Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

əfsanələrində kirpi müdrikliyin simvolu kimi göstərilir. Ona görə də qır -
ğız lar kirpiyə kerpek şeşen deyirlər (8, 595). Buryatlar hətta zara adzara
adlan dırdıqları kirpinin evlənən qızların ər evində qalmasının əsasını qo -
yan, başqa sözlə nigahı təsis edən ilk varlıq kimi qəbul edirlər.
Mürdiklik paradiqmasında çeçen/çiçen/ciren/şeşen/şişen  ünavnı daşı -
yan larla Uluq Türkün, Dədə Qorqudun, Qurqulun, Cırkıl və ya İrkıl Xo -
ca nın statusları arasında fərq vardır: 
Birincilər  sadəcə  ağsaqqal,  müdrik  qoca  olmayıb  həm  də  insanların
(bütünlükdə canlıların) qədərini, taleyini yazan, qızları ər evinə göndər-
məklə ailə və nigah hamisi Tanrıoğlu olub mifoloji çağın mədəni qəhrə-
manlarıdırlarsa, 
İkincilər epik dünyanın mürdikləri olub mədəni institutların (ət payının
bölüşdürmək,  bəylərin  divanda  oturma  yerlərini  təyin  etmək  və  s.)  tə` -
sisçiləridirlər. 
Hər  iki  kateqoriyanı  birləşdirən  funksional-semantik  element  Tanrı -
oğlu olduğundan epik dünyanın müdriklərinin fəaliyyətlərində işarə xa -
rak terli mifoloji demiurqluq funksiyası da qalmışdır. Uluq Türk və İrkıl
Xoca dünya mifoloji modelinə dayanan sağ-sol bölgülü dövlər strukturu-
nun qurucusudurlarsa Qorqud Ata Beyrəyə qız istəməklə nigahın hamisi
rolunu, ölümdən qaçmaqla qədərin bəlirləyicisi missiyasını sönük də olsa
yaşatmaqdadır.   
b) Mədəni Qəhrəmanlıq Funksiyası
Türk  mifologiyasında Yara  Çeçen  və  ya  Eren  Şişen  mifoloji  varlığı
mədəni qəhrəmanlıq funksiyasını yerinə yetirməklə ailənin təməlini təş-
kil  edən  nigahın qurucusudur.  O,  evlənən qızların  ata  evindən  ayrılma -
sının, yeni yuva qurmasının ilk təsisçisi olmasıyla Tanrıoğlu statusunda
olduğunu bir daha isbatlamış olur. Yara Çeçenin həm bu funksiyası, həm
də  qədərin,  alın  yazısının  hamisi  funksiyası  yalnız Altay-Sayan  türklə -
rinin  mifoloji  inanclarında  qorunmuşdur.  XIX  yüzilin  ortalarında  Ver -
bitskiynin Altay türklərindən topladığı mifoloji mətnlərdə Yara Çeçe nin
evlilik institutunun qurucusu olduğu anlatılmışdır: 
“Göydən yerə enən Yara-Çeçen insanların yanına gəldiyində əvvəlcə
çoxlu qızları olan bir evə girdi. Evdəki qızlar Yara-Çeçeni gördüklərində
gülməyə başladılar, çünki onun görünüşü həqiqətən də gülünc idi. Yara-
Çeçen buna qızaraq belə dedi: 
– Məni Ülgen göndərdi ki, hər kəsə ömrünün məhdud olduğunu bil -
2011/
IV
54
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


dirim. Ancaq siz mənə güldünüz. Baxın sizin başınıza nə gələcək: 
Kara burun paşha bolzın 
Kara yatta sanagan bolzın
Ereyen baraan edi sabın bolzın
Ene adanın ejigine espe 
Kabırganın sanıgı, karanın kuldı
Ken sezin ol bolzın
Kedegen ekı ayrı bolzın 
(Sənin qaraciyərin fərqli olsun
Ağılın qəriblikdə olsun
Qara yara bədəninə bəxşiş olsun
Atanın, ananın qapısı qarşısında dayanma
Qabırğan qırılsın. Yaşlı atın balası
Burax sənə köməkçi olsun
Saçın sənin ikiyə ayrılsın)
Yara-Çeçenin bu qarğışından sonra qızların ağılları və ürəkləri dəyiş-
di. Onlar ata evini tərk edərək ər evinə getdilər” (10, 120-121). Mif bizə
Yara Çe çen dən əvvəl qızların kişilərlə evləndikdən sonra öz ata evlərində
qaldıq larını,  beləliklə  nigaha  dayalı  qanuni  bir  ailənin  yaranmadığı
haqqında məlumat verir. Əski türklərdə baba evində doğulan uşaqlar ana
qohumluğu sistemi üzrə getdiklərindən dayı atalıq vəzifəsini yerinə yetir-
miş olurdu. Beləliklə, soy ana xətti ilə davam  etdirilir, ata  qanuni sələf
funk siyasından məhrum buraxılmış olurdu. Yara Çeçenin/Şişenin qızları
ər  evinə  göndərməsi  ilə  türklərin  soy  şəcərələrini  ata  xətti  ilə  başlat-
malarının  və  ailə  düzənlərinin  qurulmasının  əsası  qoyulmuş  olur.  Ailə
sadəcə  döv lətin  kiçik  modeli  olmayıb  eyni  zamanda  kosmosun  sosial
oxunuşudur.  Təbii  ki,  mif  Yara  Çeçenə  bu  qədər  böyük  missiya  yük-
ləmişdir. 
Yara Çeçenin və ya Eren Şişenin bütün digər funksiyaları ilə bərabər,
həm də nigahın təsisçisi olması folklor və tarixi qaynaqlarda da qorun-
muşdur.  Bu  funksional-semantik  elementin kökü  türk nağıllarında  Eren
Çiçen və ya Cirenşe Şeşenin oğluna qız axtarması motivində qalmışdır.
Eyni motif Esuqey Bahadırın oğlu Temuçinə qız axtara-axtara gəlib Day
Setsenin qızını  tapmasında qorunmuşdur.  Həm  də  Day  Setsen  adındakı
setsen/sesen monqolca müdrik deməkdir (8, 220). Və hər iki nağılda ərə
2011/
IV
55
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


gedən qızlar ata evini tərk etmiş olurlar. Bütün bu sönük işarələr ata soyu-
na bağlı yeni ailə düzəninin qurulmasından xəbər verir.  
Verbitskiyin Altay türklərindən toplayıb yazıya aldığı bir nağılda Eren
Çiçen oğluna deyil, özünə  müdrik qadın  tapıb onunla evlənir. Iki  müd -
riyin evlənməsi, yeni ailə düzəninin qurulması ilə bərabər “ərin arvadın
toyunda” beynəlxalq motivini də xatırladır. Müdrik statusunda duran ob -
raz ların oğlullarına layiq nişanlı axtarması bəlkə də ərin arvadın toyunda
şəklində dəyişən məlum motivin sonrakı inkişafıdır. Burada türk və mon-
qol epik ən'ənəsi üçün xarakterik olan zorla qaçırılan arvad motivi evlən-
mək üçün oğluna ə  ya özünə  qız axtarmaq motivinin semantik  arkitek-
tonikasında durur. Arvadın qaçırılması motivinin Çingiznamədə Çingizin
arvadının  qaçırılması,  Dədə  Qorqud  boylarında  bəyin  oğurlanması  şək-
lində  dəyişən  çox  sayıda  variantları  vardır. Ailə  düzənin  təminatçısı  və
dövlətin kiçik modeli olması səbəbindən arvadın qaçırılması kosmik niza-
mın pozulması, xaosun bərpasıdır. Mifoloji və epik qəhrəmanlar qaçırılan
qadınları geri gətirməklə xaosun təntənəsinin qarşısını almış olurlar. 
Arvadın  və  ya  daha  əski  variantda  ananın,  bacının  yeraltı  varlıqlar
tərəfindən  qaçırılması  motivi  xaos-kosmos  ikili  zidliyi  paradiqmasında
müdrik qocanın özünə və ya oğluna nişanlı axtarması süjetinə çerilmişdir.            
c) Canlıların və İnsan Ömrünün Tə`yin Edicisi
Yara Çeçen və ya Eren Şeşenin türk mifologiyasında ilk və əsaslı funk -
siyası canlıların ömür sürəsini təyin etməsidir. Türk mifoloji sistemində
kosmoqonik  miflərin  son  halqası  olan  alın  yazısı,  qədər  semantik  ele-
menti tamamlayıcı xarakteri ilə önə çıxır.  
İlk  insanın  yaradılması  və  cənnətdən  qovulması  mifi,  türk  mifo lo gi -
yasının səmavi dinlərlə ən çox təsir keçirmiş kateqoriyası kimi bilinir. Bu
qarşılılıqlı  təsiri  başlanğıcda  müştərək  olan  ezoterik  bilgilərin  paylaşıl-
ması ilə də izah etmək mümkündür. Belə ki, insanın Tanrı qatından qovul-
ması  sonsuz  olan  ömürünün  məhdudlaşdırılması,  türk  mifolo gi yasında
insan ömürünün sərhədini tə'yin edən, başqa bir deyişlə insanların ömü -
rünü yazan mifoloji bir varlığın ortaya çıxmasına səbəb olmuşdur. Törəyiş
mifinin V. Verbitskiy variantında insan ömürünü təyin edən bu köməkçi
ruhun  adı Yara  Çeçendir.  Q.Potanin  variantında  bu  ruhun  adı  Eren  Çi -
çen/Şeşendir. Qədər, taleh, alın yazısı hamisi kimi funksionallaşan Yara
Çeçen və ya Eren Şeşenin adına, türk mifologiyasında yalnız Ver bit skiy -
nin və Potaninin topladığı materiallarda rast gəlirik. Aşağıda törəyiş mif -
ləri baxımından göylərin mühakiməsi kimi qiymətləndirilən mifin bir az
2011/
IV
56
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə