TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə24/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   20   21   22   23   24   25   26   27   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

ŞƏHADƏT 
Şəhadət –
bir şey haqqında bilərək (bildiyi halda onun haqqında) xəbər 
vermək, onun doğru və dəyişməz olduğuna inanmaq deməkdir. Şəhadət 
kəlməsi öz-özlüyündə onu söyləyən hər bir kəsin yalnız elmi, yəqinliyi, ixlası 
və səmimiyyəti əsnasında bu kəlməni söylədiyini açıqlayır. Bu xüsusiyyətlərin 
olmaması şəhadət kəlməsini etibarsız edir. Şəhadət elm üzərində olan bir 
kəlimədir. Dünyəvi məsələlərdə insan bir şeyə şahidlik etdikdə bildiyi bir şeyə 
şahidlik edər. Bilmədiyi bir şeyə şəhadət edərsə bu 
– 
yalançı şəhadət adlanır. 
Bu şəhadəti insanlar da qəbul etməzlər. Şəhadəti deyən insan Allaha söz verir 
ki, mən Səndən başqa heç kimə ibadət etməyəcəyəm. Əgər o, bu sözünə əməl 
etməzsə: "Ya filankəsin cəddi!", "Ya filankəs!" deyərsə onda bu söz pozular. 
İqrar və itaət, qəlb və dil bir-birinə müvafiq olmadıqca şəhadət mötəbər 
sayılmaz. Çünki, Allah münafiqlərin söylədiklərini: “
(Ya Peyğəmbər)
 
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz sənin doğrudan da Allahın 
Peyğəmbəri olduğuna şəhadət veririk!”- deyirlər”. 
(əl-Münafiqun 1).
Onlar bu 
kəliməni yalnız dilləri ilə söylədikləri üçün Allah onları yalançı adlandırmışdı. 
"Allah da sənin onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də 
münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir". 
(əl-Münafiqun 1).
31
Şəhadət Kəliməsi Özündə Üç Şeyi Birləşdirir; 
1)
Şəhadət edən kimsə şəhadət etiyini etiqad etməli, yəni buna iman 
gətirməlidir. Qəlbi ilə etiqad etməlidir ki, Allahdan başqa ibadətə layiq heç bir 
haqq ilah yoxdur. Bu da Elm və Yəqinliklə olur. Etiqad, əgər orada elm və 
yəqinlik olmazsa etiqad sayılmaz. 
2)
Bu kəliməni söyləməkdir: 
"Allah Özündən başqa heç bir ilah olmadığına 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə