Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

varlıqlardan və şeylərdən bəhs edir. Dördüncü hissə kimi həyat yol daş la -
rının təsvirinə həsr olunmuş sonuncu hissənin də oğuzların qəhrəmanlıq
epoxasına aid olması inandırıcı görünmür.
Mətnin dilinə gəldikdə, o, XIV əsrin axırı və XV əsrin əvvəllərinə aid
kitabların  dili  ilə  səsləşir.  Azərbaycanda  danışılan  türk  dilinin  bir  sıra
xüsusiyyətlərini  özündə  nümayiş  etdirməklə  yanaşı,  onda  qərbə  məxsus
(müəllif türkiyə türkcəsini nəzərdə tutur S.Ə.) bə`zi müəyyən dil faktor-
larına  da  rast  gəlmək  olur;  sonuncuya  aid  xüsusiyyətlərə Vatikan  əlyaz-
masında daha çox təsadüf edilir. Mətnin yaranma tarixi azəri və osmanlı
türkcələrinin  iki  ayrı  dialekt  kimi  bir-birindən  ayrılması  tarixindən  daha
uzaqlara gedir. Lakin dil faktorları əsasında əsərin yarandığı tarix və yer
haqqında müəyyən bir nəticəyə gəlmək ağılsızlıq olardı. Çünki, biz əsər-
lərdəki hər hansı bir xüsusiyyətin əsəri tərtib edənə və ya ondan sonra onu
söyləyən ozanlara və onun üzünü köçürənlərə aid olduğunu deyə bilmərik. 
Bu iki əlyazma arasında tez-tez rast gəlinən ziddiyyətləri nəzərə ala -
raq,  mən  ziddiyyətli  hissələri  bir-biri  ilə  müqayisə  etmiş  və  daha  inan -
dırıcı  və  tam  olan  mətni  seçməkdə  özümə  sərbəstlik  vermişəm.  Bə`zi
daha çox maraq kəsb edən variantlar haqqında kitabın sonundakı qeyd -
lərdə mə`lumat verilir.
Adların tərcüməsində mən onları “Lady Precious Stream” tərzində tər-
cümə etməkdən çəkinmişəm. Əksər köhnə və müasir türk adları tərcümə
oluna bilir. Lakin Abdürrahman Aydemir və Taner Olgüner kimi müasir
adları “Slave-of-the Compassionate Moon-iron” və “Down-hero Mature-
man”  şəklində  tərcümə etmək olmaz, çünki  ingilis dilindəki tərcümələr
türk  dilindəki  mə`naları  vermir.  Buna  görə  də  onuncu  boydakı  “Tərs
Uzamış” adını “Ters Uzamish” şəklində tərcümə etmişəm və onu “Stret -
ched-out  contrariwise”  kimi  verməmişəm  və  eləcə  də  üçüncü  boydakı
qəhrəmanın “Chichek” adını “Flower” kimi və həmin boydakı yaramazın
“Yaltajuk Son of Yalanji” adını “Little Toady son of Liar” kimi tərcümə
etməmişəm.  Bununla  belə,  mən  “Kara”  sözünü  “Black”  kimi  tərcümə
etmişəm. Çünki, bu söz addan çox titul göstəricisidir. Bu səbəbdən “Kara
Tekür” adını “the Black King” kimi tərcümə etmişəm.
Mən bu prinsipə yalnız bir dəfə əməl etməmişəm. 8-ci boydakı Mon-
 s trın (bədheybət) adını Təpəgöz kimi saxlamamış, onu “Goggle-eye” ki -
mi vermişəm. Buna səbəb, Mandinin də qeyd etdiyi kimi bu Türk adının
“Gırx-Kubit” yə`ni “Nəhəng” anlamında işləyən yunan sözü olan “Sa ran -
dapekhos” sözünün axırıncı üç hecasının tə`siri altında saxtalaşdırıl ması
olmuşdur.
2011/
IV
40
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Türk dilində Təpəgöz “Təpədə göz” və ya “Kəllədə göz” anlamını ve -
rir. “Dəmbəgöz” anlamını verdiyindən mən “Top-eye” adını deyil “Gog -
gle-eye” adını işlətməyi lazım bilmişəm.
Başqa bir və ya iki terminin şərhə ehtiyacı var. Bunlardan biri “Dəli”
sö züdür. Mənim bə`zən “wild”, bə`zən də “crazy” kimi tərcümə etdiyim
əv vələr “delü” sonralar “deli” kimi işlənən bu türk sözü bəzən “azğın”,
“qız ğın” anlamında işlənir. Əslində əgər o İsland sözünün türk dilində iş -
lən məsi uyğunsuzluğu olmasaydı, mən onu işlətməzdim. Digər söz “Ko -
ja” sözüdür. Qoca mə`nasını verən bu sözü mən orijinalda olduğu kimi
saxlamışam. Dədə Qorqudun Təpəgöz üçün yemək hazırlamağa gön dər -
diyi iki qardaşın adı Bunlu qoca və Yapağlu qoca adlanır. Onlar çox qoca
olduğu üçün çox güman ki,  ətləri  çox bərk  olduğundan onlar yeyilmək
üçün  yaramırdı.  “Kitab”da  indi  də Türkiyənin  əyalətlərində  “biqeyrət”,
“oğraş”, “şərəfsiz adam” mə`nasında işlənən “kavat” sözü xaricində sö -
yüş  bildirən  sözlərin  işlənməsinə  rast  gəlinmir.  Mən  bu  sözün  tər-
cüməsində  bir  az  müxtəlifliyə yol  vermişəm.  Sonda verilmiş  qeydlərdə
namə`lum yer adları ilə bağlı mə`lumatlar və düzəlişlər verilmişdir, bu -
nunla belə, bunu da nəzərə almaq lazımdır ki, boylarda adı çəkilən elə yer
adları var ki, Kamelot və ya İtmiş Atlantis kimi sirli olaraq qalır. Dədə
Qorqudun  coğrafiyası  ilə  bağlı  dərin  araşdırmalarla  M.Fahrettin  Kir -
zioğlunun “Dede-Qorkut Oğuznameleri” (İstanbul, 1952) kitabında tanış
olmaq olar.
Mən kitabın sonunda biblioqrafiya verməmişəm, çünki mənim qeyd -
lərdə  verdiyim  qərb  dillərində  yazılmış  bir  neçə  kitab  və  məqalələrdən
başqa, Dədə Qorqud haqqında yazılmış işlərin əksəriyyəti Türk alimləri
tərəfindən türk dilində yazılmışdır. Türk dilini bilən və biblioqrafiya ilə
maraqlanan mənim hər bir oxucum bunları Rossinin və Erginin yuxarıda
adları çəkilən əsərlərində, eləcə də Orxan Şaik Gökyayın “Dede Korkut”
kitabında (İstanbul, 1938) tapa bilər. Mənim peşəkar həmkarlarım mənim
bu  üç  alimə  və  onların kitabında adı  çəkilən  daha  çox  müəlliflərə  olan
minnətdarlığımı  başa  düşəcəklər.  Tərcümə  zamanı  üzləşdiyim  çətinlik-
lərin həllində ser. Cerald Klausonun “XIII əsrdən əvvəlki Türk dilinin eti-
moloji lüğəti”nin (Oksford, 1972) çox böyük köməyi olmuşdur. İndi isə
mən oxucularla Dədə Qorqudun qəhrəmanlarını baş-başa buraxıram.
Tərcümə edən: S.Q.ƏLİYEV
2011/
IV
41
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Folklorşünaslıq: problemlər, tədqiqlər
Tofiq HACIYEV
NAĞIL DİLİNDƏ QƏDİM TÜRK ŞE’RİNİN İZLƏRİ
NAĞIL DİLİNDƏ QƏDİM TÜRK ŞE’RİNİN İZLƏRİ
XÜLASƏ
Müasir nağıllarımızın dilində əski türk şe’rinin izlərini görürük. Poetexnik əlamətlər
–  qafiyə,  heca, alliterasiya  şe’r  dilini  nağılın  nəsr  dilinin  içində  uzun  zaman qoruyub
saxlayır.  Müasir  dövrdə  nağıllar  yazıya  alınarkən  həmin  şe’r  nümunələri  nəsr  dilinin
tipologiyası ilə verilir. Məsələn, “Az getdi, Uz getdi. Dərə, təpə, Düz getdi” misalında
qədim  türk  şe’rinin  əlamətləri  aydın  seçilir:  misraların  az  hecalılığı  (üç  hecalı);  mis-
ralarda hecaların qeyri-bərabərliyi (9-cu misrada 4 heca). Məqalədə nağıl dilindən 2, 3,
4,  5  hecalı  misralardan  ibarət  şe’rə  çoxlu  misallar  gətirilir.  Bilindiyi  kimi,  qədim
türkcədə ancaq bir hecalı sözlər işlənmişdir və az  hecalı misralar həmin dövrün məhsu-
ludur. Nağıllar ilk bədii yaradıcılıq nümunələri kimi öz dilində həmin qədim şe’r qəli-
blərini əks etdirmiş və bu gün də müəyyən dərəcədə yaşadır.
Açar sözlər: nağıl, türk şe’ri, şe’r qəlibləri
THE TRACES OF THE OLD TURKISH POETRY IN THE 
THE TRACES OF THE OLD TURKISH POETRY IN THE 
TALES’ LANGUAGE
TALES’ LANGUAGE
SUMMARY
We can see the traces of the old Turkish poetry in our modern tales. The poetical fea-
tures – syllable, alliteration, rhyme and other signs of the poetry have survived in the
prose language of the tales for a long time. At present when the tales are written down
these examples of poetry are given in the typology of the prose language. For example:
“Az getdi, uz getdi. Dərə, təpə düz getdi.” In this example the traces of the old Turkish
poetry – the existence of lines with few syllables (three syllables), the inequality of the
syllables in the lines (four syllables in the third line) can be easily noticed. Many exam-
ples of poetry lines consisting of two, three, four, five syllables are given in the Article. 
As it is known in the old Turkish language only monosyllabic words were used and
the lines with few syllables were the product of those time. As the first example of liter-
ary activity tales demonstrated these old poetry measures in its language and they have
survived up to the present.
Key words: poetry, tale, syllable, rhyme language, prose, measure, Turkish
СЛЕДЫ ДРЕВНЕТЮРКСКОГО СТИХА В ЯЗЫКЕ СКАЗОК
СЛЕДЫ ДРЕВНЕТЮРКСКОГО СТИХА В ЯЗЫКЕ СКАЗОК
РЕЗЮМЕ
В языке наших современных сказок обнаруживаются следы древнетюркского
стиха. Поэтехническим признакам – рифме, слогу, аллитерации – на протяжении
длительного  времени  удается  сохранить  особенности  стихотворного  языка  в
прозаическом  языке  сказок.  В  современную  эпоху  при  записывании  сказок
стихотворные  образцы  представляются  в  типологии  прозаического  языка.
Например, в таком обычном для сказок предложении, как «Az getdi, uz getdi, dərə,
təpə, düz getdi» со всей очевидностью прослеживаются признаки древнего тюрк -
ского  стиха:  малое  количество  слогов  в  строке  (три  слога);  неравнос ложность
2011/
IV
42
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə