Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

Üç günlük yolu – 5
Bir gündə keçib, – 5
Mənzilə yetdi. – 5
Nəzəri  ədəbiyyatda  söyləndiyi  (5,  640-645)  və  dil  faktlarında
göründüyü kimi, qədim türk şe’rində bu təzahür forması da var ki, qafiyə
və alliterasiya olmadan da, bərabər hecalardan təşkil olunma yolu ilə mis-
ralaşaraq söz qrupları şe’r melodiyası yaradır: eyni nəfəs-tələffüz həcmi
bərabər dalğa kəsikləri yaratmaqla ritm formalaşdırır – yuxarıda verilən
qafiyəsiz  və  alliterasiyasız  üç  misrada  gördüyümüz  kimi.  Həmin  mis-
ralarda melodik  intonasiya  yaranmasında  bir  göstərici də  var: ancaq və
yalnız incə saitlər işlənmişdir.
Ümumən  nağıllarımız  belə  başlanır:  Biri  varıdi,  biri  yoxudu,  filan
ölkədə bir  padşah varıdı.  Onun filan adda qızı varıdı. Adətən bu cüm-
lələri nəsr sayırlar. Bir qədər diqqətlə, analitik şəkildə yanaşanda görünür
ki, bu, beş və altı hecalı şe’r misralarıdır (qədim türk şe’rində, dediyimiz
kimi, misralar arasında 1-2 heca fərqi normal hesab olunur). Belə:
Biri varıdı. – 5
Biri yoxudu, – 5
Filan ölkədə – 5
Bir şah varıdı – 5
Onun filan adda – 6
Qızı varıdı. – 5
Göründüyü  kimi,  şe’r  əski  qəlibini  saxlamış,  sadəcə,  dili  lüğətcə
müasirləşmişdir. Şe’r nağıl dilinin nəsrinə qarışmış, ancaq intonasiya böl-
güsü əriyib itməmişdir. Vaxtilə müəyyən poetexnik ölçülərlə yarandığına,
həm heca, həm də qafiyə (varıdı təkrarı qafiyədir) əsasında yarandığına
görə,  həmin  ölçülərlə  uzun  zaman  işləndiyinə  görə  tarixən  dəyişmələrə
müqavimət göstərmişdir. Şe’r qəlibinin mühafizəkarlığı prinsipi ilə izsiz-
əsərsiz  itib-getməmişdir.  Bu  mühafizəkarlığın  ən  tipik  nümunəsi  kimi
«Az  getdi…»  şe’r  parçasına  diqqət  yetirmək  kifayətdir.  Hətta  bu  gün
bə’zi hallarda «az getdi, çox getdi…» deyilir və bu halda qafiyə pozulur,
ancaq heca bərabərliyi qalır ki, bu da poetexnik göstərici kimi misranın
tələffüz ritmini saxlayır. O biri tərəfdən, «az getdi, çox getdi» misraların-
da  sintaktik  paralelizm  mövcuddur  ki,  bu  da  poetik  tə’minat  üçün
vasitədir.  Üçüncü  tərəfdən,  az və  çox sözlərinin  arasında  az və  uz (uz
«uzun»  sözünün  kökü  olmaqla  «çox»  mə’nasını  ifadə  edir)  leksik
vahidlərinin  arasındakı  təzad,  mə’na  qarşıdurması  ilkin  poetik  seman-
2011/
IV
46
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


tikanı  qoruyur.  Yə’ni  cümlələrin  misra  olaraq  və  bununla  da  şe’r  faktı
olaraq qalması tə’min olunmuş olur. Başqa bir cəhət «çox»un «uz»la heca
həcminin  uyğunluğu  (birhecalılığı)  əski  poetik  qəlibi  dağılmağa  qoy-
mamışdır.
İkinci nümunədə (Biri var idi…) beş heca sistemində altı hecalı mis-
ranın olması da (Onun filan adda…) qədim türk şe’rinin xüsu siy yət lə rin -
dəndir. Hələ o başqa məsələdir ki, burada konkret şəkildə hecası uyğun
gələn  bir  qız  adı  olardısa,  beş  hecalılıq  sistemi  pozulmaya  bilərdi,  mə -
sələn, belə:
Gülər adında 
Qızı varıdı.
Əlbəttə, dediyimiz  kimi,  qədim  türk şe’rinin quruluş  prinsipinə görə
misralardakı  -ıdı  (nümunələr də var ki, qədim türk şe’rində misrasonu səsləşməsiz (qafiyə-
siz) də keçinilir və heca bərabərliyinin yaratdığı ritm – intonasiya, təzad
– antonimlik və başqa texniki göstəricilər şe’r dili quruculuğunun bütün
yükünü öz üzərinə götürür.
Nağıllarımızda personajın uzun-uzun yollar keçməsi, mənzilinə uzun
axtarışlardan sonra gəlib çıxması tez-tez bu sintaktik biçimdə verilir: Bu
dağ mənim, o dərə sənin, o dərə mənim, bu dağ sənin… Bu nəsr nümunəsi
rahatca əski şe’r qəlibi ilə misralanır:
Bu dağ mənim,
O dərə sənin.
O dərə mənim,
Bu dağ sənin…
Əski şe’rin bütün göstəriciləri burada özünü göstərir: həm leksik para-
lelizm (bu, o, dağ, dərə, mən, sən), həm sintaktik paralelizm (bu dağ, o
dərə);  eyni  zamanda  morfoloji  paralelizm  iştirak  edir  ki  (mən+im,
sən+in), bunlar həm də qafiyə deməkdir.
Qadın  gözəlliyinin  mübaliğəli  ifadəsi  üçün  çox  nağıllarımızda  bu
müqayisəyə rast gəlirik: əvvəlcə, «bu şahın qızı», «bu vəzirin qızı», «bu
gözəl» subyektləri gəlir və ardınca söylənir: Aya deyir: sən çıxma, mən
çıxım,  Günə  deyir:  sən  çıxma,  mən  çıxım.  Suya  deyir:  sən  axma,  mən
axım.  Bu  cümlələr,  sadəcə,  qrammatik  nitq  vahidləri  deyil,  poetik  ifa -
dələrdir. Yazılışda bunlar, dilçilik termini ilə desək, sətirlər deyil, poe-tik
termin olaraq misralardır və bunlar əski şe’rin sonrakı kəsik-kəsik yaşan-
tılardır. Budur həmin misralar:
2011/
IV
47
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Aya deyir: – 4
Sən çıxma, – 3
Mən çıxım. – 3
Günə deyir: – 4
Sən çıxma, – 3
Mən çıxım. – 3
Suya deyir: – 4
Sən axma, – 3
Mən axım. – 3
Nəsr şəklində verilən şe’r nümunələri dastanların da dilində rastlanır.
Məsələn, «Koroğlu» dastanında belə cümlələr var: Az getdi, çox dayandı.
Çox  getdi,  az  dayandı.  Yolda  yel  oldu  əsdi,  bulaqda  mənzil  kəsdi.
Günlərin bir günündə gəlib Çardaqlı Çənlibelə çatdı. Bu cümlələr belə
misralardan ibarətdir:
Az getdi,
Çox dayandı.
Çox getdi,
Az dayandı.
Yolda yel oldu əsdi,
Bulaqda mənzil kəsdi.
Günlərin bir günündə
Gəlib
Çardaqlı Çənlibelə
Çatdı.
Dil nümunəsindən göründüyü kmi, qısa misralar, qədim şe’rdə olduğu
kimi, qafiyə prinsipi ilə yox, məhz heca ölçüsü ilə ritmlənir. Uzun mis-
ralar isə ya qafiyə (əsdi – kəsdi), ya da alliterasiya ilə (yolda yel; günlərin
bir  günündə  gəlib;  Çardaqlı  Çənlibelə  çatdı)  şe’rləşir.  Yaxud  başqa
nümunə: Az getdi, üz getdi. Təpə aşdı, düz getdi. Gecələrin birində gedib
Çənlibelin ətəyinə çatdı. Cümlələrin əsli bu misralar olmuşdur:
Az getdi,
Üz getdi.
Təpə aşıb
Düz getdi.
Gecələrin birində
Gedib
Çənlibelin ətəyinə çatdı (1).
2011/
IV
48
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə