – 1969
2. Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. Bakı, Elm – 2003
3. Hacıyev T.M. Baştunun “Şan qızı” dastanı və poetikası. «Dədə Qorqud»
toplusu, Bakı – 2002, № 3
4. KDQ ensiklopediyası, I c.
5. Жирмунский Б.М. Тюркский героический эпос. Ленинград, 1974
2011/
IV
51
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə