Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

etdilər və imperator növbəti il buna cavab verdi. Öz növbəsində onların
oğlu Kara İlıq (və ya Yülük), birinci Ağqoyunlu sultanı, öz yunan qohum-
larından birinin qızı ilə evlənir. 
Beləliklə,  əgər  bir  əsərin  qəhrəmanı  olan Turalı  adlı  bir  qəhrəmanın
Trabzon  şahzadəsi  ilə  evləndiyini  öyrəniriksə,  bizim  onu  Tur  Əlinin
yunan  şahzadəsi  ilə  evlənən  gerçək  oğlu  ilə  eyniləşdirməyə  səlahiyyə-
timiz çatmırmı? Oxucu özü müəyyən qərar qəbul etməlidir, mənim fik -
rimcə, biz yox. Əgər şərhçi diqqəti tarixi hadisələrə doğru çəkirsə, onda
onu niyə yanlış çağırır? Mübahisə edilə bilər ki, ad qəsdən dəyişilib. Nə
dərəcədə  sərbəst  olmasından  asılı  olmayaraq,  məşhur  bir  şərhçinin  X
əsrin ortalarında yaşamış bir cüt ər-arvadı çətin ki, 700 il bundan əvvəl,
“Peyğəmbər zamanında yaşamış” Dədə Qorqud kimi eyni bir nağıla qoy-
sun. Belə olduqda, onda nə üçün o, Kutlağın adının yerinə onun atasının
adını və hər şeydən əvvəl Mariananın adının əvəzinə hətta yunan adına
oxşamayan  bir  adı  –  Selcan  adını  işlədib?  Mənim  fikrimcə  təkcə  bu
axırıncı  məsələ  kifayətdir  ki,  şərhci  real  Trabzon  şahzadəsi  haqqında
yazmır. Mən inanıram ki, Selcan qəhrəmanın əsl adıdır. Yeganə əvəzləmə
Trabzonla bağlıdır və çox güman ki, Trabzon şərqdə, daha uzaq bir yerdə,
oğuzların əvvəlki vətənərində yerləşən bir “kafir” şəhərinin adı əvəzinə
işlənib, çox  güman ki, Kutlağ  və Mariananın toyları, belə desək diqqət
mərkəzində olub. Bundan başqa, kitabda elə bir əhvalat yoxdur ki, tarixi
hadisələrə əsaslanması güman edilsin.  
Əsərin  tarixini  müəyyənləşdirmək  üçün  digər  bir  qarmaq  da  eyni
dərəcədə əsassız görsənir. Üçüncu boyda kafir şəhəri kimi adı çəkilən yal-
niz  XI  əsrin  axırlarında  bir  neçə  illiyə  yenidən  bizansların  əlinə  keçən
Bayburt  1071-ci  ildən  türklərin əlində  olub.  Biz  boyun Bayburtla bağlı
hissələrin XII əsrin əvvəllərində qoşulduğunu desək aldana bilərik, lakin
onlar tarixi dəqiqliyi nəzərə almayan bir şəxs tərəfindən daha sonralar da
yazıla  bilərdi.  Müvafiq  olaraq,  mən  Trabzonla  bağlı  söylədiklərimi
Bayburtla bağlı söyləyərək deyə bilərəm ki, o da tarixi dəqiqliyi nəzərə
alınmadan  əsərin  əvvəlki  variantında  adı  çəkilən  başqa  bir  şəhərin  adı
əvəzinə işlənib.  
Müəyyən  bir  dövrə  aid  edilə  bilməyən  cəngavərlik  dastanları  olan
üçüncü,  beşinci,  səkkizinci  və  ola  bilsin  ki,  altıncı  boyu  da  bir  kənara
qoysaq, boyların əsasında səkkizinci əsrdən on birinci əsrədək Orta Asi -
yada yaşayan oğuzların türk dilli Piçenik və Qıpçaqlara qarşı apardıqları
müharibələr  durur  (ikinci  boydakı  Qara  Budaqla  bağlı  “Qıpçaq  Məliyə
2011/
III
36
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


qan  qusduran”  ifadəsinə  diqqət  yetir).  Səciyyəvi  cəhət  burasındadır  ki,
kafirlərə Qara Tükən, Buğacık və sair kimi türk mənşəli adlar verilib. Yeri
gəlmişkən, Bizans mənbərində IX əsrdə yaşamış Piçenik xanının adının
Qorqud olduğu deyilir. XI əsrin ilk illərində Oğuzlar, əsasən islamı qəbul
etdikləri  halda,  Piçeniklər  əsrin  axırına  qədər  islamı  qəbul  etməmişlər,
Qıpçaqlar isə islamı onlardan 50 il sonra qəbul etmişlər. Bu o demək deyil
ki, biz oğuzların bizim boylardakı “kafirlərə” qarşı apardıqları müha ri bə -
ləri XI və XII əsrin əvvəllərinə, Piçenik və Qıpçaqların belə adlan dı rıl dıq -
ları bir vaxta aid edə bilərik, çünki “kafir” anlamını bildirən islam ma hiy -
yətli söz çox şübhəsiz “düşmən” anlamını ifadə edən ilk sözü əvəz edib.
Ağqoyunlu  xanədanlığı  dövründə  oğuzların  gürcülərə,  abxazlara  və
Trabzon  krallığına  qarşı  apardıqları  müharibələrin  yeni  xatirələri  ilk
özülün  üstünü  örtüb  (60-cı  qeydə  bax). Ağqoyunlu  sultanları  özlərinin
Bayındır  xanın  nəslindən  olduqlarını  e`lan  edir  və  ilk  baxışdan  “Dədə
Qorqud”  dastanları  onların  himayəsi  altında  düzülüb-qoşulub.  Bunun
doğruluğunu  inkar  edən  məsələ  bundan  ibarətdir  ki,  Ağqoyunlu
şəcərəsində Bayındır xanın atasının adı Gök Xandır, onun atasının adı isə
Oğuz xandır. Bizim kitabda isə onun atasının adı kimliyi bilinməyən Kam
Gandır. Daha yaxşı bir izahat olmadığı üçün, mən o fikirdə deyiləm ki,
“Kitab” Ağqoyunlu hökmdarlarının öz əcdadlarının kim olduqlarını mü -
əyyənləşdirdikləri  vaxtdan  əvvəl  düzülüb-qoşulub.  1403-cü  ildə  onlar
tayfa idarəçiliyinə son qoyub sultanlıq yaradıb, ona görə də biz belə fərz
edə bilərik ki, onların rəsmi nəsl şəcərəsinin formalaşması, təxminən, bu
tarixdən başlayır. Nəticədə mən boyların tarixini ən azı XV əsrin ilk il lə -
rinə aid edərdim. 
Tarix  məsələsini  bir  tərəfə  qoymazdan  əvvəl  bizim  biliklərimizin
əsaslandığı  iki  mə`lum  əlyazma  haqqında  bir  neçə  söz  deyilməlidir.
Onlardan biri, Drezden kral kitabxanasında tapılan variantı, müasir dünya
üçün  N.F.von.Dits  tərəfindən  1815-ci  ildə  təqdim  olunub.  Əsərin  digər
nusxəsi  E.Rossi  tərəfindən  1950-ci  ildə  Vatikan  kitabxanasında  aşkar
edilib.  Bu  nüsxədə  ancaq  mövcud  12  boydan  altısı  var  və  aşagıdakı
ardıcıllıqla  düzülüb:  1,  2,  3,  4,  7,  12.  Əlyazmalardan  heç  birinin  tarixi
yoxdur, lakin onların hər ikisi XVIII əsrə aiddir. Rossi belə fikirdədir ki,
Vatikan  nusxəsi  poleoqrafik  baxımdan  Drezden  nüsxəsindən  bir  balaca
qədimdir.  O,  1952-ci  ildə  tapdığı  nüsxənin  faksimili,  onun  tam  tər-
cüməsini və kitab haqqında  yazdığı iri həcmli ön sözlə birlikdə çap etdir-
di.  Altı  il  bundan  sonra  Müharrem  Ergin  hər  iki  əlyazmanın  faksimili
2011/
IV
37
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə