Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   2   3   4   5   6   7   8   9   ...   55

2011/
IV
24
ni//yeyin” sözləri üzərində qurularaq, “igidin ağır və cəld tərpənənini at
bilir” fikrini ifadə edir.
[15] Bu deyim “Bədənin hansı yerində ağrılar varsa, onu çəkən bilir”
fikrini ümumiləşdirmişdir.
[16] Qorqudşünaslıqda  “ileyüñde” (6, 210), “el-evüñüzdə” (10, 32),
“elü  gündə”  (2,  100),  “eyülü  gündə”  (2,  280),  “ėli-öñünde”  (18,  37),
“ileyüñüzde”  (4, Ic, 74; 19, 31), “iləyinizdə” (9, 16) və “iləyüñüzdə” (12,
37)  variantlarında  oxunan  bu  arxaizm  “qarşı  tərəf,  ön  tərəf”  anlamını
verən “iləy” (3, 347; 15, Ic, 2h, 1478) sözünün soylamanın üslubuna uy -
ğun olaraq –üñüz II şəxs cəminin mənsubiyyət və -da hal şəkilçisi qəbul
etmiş formasıdır.
[17] Mə`lumdur ki, Osman Üffan oğlu sonuncu peyğəmbər Məhəm -
məd  əleyhüssəlama  nazil  olmuş  müqəddəs  “Quran”ı  vahid  variantda
yazdıraraq  kitab şəklinə salmışdır. Qorqudşünaslıqda  fərqli varıantlarda
oxunub müxtəlif mənalarda açıqlanan “köbitdi” arxaik feli məhz həmin
fikri ifadə edərək “Quran”a “üz tikdirdi”, yə`ni “cildlətdi” mə`nasında (8,
IIc, 293; IVc, 328, 353) işlədilmişdir. Göstərilən konteksdə “biçdi” fe`li
yazılışına və geniş yayılmış mə`na çalarına uyğun olaraq “qaydaya saldı,
düzənlədi” anlamını verməklə “köbitdi” sözünün göstərilən mənasını ta -
mamlayır.
[18] Bu deyimdə müasir mə`nada relyefi səciyyələndirən “aşağı, yük-
sək olmayan” mənalı “alçaq” sözü deyil, onun “ulu, müqəddəs” mə`nalı
omonim variantı işlənmişdir
[19] Buradakı “sağış günü” birləşməsi “zikr, düşüncə, xatirə günü” an -
lamını ifadə etməklə  ayna, yə`ni cümə gününün islam dinində kəsb etdiyi
dəyərlə bağlıdır
[20] Deyimdəki “dölüm” sözünün “nəsil verimi”, “toxumluq” anlam-
larına və “ağ(maq)” felinin “yüksəlmək, ucalmaq, böyütmək” mə`naları-
na istinad edərək onu “Toxumundan böyütsə, ata gözəldir” şəklində açıq -
lamaq mümkündür.
[21]  Bu deyimdə “buğur” arxaizmi qorqudşünas alimlərin düşündüyü
kimi,  erkək  dəvə  deyil,  erkək  at  anlamını  ifadə  etmişdir.  Bununla  da
“Yanaşub yola girəndə qara buğur görkli” deyimində minik vasitəsi kimi
erkək atın əvəzsizliyi təqdir olunur. Qədim türk təfəkküründə “At igidin
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


qanadıdır” ( 8, Ic., 122),  “At ki var, igidin qardaşıdır” (14, 158) deyim-
ləri ilə birbaşa bağlılığı olan “Sevgili qardaş görkli” ifadəsi məhz özündən
əvvəlki fikri tamamlamaq məqsədilə işlədilmişdir.
[22-23]  Qədim oğuz düşncəsində və toy ritualında evlənən bəyin sev -
gilisinə cismani cəhətdən qovuşması məqsədilə qurulan gərdəyə ve-rilən
dəyər kontekskində yanaşdıqda bu deyim aşağıdakı şəkildə açıqlanır:
Al-qırmızı uyğunluğunda qurulsa, gərdək gözəldir. Nəsil artırınca ehti-
ras gözəldir. Bu ehtirasdan törəyən oğul gözəldir
[24-25]  Mübahisəli oxunuşa və mə`na açımına uğramış mətn parça la -
rından sayılır. Qadın tiplərini xarakter və əməlinə görə qrup laşdıran ulu
ozan gəldiyi ümumiləşmiş nəticəni daha sonra şərh edərək bölgünün nəyə
əsasən  aparıldığını  aydınlaşdırır  ki,  bu  da  verilmiş  hökmün  qavranıl-
masında mühüm rol oynayır. Fikrimizcə, “solduran soydur” oxunuşu qa -
dınlardan bir qrupunun “nəsil korlayan tərəf”, “tolduran toydur” oxunuşu
isə digər qrupunun “dağıdıcı tayfa” olmasını ifadə etməyə xidmət etmiş -
dir.
[26] Qorqudşünaslıqda fərqli açıqlanan sözlərdən biri də “sapadanca”
sözüdür. Əksər naşirlər, o cümlədən O.Ş.Gökyay, M.Ergin, O.F.Sertkaya
bu  sözü  son  samitini  itirməklə  -dan  və  -ca  şəkilçiləri  ilə  işlənmiş  ərəb
mənşəli “sabah” zaman zərfi hesab etmişlər (6, 393; 4, IIc, 254; 19, 130).
Bizcə, bu bir tərəfdən Vatikan nüsxədəki yazılışla bağlıdırsa, digər tə rəf -
dən bir neçə sətir sonra işlənmiş “öylədəncə” (D-7, 9) söz forması ilə əla -
qəlidir.  S.Əlizadə  bu  baxışla  razılaşmayaraq yazır:  “V katibi  sözün  kö -
künü  “sabah”  mənasında  başa  düşüb.  Əslində,  bu  söz-formanın  kökü
“sap-” fe`lidir. Haqqında söhbət gedən qadını sübh tezdən durmağa sü -
rükləyən onun qarınqulu və acgöz olmasıdır; ona görə də yerindən “sa pa -
danca” (yə`ni: yatanları azdırıb yuxuda qoyaraq) durmağa məcbur olur ki,
yeməyini asudə yeyə bilsin” (10, 227). Fikrimizcə,  abidənin arxaik lek-
sik qatını üzə çıxarmağa imkan verən bu qənaət daha doğrudur.
[27] Göstərilən mətn parçasında hamıdan tez yuxudan durub qarnını
acgözlüklə  doyuran  qadın  tipinin  hərəkətini  ifadə  etmək  üçün  “gəvzələ
(mək)”  fe`li  işlənmişdir.  Abidənin  sabitləşmiş  üslubuna  uyğun  olaraq,
sonra  gələn  “doyunca  tıqa-basa  yer” ifadəsi   məhz  həmin arxaik  sözün
2011/
IV
25
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


daşıdığı mənanı çağdaş oxucuya və ya dinləyiciyə aydın çatdırmaq məq -
sədi daşıyır.
[28] Bu deyimdəki “uyar” sözü “bacarıqlı, qüdrətli” (3, 607)  anlamla -
rında işlənmişdir. Ərinin ölməsini arzulayan qadın yenisinin umduğundan
da  yaxşı,  bacarıqlı,  qüdrətli  olmasını  istəyir  ki,  digər  yozumlarla  mü -
qayisədə bu daha məntiqi səslənir.
[29] Yalnız Drezden nüsxəsində         şəklində yazılmış bu arxaizmin
oxunmasında üçüncü hərfin dal, yuxsa re hərfi olması mübahisə doğurur.
Bizcə, bu söz həm abidənin dilində, həm də M.Kaşğari lüğətində müstəqil
işlənmiş “təp-//dəp-” felindən (8, IIc, 33) törəmiş “dəprət(mək)” fe`linin
-incə  şəkilçili  feli  bağlama  formasıdır.  Müasir  dilimizdə metateza,  yəni
səsdəyişməsi  hadisəsinə  uğrayaraq  “tərpət(mək)”  fonetik  tərkibində  ya -
şayan bu söz yenə də M.Kaşğari lüğətində “tərpətmək”, “qımıldatmaq”,
“hücum etmək”, “sıçratmaq” mənalarında açıqlanmış “təprət-” fel forma -
sıdır  (8,  IIc,  316-317).  Müasir  dilimizdə  “üzərinə  qıcanmaqla  acıqlan-
maq” mə`nalı “təpinmək” fe`li də həmin arxaik fel kökündən yaranmışdır.
Abidənin dili üçün xarakterik t~d müvaziliyinə uyğun olaraq “dəprətincə”
variantında işlənmiş bu sözün “açıqlanınca”, “üzərinə qıcanınca” mə na la -
rını ifadə etdiyini düşünürük.
[30]  Yazılışına  əsasən  “yegə”  kimi  oxuna  bilən  bu  söz  dilimizin
Gədəbəy şivəsində iki sait arasında “g” samitinin düşməsi hesabına “yeə”
fonetik variantında “həyasız” anlamında (1, 545) hələ də işlənməkdə olan
arxaizmdir.
[31] Bu soylamadakı “çan” arxaizmi “dirək”, daha dəqiq desək, “ça dı -
rın yan dirəkləri” anlamında işlənmişdir. ”Qadın evin dayağıdır” fikri mü -
qəddimədə Qorqud ataya istinad edilərək qabardılan ən parlaq nəti cə lər -
dəndir. Bu aspektdə “Çan Paşa” adındakı təyinedici söz qor qud şünasların
düşündükləri kimi, fars mənşəli “can” sözü deyil, “dirək” an lam lı qədim
türk sözüdür.
[32] Bu cümlədəki ilkin işlənmiş “qoymaz” sözü də oxunuş və mə`na -
landırma  baxımından  mübahisə  yaradan  məqamlardandır.  Fikrimizcə,  -
ma inkar şəkilçili “qoy-” fe`li ilkin məna ilə bağlı “(yaxına) buraxmaz”,
“eşitməz”, “qəbul etməz” mə`nasındadır.
2011/
IV
26
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə