Чечена к образам старейшины, выполняющего функцию везиря (Ыркыл Ходжа,
Деде Коркуд, Улуг Тюрк) в тюркской мифологии и эпической традиции, подтверж -
дает его позицию в статусе Танрыоглу. Танрыоглу, исполняющий главную роль в
сотворении, перенял такую важную миссию от Всевышнего Отца как определение
жизни всех живых творений и создание основы семьи.
В статье исследуется до сегодняшнего дня оставшаяся без внимания в тюрк -
ской мифологии структурно-семантическая функция и статус мифологического
образа Яра Чечен, олицетворяющий судьбу, участь и рок.
Ключевые слова: Танрыоглу, судьба, мудрец, старейшина
İşin elmi yeniliyi. Türk mifoloji sistemində qədərin, taleyin, ömrün
tə`yin edici iyəsi Yara Çeçen bu günə qədər mifoloji obraz kimi araş dı -
rılmamışdır. Məqalədə bu mifoloji varlığın müdriklik statusu da daxil ol -
maq la bütün funksiyası, semantik rolunun üzə çıxarılması əsas yenilik dir.
a) Müdriklik Statusu
Türk mifologiyasında qədərin, taleyin hamisi və insan ömrünün biçim-
cisi olan Yara Çeçen və ya Eren Şişen əslində müdrikliyin, hazırcavab -
lılığın, natıqliyin simvoludur. Həm miflərdə, həm də folklor material-
larında Yara Çeçen və ya folklor janrlarında olduğu kimi Eren Şişen mür -
dik qoca kimi təsvir edilir. O, qırğız nağıllarında Canibek xanın müdrik
vəziridir. Əslində adında çeçen/çiçen və ya şişen/şeşen olmayan bə'zi mi -
foloji qəhrəmanlar da, məsələn, Oğuz Kağan dastanında Uluq Türk, Dədə
Qorqud oğuznamələrində Dədə Qorqud bu tip müdrik qocalar silsiləsinə
daxildir. Uluq Türkün/Türükün oğuz elinin idarəetmə və inzibati struktu-
runu təyin etməsi, Oğuz Kağana dövləti yönətməkdə yardım etməsi Dədə
Qorqudda oğuz elinin bilicisi olmağa, qaibdən dürlü-dürlü xəbərlər ver-
məyə transformasiya edilmişdir. Buryat folklorunda müdrik vəzir rolunda
olan Qurqul tipi Türk epik ənənəsində Cırkıl və ya İrkıl Xoca adı ilə
məşhurdur. Türkcədə ırk sözü fal, gələcəyi görmə mə'nasında işlədilmiş
olub bu baxımdan çiçen/şeşen/cişen variantlarında dəyişən sözün anlam
eyniliyindən başqa bir şey deyildir.
Altay Türkcəsində çeçen, qırğızlarda şeşen, monqollarda sesen, bur-
yatlarda sısın kimi variasiya olunan bu söz müdrik, hər şey bilən, natiq
kimi tərcümə edilir. Bundan başqa çiçen və ya şişen kəliməsi Altay türk-
lərində də ağsaqqal, hər şeyi bilən insan anlamındadır. Eren Çiçen,
Cirenşe Şeşen, Yara Çeçen/Çiçen eyni mifoloji obrazın,
bəlkə də hər şeyi
bilən, hər şeyi öncədən görən müdrik qocanın müxtəlif vriantlarıdır. Hətta
buryatlar şamana zarin deyirlər ki, bu sözün də çiçen, şeşen, ciren sö -
zünün bir variantı olduğu düşünülür. Qırğız, altay, qazax, özbək nağıl və
2011/
IV
53
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com