Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

qəbul etməsi ilə qurtara bilir. Birinci boyda Dirsə xanın oğlu buğanı öl dür -
dükdən sonra Dədə Qorquddan öz adını ala bilir. Lakin biz yalnız üçüncü
boyda bilirik ki, “o, vaxt oğlan baş kəsib, qan axıtmayana qədər onlar ona
ad qoymazlarmış”. Bu məsələdə də bir ardıcıllıq yoxdur. Dördüncü boyda
biz aydın görürük ki, Uruz baş kəsməmiş, qan tökməmiş öz adını alıb, eləcə
də onuncu boyda Əgrək. Uruz öz anasına “ağsaçlı”, “yaşlı” deyə müraciət
edir, lakin biz onun belə olduğunu görmürük, eləcə də Qazan özünü “ağ
saqqallı” bir şəxs kimi təqdim edir, halbuki, o, həya tının ən enerjili dövrünü
yaşayır. Ola bilsin ki, bunlar hazır epitetlərdir. Üçüncü boyda Beyrək ata -
sının qaza bənzər qızlarından və gəlinlərindən danışır, halbuki o, ailənin tək
oğludur və hələ evlənməyib. Eyni ilə doqquzuncu boyda Begil “ağbənizli
qızları və gəlinləri” haqqında danışır, lakin onun yeganə oğlu Emrən heç
evli deyil və boy sona çatana qədər də evlənmir.
Əhvalatların sərbəst ucu Beyrəklə bağlıdır (üçüncü boy). Şübhəsiz, bu
onunla bağlıdır ki, o, çox məşhur bir folklor qəhrəmanıdır və onunla bağlı
bir çox hadisələr  bu boyda toplanıb.  O,  kiçik  yaşlarından  Bəy Becanın
kiçik yaşlı qızına nişanlanır, lakin o, qızla evlənmək üçün onun qısqanc
və qorxulu qardaşından icazə almalıdır. Məhz elə bu zaman mə`lum olur
ki, atası qızını Bəybut qalasının kafir hakiminə ərə verməyə söz verib və
bu ikiüzlü davranışına görə heç kim onu qınamır. On altı il həbsxanada
qaldıqdan sonra (bütün bu illər ərzində o, yüksək əhval ruhiyyədə olub)
Beyrək  onu  həbsdə  saxlayan  kafirin  qızından  qaçmaq  təklifi  alır.  Mən
burada diqqəti cəlb edən əsas uyuşmazlıqları açıb göstərməklə əsəri oxu-
cuların gözündən salmayacağam.
Təpəgöz   boyu (səkkizinci boy) qeydlərdə  müzakirə olunan məntiqə
sığmayan  bə`zi  məsələləri  nümayiş  etdirir.  Bu  boyda  “Odissey”
hekayələrindəki  Siklopla  (Təpəgözlə)  bağlı  bir  sıra  əhvalatlar  saxta-
laşdırılıb.  Homerə  məxsus  bir  nağılın  “Dədə  Qorqud  Kitabı”nda  necə
peyda  olması  çox  bulanıq  bir  məsələdir.  Bununla  bağlı  mə`lumatlar
C.S.Mandinin “Polifem və Təpəgöz” adlı məqaləsində, Homer nağılının
folklor variantları ilə bağlı Meri və Ridelin “Odissey” kitabında (Oksford,
1886) öz əksini tapmışdır. Biz buradan öyrənirik ki, Homerdə olmayan
sehrli üzük epizodu XII əsrə aid latın və rumın versiyalarında öz əksini
tapıb.  Bizim  “Kitab”da  rast  gəlmədiyimiz  “No-man”  epizodu  yalnız
Eston variantında mövcuddur. Vilhelm Qrim kimi Meri və Ridel də belə
düşünürdülər  ki,  “Siklop”  hekayəsi  “Odissey”dən  götürülməyib,  lakin
onlar  bu  folklor  nümunələrinin  (“Dədə  Qorqud”  da  daxil  olmaqla)  və
2011/
III
34
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Homer nağılının eyni bir mənbədən götürüldüyünü söyləyən Qrim qədər
dərinə  varmamışlar.  Lakin  Beyrəklə  bağlı  epizodlarda  (üçüncü  boy)
“Odissey”  nağılının  izlərinin  mövcudluğu  belə  bir  fərziyə  yürütməyə
imkan verir ki, bunlar və Təpəgöz epizodu Homerdən götürülüb. Alter -
nativ fərziyə budur ki, Homer bu mövzuların bə`zilərini Kiçik Asiyanın
qərbində ağızdan-ağıza dolaşan nağıllardan almış və iki min il keçdikdən
sonra, hələ də ağızdan-ağıza dolaşan bu epizodlar bu dəfə “Dədə Qorqud
Kitabı”nın  namə`lum  türk  müəllifi  tərəfindən  alınmışdır.  Bəli,  bu  da
mümkündür.   
Bizim kitabda klassik dünya ilə əlaqəsi olan digər bir boy Dəli Domrul
boyudur.  Bu  boyda  qəhrəmanın həyat  yoldaşı Alsestis kimi öz həyatını
ərinin  həyatı  əvəzinə  qurban  verməyə  hazırdır.  Bunun  həqiqi  bir  əlaqə
olması və ya təsadüfi oxşarlıq olması açıq bir məsələdir.
Əgər  biz  kitabdakı  hər  hansı  bir  xarakterin  hər  hansı  bir  tarixi
şəxsiyyətlə müsbət əlaqəsini açıq şəkildə müəyyənləşdirə bilsəydik, biz
əsərin  tarixi  haqqında  mə`lumat  verə  bilərdik.  Təəssüf  ki,  bunu  etmək
qeyri mümkün görünür. Məsələn, Bayandır real bir tarixi şəxsiyyət hesab
oluna  bilər,  lakin  bununla  bağlı  bizim  əldə  etdiklərimizin  yalnız  saysız
hesabsız  rəvayətlərdən  və  fenologiya  üzrə  bir  Osmanlı  tədqiqatçısının
onun Nuh peyğəmbərin beşinci nəslindən bir şəxs olması ilə bağlı söy -
lədiyi əfsanədən ibarət olacaq. Biz əsərin tarixini müəyyənləşdirmək üçün
ondan  bir  qarmaq  kimi  istifadə  edə  bilmərik.  Bu,  eynilə  XVII-ci  əsrdə
yaşamış bir tarixçinin Salur Qazanın Peyğəmbərdən 300 il sonra yaşaması
ilə bağlı söylədiyi fikrə də şamil edilə bilər, lakin bizim bunu bilməyimiz
üçün imkanımız yoxdur. İlk baxışda tarixi bir şəxsiyyət kimi qəbul edilən
xarakter  altıncı  boyun  qəhrəmanı,  Trabzon  hakimini  qızı  gözəl  Selcan
xatunu alan Xan Turalıdır. XIV əsrdə o vaxtlar türkmən tayfaları adlan -
dırılan Ağqoyunlular adlı bir oğuz federasiyası tədricən Diyarbəkirin və
Evfratın yuxarı hissəsinin nəzarətini öz əllərinə aldılar. Həqiqətdə onlar
Türkiyənin  şərqində, İraqda, qərbi  İranda  yerləşən bir ərazidə özlərinin
xanədanlığını  yaratdılar.  Qərbdən  Osmanlı  sultanı  II  Mehmet  (1473),
şərqdən  isə  Şah  İsmayıl  (1508)  bu  xanədanlığa  son  qoydular.  1340-cı
ildən başlayaraq Tur Əli adında bir Ağqoyunlu sərkərdəsi Trabzona hü -
cum edir. 1352-ci ildə imperator III Aleksios təhlükədən canını qurtarmaq
üçün  öz  qızı  Mariananı  Tur  Əlinin  oğlu  Kutlağa  ərə  verir.  Bunu  qeyd
etmək xoşdur ki, yunan şahzadəsi ilə türk şahzadəsi hər zaman xoşbəxt
yaşadılar. Evli olduqları 15 il ərzində onlar bir neçə dəfə Trabzona səfər
2011/
III
35
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə