Xəyal cığırı – I cı̇ld
491
SƏN YADIMA DÜŞƏNDƏ
Kimə deyim dərdimi?
Bu möhnətmi, dərddimi?..
Dərdim əyir qəddimi,
Sən yadima düşəndə.
Ürək qübar bağlayar,
Ruh sinədə ağlayar,
Hicran məni dağlayar,
Sən yadima düşəndə.
Sizlar ömrümün özü,
Qəlbimin görməz gözü,
Alovlanar od-közü,
Sən yadima düşəndə.
Dünyani boş görürəm,
Zülmətlərə yürürəm,
Qəmdən çələng hörürəm
Sən yadima düşəndə.
Əlinə çatmir əlim,
Lal dolaşar bu dilim,
Ağlaram zülüm-zülüm
Sən yadima düşəndə.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
492
Kədər yeməyim oldu,
Könlüm qəhərə doldu,
Bağda gül-çiçək soldu
Sən yadima düşəndə.
Bu nə dərddi, yaşandi?..
Ruh atəşə nişandi,
Ürəyim şan-şanidi
Sən yadima düşəndə.
And içdim ayriliğa,
Yaman gəldim qinağa,
Tab etmədim sinağa
Sən yadima düşəndə.
1968 yanvar
Xəyal cığırı – I cı̇ld
493
CANAN GƏLİR, CAN GEDİR
Canan gəlir, can gedir,
Niyə məndən yan gedir?
Yox taqətim, soruşam,
O, nə pərişan gedir?..
Göz dikilir gözlərə,
Baxişlar cilalanir,
Ehtiyac yox sözlərə,
Qurbanina yollanir.
Sanki bir ceyran gedir,
Vüsal gülür üzümə.
Taledən hicran gedir,
Nur axişir gözümə.
Eşq uğrunda qan gedir,
Vurğunam bu dözümə...
Qəlbdən həyacan gedir,
Qüvvət gəlir dizimə.
Olmayanda o canan,
Günüm ahu-zar idi,
Yox idi əslində can,
Yalniz adi var idi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
494
Gəldi, aldi canimi,
Bir anliğa yox oldum,
Ucaltdi ad-sanimi,
Sanki, yeni doğuldum.
Aldi məni o, canan
Qəlbinin ağuşuna,
Canindan əxz etdi can,
Mənim susqun ruhuma.
Gizlətdi öz qəlbinin
Mübhəm dərinliyində,
Cana gəldi ürəyim
Ruhlarin birliyində.
Canim aldi gələndən,
Sərxoşam bihuş kimi,
Ayrilmaram bu dəmdən,
Qalandi könlüm simi.
Can alan gözəlim var,
Məmnunam bu halimdan.
Can getdi, həmdəmim yar,
Can aliram mən ondan.
Can getdi, cansizam mən,
Ruhum ona bağlidir,
Bir canda iki bədən,
O, iki qəlb yaşadir!
Xəyal cığırı – I cı̇ld
495
Canim getdi, amma ki,
Canan yaşadir məni,
Həyat deyil əvvəlki,
Atmişam dərdi, qəmi.
«Canana qurban can da!», –
Deyənlər, yanilmadi.
İki can bir məkanda,
Birgə canda yaşadi...
Qovuşaraq damarda,
Eyni qanda yaşadi.
Səsləşərək bir anda,
Tək zamanda yaşadi.
Əbədi, bu həyatda,
Bir cahanda yaşadi.
1968 yanvar
Tofiq Məhəmməd oğlu Hüseynzadə
496
MƏHƏBBƏT
Onun öz səhrasi, öz məkani var,
Qoparmi ürəksiz daşa məhəbbət?
Həyatda gülsə də, qalsa da ağlar,
Dolanir ürəkdə qoşa məhəbbət.
Gəzir bütün eli, bütün diyari,
Yaşadir ömründə sevgini, yari.
Düşsə bircə dəfə birindən ayri,
Bənzəyir yarali quşa məhəbbət.
Bağladi əhdini tanişla, yadla,
Uçdu əsrlərə qizil qanadla,
Qəlbimə siğmayan bu böyük adla,
Könül sənə deyir yaşa, məhəbbət!
1968 yanvar
Xəyal cığırı – I cı̇ld
497
İLHAM GƏTİR
İndi başladiğim bu kiçik sətir,
Sabaha bu gündən bir yadigardir.
Təbiət! Qəlbimə tez ilham gətir,
Mənim də könlümün atəşi vardir.
Dərin düşünürəm hər xəyalimda,
Kaş, əsər yazaydim mən qalaq-qalaq.
Sənətin bu böyük, çətin yolunda
Mənə atmayaydi heç kəs badalaq.
08.01.1968
(Bu şeiri Tofiq Hüseynzadə ona şair dostu
– Azərbaycanın xalq şairi Xəlil Rzanın
08.01.1968-ci il tarixdə bağlışladığı
«Krasnodon qartalları» kitabının
ön səhifəsinə yazmışdır.)
Tofiq Məhəmməd oğlu Hüseynzadə
498
101 – MÜXTƏLİF SEVGİ NƏĞMƏLƏRİ...
Şair, mənə gəl qulaq as,
Sən yanaşma eşqə dayaz,
Qələm götür, eşqi də yaz.
Biz bu adla ucalmişiq,
Biz bu arla qocalmişiq.
Gəl unutma əhdi, andi,
Sevənlərə eşq əyandi,
Əsli-Kərəm eşqə yandi.
Ürəyimdən keçir nələr,
Bir də yanir divanələr.
Bu düzləri aşa-aşa,
Gəl yol alaq dağa-daşa,
Orda vuraq əhdi başa.
Nəğmə desin bənövşələr,
Haray salsin şəlalələr.
Sənin eşqin olsun bari,
Qəlbimin ilk yadigari.
Çox dolanma məndən ayri,
Nalə edib, ah çəkərəm,
Sellər kimi yaş tökərəm.
Xəyal cığırı – I cı̇ld
499
Eşqə düşdüm mən bir axşam,
Alovlanib, yandi ağ şam.
İstəmirəm dağlar aşam,
Getdi artiq Məcnun vaxti,
Uçuruldu Şirin taxti.
Axşam oldu, düşdü gecə,
Ürək yandi neçə-neçə...
Bu seyranda durum necə?
Qoy dil açsin məhəbbətim,
Qalmasin söz şikayətim.
Dünən mənə əl eylədin,
Haray salib, gəl eylədin,
Getmədiyimi nə biləydin?
Baxişinla dedin mənə,
Gedək, çixaq göy çəmənə.
Səni indi, ay gözəl yar,
Qucağina aldi qatar,
Aşdi, keçdi neçə dağlar.
Neçün səni apardi o,
Ürəyimi qopardi o?
Düşünürəm hey, xəyalda,
Salirsanmi məni yada?
Mən səninçün düşdüm oda,
Ürəyimi ahlar yedi...
De, günahim, ah, nə idi?
Dostları ilə paylaş: |