Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə84/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   80   81   82   83   84   85   86   87   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

522


HEYİF 

Heyif o gözlərə, o baxişlara,

Sənin camalinda peyda olubdu.

Hər yoldan ötənə, gedənə baxmaq

Sənin gözlərində qayda olubdu.

Yixdin neçə könül, neçə məhəbbət,

Puç oldu, söküldü çox arzu, niyyət.

Çoxlari yarali etdi şikayət,

Söylə hansi ildə, ayda olubdu?!.

Demirəm eşqimi kəməndinlə boğ,

Gəl mənim eşqimdə Günəş kimi doğ.

Küsən baxişindan, təkcə mən ki yox,

Günəş də olubdu, Ay da olubdu.

Ürəyim deyəni qələmim yaza,

Qorxmuram, demirəm mən susa-susa:

Sənin məhəbbətin qişda oldusa,

Mənim məhəbbətim yayda olubdu.

1968 fevral




Xəyal cığırı – I cı̇ld

523


ÖZ MƏHƏBBƏTİM

Sən məni sevsən də, sevməsən də, bil,

Mənim məhəbbətim tək qalan deyil. 

Keçsə də üstümdən yüz boranli il,

Sinəmdə oyanmaz yar məhəbbəti.

Ah çəkib, ah çəkib, düşsəm də xəstə,

Yenə yaşamaram mən boş həvəsdə.

Yaşayib, dünyada bir gün ölsə də,

Qəlbimin ölməyən var məhəbbəti.

Onun Günəş kimi qüdrəti vardir,

Əzəldən yandirmaq bəxtinə yardir.

Bu yolda ölənlər nə bəxtiyardir,

Üşütməz nə boran, qar məhəbbəti.

1968 fevral




Tofiq Məhəmməd oğlu Hüseynzadə

524


GÖYÇƏLİ

         

Tovuzda öyünən neçə aşiğin

Əlindən sazini aldi Göyçəli.

Vətən eşqi ilə gəlib ilhama,

Bu şeri qələmə aldi Göyçəli.

Biz qul yaranmadiq şöhrətə, ada,

Həqiqət yaşatdi bizi dünyada.

Bir hörmət etmişik tanişa-yada,

Dostluğa vəfali qaldi Göyçəli.

Baxin qüdrətinə siz Ələsgərin,

Hər sözü dəryadan dərindir, dərin.

Sizin tərəflərdə nazli Dilbərin

Adini şerinə saldi Göyçəli.

14.02.1968

           Müəllifin qeydi:  Yuxarıda yazdığım qoşma ürəyimin hər 



telini titrədən Vətənimin (Göyçənin) böyük  eşqi ilə yazılmışdır. 

Tovuz  rayonunda  doğulan, indi isə şəhərdə yaşayan yaxın qo-

humlarımızdan biri bilə-bilə bizim yerə – Göyçə mahalına lağ 

etdi. Mən isə boş-boş mübahisə və danışıqlar əvəzinə ani olaraq 

keçmişə nəzər saldım. Aşıq Ələsgərin dərin mənalı qoşmaları, 

camaatımızın qonaqpərvərliyi, mərdliyi, şana-şöhrətə nifrətimiz, 

həqiqətə  məhəbbətimiz,  gəlib,  yadıma  düşdü.  Şairlik  aləmində 

böyük bir yol keçməsəm də, bir ustad şair (kimi) sayağı ilhamım 

coşdu, bu quru və şit sözlərə gözəl mənalı bir söz qoşdu.     


Xəyal cığırı – I cı̇ld

525


LENİN

Yixdi milyonlari qanunsuz zindan,

Axitdi gözünün yaşini insan.

Yandi, alovlandi duydu hər zaman

Vətənin tökülən yaşini Lenin.

Xalqin ağrisina gətirmədi tab,

Sökdü varliğini ağri, iztirab...

Yazdi neçə kitab «Haydi, İnqilab!..»

Ağartdi vətənçün başini Lenin.

Durdu keşiyində halal zəhmətin, 

Qirdi zəncirini dərdin, möhnətin,

Tapdi öz yerini hər səadətin,

Atdi əzablarin daşini Lenin.

1968 fevral




Tofiq Məhəmməd oğlu Hüseynzadə

526


MƏHƏBBƏT EŞQİ

Mənə söylədilər bir para xamlar,

Gəl az yaz bülbülün, gülün eşqinə.

Ölsün pərvanələr, yanmasin şamlar,

Yazma Ay camalin, telin eşqinə.

Könül! Bu dərdimə sən də ol yari,

Güc ver, qoy qələmim başlasin sözə.

Həyat ki yaratmiş sevgini, yari,

İnanaq gəl bu gün iradəmizə.

Nizami yaratmiş gör neçə dastan,

Füzuli məhəbbət düşkünü olmuş,

Xətai, Xəqani kimi bir insan

Yardan qüvvət alib, ilhama dolmuş.

Vaqifi, Səmədi demirəm hələ,

Nələr yazmamişlar hüsnə, camala.

Şeir ilk andini vermiş gözələ,

Gözəl qanad verir şikəst xəyala.

Bu qoca dünyada gözəl nə varsa,

Ona qoşma dedi Aşiq Əsəlgər. 

Bir gözəl görəndə can verdi saza,

Elmsiz, savadsiz söz açdi hünər!



Xəyal cığırı – I cı̇ld

527


Nə qədər yazsa da böyük dahilər, 

Sevgidən bir varaq açilmamişdir.

Yazilan – sevgisiz, boş əfsanələr

Ürəyə inci tək saçilmamişdir.

Ucaltmiş onlari sevgi, məhəbbət,

Dururlar zamanda böyük dağ kimi.

O kəs ki sevgiyə vermədi qiymət,

Düşdü ayaqlara bir yarpaq kimi.

Mən duya bilmirəm, bilə bilmirəm,

Nə üçün həyatda yaşayir insan!?.

Axir, gözlərimdən yaşi silmirəm,

Yaşadir insani məhəbbət – zaman.

1968 fevral



Tofiq Məhəmməd oğlu Hüseynzadə

528


MƏNİ DÜŞÜNƏRƏK

Sevgilim, hər səhər sən oyananda,

Məni düşünərək, bərk xəyala get.

Əgər məni görsən çöl-biyabanda,

Qoyma Məcnun olam, vüsalima yet.

Toxunsa xətrinə sənin bir insan,

Məni düşünərək, at bu qüssəni.

Hər yerdə, hər zaman sən məni ansan,

Küsməzsən. El bilir, sevirəm səni.

Gecələr oxşadib bir yanar ulduz,

Məni düşünərək, öz bəxtinə seç.

Kainat sən olsan, Günəşəm gündüz,

Sənsiz bircə an da mən yanmaram heç.

Alsa gözlərini gecə pərdəsi,

Məni düşünərək, sən yuxuya get.

Orda da sən görmə başqa bir kəsi,

Qoy röyan həmişə yaşasin sakit.

22.02.1968




Xəyal cığırı – I cı̇ld

529


AND

Hey deyirəm ürəkdən,

İnan, duzdan, çörəkdən

Daha müqəddəs kimi,

Min yeni həvəs kimi

Şirin candan keçirəm,

Eşqimə and içirəm.

22.02.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə