Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə111/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   107   108   109   110   111   112   113   114   ...   143

Xəyal cığırı – II cı̇ld

107


Yağişam, vətənə yağa bilmirəm,

Gözüm var, bir yana baxa bilmərəm,

Bilmirəm heç niyə, dilim bağlidir?

Ellərə süzülüb, axa bilmirəm.

Qara saçlarima dedim ağarma,

Ömrümü qəzəblə döydü qocaliq.

Dedim vaxt-vədəsiz qapimi vurma,

Xan kimi özünü öydü qocaliq.

Qəlbin daş olmasa deyərdim, ay qiz,

Mənim ürəyimi sən aparmisan.

Gəl bir də özünü öymə, vəfasiz,

Sevgi arasinda peyman qirmisan.

Dünyani mənasiz duyanda indi,

Şerimin rübabi beləcə dindi:

«Nə insan olaydi, nə ölüm, nə can,

Nə arzu, nə xəyal, nə böyük cahan».

19.07.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

108


BELƏSƏN

Düşmüşəm arxanca saf qəlbim ilə,

Lal oldun, dinmədin sən bilə-bilə.

Oğru tək yol kəsib, tutanda dilə,

Gözlərin gah gülüb, gah süzülübdür.

Heyranam sənin tək yarin eşqinə, 

Elin söz-söhbəti gözlərindi, nə!

O, Ay camalina, bəyaz cisminə, 

Arabir ulduz tək xal düzülübdür.

Anadan olali bəxtəvər oldun,

Şux ceyran baxişli bir dilbər oldun,

Bilmirəm, sən niyə bixəbər oldun?..

Yolunda gör, neçə can üzülübdür.

20.07.1968




Xəyal cığırı – II cı̇ld

109


SÖZÜM VAR MƏNİM

Yiğişin başima tanişlar, dostlar,

Söhbətim var mənim, sözüm var mənim.

Ötüşür necə tez, anlar, saatlar,

Yaşamaq eşqində gözüm var mənim.

Hamiya hər zaman qapimiz açiq,

Dedim yerdə gəzmə, sinəm üstə çix.

Hər sevən qonşuya xoş, alni açiq,

Həmişə getməyə üzüm var mənim.

Çox da öyünməsin qoca kainat, 

Qocaldir insani hər gün, hər saat.

Enişi, yoxuşu gedərək hər vaxt,

Yorulmaq bilməyən dizim var mənim.

Belədir, dünyada tək qalsa-qalsa,

Yadigar qalacaq insandan əsla,

Həyatda böyük yox, kiçik də olsa,

Bir, alaq basmayan izim var mənim.

21.07.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

110


KİŞİLƏRİ QADIN GÖRDÜM

 

Kişiləri qadin gördüm qadinlarin kölgəsində,

Zərif məxluqlar izində sürünərək, itmək üçün.

Kişiləri qadin gördüm, öz sözündə, öz səsində,

Üzdə kişi simasinda, qadin yaşar için-için.

Kişiləri qadin gördüm, qaşin alar tam açiqca,

Nə xas vardi kişiliyə, unutdular birər-birər.

Qərəz, hər şey – qadinlarda nə yenilik yarandiqca,

Ənlik-kirşan, bəzək, zinət, saç boyamaq götürdülər.

Kişiləri qadin gördüm, qadinlarin xislətində,

Naz alirlar, naz satirlar, təki incə görünməkçün.

Elələri vardir, hətta, yaş azaldir sənədində,

Cavanlaşmaq, həm o yaşda bir «gözəlçə» görünməkçün.

Kişiləri qadin gördüm... qol-qol verib qadin ilə,

Bir cütlükdə eyni cinslər – sanki, iki qadin gəzər. 

Həm ruhlari, həm nəfsilə qadin olub bilə-bilə,

Cilvələnib, üz-gözünə siğal çəkər, bəzər-düzər.

Kişiləri qadin gördüm. Qadinlaşib bu ciğirda,

Neçə qeyrət, neçə namus, neçə ismət itirdilər...

Ruhən köçüb, yaşadilar ceyran, maral, ya siğirda,

Neçə insan ömürlərin hədər yerə zay etdilər.

1968 iyul




Xəyal cığırı – II cı̇ld

111


AŞİKARƏDİR

Könlüm yanar-yanar cuşa gələndə,

Dəhşətlər qayaya, daşa gələndə,

Yarim əğyar ilə qoşa gələndə,

O yerdə ürəyim parə-parədir.

Ürək oğurlanmaz vəfali yardan,

Vəfasiz gözələ tuş oldum hardan?..

Küsmərəm bircə gün ara vurandan,

Mənim şikayətim nazli yarədir.

Tanri! Köməyim ol! Yarali qaldim,

O, bülbül səsindən arali qaldim,

Payiz yarpaği tək sarali qaldim,

Mənim ki hər sirrim aşikarədir.

Mənasiz gülüşdən daha çox, bəzən

Ağir oturaraq, çox sadə gəzən,

Yerini, yurdunu ürəkdən sevən

O, nazli afətim dərdə çarədir.

Dəyişir kainat günbəgün indi,

Şerimin rübabi nə gözəl dindi,

Gözəllik adlanan eşqim sevindi,

Qismətim ağilli, şux nigarədir.

27.07.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

112


İLK  BAHAR  ÇAĞI

Dağlardan arabir duman sökülür,

Ceyranlar hürküşüb, gölə tökülür,

Darayib telini, sevgilim gülür,

Şirin qəhqəhədə ilk bahar çaği.

Yandiqca göylərin al ulduzlari, 

Tükənməz insanin ilk arzulari.

Torpağa can verən Vətən qizlari

Sevinir sahədə ilk bahar çaği.

Al, yaşil geyinib, gülür təbiət, 

Yaşatmaq eşqilə yaranir nemət.

Tökülür sel kimi görünməz zinət,

Hər damla şehə də ilk bahar çaği.

Dağlara köç edir ellər-elatlar,

Hürküşən maralin bağrini çatlar...

Min eşqlə, həvəslə kişnəşən atlar

Dayanar şahədə ilk bahar çaği.

Loğmanmi, dərmanmi yazin nəfəsi?..

Durduqca insanin artir həvəsi.

Bəxş edir illərin ilk təranəsi

Gözəllik, mehə də ilk bahar çaği.

30.07.1968




Xəyal cığırı – II cı̇ld

113


İSTƏK

Düşdü yar deməkdən saçlarima dən,

«Sev!» deyə bilmədim, bilmirəm nədən?

Məni ayirsalar əgər ki, səndən,

Ay aya qovuşub, il dolanmasin.

Əndamin ağ kağiz, boyun tamaşa,

Nə həsrət çəkmişəm o, qövsi qaşa...

Bəxtiyar ömr elə, bəxtiyar yaşa,

Ömrün bulaq kimi heç bulanmasin.

Bu qəmli könlümü titrədir rüzgar, 

Ürəyim axtarir bir nazli şikar.

Sirrimi eyləmə aləmə aşkar,

Gözəllər naz edib, gen dolanmasin.

30.07.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə