Torpaqlarin strukturunun yaxşilaşdirilmasinda və ekoloji BƏrpasinda üZVİ meliorativ maddəLƏRİn təTBİQİ



Yüklə 20,67 Kb.
tarix03.02.2022
ölçüsü20,67 Kb.
#83410
leman


TORPAQLARIN STRUKTURUNUN YAXŞILAŞDIRILMASINDA VƏ EKOLOJİ BƏRPASINDA ÜZVİ MELİORATİV MADDƏLƏRİN TƏTBİQİ


Magistr:

Elmi rəhbər:

Əhmədli Ləman Ənvər

II kurs.qrup TMA20/21



Hüseynova Mətanət


Xülasə: Məqalə üzvi meliorativ maddələrin torpaqların strukturunun yaxşılaşdırılmasında və bərpasında effektivliyi məsələsinə həsr edilmişdir.Yeni üzvi meliorativ maddələrin spesifik xüsusiyyətləri və tətbiq sahələri araşdırılmışdır.

Abstract: The article is devoted to the effectiveness of organic reclamation substances in improving and restoring soil structure. The specific features and applications of new organic reclamation substances are studied.

Açar sözlər: üzvi meliorantlar,ekoloji bərpa,strukturunu itirmiş torpaqlar,ağac yonqarı,sulfat turşusu,effektiv bərpa .

Keywords: organic ameliorants, ecological restoration, soil that has lost its structure, wood chips, sulfuric acid, effective restoration.


Kənd təsərrüfatının intensiv inkişafına ehtiyac duyulan XXI əsrdə torpaq fondunun böyük hissəsinin təşkil edən istifadəyə yarasız torpaqların yeni meliorativ maddələrlə yuyularaq yenidən dövriyyəyə qaytarılması olduqca əhəmiyyətli məsələlərdən biridir. Respublika ərazisinin ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln. ha-ı suvarılan torpaqlardır.

Neft,energetika,kimya və digər sənaye sahələrinin sürətli inkişaf tempi nəticəsində torpaqların uzunmüddətli çirklənməsi baş verir.Belə torpaqların rekultivasiya və digər mühəndis-texniki vasitələrlə bərpa edilib kənd təsərrüfatına qazandırılması məsələsi günümüz üçün aktuallığını qoruyur.

Məlumdur ki,tullantıların yenidən istifadə edilməsi məsələsi XXI əsr üçün səciyyəvidir.Bir çox bərk tullantı adsorbent kimi istifadə olunur.Ağac yonqarı,qamış hissəcikləri də bu baxımdan maraq doğurur.Yonqar üzvi tərkibli materialdır və inertliyi ilə xarakterizə olunur.Onun bu xüsusiyyətindən adsorbent kimi istifadə etmək mümkündür.[1,2]

Ağac yonqarına hopdurulmuş turşu təmizləmə-meliorasiya funksiyasını yerinə yetirən zaman turşu itkisi kimi hallar müşahidə edilmir, həmçinin təhlükəsizlik baxımından proses arzuolunan şəkildə reallaşır.Meliorasiya prosesini turşu hopdurulmuş yonqar vasitəsilə həyata keçirməyin ən böyük üstünlüyü şoranlaşmanı aradan qaldırmaqla yanaşı ağac yonqarının torpaqda qalmağı uzunmüddətli üzvi gübrə effekti yaradır.Yonqarın tərkibindəki sellüloza üzvi mənşəli maddə olduğu üçün torpağı üzvi maddələrlə zənginləşdirir.Ağac yonqarını qamış,xırda taxta parçaları ilə də əvəz etmək mümkündür.Lakin aparılmış təcrübələr ağac yonqarının daha effektiv olduğunu sübut etmişdir.Mebel və digər sahələrdə əmələ gələn ağac yonqarını adsorbent son mərhələ də isə uzunmüddətli təsirə malik gübrə təsirli meliorant, kimi dəyərləndirərək iqtisadi baxımdan da səmərəlilik əldə etmiş oluruq.Ekoloji və iqtisadi səmərəlilik prosesin perspektivlərini artırır.Yuma zamanı su sərfinin minimum səviyyədə olmağı,su çatışmazlığı olan dövrdə meliorasiyanın tətbiqini asanlaşdırır.[3]


Nəticə

1. Ağac yonqarı sulfat turşusunun adsorbsiyasında effektiv adsorbentdir.

2. Sulfat turşusu və ağac yonqarı kombinasiyasından istifadə edərək aldığımız meliorant rekultivasiya tədbirləri içərisində yer ala bilmək potensialını daşıyır.
Ədəbiyyat
1. Мамедов Г.И., Мамедов Р.Г Рекультивациянефтепромысловых земель Абшерона. Матер. доклад. по окультур. И рекультивации почв Закавказья. Изд-во АзСХИ г. Кировобад, 1992

2.Мамедова С.З. Мамедов Г.Ш. Ягубов Г.Ш.



ХакимоваН.Ф. Оценкавоздействия нефтепромысловых земель на окружающую среду Абшерона. 6-ой МК. Баку, 2002, с. 415-418.

3. Микаилов Н.К. Природно-географические особенности и экологические условия засоления почв Кура-Араксинской низменности, проблемымелиорации и оценка их плодородия. Баку,2003,365c.
Yüklə 20,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə