139
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Hər bir xalqın formalaşmasında müxtəlif etnoslar və etnik
qruplar iştirak edir. Dünyada elə bir xalq yoxdur ki, yalnız bir
etnos və ya tayfa birləşməsindən ibarət olsun. Azərbaycan xal-
qının formalaşmasında onlarla etnos və etnik qrup iştirak edib.
Bu xüsusiyyətinə görə azərbaycanlılarla müqayisə oluna biləcək
xalqların sayı çox azdır. Çünki Azərbaycan ərazilərində hələ erkən
dövlətlər formalaşmazdan xeyli öncə çoxsaylı etnoslar yaşayıb,
üstəlik, zaman keçdikcə onlarla etnik qrup müxtəlif səbəblərdən
burada məskunlaşıb və xalqımızın formalaşmasında iştirak edib.
Maraqlıdır ki, çoxsaylı etnosların Azərbaycanda yaşama-
sına və etnik tərkibin bu qədər müxtəlif olmasına baxmayaraq,
minilliklər boyu heç bir etnik qrup buradan başqa bir əraziyə
köçürülməyib. Bu, tolerantlıq keyfi yyətinin Azərbaycan xalqının
etnik tərkibindən irəli gəldiyini, eyni zamanda, minillər öncə bu
ərazilərdə mövcud olmuş sivilizasiyanın bünövrəsində dözümlü-
lük mədəniyyətinin dayandığını göstərir. Deməli, Azərbaycan ilk
insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük
mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir. Bu
fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə forma-
laşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qa-
zanmış və bu coğrafi yada yaşayan insanların başlıca keyfi yyətinə
çevrilmişdir.
Mədəniyyətlər adətən milli zəmində yaranır, formalaşdıqla-
rı bölgənin və xalqın sərhədlərini aşdıqda ümumbəşəri dəyərlər
sisteminə daxil olurlar. Azərbaycan xalqının min illər ərzində for-
malaşdırdığı mədəniyyətə də bu prizmadan yanaşılmalıdır. Çünki
yalnız belə olduğu təqdirdə o, əsl qiymətini ala bilər.
140
Gündüz İsmayılov
UĞURUN BAŞLANĞICI
Cəmiyyətin dinsiz yaşaya bilməyəcəyini tarix çoxdan sübut
edib. Hələ qədim dövrlərdən yunan fi losofl arı allahların möv-
cudluğunu zəruri və labüd sayırdılar. Məşhur fransız mütəfəkkiri
Volter həqiqətdən meydana gələn bu zərurəti çox gözəl ifadə edir.
Onun fi krincə, əgər Allah olmasaydı, insanlar onu uydurmaq
məcburiyyətində qalardılar. Ancaq bu da reallıqdır ki, müxtəlif ta-
rixi dövrlərdə dinə həqiqətdən meydana çıxan zərurət kimi yox,
zərurətdən hasil olan uydurma kimi baxanlar da olub. Bu cür
düşünən fi losofl arın fi kirlərinin, həmin fi kirlərə əsaslanan ideolo-
giyaların populyarlaşdığı, hətta hakim ideologiya kimi təbliğ edil-
diyi zamanlar olsa da, onlar heç vaxt özünü doğrultmayıb. Yetmiş
bir il ateizmin, allahsızlığın təbliğ olunduğu Sovetlər Birliyi buna
örnək sayıla biləcək yaxın keçmişimizdir. Altı qitənin altısında da
söz sahibi olan bu nəhəng dövlət ateizmə əsaslanan kommunizm
ideologiyasını bütün dünyada yayırdı, ancaq özü də fərqinə varma-
dan ideologiyasının qurbanına çevrildi.
Şübhəsiz, böyük bir imperiyanın süqutunda din amili yeganə
şərt sayıla bilməz, amma bu ideologiyanın ifl asa uğramasının
səbəbləri arasında Sovetlərin milli və din siyasətini düzgün qurma-
ması əsas amillərdən biri, bəlkə də birincisidir. Çünki Allahı, dini
inancları inkar etmək min illər boyu fomalaşan ehkamlara qarşı
çıxmaq, bəşərlə yaşıd olan dini dəyərlərdən imtina etmək, başqa
sözlə, insanların fi trətini dəyişdirməyə çalışmaq deməkdir.
O da nəzərə alınmalıdır ki, Sovetlər Birliyinin dağılma-
sı nəticəsində yeni bir dövrün başlaması, başqa sözlə, ateizmə
əsaslanan cəmiyyətdən milli-dini dəyərlərə hörmətlə yanaşılan to-
lerant cəmiyyətə keçid heç də asan olmadı. Dövrün ziddiyyətləri
insanları fakt qarşısında qoydu. Bir vaxtlar hakim ideologiyaya
141
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
xidmət edən, bilərəkdən və ya bilməyərəkdən onun təbliğatçısına
çevrilən insanlar yolayrıcında qaldı: ya keçmişin üstündən xətt
çəkib dövrlə ayaqlaşmalı, ya da keçmişlə yaşamalı oldular. Belələri
zamanın ziddiyyətlərinə ram olmuş və onun “qurbanına” çevrilmiş
adi insanlardır. Lakin elə insanlar da var ki, bütün dövrlərdə eyni
mövqedən çıxış edir, eyni amal uğrunda çalışır, zamanın diqtəsini
nəzərə alsalar da, həqiqətə və xalqa xidmət edirlər. Bu cür şəxslər
dahilərdir. Çünki onlar zamanın fövqündə dayanır, dövr dəyişsə
də, özləri, məqsəd və məramları dəyişmir: Ulu Öndərimiz Heydər
Əliyev kimi.
Bu böyük insanın dinə, tolerantlığa, milli-mənəvi dəyərlərimizə
münasibəti həmişə dəyişməz olub, bu sahədə apardığı siyasətlə həm
xalqına, həm bəşəriyyətə, həm də mənsub olduğu dinə xidmət edib.
Şübhəsiz ki, dinə müharibə elan etmiş bir ölkədə dini dəyərlərdən
danışmaq, açıq-aydın onun müdafi əsinə qalxmaq qeyri-müm-
kün idi. Hətta bəzi məmurlar özlərini yuxarılara şirin göstərmək
məqsədilə dinə, din xadimlərinə qarşı çıxır, onların əleyhinə gu-
rultulu çıxışlar edirdilər. Ancaq xalqının milli-mənəvi dəyərlərinə
hörmətlə yanaşan, açıq olmasa da, dolayısı yollarla din xadimlərini
müdafi ə edən, onları nahaq ittihamlardan qoruyan milli kadrları-
mız da az olmayıb. Heydər Əliyev Sovetlər dövründə belə milli
kadrların ən öndə gələni və xalqına ən çox xidmət göstərəni kimi
tarixə düşüb.
Bu böyük insan istər Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik
Komitəsinə, istərsə də Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə
dini dəyərlərimizə, əsl din xadimlərinə mümkün olduğu qədər
hörmətlə yanaşılıb, onlara qarşı repressiyalara yol verilməyib, to-
lerantlığın, tarixi-dini abidələrimizin qorunmasına və bərpasına
böyük diqqət göstərilib.
Məlum məsələdir ki, o dövrdə dinə və din xadimlərinə nəzarət
Dövlət Təhlükəsizlik Komitəsi tərəfi ndən həyata keçirilirdi.
Əslində, bu Komitənin işi təkcə nəzarət etmək yox, həm də dindar-
ları daha çox sıxışdırmaq, əsl din xadimlərini zərərsizləşdirmək,
Dostları ilə paylaş: |