Xəyal cığırı – I cı̇ld
567
MƏN BAHARI GÖZLƏDİM
Şirin nəğmə deməyə
Mən Bahari gözlədim,
Düzdə noğul yeməyə
Mən Bahari gözlədim.
Girdi payiz, yağdi qar,
Ağaclarda soldu bar,
Olmaq üçün gülə yar
Mən Bahari gözlədim.
Külək qovdu dumani,
Səs-küy tutdu hər yani,
Dindirməkçün kamani
Mən Bahari gözlədim.
Çöllər gülə, yarpağa
Həsrət qaldi baxmağa,
Belə gözəl növrağa
Mən Bahari gözlədim.
Göldə mindik gəmiyə,
Danişmadiq biz niyə?
Yara könül deməyə
Mən Bahari gözlədim.
1968 mart
Tofiq Məhəmməd oğlu Hüseynzadə
568
BAHAR, SƏN XOŞ GƏLMİSƏN!
Yenə Bahar gəldi, bəzəndi çöllər,
Təbiət dəyişdi öz simasini.
Yenə dağ döşündə açildi güllər,
Tutdu başqa həvəs göy səmasini.
Ötdü qaranquşlar, demək – gəldi yaz,
Sevincim, şadliğim göyə yüksəlir.
Bir el misalidir, desəm, pis olmaz:
«Qaranquş gələndə Bahar da gəlir.»
Qizdi təbiətin donmuş torpaği,
Yenə boy qaldirib, çixdi bənövşə.
Çixdi, qönçələndi hər gül yarpaği,
Yenə puçurlandi o, çilpaq meşə.
Arzu təzələndi, il təzələndi,
Min bir arzu ilə döyündü ürək.
Şair! Bax, bu gələn təzə gəlindi,
Bahar! Xoş qədəmin daim mübarək!!!
1968 mart
Xəyal cığırı – I cı̇ld
569
İLHAM YARATDI
(Bahar təranələri)
Bürüdü könlümü yenə xoş həvəs,
Bəxş etdi ömrümə yeni bir nəfəs...
Duyuram ətrini çiçəyin, gülün,
Gəldi qulağima ürək açan səs.
Oxudu bu dəmdə bir nəğməli kəs,
Ah! Yaman yandirdi dodağin, dilin,
Necə gözəl olur səsi bülbülün.
Şair, bu növraği yazmağa tələs!..
Aşiqlar köksündə dil açdi sazlar,
Sazin sədalari çöllər ötüşdü,
O, şirin nəğmələr dillərə köçdü.
Təzə paltar geydi gəlinlər, qizlar,
Əl etdi onlara göydə ulduzlar,
Bu təbrik ellərdən–ellərə düşdü.
Dəniz yirğalandi başqa vüqarla,
Ləpələr sahilə doğru can atdi,
Dalğalar gah qalxdi, gah da ki, yatdi.
Durnalar yenə də uçdu qatarla,
Qaqqildaşdi sanki, bu yar o yarla,
Hər səda ürəkdə ilham oyatdi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
570
Buludlar yiğildi başina dağin,
Günəş boy göstərdi təmiz havada,
Şadliqlar quruldu eldə-obada.
Nə xoş hüsnü vardir bizim oylağin,
Qiyməti olarmi de, belə çağin? –
Veribdir səs-səsə quşlar yuvada.
Oynadi yerindən qişin buzlari,
Çaylar dəli kimi kükrədi, coşdu,
Basdi sahilləri, ətrafa daşdi.
Düzüb sətirlərə yeni sözləri,
Oxşadi qələmlə gül bənizləri,
Şair də ilhamla bir dastan qoşdu.
22.03.1968
(«Vardenis» qəzetinin 22.03.1977-ci il
tarixli sayında dərc olunmuşdur.)
Xəyal cığırı – I cı̇ld
571
GÜNAHKARAM
Aləmi qatmamişam mən,
Gör nələr etmişəm mən?
Sinəmdəki bir eşqi
Min eşqə satmişam mən.
Etibarim olmadi,
Sinəm eşqə dolmadi.
Hamiya pay göndərdim,
Pay göndərən olmadi.
Barişmadi, küsdü yar,
Ürəyimi üzdü yar.
Çox vəfasiz olmuşam,
Sən dediyin düzdü, yar!
Yar olmadi əməlim,
Boş yerdə qaldi əlim.
Gəl bağişla sən məni
Günahkaram, gözəlim.
1968 mart
Tofiq Məhəmməd oğlu Hüseynzadə
572
ŞÜBHƏ
Gah mənə baxirsan, gah başqasina,
Mən elə bilirəm, məndədir gözün.
Eşqini tez olub birinə açsana,
Həsrəti qalmasin ürəkdə sözün.
Gah yaxin gəlirsən, gah gen gəzirsən,
Sirrindən baş açmaq heç mümkün deyil.
Qəlbimi incəldib, yaman üzürsən,
Mənim sinəmdəki səninlədir, bil.
Yandirir könlümü bu sirr odlari,
Kaş ki, ürəyinə girə biləydim.
Mən orda özümü, həm də yadlari,
Sənin gözlərinlə görə biləydim.
1968 mart
Xəyal cığırı – I cı̇ld
573
SƏN ETDİN
Çixib sahilə,
Sən bilə-bilə,
Yenə ilhamimi gətirdin dilə.
Siğmadi köksümə arzum, vüqarim,
Özümə yad oldu öz ixtiyarim.
Mənə əl etdin,
«Tez gəl-gəl» – etdin.
Qaçdim sahil boyu, ay gözəl yarim.
Son nəfəsimlə,
Xoş həvəsimlə.
Ləpələr yenə də aşib-daşirdi,
Ləpələr sahillə qucaqlaşirdi,
Necə ki, qaçirdim bu sahillə mən.
Mənim ayağima sahildə dəyən
Dənizdə yuyulmuş daşlar, kəsəklər,
Olsa da möhkəm.
Qalmasa tikəm,
İnanma bu yolda bu məni əylər.
Qaçiram tək sənə qovuşmaq üçün,
Necə ki, ləpələr sahilə qaçir...
Sənətim tək səndən söz açmaq üçün,
Bu qumlu sahildə quş kimi uçur.
Nəhayət! Yetişdim o yerdə ki, sən
Ləpələr qoynunda məni gəzirsən.
Onda, ey mələk!
Əsirdi külək.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
574
Məni görən kimi sən bilə-bilə,
Gəmini göndərdin tezcə sahilə.
Zülfün dolaşmişdi yaman pərişan,
Üzündə yox idi qüssədən nişan.
Qanadin olsaydi uçardin o dəm,
Könlüm eşqə doldu təbəssümündən.
Sahil dayazliğa çatanda gəmi,
Adimi deyərək, atildin suya.
Mən onda unutdum qüssəni, qəmi,
Qiymadim, dizini ləpələr yuya.
Elə həmin an,
Sən düşən zaman
Mən də sənə doğru qaçdim həsrətlə,
Qaçdim ürəyimdə min məhəbbətlə.
Sənə çatan kimi, səni gül kimi
Aldim qucağima, öpdüm telini.
Doldum şeriyyətə bir bülbül kimi,
Öpdüm məni deyən – şirin dilini.
Bizi o yerdəcə əks etdi sular,
Çatdi vüsalina neçə arzular.
Səninlə beləcə, sahilə gəldik,
Beləcə, bir daşin üstə dincəldik.
İllər ayrisi tək yenə mən səni,
Sixmişdim bağrima qizilgül kimi.
Hələ qinamasin göy dəniz məni,
Batmişdi qüssəyə sənsiz o gəmi.
Əsirdi külək,
Biz sahildə tək...
Tapmişdi bir-birini sevdali ürək.
Dostları ilə paylaş: |