Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

olmaqla, özunun iki cildlik kitabının ilk cildini çap etdirib. Buraya o, latın
əlifbası ilə kitabın transkripsiyasını və yazdığı tənqidi mətni daxil edib.
1963-cü ildə işıq üzü görən kitabının ikinci cildinə lüğət daxil edilmişdir.
Ergin işini tənqidi nəşr adlandırır, lakin bu belə deyil və ola da bilməz.
Çünki bu iki nüsxə, daha doğrusu bir yarım əlyazma, bir orijinal mətndən
köçürülməyib.  Onlar  arasındakı  fərq  iki  müxtəlif  bədii  mətn  arasında
mövcud  olan  fərqdən  daha  çoxdur.  Bu  müqəddəs  tutulan  frazeoloji
vahidlərlə zəngin, lakin, eləcə də, müxtəlif variantlarda müxtəlif şərhçilər
tərəfindən söylənmiş, gözlənildiyi kimi uzun zaman ərzində şifahi olaraq
nəsildən-nəslə ötürülən boylar iki dəfə yazıya alınmışdır. “Kitab”ın giriş
hissəsində  (bizim  kitabda  13-cü  boy)  Anadoluda  çiçəklənməkdə  olan
Osmanlı  xanədanlığı  ilə  bağlı  söylənilən  fikirlərə  əsaslanan  Ergin  belə
qənaətə gəlir ki, kitab XV əsrin ortalarında və ya ikinci yarısında qələmə
alınmışdır. Lakin biz görəcəyik ki, indiki halında əsərin giriş hissəsi Dədə
Qorquddan danışır və onun boylarla heç bir əlaqəsi yoxdur. Bundan əlavə
osmanlılara isnad ən azı şübhəlidir (140-cı qeydə bax). Və əgər biz mətnə
fundamental  bir  tərzdə  yanaşsaq  və  üçüncü  boyda  İstanbula  bir  kafir
şəhəri kimi isnad edildiyini nəzərə alsaq, bu tarixin 1453-cü ildən əvvələ
təsadüf etdiyini görərik.
Digər  bir  türk  alimi  Faruk  Sümər  əvvəlcə  əsərin  XV  əsrin  ikinci
yarısında  yazıya  alındığına  inanırdı.  Lakin  onun  bu  yaxınlarda  çapdan
çıxmış oğuzlar haqqında yazdığı kitabında o, əsərin daha sonralar yazıya
alındığını qeyd edir. Bunu deyərkən o, aşağıdakı faktları əsas götürür: 
a) dördüncü boyda Barehead Dadian qalasının adı çəkilir və Gürcüstan
kralı  Baqratın  ləqəbi  olan  “Barehead”  kəlməsinə  ilk  dəfə  XVI  əsrə  aid
mənbələrdə rast gəlinir; 
b) Osmanlılara aid idarəçiliklə bağlı bir sıra terminlər var ki, onlar XVI
əsrə qədər işlənməmişlər. Bunlara əsaslanaraq o, belə bir qənaətə gəlir ki,
boylar XVI əsrin ikinci yarısında Osmanlıların hakimiyyəti altında olan
bir yerdə yazıya alınmışdır.
Hətta,  biz  “Barehead”  sözünün  bu  anlamda  XVI  əsrdən  əvvəl  işlən-
mədiyini  qəbul  etsək  belə,  biz  belə  nəticəyə  gələ  bilərik  ki,  bu  əlyaz-
malardan heç biri XVI əsrdən əvvəl yazıya alına bilməzdi. Olsaydı, biz
hər  halda  bunu  bilərdik.  Hər  hansı  bir  mətnin  özündən  əvvəl  yazılmış,
yaxın vaxtlara qədər elmə mə`lum olmayan əlyazmadan əvvəlki bir tar-
ixdə mövcud olmaması heyranedici bir prinsipdir. Qədim bir əsərin hər
hansı  bir  mətninin  müəyyən  bir  vaxta  aid  olmasını  deməklə,  əsərin
2011/
IV
38
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


özünün həmin vaxta aid olmasını demək arasında çox böyük fərq vardır.
Bu,  xüsusilə,  bizim  kitabımız  kimi  bir  kitaba  xas  bir  xüsusiyyətdir.
“Kitab” saysız-hesabsız şərhçilərin ümumi məhsuludur və ola  bilsin ki,
onların hər biri XVI əsrə aid bu iki əlyazmaya əlavələr etmiş və onu daha
da zənginləşdirmiş və onlar boyları yazıya alarkən onlarda müasir dövrün
məhsulları olan sözlər işlətmişlər. Kimsə İsanın doğulmasını təsvir edən
XVI əsrə aid holland heykəltaraşlığına əsaslanıb qədim Beslehemin arxi -
tekturası haqqında fərziyələr söyləyə bilərmi?  
Biz bir ərəb səlnaməsindən, Dəvədarinin təxminən 1309-1340-cı illər
arasında Misirdə yazdığı çap olunmamış Durar əl-Tijan əsərindən bilirik
ki, ən azı əsərin boylarından birinin (8 boyun) variantı XIV əsrin əvvəl-
lərində yazılı şəkildə mövcud olmuşdur.
Orada  belə  deyilir:  “Oğuz  türklərinin  eldən-elə  gəzən  “Oğuznamə”
adlı bir kitabı var. Bu kitabda qədim oğuz ellərini qarət edən və onların
adlı-sanlı  adamlarını  öldürən  Təpəgöz  adlı  bir  şəxsdən  bəhs  edən  bir
hekayə var. Burada deyilir ki, eybəcər və mənfur olan bu şəxsin alnının
ortasında bir gözü var. Nə qılınc, nə də nizə ilə ona ziyan vurmaq olmur.
Onun anası qəddar bir ruh (şeytan) olmuş, atasının başına qoyduğu papaq
on  qoç  dərisindən  hazırlanmışdır.  Onun  haqqında  olduqca  məşhur  olan
çoxlu hekayələr və nağıllar var və onlar indi də ağızdan-ağıza dolaşır və
özlərinin  “kopuz”  adlanan  musiqi  alətini  çox  gözəl  çalmağı  bacaran
iste`dadlı dastan söyləyən şəxslər tərəfindən əzbərdən söylənilir.”
“Dədə Qorqudun müdrikliyi” adlandırdığım 13-cü boy hər iki əlyaz-
manın  əvvəlində  gəlir  və  ilk  baxışdan  boylar  üçün  ön  söz  (giriş)  təsiri
bağışlayır, lakin bu belə deyil və mən onu kitabın axırında vermişəm. Bu
boyda,  əvvəlcə  qısaca  olaraq  Dədə  Qorqudun  kimliyindən  və  onun
peyğəmbərcəsinə  Osmanlı  hakimiyyətinin  həmişəlik  hökmran  olmasını
söyləməsindən  bəhs  olunur. Aydındır  ki,  bu  boy  digər  boylardan  sonra
yazılmışdır. Sonra isə Dədə Qorquda aid atalar sözləri başlayır və ən azı
bunlardan  biri  boyların  yarandığı  Oğuz  dövrünə  aid  deyil,  daha  çox
Türkmən dövrünə aiddir. Bu atalar sözündə deyilir: “Qonaq gəlməyən ev
(çadır) dağılsa yaxşıdır.” Boylarda evlər əsasən ağdır (154-cü qeydə bax).
Bu boyun 3-cü hissəsi silsilə aforizmlərdən ibarətdir və onlar dinləyiciləri
comərdcəsinə ozanı mükafatlardırmağa  həvəsləndirmək  üçün  söylənilir.
Bu,  eləcə  də  ozanın  tamaşası  üçün  ümumi  bir  sonluq  da  ola  bilər.
Dördüncü  hissə  islami  mahiyyəti  elmilikdən  (dünyavilikdən)  daha  çox
mə`nəvi mahiyyət kəsb edən türkmən mühitinin məhsulları olan “gözəl”
2011/
IV
39
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə