Xəyal cığırı – I cı̇ld
559
Tamam geçikmisən sən ki həyatdan.
Sən güclü saydiğin təbiət kimi,
Mən də yaradiram başqa gözəllik.
(Söhbət görməmişdim bu söhbət kimi.)
Həyatdan biz geri qalan deyilik! –
Onun çox mənasiz bu cavabindan
Qaraldi gözlərim, dəyişdi halim.
Məni təhqir etdi demək bu nadan,
Dolandi beynimdə min bir sualim...
Oynatdi sinəmi bu ağir cavab,
Mən də hirsə doldum, gətirmədim tab:
– Heyif ki, həyata çox tez gəlmisən,
Dayazdir düşüncən, əməlin, işin.
Kağiz tək küləkdə çox yüksəlmisən,
Bilmirsən hardadir sənin gedişin.
Uçursan-qaçirsan eniş-yoxuşa,
Gözəllik hardadir bilmirsən, fəqət.
Dünya da xaraba qaldi bayquşa,
Qartali göylərə qaldirdi qeyrət!
Çaliş, namusunu gözün tək qoru,
Dünyada ən böyük gözəllik budur.
Çalişma, namusa qurasan toru,
Ömrünün yolunda polad kimi dur!
Gözəllik duyulmur bir Ay camalda,
Gözəllik gözəldir dərin kamalda.
Böyük şairimiz Sədi Şirazi
Gör nəyə bağlamiş gözəlliyimizi:
«Ağil yaşda deyil, ağil başdadir,
Gözəllik nə gözdə, nə də qaşdadir».
Mən bunu deməmiş, o çox qəzəblə:
Tofiq Məhəmməd oğlu Hüseynzadə
560
– Bu, şəxsi işimdir, özüm bilərəm, –
Məndən uzaqlaşdi bir yeni dəblə,
Başqa nə dedisə, onu bilmərəm...
Mən onu insana bənzətmədimsə
O, məni hər şeyə biganə sandi.
Fəqət! Ürəyimi tamam dedimsə,
Yenə də ürəyim alişdi, yandi,
Dəli tək başima dünya dolandi.
13.03.1968, saat 21:15
Xəyal cığırı – I cı̇ld
561
AY BƏNÖVŞƏLƏR
Ömrünü çöllərə tapşiranda qar,
Siz də boy qaldirib, öldünüz aşkar.
Elə bil, dediniz, gəlir al bahar,
ay bənövşələr.
Ətriniz yayildi çəmənə, dağa,
Bülbül cəh-cəh vurub, qondu budağa.
Mən sizi bülbülə etməm qadağa,
ay bənövşələr.
Tezcə açildiniz, tezcə soldunuz,
Nə üçün ömürdən gödək oldunuz?
Yox... Yox ürəklərdə daim qaldiniz,
ay bənövşələr.
Gəlib, yetişəndə Bahar bayrami,
Sizi dəstə tutdu, iylədi hami.
Bahar sizdən ayri, deyin durarmi,
ay bənövşələr?
Keçən yaz yatağa düşəndə xəstə,
Sizi qoxlamişam mən dəstə-dəstə.
Qalxmişam ayağa min bir həvəsdə,
ay bənövşələr.
1968 mart
Tofiq Məhəmməd oğlu Hüseynzadə
562
DƏRƏDƏ
Bir dərədə dayanib
Baharla qiş üz-üzə.
Güney ətrə boyanib,
Qüzey ağ çəkir gözə.
Güneydən çiçək yağir,
Qüzeydə buzdur həyat.
İki dünya bir baxir,
Baxişlar fərqli, heyhat...
Güney bahar baxişli,
Qiş tərk etmir qüzeyi.
Dörd fəsil min naxişli
Müəllifsiz muzeyi.
1968 mart
Xəyal cığırı – I cı̇ld
563
TƏLƏSMƏ, DEDİM
Əsdi qoca çinar, töküldü yarpaq,
Dağlar öz başina qoydu ağ papaq.
Sən dedin: Bu qişda vüsala çataq,
Gəlsin güllü bahar, tələsmə, – dedim.
Qoymadin kənara gözündən məni,
Hələ söyləmirəm olub, keçəni...
Sən dedin: Buraxmaz sevən-sevəni,
Üstümdə yarpaq tək çox əsmə, – dedim.
Uçdu göyərçinlər ağ-ağ lələklə,
Oynaşdi ləpələr əsən küləklə.
Mən səni tapmişam min bir diləklə,
Ömrümü naz ilə gəl üzmə, – dedim.
Qisqandin sən məni gülə-çiçəyə,
Bir bənd söz dedimsə bir şux göyçəyə.
Sən dedin: Yolundan çixirsan niyə?
Şairəm, peşəmdir, tez küsmə, – dedim.
1968 mart
Tofiq Məhəmməd oğlu Hüseynzadə
564
DURNALAR
Vaqif tək başlasaq öz naləsini,
Göydə dayanarlar sözə durnalar.
Könül viran edən qəmli səsini
Bəxş etdi əzəldən bizə durnalar.
Ey qara buludlar! Yolunu açin
Bahar nəfəsilə daim uçanin.
Üstündə, – deyirəm, – Azərbaycanin
Həmişə, həmişə süzə durnalar.
Uçdular qatarla, uçmadilar tək,
Ötdülər yaniqli, şikayətçi tək.
Qəlbimdə yaşayan min arzu, istək
İstəyir qoşula sizə, durnalar.
1968 mart
Xəyal cığırı – I cı̇ld
565
BAHAR EŞQİ
Dostlar! Bir nəfəsə için badəni,
Dil açmiş ömrümün bu günkü dəmi.
Üstümdən köç edir dumanlar, çənlər,
Atmişam qirağa qüssəni, qəmi.
Hər şeyi mənasiz duyub, köçənlər,
Mənasiz duymasin bu xoş qədəmi.
Xəyalim çirpinir qizil quş kimi,
Xəyalim seyr edir Ayi, ulduzu.
Aləmə baxmayaq bir bihuş kimi,
Yenə qinamasin, qoy yadlar bizi.
Nə qədər ilhama gəlsə də ürək,
Bahara, bahara, bahara! – deyək!
Bəzəndi yarpağa bizim o meşə,
Yerdən boy qaldirib, çixdi bənövşə.
Əllərdə toxunmuş bir xali kimi
Çəkdi güllə naxiş təbiət döşə.
Bahar sevgilimin vüsali kimi
Bu gün ürəyimlə dayanir qoşa.
Təbiət nə gözəl, ömür nə xoşdur,
Dəyişdi cildini böyük kainat.
Elə bil, ilhamim havali quşdur,
Ölüm də güc etməz mənə bu saat.
Sinəmdə oynayir bir ölməz vüqar,
Sən bizə xoş gəldin, Bahar, ay Bahar.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
566
Geydi paltarini gəlinlər, qizlar,
Çixdi köynəyindən sədəfli sazlar.
Aşiq meydan qurub, bir dastan açdi,
Dedi, şən keçirək çox belə yazlar.
Bülbül qanad çalib, baği dolaşdi,
Yixmadi qəlbini güldəki nazlar.
Dağlarda yenə də şirildayib su,
Oxudu çöllərə musiqisini...
Gül açdi insanin min bir arzusu,
Ürəklər ürəyin duydu səsini.
Kaman zilə gəldi, dindirdi tari,
Ellər salamladi gözəl Bahari.
1968 mart
Dostları ilə paylaş: |