www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
193
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
ittifaqı" adlı məqaləsində haqlı olaraq tənqid edib. Bu
konsepsiya həm də ona görə bitərəflidir ki, o, tənqidin
yalnız bir diqqətəlayiq xassəsini əsas tutur. Çünki
tənqiddə publisistik keyfiyyət var. Bunu heç cür inkar
etmək olmaz. Lakin həmin keyfiyyət tənqidi fəaliyyətin
müəyyən məqamlarında özünü qabarıq büruzə verir,
amma tənqidin bütün təzahür formalarında, tənqidi idrak
prosesində həlledici amil ola bilmir. Y.Surovtsev və
V.Kocinovun nöqteyi-nəzəri həm də ona görə düzgün
deyildir ki, onlar tənqiddə yalnız ictimai bünövrəni əsas
tuturlar. V.Kocinov yuxarıdakı fikirlərinə onunla haqq
qazandırmağa çalışır ki, incəsənət ictimai hadisədir,
publisistika da ictimai hadisəyə münasibətdir. Ona görə də
ictimai hadisə olan incəsənətə münasibət tənqidi də
publisistikanın bir növünə çevirir. Fəlsəfə psixologiya və
bir çox digər elm sahələri də ictimai hadisələri
öyrənmirlərmi?! Onda belə çıxır ki, bunlar hamısı
publisistikanın növləri imiş...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
194
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Yeri gəlmişkən, bir məsələyə də münasibətimizi
bildirək. V.Kocinov tənqidin ictimai-ədəbi həyatdakı
rolunu qiymətləndirərkən ifrata varır: "Əgər birdən tənqid
mövcudluğunu dayandırsaydı, onda ədəbiyyat da yox
olardı". Buradan belə çıxır ki, biz, tutalım, "XII əsr
ədəbiyyatı" deməkdə və onun tarixən var olduğunu təsdiq
etməkdə haqsızıq, çünki bu dövrdə "ədəbiyyat" yox,
"ədəbiyyatın materialı", "sırf söz sənəti" olmuşdur. Belə
çıxır ki, Nizami haqqında əsil ciddi elmi-tənqidi fikir 700-
800 il sonra söylənildiyi üçün o dövrün ədəbiyyatını
"ədəbiyyat" adlandırmaq qeyri-mümkündür.
III. Üçüncü fikrə görə, "tənqid - elmdir" (vaxtilə
A.S.Puşkin də belə hesab edirdi), "ədəbiyyatı öyrənən elm
sahələrindən biridir".
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
195
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
IV. Lap yaxın vaxtlara qədər belə bir dördüncü fikir də
mövcud olmuşdur ki, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat
tarixi və ədəbi tənqid ədəbiyyatşünaslıq "üçlüyünü" təşkil
edir. Çox acınacaqlı haldır ki, indi artıq heç kimin təsdiq
etmədiyi, üstündə təkid etmədiyi bu müddəa
Azərbaycanda buraxılan orta və ali məktəb dərsliklərində
heç bir dəyişiklik edilmədən, son dərəcə doqmatik,
sxematik halda tədris edilir.
V. Beşinci fikrə görə, tənqid həm elm, həm də
ədəbiyyatın xüsusiy-yətlərini özündə birləşdirir, bədiiliyin
və elmiliyin qovuşuq nöqtəsi olur. Hətta məsələnin belə
qoyuluşu bəzən çox metafizik tezis şəklini alır: "Tənqid
ədəbiyyatın növüdür. O özünün analiz obyekti kimi
emosional olmalıdır. Bununla yanaşı o, estetikanın, daha
doğrusu, elmin növüdür". Qeyd edək ki, tənqidi
ədəbiyyatın bir hissəsi sayan bir çox alimlər, eyni
zamanda, tənqiddə bədiilik və elmiliyin vəhdətini də
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
196
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
təsdiq edirlər. V.Kubilyus belə hesab edir ki, "tənqid bədii
yaradıcılıq, elmi analiz və qəzet felyetonunun (ənənəvi
mənada) qovuşuğunda yaranmışdır". "Tənqidi əsərin
stilistikası bədii yaradıcılıq, elm və publisistikanın sintezi
nəticəsində meydana çıxmışdır". Prof. S.Əsədul-layev də
yazır: "...Bizcə, tənqidi elmin və incəsənətin qovuşması və
birliyi sa-yan konsepsiya həqiqətə daha çox yaxındır.
Tənqidin mahiyyəti cüttər-kiblidir, o, elmin və
ədəbiyyatın xüsusiyyətlərini özündə birləşdirir. Ədəbi
tənqid ədəbiyyat, elm və estetikanın qovuşduğu nöqtədə
inkişaf edir".
...Bəli, tənqid haqqında müxtəlif fikirlərin ən ümumi
mənzərəsi, təxminən, belədir və ən ümumi aspektdə
baxdıqda, tənqidin dəyərləndiril-məsi yolunda həmin
təhlillərdəki əsas müddəaların bitkin forması kimi üç
mərhələni görmək mümkündür:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
197
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
1. Tənqid - incəsənətdir, ədəbiyyatdır, bədiidir.
2. Tənqid - elmdir, ədəbiyyatşünaslıq hissəsidir,
elmidir.
3. Tənqid bədiiliyi və elmiliyi özündə birləşdirən a)
ədəbiyyatdır; b) elmdir; c) publisistikadır.
1-ci və 2-ci mərhələdə bir-birilə nisbi əkslikdə olan
cəhətlər qarşı-qarşıya qoyulur, 3-cü mərhələdə isə bu ifrat
qarşıqoyulma aradan qaldırılır, tənqidin mahiyyəti vəhdət
halında dərk olunur. Y.Borevin "tənqid elmi və bədii
təfəkkürün birləşmə sahəsidir" tezisi tənqiddə bədiiliyin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
198
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
və elmiliyin vəhdətini təsdiq edən konsepsiyanı dəqiq,
müxtəsər elmi model formasında əks etdirir...
Lakin tənqidin mahiyyəti barədə irəli sürülən bütün bu
fikir, tezis və konsepsiyaların, demək olar ki, əksəriyyəti
üçün xas olan ümumi bir çatışmazlıq var; o da tənqidi
nəyə isə bağlamaq, nəyin isə tərkib hissəsi, kom-ponenti
hesab etmək cəhdidir. Düzdür, tənqidin özünəməxsusluğu
haqqında çox danışılır, lakin müəlliflər bu
özünəməxsusluğu təqdir etsələr də, yenə də onu gah
ədəbiyyatın, gah ədəbiyyatşünaslığın, gah estetikanın, gah
da publi-sistikanın tərkib hissəsi sayırlar. Olsa-olsa, ona
nəyin tərkibindəsə, nəyin daxilindəsə muxtariyyət verilir.
Halbuki tənqid nə ədəbiyyatın, nə ədəbiyyat-şünaslığın, nə
estetikanın, nə də publisistikanın növüdür. Əksinə, elə
həmin bu sahələrlə və digər təfəkkür hadisələri ilə yanaşı
mövcuddur; onlarla tam bərabər hüquqlu
münasibətlərdədir. Xüsusilə son yüzillikdə ümumidrak
Dostları ilə paylaş: |