Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə85/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   81   82   83   84   85   86   87   88   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

530


HƏDİYYƏ

Bu gün xəyalimi mən qova-qova,

Sirli bir məkana yola salmişam.

Mən də şeir üçün çixmişam ova,

Çəkilir dumanlar, açilir hava,

Dərin düşünərək, fikrə dalmişam,

Xəyali hər yana yola salmişam.

Sən ey eşqim, hissim Ana, ay Ana!

Fikir dünyasinda mən qalmişam tək.

Düşüncəm bu anlar olub divana,

Həvəsdən, nədənmi çirpinir ürək,

Fikir dünyasinda mən qalmişam tək...

Gətirdin sən məni o gün cahana,

Yaşatdin ömrümü bir həyat kimi.

Mən sənə qurbanam, qurban, ay Ana!

Getməzsən ağzimdan şirin dad kimi,

Sən məni yaşatdin bir həyat kimi.

Bu gün mən almişam ilk qazancimi,

Bu pul da sənindir, əmək də sənin.

Gizli bir üşütmə tutur canimi, 

Adin nə böyükdür ürəkdə sənin!

Bu pul da sənindir, əmək də sənin.




Xəyal cığırı – I cı̇ld

531


Adina yaraşan nə alim, söylə?!.

Tarixdən-tarixə qalsin yadigar.

Nə qədər baxiram hey yerə-göyə,

Deyirəm, dünyada görəsən nə var,

Tarixdən-tarixə qalsan yadigar?..

Bəlkə qizil alim sənə hədiyyə?..

Yox...yox... qizilin da qiyməti vardir.

Salmişam hər şeyi mən düşüncəyə,

Qizil ki ən yaxşi bir yadigardir,

Yox...yox... qizilin da qiyməti vardir.

Çəməndə çiçəklər yadima düşür,

Gülür sevincindən nərgiz, qizilgül.

Ürəyim gül kimi solur, büzüşür,

Başqa bir hədiyyə axtarir könül,

Gülür sevincindən nərgiz, qizilgül...

Dərin düşüncə də, min bir xəyal da...

Nə varsa dünyada keçir gözümdən.

Ömrüm varaqlanir min bir sualda,

Tökülür qəm-qüssə mənim üzümdən,

Nə varsa dünyada keçir gözümdən...

Mən tapa bilmədim istəyim necə,

Biri qiymətlidir, birinin ömrü az.

Könlümdə karvan tək çəkilən köçə,

Baxiram... Baxiram hey, dərin-dayaz,

Biri qiymətlidir, birinin ömrü az.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

532


Mənə tez cavab ver, söylə, ay həyat,

Niyə yaratmadin əbədi bir şey?..

Anamin adina hədiyyə yarat!

Qalmasin qəlbimdə nə kin, nə giley,

Niyə yaratmadin əbədi bir şey?..

Aha!.. Ürəyimə bir arzu gəldi,

Ən yaxşi hədiyyə yaratdim özüm.

Ruhum qanadlanib, göyə yüksəldi,

Gəldi köməyimə öz şerim, sözüm,

Ən yaxşi hədiyyə yaratdim özüm.

Dərin xəyallardan sonra, ay Ana!

Axir ki mən çatdim öz niyyətimə.

Bu şeri hədiyyə yaziram sana,

Layiqsən tək sözə, şerə, ay Ana.

Tuş oldum övladliq məhəbbətimə,

Axir ki, mən çatdim öz niyyətimə.

1968 fevral



Xəyal cığırı – I cı̇ld

533


AXTAR MƏNİ

Mən bu yerdən düşsəm itkin,

Ürəyində saxlama kin,

Arzu gözəl, vüsal yetkin.

Dağda, düzdə, yar, məni,

Sən tez ol, axtar məni.

Girsə payiz, solsa güllər,

Ötüşməsə al bülbüllər,

Könlüm yanar, yanar mələr.

Örtəndə qar çəməni,

Sən yenə axtar məni.

Sən almasan məndən soraq,

Etmə könlü varaq-varaq,

Bu elləri hayqiraraq.

Ucalt şirin nəğməni,

Düş düzə, axtar məni.

1968  fevral



Tofiq Məhəmməd oğlu Hüseynzadə

534


ÖMRƏ SUAL

Ömür! Sən dünyada nəyi xoşladin,

Səni güldürdümü el məhəbbəti?

Nəyi daha əziz yaşatdi adin,

Gördünmü dünyada sən həqiqəti?..

Köçdü dünyamizdan neçə qiş, bahar,

Hər biri yaratdi neçə xatirə...

Onlarin acisi, dadlisi da var,

Duymuram hansi çox bəxş oldu ömrə?

Aylar dolanaraq, ilə qovuşdu,

Keçdi üstümüzdən bir yeni yaş da...

Həyat qanadlanib, quş kimi uşdu,

Dərd oldu insana gülüş də, yaş da.

1968  fevral




Xəyal cığırı – I cı̇ld

535


PAXILAM

Soruşsan düzünü, düzü, sevgilim,

Tutur paxilliğim Ay camalina.

Yenə də yaziram sözü, sevgilim,

Alma yanağinda qoşa xalina.

Qalxirsan səhərlər bir Günəş kimi,

Baxiram qəlbimin qalmaqalina.

Məni yandirirsan min atəş kimi,

Bir çarə gəl eylə yarin halina.

Çatsan da qəlbimin xoş vüsalina,

Tutur paxilliğim Ay camalina.

1968 fevral




Tofiq Məhəmməd oğlu Hüseynzadə

536


YOLLAR 

Yollar, yollar, a yollar,

Keçir gör üstünüzdən

Neçə minlər, milyonlar...

Hamiya yoldaş olub,

Canli tək qardaş olub,

Bu obadan, o düzdən,

Ayrilmayib sən bizdən

Gecə, gündüz, qiş, bahar...

Açsa çiçək, yağsa qar,

Hər vaxt, hər an, hər zaman,

Olsa yenə çən, duman

Əlimizdən yapişib,

Neçə dərə, düz aşib,

Kömək olub sən belə

Çatirsan son mənzilə.

Yollar! Mənali yollar!

Şirin vüsalli yollar.

Həyatda bircə əməl

Sizsiz yola gedirmi?

Sizə uzanan min əl

Sizsiz fəqan edirmi?

Yox...yox... eşqə, sənətə,

Dostluğa, sədaqətə

Bircə addim atmağa,

Yüyürənə çatmağa... 

Qərəz... Deyirəm qisa –



Xəyal cığırı – I cı̇ld

537


Həyatda hər nə varsa

Bir yol üstə dayanir,

Orda gəzib, dolanir.

Çatmaq üçün arzuya, 

Diqqət verib duyğuya, 

Həmin yolla gedilir,

Tez arzuya yetilir.

Yollar, yollar, ah necə,

Qarmaqarişiqsiniz.

Şerim, sözüm bu gecə 

Demir, yaraşiqsiniz.

Ən adicə bir sözün

Məkani siz oldunuz.

Söyləmirəm çox uzun,

Ürəklərə doldunuz.

Sizi düzgün tapmayan

Ağildan aciz insan,

Zamanda ömrü boyu

Hey keçirir ah-vayi.

Ömür toxunur daşa,

Qismət olur göz yaşa.

Bu qarmaqarişiqdan, 

Ancaq sizi tapanlar,

Ömür atini bu yolda 

Ağli ilə çapanlar

Səadətə yar olur,

Necə bəxtiyar olur.

Qəm çəkməyib dünyada

Çatir arzu, murada.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə