Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə114/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   110   111   112   113   114   115   116   117   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

128


   

MƏNİM GÜNƏŞİM, AYIM!

Ulduzlari əks edir

Bu gözəlin surəti,

Ürəyimi yaşadir

Saf eşqi, məhəbbəti.

Camalini görəndə

Buludlara girdi Ay,

Nəfəsinə tay olmaz

Nə bir bahar, nə bir yay.

Açdi, tökdü zülfünü

Bənzədi al Günəşə,

Eşqim qismət olubdu

Bu eşqə, bu atəşə.

Deyin! Axi, bu oda

Necə düşüm, yanmayim?!

Təkcə odur dünyada

Həm Günəşim, həm Ayim.

30.08.1968




Xəyal cığırı – II cı̇ld

129


ÇƏMƏN HƏSRƏTİ 

Yol gedirəm şəhərdə...

Daşli-kəsəkli yollar, 

Bərli-bəzəkli yollar.

Hər axşam da, səhər də

Yol gedirəm şəhərdə.

Əkilən gül-çiçəklər,

Qumral-qumral ləçəklər,

Tapilmaz inci kimi,

Qəlbin sevinci kimi.

Min həsrətlə qorunur,

(Sünilik də, bax, budur).

Görməyən duman, nə çən,

Sallanmiş hər göy çəmən,

Yenə o, güllər kimi,

Qiriq könüllər kimi

Min həsrətlə qorunur.

Sinəm yanir dadima, 

Dağlar düşür yadima,

Daşlar, kəsəklər nədir?..

Hər yer göm-göy çəməndir.

Min il də yol yerisən,

İncimirsən yenə sən.

Xeyli gəzib, dolanib,

Çəmənlikdə uzanib,

Şirin xəyal edirdim.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

130


Güllər ilə bəzənib,

Vüsalima yetirdim.

Bu gün dərdiyim gülü 

Səhər yenə dərərdim.

«Gözəl» –  dediyim gülü

Yarima göndərərdim.

Nə qədər əzsəm də mən

Hər otu, hər çiçəyi,

İnciməzdi bir çəmən,

Nə də bir gül ləçəyi.

İndi bu saat, bu dəm,

Deyirəm, əldə qələm:

Yenə düşəydi yolum

Bizim qoca dağlara.

Bataydi sağim, solum

Güllərə, yarpaqlara.

Çəmənlikdə yenə də 

Xoş xəyala dalaydim,

(Xam xəyala dolaydim).

Yenə şerə, sənətə 

Yeni ilham alaydim.

Məni eşidən varsa...

Təbiətdə nə varsa,

İnsan üçün yaranmiş,

İnsan üçün yaranmiş!..

1968 sentyabr




Xəyal cığırı – II cı̇ld

131


ANA ÜRƏYİ 

Radio danişir...

Xəbər verir...

Danişir birər-birər

Dünyanin hər yerindən.

Danişir axşam-səhər

İnsanin hünərindən.

Xəbər verir... Xəbərlər

Şirin olur, gah aci,

Hər gün – axşam, səhərlər

Səbrimizin əlaci...

Xoş xəbərlər deyilmi,

Ya bildirmi, bu ilmi,

Ya neçə illər qabaq?..

Qəlbimizdə ağappaq

Şirin, günlər xəyali,

İnsanin xoş vüsali 

Bu gün səslənəndə də,

Dönə-dönə yenə də 

Güldürür qəlbimizi,

Sevindirir çox bizi.

Radio danişir...

Faşistlərin işindən

41-ci ildəki

O, yirtici dişindən.

Deyir, qanunsuz yerə, 

Deyir, çox nahaq yerə



Tofiq Məhəmməd oğlu Hüseynzadə

132


Axdi insan qanlari...

Minləri, milyonlari,

O, qudurmuş canavar

Qirdi mənasiz yerə.

Neçə min-min insanlar

Kor qaldi al səhərə,

Neçə ana gözləri

Ağlamaqdan kor oldu.

Şikəst qalib, sürünən

Həyatindan yoruldu.

O, gözəl nişanli qiz

Başina örtdü qara

Neçə min-min dərdləri

Siğişdiraq biz hara?!.

Bari, bundan sonra, qoy 

Yaşasin insan azad,

İnsanlarin qaniyla

Dolmasin bir də həyat.

Radio danişir...

Deyir ki, Yer üzündə

Hələ milyonerlərin

Qan-qan səsi kəsməyib,

Neçə ölkə düzündə 

Yirtici «hitlerlər»in

Pis nərəsi kəsməyib. 

Yenə çox nahaq yerə

Axir insan qanlari,

Yenə də yirticilar

Minləri-milyonlari



Xəyal cığırı – II cı̇ld

133


«Dava!» – deyə çağirir.

Bizim sovet ölkəsi

«Yox! Yox… – deyə, bağirir! –

Dərələri, dağlari

Qan ilə yumaq olmaz!..

Yandirin silahlari,

Odla oynamaq olmaz!!!»

Sülhü sevən ölkələr

Bizim səsə səs verir.

Sürünən bu kölgələr 

Yenə də «qan-qan!» – deyir.

Radio danişir...

Deyir, bir saat qabaq

Uzaq-uzaq ölkədə, 

Nahaqdan da çox nahaq,

Sərhəd pozulmuş yenə.

Düşmənlər dönə-dönə

Silaha əl atirlar,

Başlarini, bəlkə də

Bu, qudurğan iblislər 

Dava ilə qatirlar...

Bir insan olmuş həlak! –

Elə, bu zaman anam

Tez qalxaraq o, hövlənk,

Dedi: «Söndürün onu!

Nə eşidəm, nə yanam...

O, yaziğin anasi

Nələr çəkir, ay Allah!

Ölmüş əziz balasi,



Tofiq Məhəmməd oğlu Hüseynzadə

134


Qəlbində yandimi ah?..

Lənətə gəlsin görüm,

Silaha əl atanlar,

Bir insanin ömrünü 

Bir gülləyə satanlar!..» –

Bunu deyib, anamin

Gözləri doldu yaşla,

Soyutdu öz qəlbini

Aci, kinli qarğişla.

Ürəyimdə dedim ki,

Ay yaziq ana qəlbi. 

Hər ağri, iztirabi

Eşitsəydin sən əyər, 

İnaniram, inan ki, 

Belin o dəm bükülər!

1968 sentyabr




Xəyal cığırı – II cı̇ld

135


«BACIM»A 

(Elyanoraya)

Çox atilib-düşmə gəl,

Ay mənim şeytan bacim,

Yaman gözəlsən, gözəl!

Günü firavan bacim.

Arzularin özün tək

Düzülmüş çiçək-çiçək,

Hər bir böyük gələcək

Dəyişmir asan, bacim.

Böyü, bax hay-haraya

Dəyişib necə dünya?.. 

Bu gün Günəşə, Aya

Yol çəkib insan, bacim.

Oxu, boya-başa çat,

Əlinlə gülsün həyat.

İtirmə bircə saat,

Tez keçir zaman, bacim.

14.09.1968



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə