Tofiq Məhəmməd oğlu Hüseynzadə
514
Gülüşünə oldum heyran,
Gülüşünlə güldü hər yan,
Daha bəsdir. Sən bir dayan!
Əks elətsin dağlar səni,
Al çiçəkli bağlar səni.
Ceyran olub, düzdə qaçma,
Bir quş olub, göydə uçma,
Yaralarimi yenə açma...
Ürəyimdə qalmadi tab,
En yanima, bir çarə tap.
Gecə uzun... könlüm açiq,
Təkcə saat dinir çiq-çiq...
Ey ilhamim, di gəl, tez çix,
Yazim-töküm şeir, qəzəl,
Təsvir olsun orda gözəl.
Məhəbbətdən verdim sual,
Bir daş kimi dayandi lal...
Heyif... heyif, o Ay camal
Uzaq düşmüş gör nələrdən,
Xəbəri yox sevənlərdən.
Ürəyimi qova-qova,
Aramiza salma dava.
Mən görmədim səndə vəfa,
Çəkəcəyəm mən səndən əl,
Sevəcəyəm başqa gözəl.
Xəyal cığırı – I cı̇ld
515
Yar yolunda çəkdim əzab,
Hər ağriya göstərdim tab.
Andim oldu Quran–Kitab...
Mən eşqimi sevdim belə,
Düşdü ağiza, düşdü dilə.
Şöhrətpərəst olma heç an,
Xoşbəxt olur ondan qaçan,
Kim sevdisə onu haçan,
Ömrü uçdu bir dağ kimi,
Düşdü yerə yarpaq kimi.
Dinir qəlbim ağir-ağir,
Sən hökmdar, mənsə fağir,
Nə olacaq bundan ağir?
Əsirinəm. Mənə rəhm et,
Məni düşün, xəyala get.
O gün səni mən görəndə,
Nələr gördüm al çöhrəndə?..
Bağçamizdan gül dərəndə,
Ay camalli gözəllikdə,
Səni gördüm hər çiçəkdə.
Eşqimizə vurma çətir,
Gəl, eşqimə ilham gətir,
Yenə saçsin nurlu ətir.
Ağlamasin ürək bir də,
Desin-gülsün hər bir yerdə.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
516
Vəfasizam çürük anda,
Azad eldə, xoş cahanda,
Yaziq könlüm qalar qanda,
Gözüm açiq, ağlim iti...
Sevirəm saf məhəbbəti.
Qollarini boynuma sal,
Qanadlansin şirin vüsal.
Qalmamişdir bədəndə hal,
Mənə yeni bir can gətir,
Yeni bir can, canan, gətir.
Çox görmüşəm gözəlləri,
Biri huri, biri pəri,
Hamisi heç, sən gəl bəri!
İnan mənə, qaçma uzaq,
Mən sevmişəm səni ancaq.
Çatişsaydi səndə lələk,
Ah... olardin uçan mələk.
Ürəyimdə arzu, dilək,
Səni görür mələk kimi,
Belində ağ lələk kimi.
Könlüm qalxir – uçan bir quş,
Anlamayir nə boran, qiş.
Qopur yerdən min-min alqiş,
Deyirlər ki, sevən ürək
Möhkəm dursun, möhkəm gərək!
Xəyal cığırı – I cı̇ld
517
Dodaqlarin tərpənəndə,
Huşdan gedir can bədəndə.
Demirsən ki, bircə, sən də,
Yaziq, oda çox yanmisan,
Axi, niyə dayanmisan?
Keçdi günlər, dolandi ay,
Göndərmədi yar mənə pay,
Ürəyimdə qopdu ah-vay!
Ah... nə deyim bu peymana,
Qaldi ömrüm yana-yana.
Səhər-səhər üzü bəyaz
Gözəl dedi: mənə şeir yaz.
Dilimdə söz, əlimdə saz,
Qələm alib bilə-bilə,
Bir söz yazdim o gözələ:
Asta-asta nəğmə oxu,
Düşüncəmə çələng toxu,
Məni tutsun şirin yuxu...
Oyananda yenə mənə
Şirin-şirin oxu nəğmə.
Məni gizlin-gizlin anma,
Xəbərim var. Oda yanma,
Aç sirrini de, utanma.
Olum sənin ilk sirdaşin,
Olum sənin yar yoldaşin.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
518
Bu dağlarin başi getdi,
Ayağimda daşi getdi,
Gözlərimin yaşi getdi.
Atsa məni əgər sənəm,
Tab gətirməz dərdə sinəm.
Çox deyirsən sən, a dilbər:
– Gəl eşqimdə göstər hünər!
– Şərbət vermə, doldur zəhər.
Şəkər deyib, içim onu,
Çatsin belə ömrün sonu.
13.01.68 – 16.01.1968
Müəllifin qeydi: Bir gözəlin 101 eşqinin naminə yazılmış
«101 müxtəlif sevgi nəğmələri» şeiri sona çatır. 13.01.1968-də
başlanıb, 16.01.1968-də qurtarıb.
Xəyal cığırı – I cı̇ld
519
17.01.1968 – UĞURLU OL!
Bu gün qəlbim həyəcanda,
Gülür ömrüm şirin canda.
Yol gedirəm mən ilk dəfə,
Tər tökülən bir hədəfə.
Gizlətmirəm bunu açiq,
Qolumda güc, qəlbim açiq.
Yol gedirəm baxa-baxa,
Həyat ilə vuruşmağa.
Axacaq ilk zəhmət təri,
Gül açacaq zəhmət ətri.
Bürüyəcək məni səsi,
Ömrün, günün ilk mənasi.
Ey çətinlik! Gəl təslim ol,
Yol keçəcəm, geniş bir yol.
Yollar durur yoxuş, eniş,
Kimisi dar, kimi geniş.
Ağli olan bu dünyada,
Büdrəməz heç dar yolda da.
Sən, ey Həyat! Ey böyük Yol!
Taleyimdə uğurlu ol!.. 17.01.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
520
QÜSSƏ
Şairim, diqqətlə, yaxşi qulaq as,
Götür, bu dərdimi kağizlara yaz.
Səni üşüdürmü qopan bu ayaz?..
Əzəldən bu dərdlə qəm evindəyəm.
Mən bilə bilmirəm necə dünyadi...
Dəyişir insani, kiçildir adi.
Şərəfim, şöhrətim göyə ucaldi,
Özüm okeanin lap dibindəyəm.
Öz ürək sözümü deməmişəm az,
Gün belə keçərsə, can ələ qalmaz.
Başqasi söyləsə, inanmaq olmaz,
Qizilam, yaqutam, yad cilvədəyəm.
1968 fevral
Xəyal cığırı – I cı̇ld
521
HƏLƏ, YOL GEDİRƏM
Sadə yol gedəndə qoy öyünməyim,
Hələ, çətin yollar keçməmişəm mən.
Hamiya ürəkdən, qoy dost deməyim,
Yaxşini yamandan seçməmişəm mən.
Gedirəm ömrümdə sadə bir izlə,
Dilimdə nəğmələr, söhbətlə, sözlə...
Ey könül, tələsmə, gəl məni gözlə,
Hər şeyi düz ölçüb, biçməmişəm mən.
Qəribə gəlməsin çoxlarina bu,
İlhamsiz dil açmaz könül duyğusu.
Min bahar nəfəsli dağda soyuq su,
Həvəslə doldurub içməmişəm mən.
Belədir əzəldən arzum, muradim,
Neçə dastan qurum, dastan yaradim,
Gəzsin ürəklərdə, dillərdə adim,
Neçə ki, dünyadan köçməmişəm mən.
1968 fevral
Dostları ilə paylaş: |