Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

Söyləyiciyə  irenin  kim  olduğu  sorulduğu  zaman,  o,  ilk  şamanın,  yə`ni
Xamın ireni yardıma çağırdığını və şamanın irenin gücü ilə kamlık etdiyi
cavabını verdi (5, 207). Uryanxaylar eren/irenlerin şərəfinə Yenisey ça yı -
nın ən yüksək yerində qansız qurban verirlər. Idıktar (yə`ni kutsal qurban)
adlandırılan  bu  qansız  qurban  ritualı  yalnız  böyük  ruhlardan  Çetikana
(büyük  şaman  ruhlarından  biri,  onun  şərəfinə  xallı  at  qurbanı  verilir),
Kayrakana (Altay-Sayan türklərində baş ruh, onun şərəfinə boz at qurban
verilir.)  və  Erene  (Onun  şerifine  ağ  rəngli  at  qurban  verilir.)  verilirdi.
Adanmış (kəsilmədən başı boş buraxılan heyvan) atlar sərbəst buraxılırdı
ve onlara minmək, onlardan istifadə etmək yasaqlanırdı. Başqa bir vari-
anta  görə  Altay  şamanları  kamlık  zamanı  yardıma  əsasən  üç  ruhu
çaxğırırdılar: Erlik-Kayrakan, Kayrakan, Eren və onların da şərəfinə ıdık-
tar adlandırılan qurban sunulurdu. Hər iki halda da eren və ya iren şaman-
ların müraciət etdikləri əsas hami ruhlar arasındadır. 
Digər tərəfdən Altaylar davulu və manyakı (şamanın üst geyimi) olan
güclü şamanlara da eren-çiçen deyirdilər. Göründüyü kimi eren hami ruh
olmakdan, şamanın  özü kimi düşünülməyə  qədər büyük  bir  məsafə qət
etmişdir.  Çiçen  və  ya  şişen  termininin  ağsaqqal,  hər  şeyi  bilən  insan,
müdrik anlamında olduğunu nəzərə almaqla çiçen (şişen) ünvanı verilən
şamanların  özəl statusa  sahib  olduqlarını  söyləmək  gərəkir. Eren  Çiçen
ermiş, hər şeyi bilən, ruhlarla insanlar arasında əlaqə yaradan güclü şa -
man mə'nasındadır. Digər tərəfdən eren-çeçen, eren-ceren, eren-şeşen və
ya  iren-yusun  bir  ilah,  şaman  hamisi,  güclü  ruh  anlamlarını  da  bil dir -
məkdədir.
Altay türkləri şamanların üstdən geydikləri yağmurluğa da eren və ya
yeren  deyirdilər  (4,  95).  Eren  sadəcə  yağmurluq  anlamında  işlənməyib
həm də əski görüşlərdə mifoloji at və ilan funksiyasını da üzərinə götür-
müşdür. Mifoloji  at  və ya ilan  şamanın  kosmik  səyahəti zamanı fayda-
landığı səmavi minik növləridir. Şamanların mifoloji özəlliyə sahib atla -
rının da adı eren morin idi. Şamanlar bu atın yardımı ilə göyün doqquzun-
cu, başqa bir varianta görə yeddinci qatında oturan Bay Ülgenin yanına
gedər, ondan yardım istər və ya xəstənin ruhunu geri gətirirdilər. Blindiyi
kimi  morin  sözü  monqolcada  at  anlamına  gəlir.  Buradan  da  eren  kə li -
məsinin monqollara da geçdiyi və monqolcanın morin sözü ilə birləşərək
yeni bir söz yaratdığı görünür. 
Altay-Sayan xalqlarının dilində eren-kıl sözü də vardır ki, inanca görə
Ay  tutulmalarına  səbəb  olan  demonik  varlığın  adıdır.  Əslində  eren-kıl
2011/
IV
60
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


mifoloji ilan olub insanlara zərər verirmiş. Bu durumda eren, Darxat ləh -
cəsindəki cerenlə, uryanxay ləhcəsindəki kreylə eyni funksiyanı paylaş-
makdadır  (7,  703).  Altay-Sayan  türklərinin  inancına  görə  ildırım  tan-
rıçaları,  göy  erenləridirlər;  yerin  qoruyucuları  isə  ayılardır.  Buradan  da
xakas şa man larının kamlık zamanı göy erenlerini yardıma çağırmalarının
səbəbi anlaşılmış olur (2, 54). Çox geniş funksiyaya sahib eren/iren kul-
tunun bir baş qa tərəfi də onun şaman fetişi olub dovşanla bərabər dəyərə
sahib ol ma sıdır.
Eren-çiçen klimesinin araşdırılmasından göründüyü kimi taleyin, qə -
dərin  tə'yin  edicisi,  alın  yazısının  hamisi  olan  Eren  Çiçen  və  ya  Yara
Çeçen həm də güclü şaman, hər şeyi bilən müdrik funksiyasını da yerinə
yetirmişdir.  Əslində  etnik  mədəni  sistemin  alın  yazısı,  qədər,  hər  şeyi
bilən, müdrik kimi anlayışları Tanrıoğlu adlandırdığımız vahid semantik
yuvadan derivasiya edilmişlərdir.    
e) Alın Yazısı və ya Tanrıoğlunun Son Görəvi
Türk  mifologiyası  kosmoqonik  düşüncənin  bütün  miflərini  sistemli,
həm  də  praqmatik  şəkildə  rituallara,  törənlərə,  folklor  mətnlərinə  yay-
maqla bir bütünlük, tarazlıq nümayiş etdirmişdir. O baxımdan başlanğıcla
son, kosmosla xaos arasında yaşanan zaman dilimini təyin edən mifoloji
varlıq yaradıcı demiurq qədər önəmli bir funksiyanın daşıyıcısıdır. Yara
Çeçen/Çiçen  və  ya  Eren  Şişen/Şeşen  mifoloji  varlığı  yaşam-ölüm  ikili
qarşıdurması  baxımından  hər  iki  zidliyin  sərhəddini  müəyyənləşdirən
unudulmaqda  olan Tanrıoğludur.  Həm Altay-Sayan  türklərində,  həm  də
yakutlarda alın yazısının tə'yin edicisinin olması əski türklərin qədərə və
yazıya  inandıqlarını  sübut  edir.  Bunu  folklor  materialları,  xüsusən  də
nağıl və dastanlar da sübut edir. Ancaq əsas məsələ kosmik bütünlüyün
tamamlanması  üçün  lazım  olan  son  elementin  –  bütün  canlıların  alın
yazısı – ömür yolunu çizmək, ailə institutunu yaratmaqla yaşamın davam-
lılığını saxlamaqdır ki, bu da Tanrıoğlu olan Yara Çeçen adlı mifoloji var-
lığın üzərinə axtarılmışdır. 
Yara  Çeçen  ailə  və  nigah  institutunun  qurucusu  olmaqla  kosmosu
xaotiklikdən çıxarmış, yaşamın sistemli davamlılığının əsasını qoymuş-
dur.  Tanrıoğlunun  bütün  dəyişik  funksiyaları  –  mədəni  qəhrəmalıq,  ya -
radılışda  rolu,  ilk  şamanlığı  və  s.  ağsaqqal,  müdrik  qoca,  ailə  və  nigah
müəssisəsini  quran,  alın  yazısını  yazan,  qədəri  biçimləyən  Yara  və  ya
Eren  Çeçen  formasında  variantlaşması  ilə  tamamlanmışdır.  Bu  tamam-
lanma kosmik bilginin, kosmik düzənin tamlığı, vəhdəti mə`nasındadır.
2011/
IV
61
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


İşin elmi nəticəsi.  Dəyişik  adlarla mə`lum olan  bu mifoloji  varlığın
öyrənilməsi türklərin mifoloji sistemində Tanrı – Kainat – İnsan proble-
minin mifopoetik şərhinin konkretləşmiş variantıdır. 
ƏDƏBİYYAT
1.Bayat F., Türk mitolojik sistemi. Ontolojik ve epistemolojik bağlamda türk
mitolojisi. Cilt: 1, İstanbul, 2007
2.  Кенин-Лопсан  М.Б.,  Обрйадавайа  практика  и  фолклор  тувинского
шаманство, Новосибирск, 1987
3.  Неклйудов  С.Йу.,  “О  фуктсионално-семантической  природе  знака  в
повестовователном  фолклоре”,  Семиотика  и  художественное  творчество,
Москова, 1977
4.  Потанин  Г.Н.,  Очерки  северо-западной  Монголи,  вып.  1,  Ст.
Петерсбурк, 1881
5.  Потанин  Г.Н.,  Очерки  северо-западной  Монголи,  вып.  2,  Ст.
Петерсбурк, 1881
6.Потанин  Г.Н.,  Очерки  северо-западной  Монголи,  вып.  3,  Ст.
Петерсбурк, 1883
7.  Потанин  Г.Н.,  Очерки  северо  западной  Монголи,  вып.  4,  Ст.
Петерсбурк, 1883
8. Потанин Г.Н., Восточные мотивы средневековом йевропейском епосе,
Москова, 1899
9. Vasilyev Y., Kirişçioğlu M.F., Killi G., Saha (yakut) halk edebiyatı örnek-
leri, Ankara, 1996
10. Verbitskiy V.İ., Altayskie inorodtsı, Moskova, 1893
2011/
IV
62
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə