www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
199
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
sistemində öz yerini fərdiləşdirən, özünəməxsus nəzəriyyə
və metodologiya-sını yaratmaqda olan tənqid spesifik
idrak hadisəsi kimi bu gün tamamilə formalaşmış və
şübhəedilməz dərəcədə müstəqilləşmişdir...
Məlumdur ki, hələ bədii və fəlsəfi şüurun vəhdətdə
olduğu zamanlarda onların ilkin birgəliyində sonralar
müstəqil inkişaf yolunu müəyyənləşdirmiş estetika,
ritorika, sosiologiya, filologiya və s. kimi tənqidin də
rüşeymləri olmuşdur. Təkcə elə bu fakt göstərir ki, tənqid
qnoseoloci mənşəyinə görə də digər ictimai şüur
hadisələri ilə asılı münasibətdə yox, bərabərhüquqlu
münasibətdə olmuş və bu şəkildə də inkişaf etmişdir.
Lakin bununla belə, yalnız "rüşeymlərin" təzahür etdiyi
dövrü - tənqidin əsaslı yaranma dövrü yox, olsa-olsa
bünövrətapma, özülyaratma dövrü hesab etmək olar... Bu
dövrün tənqidçi tipi, şərti desək, filosof-tənqidçi idi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
200
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Tənqidin yaranışında və özünümüəyyənləşdirməsində
ən davamlı mərhələ - ictimai-fəlsəfi elmlərin ikinci
diferensiasiyası zamanından, yəni vahid elmi sistemdə
estetikanın və filologiyanın müstəqilləşməsi nəticəsində
onların özünün də budaqlanması zamanından başladı.
Artıq bu mərhələdə tənqid, ümumfəlsəfi fikrin tərkib
hissəsi kimi yox, xeyli dərəcədə spesifik-ləşmiş
ümumestetik fikrin tərkib hissəsi kimi özünü təzahür
etdirir. Tənqid bu mərhələdə öz tədqiqat obyektinə -
ədəbiyyata və incəsənətin digər növ-lərinə daha uzaqdan -
fəlsəfədən deyil, bir qədər yaxından - estetikadan "baxır".
Və bu mərhələnin tənqidçi tipi, estetik-tənqidçidir (şərti
deyimdə). Fikrimizcə, tənqidin elmi sistemdəki tarixi
inkişaf prosesinin ən ümumi hərəkət istiqaməti XIX əsrin
I yarısınadək - Belinski tənqidi dövrünədək, demək olar
ki, belə olmuşdur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
201
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
...XIX əsrin I yarısından etibarən tənqid öz inkişafının
yeni mərhə-ləsinə qədəm qoydu. Sözün müasir mənasında
yeni tənqidin yaranmasının ilkin zəruri şərtləri var idi:
elmi-fəlsəfi, estetik-tənqidi mübahisələrin Avropa
"inhisarından" çıxıb bütün dünyaya yayılması; bədii
idrakın öyrənilməsində yeni təhlil metodunun meydana
çıxması və s. Bu mərhələdə estetik elmlər sistemində yeni
bir şaxələnmə baş verdi və tənqid də ictimai-fəlsəfi
elmlərin, filologiyanın, ədəbiyyatın özünün sürətli
tərəqqisi və fəal təsiri ilə estetik idrakın inkişafı
nəticəsində meydana gələn bu şaxələnmədən törədi.
Ədəbi-ictimai ziddiyyətlərin son dərəcə gərginləşməsi,
zidd konsepsiyaların açıq-aşkar ideoloci-estetik
mübarizəsi bu prosesə güclü təkan verdi. "Belinski tu-
fanı", "ədəbi qasırğa", "ideoloci fırtına" tənqid
"gəmisinin" möhkəm, onun heyətinin - tənqidçilərin isə
dözümlü, döyüşkən olmasını tələb etdi. Tənqid, bəlkə də
özündən xəbərsiz halda özünün müstəqilliyi uğrunda
döyüşə girdi, bütün incəsənəti "öz əlində" birləşdirən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
202
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
estetika ilə, həmçinin, ədəbiyyat-şünaslıq və ədəbiyyatla
həmhüquq idraki sahəyə çevrildi. İctimai-ideoloci aləmə,
ədəbi-estetik həyata bir fəallıq, bir döyüşkənlik, bir
mübarizlik, bir cəsarət gətirdi, bədii sistemə daha reflektiv
münasibət göstərməyə başladı, estetika və sənətşünaslığı
hətta bir sıra hallarda ortodoksallıq və sxematik-likdən
təmizlədi. İndi artıq bu sahənin nümayəndələrinə "filosof-
tənqidçi", "filoloq-tənqidçi" və s. yox, məhz "tənqidçi"
deməyə başladılar. Sənətkarlar, estet və filosoflar
tənqidçiləri "dinləməyə" və sözün yaxşı mənasında
tənqid-çilərdən "ehtiyat etməyə" başladılar. Tənqidi fikrin
inkişafında bu yeni mər-hələdən sonra tənqidə nəyinsə
tərkibində muxtariyyət vermək mümkün deyildi. Axı,
Belinski tənqidi Belinski fəlsəfəsindən doğan tənqid
deyildi. Əksinə, Belinski fəlsəfəsi Belinski tənqidindən
doğmuşdur - demokratizm ideyaları da, fəlsəfi-estetik,
ictimai-sosioloci ideyalar da Belinski tənqidindən
doğmuşdur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
203
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Tənqidin spesifikləşməsi prosesi həm də onun öz-
özünü təhlilə başlaması ilə, özünəmünasibətlə bağlıdır ki,
bu da yalnız yeni mərhələnin məhsuludur...
Beləliklə, tənqidin ən ümumi tarixi inkişaf prosesini
izlədikdə və filologiyada, bədii sistemdə də inkişaf
məqamlarını nəzərə aldıqda, onun, şərti olaraq, üç
mərhələdən keçdiyi aşkar olur:
İlkin mərhələ - "rüşeym dövrü" (ümumfəlsəfi sistemdə
inkişaf)
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
204
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Orta mərhələ - tənqidin estetik-ədəbi, filoloci, bədii
fikrin tərkib hissəsi olduğu dövr (ümumestetik sistemdə
inkişaf).
Yeni mərhələ - tənqidin öz sferasında müstəqil
təfəkkür hadisəsi kimi formalaşdığı dövr (ümumidrak
sistemində spesifik inkişaf).
* * *
Çoxdandır ki, tənqidə "bədii tənqid" deyirlər. Lakin
açığını desək, bu termindəki "bədii" istilahı araşdırıcıları
bir qədər çaşdırır. Bu nöqtədə onlar tərəfindən tənqidlə
bədii ədəbiyyat arasındakı, daha dəqiq desək, elmi-estetik
idrakla bədii idrak arasındakı hüdudlar tam silinir və hər
iki təfəkkür sahəsi eyniləşdirilir. Bu məsələ ilə bağlı prof.
Dostları ilə paylaş: |