“Xan qızı gördü ki, Qazan gəlir, yumurlanıb yerindən durdu.Qazana
qarşı gəldi.Sağilən soluna göz gəzdirdi. Uruzu görmədi. Qara bağrı sar sıl -
dı, onun yürəgi oynadı, qara qıyma gözləri qan-yaşla doldu.
Genə söyləmiş, aydır:
Sam yelləri əsmədən, Qazan, qulağım çınlar.
Sarımsaq otu yemədən Qazan, içim göynər.
Sarı yılan soqmadan ağca tənim qalqar-şişər.
Qurumuşca köksümdə südüm oynar
Yalnızca oğul görünməz bağrım yanar.
Bir dəxi söyləmiş:
– Quru –quru çaylara su saldım.
Qara donlu dərvişlərə nəzir verdim.
Umanına – usanana aş yedirdim.
Ac görsəm, doyurdum, yalıncıq görsəm, donatdım.
Dilək ilə bir oğulu güclə buldum.
Yalnız
oğul xəbərini, a Qazan, degil mana” (1, 86).
Nümunədən də göründüyü kimi Uruzun da doğumu çətin şərtlər he -
sabına başa gəlir. Həm də boyun məzmunundan da aydın göründüyü kimi
xalq nağıllarına uyğun olaraq Uruzun da doğulmasında, dünyaya gəl mə -
sində “dərviş motivindən də istifadə edilmişdir (6, 25). Daha sonra “qəh -
rəmanın heyvanlar və xeyirxah insanlar tərəfindən qorunması” formuluna
biz həm “Dədə Qorqud” boylarında, həm də klassik epik əsərlərdə rast
gə lirik. “Basatın Təpəgözü öldürdüyü boy”unda Basat bir dişi aslan tə rə -
findən bəslənir və böyüdülür. Bundan başqa Koroğlunun Asiya variantla -
rında Koroğlu da dişi madyan tərəfindən bəslənilir (3, 38). Qəbrdə doğu-
lan uşağı hər gün bir dişi madyan gəlib qəbrin üstündə oturub südüylə
bəsləyir. Bundan əlavə klassik ədəbiyyata dair epik əsərlərdə iştirak
edən qəhrəmanların bioqrafiyasında da biz bu formulun şahidi oluruq.
N.Gəncəvinin “Leyli və Məcnun” poemasında əsərin sonunda Məcnun
Leylinin məzarı üstündə öləndən sonra heyvanlar Məcnunu dövrəyə alır,
onu himayə edir, ona heç kimin toxunmasına icazə vermir. Yalnız bir il
sonra – Məcnunun cəsədi təmiz çürüyüb torpağa qarışandan sonra hey-
vanlar dağılıb Məcnunu dəfn etməyə imkan yaradırlar (4, 285). Əski türk
yaradılış dastanlarında çətin, dar məqamda qəhrəmana yardım edib, yol
göstərən, qurd motivi də bu formula nümunə ola bilər (7, 34-38). “Qəh -
rəmanın böyüməsi”, “rütbə qazanması”, “mükafatlandırılması” formulları
da “Kitabi – Dədə Qorqud” boylarında mövcuddur. Həm Buğac, həm
2011/
IV
105
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com