Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə87/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   83   84   85   86   87   88   89   90   ...   143

Xəyal cığırı – I cı̇ld

545


XƏYAL

İnsanin ən böyük dostu, sirdaşi,

İstidə, soyuqda can bir qardaşi,

Ölümlə yaşayan ömür yoldaşi;

Hər zaman dinməsə, dayansa da lal,

Min yeni dünyadan söz açir xəyal.

İnsan bircə anliq fikirləşəndə,

Arzular, ümidlər dara düşəndə, 

Heç nədən qorxmayib, dağlar keçəndə,

Güclü ordu kimi salir qalmaqal,

Keçir cəbhələrdən hücumla xəyal.

Təbiət ən böyük... Arzular qədər,

Baxdiqca baxirsan yolu dərbədər,

Sirrini dünyada görən kim bilər?..

Açilir, örtülür min yeni sual,

Dayanir bu yerdə pərişan xəyal.

Qişda gül-çiçəkli çəməndə gəzir,

Nərgizi qoxlayib, laləni əzir,

Bəzən, bir gül üstə tel kimi əsir, 

Bəzən də, bir anda neçə yamac, yal...

Bilmirsən, heç, necə dolaşir xəyal?..

Hərdən düşünəndə eniş-yoxuşa,

Ürəyim bənzəyir havali quşa.

Həyatla dururam o dəmlər qoşa,

Gəlir şirin-şirin, gəlir dalbadal,

Bir xəyal ardinca neçə min xəyal.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

546


Gah bir nökər olur, gah bir xan olur,

Gah bir əcəl olur, gah bir can olur,

Gah da dərya kimi boşalir, dolur,

Gah olur zil qara, gah bəzənir al,

Necə əlvan-əlvan dolanir xəyal.

Gülün həsrətini çəkəndə bülbül,

Bülbülə bəxş edir dəstə-dəstə gül.

Od tutub, şam kimi yananda könül,

Bəzən, eşqimə də yetirir vüsal,

Dərin düşündüyüm bir şirin xəyal.

Həyatin sirrindən açilmaz səhfə,

Desəm də eşitmir neçə min dəfə,

Hani yer üzündə belə bir qüvvə?!.

Hey gəzir. Qalmayir bədənində hal,

Yorğun bir quş kimi qayidir xəyal.

Şirin dolanmasa əgər cavanliq,

Ey həyat! Günəş də sevər qaranliq.

Qəlbimə yar eylə bir firavanliq,

Həmişə ömrümə xoş xatirə qal,

Özüm tək, hey, qəmli qalmasin xəyal.

1968 fevral



Xəyal cığırı – I cı̇ld

547


SƏSLƏYİRƏM

Nəğmə desin çiçək-çəmən,

Dağ başindan çəkilsin çən,

Yer üzündə hamini mən 

Səadətə səsləyirəm.

Ömrün, günün gənc zamani,

Olur eşqin xoşbəxt ani.

Qəlbi təmiz hər cavani

Məhəbbətə səsləyirəm.

Könül tapsin öz yolunu,

Nəğmə tutsun sağ-solunu.

Qələm tutan el oğlunu

Şeriyyətə səsləyirəm.

Nə gözəldir ana Vətən,

Məst olursan səadətdən. 

İnsanlari cəhalətdən,

Zehniyyətə səsləyirəm.

Dünyamizin xoş anlari

Salamlayir yananlari,

Hay-harayla yalanlari,

Həqiqətə səsləyirəm.

1968 fevral



(«Sosialist Sumqayıtı» qəzetinin 08.06.1968-ci il 

tarixli sayında  dərc olunmuşdur.)


Tofiq Məhəmməd oğlu Hüseynzadə

548


XATİRƏ

Ürəyimi qopardin,

Məni hara apardin?

Xatirə, ay xatirə.

Uşaqliğa qayitdin,

Yeni həvəs oyatdin

Xatirə, ay xatirə.

Söz açdiğim o canan

Çəkilmir xeyli zaman

Gözlərimdən büsbütün

Xatirə, ay xatirə.

Aci, şirin keçən gün

Mənalarla doludur,

Öz ömrümün yoludur

Xatirə, ay xatirə.

1968 mart




Xəyal cığırı – I cı̇ld

549


SƏN, EY SOVET QADINI 

Neçə min-min əsrlər tapdalandi hüququn,

Dəyişdi hökmdarlar, dəyişmədi o qanun.

Öz bəxtin, öz taleyin yad əllərdə dolandi,

Aydan təmiz ürəyin çirkablarda bulandi.

Əsrlərdən-əsrə yaşardimi bu nalə?..

Yox! Yox! İnsan zəkasi qoymazdi – yenə inlə.

Gün gəldi, vaxt yetişdi, hökmünü verdi zaman,

Bu ətalət evini uçurdu, yixdi insan.

Sən də bir aslan kimi bu döyüşdə doğuldun,

Döyüşlərdə yarandin, döyüşlərdə şir oldun.

Duydun o gün ilk dəfə ömrünün mənasini,

Yuvarlatdin uçuruma çirkablar dünyasini.

Ürəyində həmişə xoş səadət bəslədin,

Yer üzündə hamini azadliğa səslədin.

Vuruşursan pələng tək vüqarla hər bir işdə,

Durursan hər bir zaman ən böyük yüksəlişdə.

Özünə sirdaş etdin o gün elmi, savadi,

Günəşə sari uçdun, aldin ən böyük adi.

Yenə orda hamini azadliğa səslədin, 

Yenə orda hamiya xoş məhəbbət bəslədin.

Ucaltdin həm özünün, həm Vətənin adini,

Yaşa! Yaşa! Çox var ol! Sən, ey Sovet qadini.

08.03.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

550


A QARDAŞ

Sən başqa məkandan, mən başqa yerdən,

Ürək ətdən olur, deyil dəmirdən. 

Belə xəyallara düşəndə hərdən

Kükrəyir sinəmdə söz yavaş-yavaş,

Verirəm hirsimi sözə, a qardaş.

Hələ bax... fikrimi qomarir nələr,

Həyatmi qudurmuş, yoxsa bəndələr?

İnsan namusuyla artib, yüksələr,

Namusu, həyani düşünsəydi baş,

Gülməzdi gülünclər bizə, a qardaş.

Köynəkdə ağlayir aşiğin sazi,

Qalmamiş qizlarin qəmzəsi, nazi.

Qəlbim çox ağriya saxlayir yasi,

Axi, mən neyləyim, ürək deyil daş?

Güc lazim bu dərdə dözə, a qardaş.

Yuyuldu modada elin adəti, 

Kəsildi saç kimi yar məhəbbəti.

Modaya satdilar bu səltənəti,

Ağlayir, ah çəkir hər qaya, hər daş,

Güc yoxdur bu dərdi yaza, a qardaş.



Xəyal cığırı – I cı̇ld

551


Sən başqa guşədən, mən bu guşədən,

Yurdumuz doğulmuş oddan, Günəşdən.

Bu axmaq əməldən, bu axmaq işdən,

Həmişə dolanir gözlərimdə yaş,

Dönürmü ürəyin közə, a qardaş?..

1968 mart




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə