Xəyal cığırı – I cı̇ld
575
Gün çixan zaman,
Elə həmin an
Səninlə yaman xoş fikrə dalmişdim.
Yenə də ləpələr aşir-daşirdi,
Yenə də sahillə qucaqlaşirdi,
Necə ki, mən səni qucaqlaşmişdim...
23.03.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
576
ÜRƏYİM
A dostlar, soruşun mənim halimi,
Yaratmaq eşqilə vurur ürəyim.
Gileyli duysam da hər xəyalimi,
Sinəmdə yaşadir qürur ürəyim.
Bülbül vurulanda gülə çəməndə,
Bəzən eşqə gəlib, deyirəm mən də.
Əzəldən ağlayan yaziq sinəmdə
Ölməyən bir sevinc qurur ürəyim.
Həyat övladiyiq, onda ixtiyar...
Xoşbəxtdir o adam – olub bəxtiyar.
Çəksəm də dünyada neçə ağrilar,
Titrəmir. Dağ kimi durur ürəyim.
1968 mart
Xəyal cığırı – I cı̇ld
577
MÜŞFİQİ
Sən, ey ötən bülbül, incimə məndən,
Gətirə bilməsəm sözə Müşfiqi.
Ayira bilmədin gülü çəməndən,
Təbiət bəxş etdi bizə Müşfiqi.
Mənim qisasim var qoca dünyada,
Nə idi günahi, o getdi bada?
Günəş asimanda alovlansa da,
Yerdə oxşadiram közə Müşfiqi.
Göylərin elində verib baş-başa,
Ulduzlar həsrətlə qildi tamaşa.
Heyif, ömür yolda toxundu daşa,
Qiymadi təbiət gözə Müşfiqi.
Sevdi, bir gözəlin «qurbani» oldu,
Yazdiqca yazdi o, sinəsi doldu.
Tez girdi qanli qiş, lalələr soldu,
Qoymadi bahardan yaza Müşfiqi.
Hər sadə kəlməsi bir dastan oldu,
Dediyi nəğmələr qəlbə can oldu,
Haminin eşqini tez duyan oldu,
Təbiət bacarmaz poza Müşfiqi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
578
Gələndə ilhama daşdi sel kimi,
Açildi həyatda qizilgül kimi.
Bəxş etdi əzəldən ötən tel kimi,
Şirin rübablari saza Müşfiqi.
Heyif! Təbiətin qanli qilinci,
Uçurtdu sənətdə bir gözəl taci.
Bürüdü qar-boran yali, yamaci,
Çiçəklər səslədi düzə Müşfiqi.
Könül! İlhama dol, mən sözə gəlim,
Bir könül dastani yaratsin əlim.
Mən xoşbəxt olaram, hər an qələmim,
Təzə qoşmalara yaza Müşfiqi.
1968 mart
Xəyal cığırı – I cı̇ld
579
SİNƏMDƏ GƏZDİRƏYDİM
Vaxt gəldi, tez qurtardi,
Yollar yardi gecəni.
Səni qatar apardi,
Şirin xəyallar məni.
Dedim, bari Ay doğa,
Ürəyim nalə çəkdi,
Qatar da ağir-ağir
Qişqirib, nərə çəkdi.
Mən döndüm addim-addim,
Qatar getdi quş kimi.
Səndələyib, dayandim
Yerimdə bihuş kimi.
Açildi köhnə yaram,
Düşündüm aram-aram.
Kaş ki, həmin gecə mən,
Dəmirlərdən düzələn,
Sən getsəydin də hara,
Yol olaydim qatara...
Təkcə sənin eşqində,
Sərnişin vaqonlari,
Neçə milyon toplari
Gəzdirəydim sinəmdə.
23.03.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
580
SƏN AĞLAMADIN
Ağladim. Sirrimi açmadim yada,
Düşünüb, heç zaman salmadin yada.
Nə qədər həsrətlə ayrildiqsa da,
Bir dəfə dünyada ağlamadin sən.
Mahir ovçu kimi səngərə yatdin,
İnsafi, mürvəti bir yana atdin.
Yarali könlümü bir də qanatdin,
Axdi qan bədəndən, bağlamadin sən.
Belədir həyatin işi, əməli,
Qəlbimə vəfasiz sevdim gözəli.
Mənə Məcnun kimi, dedilər, – dəli,
Bir əhdi, ilqari saxlamadin sən.
1968 mart
Xəyal cığırı – I cı̇ld
581
DİNLƏ MƏNİ, EL QIZI
Pəncərədən baxirsan
Sən hər gün o eyvana,
Qəlbinə ox çaxirsan
Batir qana divanə.
Gözünüzdə qiğilcim,
Qəlbinizdə titrəyiş,
Mən təsvirə möhtacam,
Ruhunuzda yüksəliş.
Gözlər baxsa nə qədər,
Baxişlar doymur yenə.
Ürək çəkir ah, kədər,
Gəlir cana divanə.
Hər gün baxib, beləcə
Yanirsiniz şam kimi,
Ürək dayansin necə,
Can gedir axşam kimi.
Dinlə məni, el qizi!
Uzun sözün qisasi –
Görüşə yoxsa imkan,
Bu nə sevmək, sevilmək?..
Baxişda olmaz məkan.
Belə sevilib, gülmək
Bənzədir quru səsi,
Olmur eşqin həvəsi.
Ay, qələm qaşli gözəl,
Pəncərədən baxma gəl.
Bütün zehnin, gücünlə,
Tofiq Məhəmməd oğlu Hüseynzadə
582
Min atəşli hücumla,
Aç oğlan ürəyinin
Pəncərəsin taybatay.
Baxişdaki mənani
Ora dağit, orda yay.
Görməsən orda ləkə,
Nə deyim, gördün bəlkə...
Bax onda sev, aşiq ol,
Öz eşqinə sadiq ol.
Bu eşqi, bu həvəsi
Gəl söyləmə heç kimə,
Bu da səndən yadigar
Qaldi mənim şerimə.
1968 mart
Xəyal cığırı – I cı̇ld
583
QISQANIRAM
Getmə gözdən irağa,
Könlüm düşər sorağa.
Belə nazi, qəmzəni
Tulla tamam qirağa.
Qisqaniram səni mən
Hər gülə, hər çiçəyə.
Vaxtsiz hicran, qoyma sən,
Aman! Belim bükülə.
Təmizsən Günəş kimi,
Bunu çoxdan qaniram.
Ancaq yenə mən səni
Hər şeydən qisqaniram.
1968 mart
Tofiq Məhəmməd oğlu Hüseynzadə
584
QARDAŞ, SÖYLƏ...
Qardaş, söylə görüm, niyə o gecə,
Hələ ayrilmamiş, «məktub yaz» – dedin?
Mənim ki səfərim uzun deyildir,
Aç söylə, qəlbini ellərə bildir.
Mənim də qəlbimi yolur indicə,
Nə vaxt ki, sən mənə «məktub yaz» –dedin!
Mən səndən ayrildim, tərpəndi qatar,
Doldu gözlərimə ayriliq, həsrət.
Fikrim haray çəkdi bir səyyar kimi,
Ürəyim üşüdü boran, qar kimi.
Nə qədər dedimsə, «tez məni qaytar!»
Söylədi, ah çəkir başqa məhəbbət.
Səndən ayrildimsa, səni yaradan
O, böyük insani görəcəyəm mən.
Sizdən əziz, daha başqa kimim var?
İlhamim hər zaman bu eşqlə yanar.
Anama bu səhər, söküləndə dan,
Səndən də min salam verəcəyəm mən.
Dünyadan dünyanin vari getsə də,
Bizim qəlbimizi ayira bilməz.
Məndən ayrilanda, «məktub yaz» – dedin,
Elə bil, «borana gəlir yaz», – dedin.
Dünyada başqa, hey, güllər bitsə də,
Mənim güllərimə bərabər gəlməz.
29.03.1968, saat 09.30
Müəllifin qeydi: qatar, Akstafa poçtu
Dostları ilə paylaş: |